284
•
BTŞ-ın işçi səthini, şərti olaraq, intakt material zonasına, materialla manipulyasiya
zonasına və işlənmiş materialları yığma zonasına bölün. Manipulyasiya zonası xarici hava yığımı
şəbəkəsindən 10-15 sm dərinlikdə olmalıdır;
•
Dezinfektantda isladılmış və manipulyasiya zonasında işçi səthə yerləşdirilmiş kağız
dəsmal təsadüfən damcı sıçraması və ya düşməsi zamanı səthin infeksiyalaşma təhlükəsini
azaldır. Dəsmal işi bitirdikdən sonra səliqə ilə bükülür
və avtoklava qoyulur;
•
BTŞ masasının bir hissəsində əlverişli və fiksə olunmuş yerdə dezinfeksiyaedicini və
işlənmiş materialları yığmaq
üçün qab yerləşdirin;
•
İşə başlayarkən, əllər BTŞ-a daxil olduqdan sonra kiçik fasilə (60 san) verin. Bu müddət
ərzində BTŞ bütün çirkli havanı
ləğv edəcək;
•
I sinif şkafdan istifadə etdikdə işi onun işçi sahəsində, frontal dəliyin kənarından 10 sm
aralıda aparın. II sinif şkafda işlədikdə bütün manipulyasiyalar ön havasoran şəbəkənin hüdudları
xaricində aparılmalıdır;
•
Çarpaz kontaminasiyanın qarşısını almaq məqsədilə sınaq şüşələrini və ya konteynerləri
bağlı tutmaq lazımdır;
•
BTŞ-ın ventilyasiya sistemi sıradan çıxdıqda infeksion agentlə aparılan manipulyasiyaları
dərhal dayandırın;
•
İşin sonunda işçi səthləri və şkafdan çıxarılan bütün əşyaları dezinfeksiya edin, BTŞ-ın işçi
zonasının şüalanması üçün UB bakteriosid lampanı qoşun;
•
İnfeksiyalaşmış materialları BTŞ-dan xaric etməzdən öncə onları avtoklavlaşdırmaq üçün
xüsusi paketlərə yerləşdirmək lazımdır;
•
Əlləri şkafdan xaricə çıxartmazdan öncə ehtiyatla əlcəkləri çıxarın. İkiqat əlcəklər şkafda iş
zamanı üstünlük verir: əgər iş zamanı xarici əlcəklər infeksiyalaşarsa, əlləri şkafdan xaricə
çıxartmadan əlcəkləri ehtiyatla çıxarmaq
və yenilərini geyinmək olar;
•
II sinif BTŞ-da qaz və spirt lampalarının istifadəsi məsləhət deyil. Bu şkaflarda belə
lampaların istifadəsi artıqdır
və eyni zamanda təhlükəlidir;
•
Elektrik enerjisi kəsildikdə və filtr dəyişdirildikdən sonra şkafı işə başlamazdan öncə 5
dəqiqəlik qoşmaq lazımdır. İşçi səthlər mikobakteriyaları məhv edə biləcək konsentrasiyada
dezinfeksiyaedici
məhlulla silinir, sonra isə steril suda isladılmış salfetlə silinir;
•
Hər dəfə filtri dəyişdirməzdən öncə, təmir və texniki qulluq zamanı BTŞ-ı istehsalçının
tövsiyələrinə müvafiq şəkildə dezinfeksiya etmək lazımdır.
2. İxtisaslaşmış sorucu şkaflar
Sorucu şkafın (SŞ) əsas təyinatı onun zərərli maddələrlə aparılan laborator proseduralar
zamanı zərərli buxarları işçi səthdən mexaniki ləğvetmə qabiliyyətidir. Vərəm əleyhinə
müəssisələrin BL-da belə maddələrə fenol, qeyri-üzvi turşular, rəngləyicilər aiddir. SŞ zərərli
kimyəvi birləşmələrin otaqlarda yayılmasına imkan vermir. SŞ-da mikroskopiya üçün
preparatların rənglənməsi və onların sonrakı qurudulması, eləcə də, digər manipulyasiyalar,
məsələn, reaktivlərin hazırlanması aparılır.
Sorucu şkaflara növbəti tələbatlar təqdim edilir:
•
Mexaniki davamlılıq;
•
Termodavamlılıq;
•
Aqressiv kimyəvi birləşmələrə davamlılıq;
•
Təhlükəsizlik – şkafın hazırlandığı material yanar olmamalı və tərkibində azbest
olmamalıdır.