Вагиф
Султанлы. Щечлик вадиси
133
Bəzən bizi də tələbə yoldaşlarımız bu sayaq çağırırdılar.
Bilirdik ki, məsələn, filan oğlan kitab üçün gəlib, ya bir başqası
imtahan biletlərinin suallarını tapıb gətirib. Onda bizdən hansı
birimiz olsa, düşərdik. Ancaq bu, ona bənzəmirdi.
Yataqxananın həyətində qapıdan xeyli aralı cavan bir
akasiya ağacı vardı. Həmişə onun altına çəkilib söhbət edər-
dilər. Qapıçı qadın da onları tanıyırdı. Gecə yataqxanının bağ-
lanmasına bir az qalmış onları özü səsləyərdi.
Beləcə aylar, günlər ötüşürdü. Bir gün oğlan gəlməyəndə
darıxardıq, hətta ürəyimizdə qınayardıq da onu. Ta ki, saat on
iki olub yataqxana bağlanana qədər qulağımız səsdə olardı. Qal-
xıb qarşıdakı oğlanlar yataqxanasına boylanardıq. Öyrənmişdik
ki, hər gün o qızı çağıran qarayanız oğlan qarşıdakı yataqxanada
yaşayır. Otağının pəncərəsini də tanıyırdıq.
Bir ara daha həmin vaxtlar yataqxananın uzun dəhlizi bo-
yu yayılan o çağırışı eşitmədik. Fikirləşdik ki, ya oğlan xəstədir,
ya da qızla aralarında nə isə olub – ürəyimizə min cür fikir gə-
lirdi.
Günlər ötürdü, ancaq oğlandan səs-soraq çıxmırdı. Oğla-
nın gəlişi üçün həsrət çəkirdik. Çünki onun gəlişi də, çağırışı da,
o qızın xurmayı saçları da, həyətdəki tənha akasiya ağacı da
bizim nəzərimizdə qeyri-adiydi.
Hər gün həmin vaxtlar pəncərədən akasiya ağacının altına
baxırdıq. Orda onları görməyəndə kövrəlirdik, qəribsəyirdik.
Nədənsə, onların taleyini öz taleyimizdən ayrı tuta bilmirdik.
Qapıçı qadın da hər gecə yataqxananın qapısını bağla-
mazdan qabaq akasiya ağacının altına baxırdı. Hiss edirdik ki, o
da hər gün qapını bağlamamışdan qabaq onları səsləməyə adət
edib. İndi orda olmasalar da gecə saat on ikiyə qalmış onların
bir vaxt üzbəüz dayanıb pıçıldaşdıqları yerə baxır. Onu da hiss
edirdik ki, bu adətini tərgitmək onunçün də çətindi.
Ancaq bir müddət sonra müxtəlif vaxtlarda həmin otaq-
dan xurmayı saçlı qızı adıyla çağırmağa başladılar. Bu çağırışa
alışmamışdıq deyin, bizə elə gəlirdi ki, adıyla çağırmaq ona
yaraşmır. O qızı adsız çağırmaq gözəl idi. Adıyla çağıranda elə
bil o xurmayı saçların gözəlliyi, qəribəliyi itirdi.
Вагиф
Султанлы. Щечлик вадиси
134
Bu oğlan tələbəyə oxşamırdı. Ucaboylu, şıq geyimli bir
adam idi. Daha xeyli aralıda akasiya ağacının altına çəkil-
məzdilər. Oğlanın eynən qızın saçları kimi xurmayı rəngli ma-
ş
ını var idi. Ertədən minib gedər, bir də yataqxana bağlanmağa
az qalmış qayıdardılar. Çox vaxt da qayıtmaz, hardasa gecə-
ləyərdilər.
Qarayanız oğlanın gedişi ilə elə bil hər şey sirrini-sehrini
itirmişdi. Akasiya ağacının altında başqa sakinlər görünməyə
başlamışdılar. Ancaq akasiya ağacı elə bil qarayanız oğlanla
xurmayı saçlı qızın boyuna biçilmişdi, başqa heç kəsə yara-
ş
mırdı. Akasiya gecələr onların pıçıltılarını çox dinləmişdi. Və
adama elə gəlirdi ki, özgə səslərə qulaq asmaq indi onunçün
ağırdı, yaman ağırdı.
...Sonra mühazirələr, imtahan qayğıları. Özgə şeyləri
fikirləşməyə vaxt qalmırdı. Olub keçənlər yaddaşın mübhəm
qaranlıqlarında unudulmaq üzrəydi. Ancaq...
...Ancaq bir gecə gözlənilmədən o qızı həmin vaxtda,
həmin çağırışla çağırdılar. Elə bil sakit dənizdə qəfil qasırğa
qopdu. Qulaqlarımıza inanmadıq. Pəncərənin qarşısına yüyür-
dük. Həmin qarayanız oğlan idi, yenə akasiya ağacının altında,
həmişəki yerində dayanmışdı. Bu vaxt ərzində xeyli dəyişmiş,
arıqlamışdı, güclə tanımaq olurdu. Elə bil uzun sürən ağır xəs-
təlikdən sonra yataqdan qalxmışdı.
Gözləyirdik ki, indicə qız həyətə enəcək, heç bir şey ol-
mayıbmış kimi yenə akasiya ağacının altına çəkiləcəklər. Yenə
qapıçı qadın saat on ikiyə qalmış onları səsləyəck. Yenə...
...Ancaq qız aşağı düşmədi. Oğlan yataqxana bağlanana
kimi gözlədi, sonra ağır addımlarla çıxıb getdi.
Daha bir də həmin vaxtlar o çağırışı eşitmədik.
1982, Bakı
Вагиф
Султанлы. Щечлик вадиси
135
XALLI
Ananın sonbeşiyi doğulanda qışın oğlan çağıydı. Bayırda
qar əlçim-əlçim ələyirdi. Külək həyət-bacanın qarını sovurub
evin buz bağlamış pəncərələrinə çırpırdı.
Körpənin çığırtısına hamısı ayılmışdı. Otağın zülmət
qaranlığında göz-gözü görmürdü. Ata qaranlıqda o yan bu yana
vurnuxur, kibriti axtarırdı, elə bil kibrit yağlı tikə olub göyə
çəkilmişdi, tapılmaq bilmirdi ki, bilmirdi.
Ev soyuq olduğundan uşaqlar yalın köynəkçədə tir-tir
ə
sirdilər, ancaq qorxularından nəfəslərini içəri çəkib durmuş-
dular. Axır ki, ata kibriti tapıb çırağı yandırdı. Otaq çırağın tit-
rək alovuyla alayarımçıq işıqlandı.
– Niyə xəbər vermədin, gedib Nazlını çağırardım, – ata
üstündən ağır yük götürülübmüş kimi deyir və qan içində olan
körpəni ağ mələfəyə büküb ananın qoynuna salır.
– Bu qarda-çovğunda əziyyət vermək istəmədim, – ana
yorğun-yorğun dillənir. Ancaq əsl səbəbini özü də bilmir.
– Oğlandı! – ikisi də birdən deyir.
Ortancıl qız, hələ nə baş verdiyini anlamamışdı. Əskiyə
bükülmüş körpəni görəndə uşaq marağını öldürə bilmədi,
yatağın üstünü kəsdirdi. Anası acıqla:
– Yeri, yıxıl yat, - dedi, - bu nə vaxtın durmağıdı...
Qız anasının hirslənəcəyindən çəkindiyindənmi, yoxsa
gecənin bu vədəsi baş vermiş bu gözlənilməz hadisənin vahimə-
sindənmi, səsini çıxarmadı.
Gecə yarıdan keçmişdi. Külək get-gedə güclənirdi. Ata
odun dalınca çıxdı və çox keçmədən qucağında qarı çırpılmış
bir neçə yarma ilə qayıtdı. Az sonra dəmir soba gurhugurla
yanmağa başladı. Sobanın istisi otağı isitdi, pəncərələrin çirkli
ş
üşələri tərdən dumanlandı.
Uşaqlar alt paltarında ananın yastığının üstünü kəsdirmiş-
dilər. Ata acıqlanıb onları yatağa girməyə məcbur elədi. Uşaqlar
yerlərinə girsələr də, heç biri yatmaq istəmirdi, qorxu qarışıq
maraq hissi onları bürümüşdü.
Dostları ilə paylaş: |