Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə10/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

33 


Və o Ģeirlər, o kitab kimi qata-qatar göyçək qoĢqular, 

sıra-sıra  həmiĢədiri  cildlər  daimi  hayanınıza,  həmsöhbə-

tinizə, məhrəminizə çevrildi. 

2009-cu ildə təmir və yenidənqurmadan sonra yenidən 

açılmıĢ  Nizami  Gəncəvi  adına  Milli  Azərbaycan  Ədəbiy-

yatı  Muzeyinə,  mənim  iĢ  yerimə  qonaq  gəlmiĢdiniz. 

TamaĢa etdiniz  və axırda YaddaĢlar kitabında unudulmaz 

cümlələr yazdınız: ―Bura tamaĢa etmək yox, burada yaĢa-

maq lazımdır‖. 

Siz  elə    bütün  həyatınızı  o  söz  nəhəngləri  ilə  birgə 

yaĢamadınızmı? 

Sizin üçün əsl cənnət gözəl sözlərin əsrarəngiz, füsun-

kar aləmi, Sizdən ötrü gerçək behiĢt xalqın qəlbi idi. 

HəmiĢə həm orada, həm buradasınız. 

Sağlığınızda  da  belə  idi,  cismən  Sizsiz  qalacağımız 

illərin hamısında da belə olacaq. 

...Bir  neçə  gün  öncə  xəstəxanada  yanınızdaydım.  Ġlk 

dəfə kostyumsuz, qalstuksuz, beretsiz görürdüm Sizi. Ya-

taqdaydınız. 

Ömür  tükənirdi.  Damarlarınıza  tibb  qurğuları  qoĢul-

muĢdu. 

Əllərinizi  sığallayırdım,  danıĢırdım  Sizinlə.  EĢidirdi-



niz,  həyəcanınızı  hiss  edirdim.  Nəsə  deyirdiniz,  amma 

səsiniz çox dərində idi, zəif idi, eĢidilmirdi. 

Cavad Heyət həqiqəti isə baĢqadır axı! 

Millət  iftixarının  ucadan-uca  səsi  eĢidilməyə  bilərmi 

heç! 

Sizin  doğma  səsiniz  həmiĢə  bizimlə  olacaq.  Bizə  və 



bizdən sonra gələn çox-çox nəsillərə eĢidiləcək! 

...YaĢı  70-i,  lap 80-i  aĢandan sonra belə Cavad  Heyət 

hərdən  əllərini  yuxarı  qaldırıb  irəli  uzadaraq  10,  20,  30 

dəqiqə  heykəl  kimi  hərəkətsiz  saxlaya  bilirdi  və  vurğu-

layırdı: ―Gərək cərrahın əlləri titrəməsin‖. 



 

34 


Ömrü boyu doktor Cavad Heyət qorxmaz oldu, məğrur 

oldu, mərd oldu, mübariz oldu və heç vaxt əlləri titrəmədi. 

Nə  o  əllər  cərrah  bıçağı  tutanda,  nə  də  alim,  yazıçı 

qələmindən yapıĢanda. 

Heç vaxt heç kimə əyilmədi, həmiĢə düz sözünü, haqq 

sözünü deməyi bacardı. 

Amma bir cüt əl vardı ki, hərdən loğman Cavad Heyət 

sayğıyla, məhəbbətlə, minnətdarlıqla onları öpdü. 

―Hərdən uğurlu cərrahiyyə əməliyyatı aparıb bir insa-

nın  həyatını  xilas  edəndə,  bəzən  yüksək  əhəmiyyətinə 

inandığım bir yaxĢı yazı yazanda öz əllərimdən öpmüĢəm. 

Axı onların da Ģəfqətə, nəvaziĢə, təĢəkkürə ehiyacı var‖. 

Bu, doktor Cavad Heyətin sözləridir. 

Vətən və millət yolunda can qoymuĢ qüdrətli övladlara 

da, əlbəttə ki, daim minnətdarlıq ifadə etməli, onlara yur-

dun  borcunu  qaytarmaq  haqqında  hər  zaman  düĢün-

məliyik. 

Cavad  Heyətlə  bağlı  ilk  belə  etibar,  vəfa  məqamı 

2014-cü ilin qızmar avqust günlərində yarandı. 

...Azərbaycanın Məkkəsi və Mədinəsi bildiyimiz Təb-

rizdə və Bakıda and yeri sayılası müqəddəs məkanlarımız 

var: Təbrizdə "Məqbərət üĢ-Ģüəra", Bakıda Fəxri xiyaban. 

Bu  ziyarətgahlarda  bəxtinə  əbədi  sönməzlik  düĢmüĢ 

Azərbaycan ulduzları uyuyur. 

"Heyət" sözünün də daha bir anlamı "nücum", "ulduz-

lar elmi"dir. 

Yurdumuzun  ən  elmli  ulduzlarından  olan  böyük 

azərbaycanlı Cavad Heyətin əsl yeri həmin kəhkəĢanlardır. 

Elə  özünün  də  son  arzusu  bunlardan  birində  rahatlıq 

tapmaq  idi.  Neyləyək  ki,  umduğu  sonacan  alınmadı.  Üç 

nigaran  gün  yaĢadıq.  Təbrizi  ona  qıymadılar.  Bakı  Cavad 

Heyətə ağuĢunu açdı... 




 

35 


Amma  sevimli  doktor,  haçan  Sizə  çox  layiq  olan 

Birinci  Fəxri  xiyabana  getsəm,  nə  vaxt  "Məqbərət  üĢ-

Ģüəra"ya yolum düĢsə, mehriban surətinizi onların ikisində 

də ruh qardaĢlarınızın arasında görəcəyəm. 

Və  bir  də,  sevimli  millətimizin  indikindən  də  qat-qat 

məsud olacağı daha parlaq gələcəklərin qoynunda. 

Əsərləriniz,  əməlləriniz  yaĢayacaq,  daim  yurddaĢ-

larımıza  vətənçilik  dərsləri,  millətçilik  öyüdləri  verəcək, 

həmiĢə qanı təzələyəcək, ruhu duruldacaq, Sizi də bitməz 

sevgilərə ünvan edəcək. 

VARLIĞınız  yenilməz  milli  ruhun  rəmzlərindən  biri, 

VARLIĞınızın  qovuĢduğu  yaĢarı  əsərlərinizin  hamısı 

birbaĢa xalqın qan damarına qoĢulu. 

Azərbaycanla  birgə  sonsuzadək  diri  qalmaqçün  baĢqa 

nə lazımdır ki?! 

...Sizi  torpağa  tapĢıracağımız  15  avqustdan  əvvəlki 

gecə mənə bağıĢladığınız kitablarınızı yenə vərəqləyirdim, 

hansısa səhifələrdə xeyli dayanmalı olurdum, oxuyurdum, 

düĢünürdüm, yenə fəxr edirdim, yenə heyran qalırdım. 

Və bu ölməz səhifələri yaratmıĢ, daha heç vaxt toxuna 

bilməyəcəyim əlləri xiffətlə xəyalən öpürdüm. 

Əziz ustad, bir vaxtlar Sizin də öpdüyünüz əlləri. 

Doktor Cavad Heyətin qadir əllərini!.. 

 

14 avqust 2014 

 

 



 

36 


 

 

 



 

DR. CAVAD HEYƏT – MƏHDUD  

FÜRSƏTLƏR DAHĠSĠ 

 

Prof. Rza Bərahəni, yazıçı (Kanada) 

 

Doktor Cavad Heyəti tanımaq və tanıtmaq ilk baxıĢdan 



çox  asan  görünür.  Maraqlananlar  tanıĢlıq  üçün  bir  neçə 

ümumi  və  xüsusi  sayta  müraciət  edə  bilərlər.  Bu  saytlar 

həm  tibbə,  həm  də  ədəbiyyata  aid  ola  bilər;  həm  Ġranın, 

həm  Azərbaycanın  məĢhur  Ģəxsiyyətləri  haqqında  ola 

bilər. Onun adının daima bu mərkəzlərdə çəkilməsi bizim 

gözlərimiz  önündə  bir  həyatın  xırdalıqlarına  varmadan 

ümumi bir mənzərəsini canlandırır: 

1304-cü  ildə  Təbrizdə  doğulmuĢ,  Təbriz,  Türkiyə  və 

Fransada təhsil almıĢ, məĢhur ürək cərrahı, məĢhur həkim 

Kristian Barnardın yaxın dostu və həmkarı, Paris Cərrahlar 

Akademiyasının üzvü, 50 il bundan əvvəl, Ġranda ilk dəfə, 

özü  də  29  yaĢında  yeni  üsulla  ürək  əməliyyatı  həyata 

keçirən  bir  Ģəxsiyyət.  Açıq  ürəkdə  ilk  əməliyyat  1341-ci 

ildə, ilk dəfə böyrək transplantasiyası elə həmin onillikdə 

Tehranda insan üzərində və ilk dəfə ürək transplantasiyası 

it  üzərində...  Aydındır  ki,  bilik  və  savad  Ģücaətlə  bir-

ləĢməzsə, elmin, mədəniyyətin və insanın iĢi irəli getməz. 

Heyət,  məhdud  fürsətlərin  dahisidir.  Elmin  və  mədə-

niyyətin məhdud imkanları ilə, elm və mədəniyyət əhlinin 

onlarla  dağıdıcı  bəlalarla  üzləĢdiyi  bir  Ģəraitdə  ancaq  iĢlə 

məĢğul  olub,  gücü  çatan  nəticələr  əldə  edib,  ya  da  giley-

lənərək,  bu  gileylə  öz  sıxıntı  və  qorxusunu  gizlədib. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə