Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Yaman ölümündən daha yamandır.  
Ömrümü puç edən o qorxunc sözü  
Böyük bir həvəslə unudardım mən.  
Fəqət canilərin müdhiş günahı  
Yaddaşlarına həkk olunduğutək,  
Mənim yaddaşıma həkk olur bu söz. 
 "Öldü Tibalt, sürgün oldu Romeo!" 
 "Sürgün oldu" - bu söz, yalnız tək bu söz  
Minlərcə Tibaltı öldürdü birdən!  
Bədbəxtlik qurtarsa bununla əgər,  
Tibaltın ölümü kifayət idi.  
Deyirlər, dərd gəlmir heç vədə yalqız. 
 Əgər dərd özüylə dərd gətirirsə,  
Niyə "Öldü Tibalt" deyəndə mənə 
 O demədi öldü atan, ya anan,  
Ya da ki, onların hər ikisi də.  
Onlara yas tutub ağlayardım mən.  
Ancaq "Tibalt öldü" sözündən sonra  
Gələn söz "Romeo sürgün oldu", bu,  
Atamı, anamı, Tibaltı, hətta  
Bədbəxt Romeonu, Cülyettanı da,  
Hamını öldürdü, hamım qırdı.  
Bu sözün - "Romeo sürgün oldu" - ah.  
Nə sonu, nə həddi, nə ölçüsü var.  
Bu qəmi nə ilə bildirmək olar?  
Dayə, hanı atam, anam? 
D a y  ə. 
Bu yasda 
İndi ağlaşırlar Tibaltın üstdə. 
Getmek istəyirsən, aparım səni. 
C ülye t t a .  
Onlar ona görə göz yaşı töksün,  
Mən isə ağlayım Romeo üçün.  
Götür nərdivanı. Yazıq nərdivan,  
Sən də aldadıldın mənimtək yaman.  
Səni düzəltmişdi o eşqin oğlu,  
Sənə yar olmadı ülviyyət yolu.  


Soldu taleyimiz qönçə gül kimi,  
Qız ikən ölürəm mən bir dul kimi.  
Götür nərdivanı, dayə, gel gedək,  
Gəlinlik yatağım açılsın gərək.  
Romeo görmədi səadətimi,  
Ölüm, ölüm alsın bəkarətimi. 
Dayə. 
Son get, gətirərəm mən Romeonu, 
 O sənə təsəlli, təskinlik verər.  
Hücrədə gizlənib, taparam amma,  
Çalışaram Günəş Ayla dincəlsin. 
Cüly e t t a . 
Apar, bu üzüyü ver tərlanıma,  
De ki, vida üçün yanıma gəlsin. 
Gedirlər. 
ÜÇÜNCÜ SƏHNƏ 
Rahib Lorensonun hücrəsi. Lorenso 
gəlir. 
Lo re n s o. 
Gəl bəri, gəl bəri, bədbəxt Romeo,  
Kədər-qüssə sənə aşiq olubdur.  
Oğlum, evlənmisən müsibət ilo. 
Romeo daxil olur. 
Romeo. 
Təzə nə xəbər var, müqəddəs ata? 
Hökm necə oldu, cəzam nə oldu? 
Hansı yeni bir dərd gözləyir məni? 
Lorenso. 
Möhkəm dost olmusan bütün dərdlərlə. 
Xəbər gətirmişəm hökm barədə.  
R o m e o. Məhşərdən qorxuncdur Hersoqun hökmü.  
Lor enso. 
Yüngül qərar verdi sənin haqqında, 
Sənə ölüm deyil, sürgün buyurdu.  


Romeo. 
Necə? Sürgün? Rəhm et, sən "ölüm" söylə. 
Qat-qat dəhşətlidir sürgün ölümdən, 
Dilinə gətirmə "sürgün" sözünü.  
L o r e n s   o. 
Yalnız Veronadan sürgün olursan. 
Səbir elə, oğlum, dünya genişdir.  
Romeo. 
Veronadan kənar bir dünya yoxdur, 
Ancaq məhşər, əzab, cəhənnəm vardır. 
Dünyadan sürgündür buradan sürgün. 
Dünyadan sürgünsə ölüm deməkdir, 
Səhvən ölümə də sürgün deyirlər. 
Sürgün adlandırıb mənfur ölümü
Qızıl balta ilə sən gülə-gülə 
Başımı kəsirsən, mehriban ata.  
L o r e n   so. 
Nankorluq ən böyük günahdır, oğlum. 
Sənə ölüm düşür qanuna görə, 
Sənin tərəfmi saxlayıb ancaq, 
Mərhəmətli Hersoq atdı qanunu. 
Ölümü sürgünlə əvəz elədi, 
Belə mərhəməti sənsə görmürsən.  
R o m e  o. 
Bu bir işgəncədir, mərhəmət deyil. 
Cülyetta hardasa, göy də ordadır. 
Burda göyün altda hər bir it, pişik,  
Hər bir miskin siçan, dəyərsiz qurd-quş  
Yaşayıb, o gülü seyr edə bilər,  
Fəqət görə bilməz Romeo onu.  
Leş yeyən milçəklər Romeodan, ah,  
Daha çox hörmətə, daha çox haqqa,  
Daha çox şərəfli ömrə malikdir.  
Onlar Cülyettanm qar kimi dümağ,  
İncə əllərinə toxuna bilər,  
Hətta bir-birini öpürlər deyə  
Həyadan od kimi alışıb yanan,  


Ləkəsiz, bakirə dodaqlarından  
Əbədi səadət qopara bilər.  
Milçəklərin buna hüququ vardır,  
Romeosa bundan məhrum olunur.  
Milçəklər azaddır, Romeo dustaq,  
Romeo buradan sürgün edilir.  
Sən deyirsən, sürgün ölüm deyildir?  
Heç kəskin zəhərin, almaz bıçağın,  
Başqa məhvedici vasitən yoxmu,  
Məni öldürürsən "sürgün" sözüylə?  
"Sürgün", bu adi söz nə dəhşətlidir!  
Cəhənnəmdə ağır zillətə məhkum  
Ağır günahkarlar bu ağır sözü  
Fəryadla deyərək inildəşirlər.  
Ah, ruhani ata, ey müdrik insan!  
Mənim müəllimim, mehriban dostum,  
Ən yaxın sirdaşım ola-ola sən,  
Buna necə qıydın, ürək elədin,  
Məni məhv edirsən "sürgün" sözüylə? 
L o r e n s o. Bir mənə qulaq as, ey dəli aşiq. 
R o m e o. Oh, yenə sürgündən danışacaqsan? 
L o r e n  so. 
Bu sözün oxundan qorunmaq üçün  
Mən sənə poladdan zireh verərəm.  
Fəlsəfə sipərdir bədbəxt kəslərə,  
O sənə sürgündə bir kömək olar. 
Romeo. 
Yenə də bu mənfur, bu "sürgün" sözü! 
 Qoy sənin fəlsəfən cəhənnəm olsun!  
O mənə Cülyetta yaratmayacaq,  
Şəhəri yerindən oynadıb indi  
Hersoqun hökmünü dəyişməyəcək.  
Onun nə köməyi, danışma barı. 
L o r e n s o. Ah, mən görürəm ki, dəlilər karmış. 
R o m e o. Müdriklər kor isə, neyləsin onlar? 
L o r e n s o. Gəl, sənin işindən danışaq, oğlum. 
Ro meo. 
Duymadığın şeydən nə deyəcəksən?  


Əgər mənim kimi cavan olsaydın,  
Mənimtək sevsəydin sən Cülyettanı,  
Bir saat keçməmiş evləndiyindən  
Tibaltı öldürüb dərdə düşsəydin,  
Sonra da mənimtək sürgün olsaydın,  
O zaman danışa bilərdin ancaq.  
O zaman saçını didib yolardm,  
O zaman mənimtək sərilib yerə,  
Ölçərdin gələcək məzarını sən. 
Qapı döyülür. 
L o r e n s o. Qalx, qapı döyülür, Romeo, gizlən. 
Romeo. 
Nə üçün? Onsuz da odlu ahlarım  
Dumantək gizlədir gözlərdən məni. 
Qapı döyülür. 
Lo r e n  so. 
Eşidirsən? Necə döyürlər.  
Kimdir? Səni tutacaqlar.  
Romeo, cəld ol. Gözləyin!  
Di dur, qaç ibadətgaha. 
Qapı döyülür. 
Bu saat! İlahi, bu nə inaddır?  
Gəlirəm, gəlirəm! Hardandır belə? Qapı döyülür. 
Nə bərk döyürsünüz? Axı, kimsiniz?  
D a y ə (bayırdan). 
Tez açın qapını, tanıyarsınız, Cülyetta xanımın 
dayəsiyəm mən. 
L o re n s o. Buyurun içəri, xoş gəlmişiniz. 
Dayə daxil olur. 
D a y  ə. 
Ah, müqəddəs ata, Romeo hanı? 
Mənim xanımımın əri hardadır? 
 Lorens o. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə