Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə133/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   129   130   131   132   133   134   135   136   137

292 
 
olmaqla bütün 
bölmələrin qida 
tullantıları. 
Mebel, tərkibində 
toksik elementlər 
olmayan 
diaqnostik 
avadanlıqları. 
Yoluxmamış 
kağız, süpürüntü, 
tikinti və 
s.tullantılar 
tullantıları (bədən 
üzvləri, toxumalar 
və s.). Yoluxucu 
xəstəliklər 
şöbələrinin bütün 
tullantıları (o 
cümlədən qida 
qalıqları).  
3-cü və 4-cü qrup 
patogen 
mikroorqanizmlər
lə işləyən 
mikrobioloji 
laboratoriyaların 
tullantıları. 
Vivarilərin bioloji 
tullantıları  
 
tullantıları.  
Ftiziatriya, 
mikoloji 
xəstəxanaların 
tullantıları.  
Anaerob 
infeksiyalı 
pasiyentlərin 
tullantıları 
sitostatiklər və 
digər kimyəvi 
preparatlar. 
Tərkibində civə 
olan əşya, 
cihaz və 
avadanlıqlar.  
 
MPM-də tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin 
təşkilinin ümumi qaydaları 
MPM  ərazilərində  tullantıların  toplanması,  müvəqqəti  saxlanması  və  daşınması  sisteminin 
təşkili aşağıdakı hissələrdən ibarət olmalıdır: 

 
tibb bölmələrinin daxilində tullantıların toplanması;  

 
tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi

 
tullantıların MPM-nin ərazisində müvəqqəti saxlanması; 

 
konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması. 
Hər  bir  hissədə  işlərin  aparılması  qaydası  hazırki  qaydaların  müvafiq  bölmələri  ilə 
müəyyənləşdirilir. 
MPM  ərazilərində  əmələ  gələn  tullantıların  sinfindən  asılı  olaraq  onların  toplanması, 
müvəqqəti saxlanması və daşınmasına fərqli tələblər qoyulur. 
Müxtəlif siniflərə  aid  tullantıların bütün  mərhələlərdə  toplanması,  saxlanması  və daşınması 
zamanı qarışdırılması yolverilməzdir. 
MPM-in rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində 
tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin 
toplandığı yerlərdə tullantıların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların 
hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen 
paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir.   
Tullantıların  toplanması,  müvəqqəti  saxlanması  və  daşınması  ilə  bağlı  işlərə  qabaqcadan 
təlim keçməmiş şəxslərin cəlb olunmasına yol verilmir. 
MPM-də tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxs təyin olunur və o,  
tullantılarla  işləmək  qaydalarını  öyrənmək  və  təhlükəli  tullantılarla  düzgün  işləməyin  təşkili 
barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almağa borcludur.  


293 
 
Personala  tullantılarla  təhlükəsiz  davranma  qaydalarının  öyrədilməsi  həmin  tibb 
müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilir. 
 
Tibb bölmələrində tullantıların yığılması qaydaları 
 Müxtəlif dərəcədə epidemioloji,  toksikoloji təhlükəliliyini nəzərə almaqla hər bir sinfə  aid 
tullantılara müxtəlif tələblər irəli sürülür. Vərəmə aid olan - C sinfinə aid olan tullantılar: 
 Əmələ gəlmə yerləri: 
 

 
xüsusi  təhlükəli  və  karantin  qoyulan  yoluxucu  xəstəliklərə  yoluxmuş  pasiyentlər 
yerləşdirilən bölmələr; 

 
1-4 qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar

 
ftiziatriya və mikoloji klinikalar (bölmələr). 
 Göstərilən  bölmələrdə  əmələ  gələn  bütün  tullantılar  müvafiq  normativ  sənədlərə  uyğun 
olaraq  dezinfeksiya  edilir.  Bu  sinfə  aid  tullantılar  yığılaraq  birdəfəlik  bağlamalara  toplanılır. 
Yumşaq  bağlamalar  (birdəfəlik  paketlər)  xüsusi  dayaqlarla  arabalara  yerləşdirilir.  Paketin 
təxminən  ¾  hissəsi  dolduqdan  sonra  onun  içərisindən  hava  çıxarılıb,  həmin  tibb  bölməsində 
tullantıların  toplanmasına  cavabdeh  şəxs  tərəfindən  1-2-ci  qrup  patogenliyə  aid 
mikroorqanizmlərlə  işləyərkən  texniki  təhlükəsizlik  qaydalarına  riayət  etməklə  hermetik 
qablaşdırılır. 
 Mikrobioloji 
kulturalar 
və 
ştamlar, 
vaksinlər 
birdəfəlik  
 sərt hermetik bağlamalara yığılır. 
 C  sinfinə  aid  bütün  tullantıların  tibb  bölməsindən  kənara  daşınması  yalnız  hermetik 
qablaşdırılmış  birdəfəlik  bağlamalarda  həyata  keçirilir.  Müəyyən  olunmuş  yerlərdə 
hermetikləşdirilmiş  birdəfəlik  tutumlar  (sərt  tutumlar)  C  sinfinə  aid  tullantılar  üçün  nəzərdə 
tutulmuş  korpuslararası  konteynerlərə  yerləşdirilir.  İçərisində  C  sinfinə  aid  tullantılar  olan 
birdəfəlik  tutumlar  (sərt  tutumlar,  paketlər)  “Xüsusi  təhlükəli  tullantılar  C  sinfi”  yazısı  ilə 
bərabər, MPM-nin bölməsinin adı, müəssisəsinin adı, tarix və tullantıların yığılmasına cavabdeh 
şəxsin soyadı göstərilməklə nişanlanır.  
 Aşağıdakılara yol verilmir: 

 
B və C sinfinə aid tullantıları bir tutumdan digərinə tökməyə;  

 
birdəfəlik və təkrar işlədilən tutumları elektrik qızdırıcı cihazların yaxınlığında qoymağa; 

 
hər hansı tullantını əl ilə basıb qablaşdırmağa; 

 
tullantıları əlcəksiz toplamağa. 
 
 Təkrar istifadə olunan inventarların və tullantıların dezinfeksiya edilməsinin ümumi 
qaydaları 
B  və  C  sinfinə  aid  tullantılar  birdəfəlik  bağlamalara  yığılmazdan  əvvəl  bilavasitə 
tullantıların  ilkin  yığıldığı  yerdə  xüsusi  tutumlarda  hazırlanmış  dezinfeksiyaedici  məhlullara 
salınmaqla  hökmən  dezinfeksiya  edilməlidir.  B  və  C  sinfinə  aid  tullantıların  dezinfeksiyası 
normativ  sənədlərə  əsasən  həyata  keçirilir.  Müvafiq  qaydada  qeydə  alınmış  və  tibb 
müəssisələrində  tətbiqinə  zəmanət  verilmiş  dezinfeksiyaedici  vasitələrdən  (təlimatlarda  onların 
konsentrasiyası, ekspozisiya müddəti və istifadə qaydası göstərilir) istifadə edilir. Dezinfeksiya, 
həmin sinif tullantının əmələ gəldiyi tibb bölməsinin daxilində aparılır. 
 B  və  C  sinfinə  aid  tullantıların  yığıldığı  konteynerlərin,  avtomaşınların  tullantı  yığılan 
yerlərinin dezinfeksiyası avtonəqliyyat təşkilatı tərəfindən aparılır. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə