www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
9
9
9
Kulturologiya: zamanın nəbzini tutan
baxış...
Çağdaş kulturologiya klassik düşüncə texnologiyalarına
rəğmən daha çevik və qlobal geo-mədəni, milli və bəşəri
baxışlar sistemini özündə birləşdirir. Bu mənada bir nümunə
göstərmək mümkündür. İslam Şərqini, eləcə də Hindistan,
Çin, ABŞ, Qərb müsəlmanlarını çalxalayan növbəti
təhrikedici ―incəsənət‖ nümunəsi - ABŞ vətəndaşı rejissor
Sem Besilin çəkdiyi qalmaqallı, heç bir sənət dəyəri kəsb
etməyən, islamafobiyanın növbəti göstəricisinə çevrilmiş
―Müsəlmanların məsumiyyəti‖ adlı film bir daha sübut etdi ki,
ənənəvi baxışlarla mədəniyyətə qiymət vermək olmaz. Hətta
bir çox kulturoloqlar da orta məxrəcə gəlməyə başlayıblar ki,
hər yaradılan sənət nümunəsini böyük mənada mədəniyyət
əsəri saymaq olmaz. Məlum mövzuda təhrikedici karikatura,
eləcə də bu mənasız növbəti film qalmaqalı İslam dünyasında
Qərbə qaşı növbəti əks-reaksiyaya səbəb oldu: bir sıra
ölkələrdə ABŞ səfirliyinə hücum, diplomatların həyatına qəsd
və başqa şiddət halları göstərir ki, sivilizasiyalararası
münaqişəyə, insanların hiddətinə səbəb olan, dini baxışlara
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
10
10
həqarət edən, mədəniyyətin dialoquna xələl gətirən istənilən
əsər rədd edilməlidir. Bir sözlə, bu cür mənfienerjili ―sənət
əsərləri‖ bəşəriyyətin, hər hansı millətin, yaxud qrupun
incəsənətinə aid edilməməli, pislənilməli, ictimai-mədəni
şəkildə bu cür nümunələri yaradanlardan üz çevirmək lazımdır
ki, başqalarına da ibrət olsun...
Azərbaycan cəmiyyəti qədim Şərqin və inkişaf etmiş Qərbin
müxtəlif dəyərlərini özündə birləşdirən kulturoloji məkana
malikdir. Əsrlər boyu dünyanın elə bir intellektual-kreativ
dəyərini tapmaq mümkün deyil ki, məmləkətimizə öz təsirini
bağışlamasın. Azərbaycanda tarixən də, indinin özündə də
atəşpərəstlik məbədi ilə xaçpərəstlik kilsəsi müsəlman məscidi
ilə yanaşı qurulub, büxtəlif inanclı, dünyagörüşlü insanları bir
araya gətirib. Klassik şairlərdən tutmuş, ta alim və indiki
yazarlara qədər dünyanın sivil dəyərlərini öyrənib öz
yaradıcılıqlarında, əsərlərində təbliq ediblər. Nizami, Tusi,
Nəsimi, Füzuli, Axundov, Cavid, Səməd Vurğun, Rəsul Rza
kimi klassiklərin əsərlərini yada salaq. Axtarsaq, Hindistan,
Çin kimi nisbətən yaxın ölkələrlə yanaşı, hətta uzaq Güney
Amerika kimi bir mədəni mühitin Markes, Borxes, Kastaneda
kimi
nümayəndələrinin
əsərləri,
yaxud
hindu-Maya
mədəniyyəti, fəlsəfəsi vasitəsilə bizə xüsusi təsirini görə
bilərik. Bu isə, Azərbaycanda dünyaya çıxarılası universal,
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
11
11
11
multimədəniyyət nümunələrinin yaranmasına stimul verir.
Dünya Alim Qasımovun ifasında milli muğamlarımızı məhz
bu səbəbdən rahat qavraya, qəbul edə bilir. Biz hələ Üzeyir
Hacıbəyov,
Qara
Qarayev,
Fikrət
Əmirov
kimi
bəstəkarlarımızın, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov,
Tahir Salahov kimi rəssamların yaratdıqları ümumbəşəri
əsərləri demirik.
Ölkəmizdə təşkl olunan dünya mədəniyyətlərarası forumlar,
müxtəlif beynəlxalq tədbirlər, sivilizasiya və dinlərarası
dialoqa xidmət edən konfrans iştirakçıları da vurğulayır ki,
Azərbaycan
Şərq-Qərb
inteqrasiyasında
özünəməxsüs
dəyərlər, töhfələr verməklə, müxtəlif qütblərə ayrılmış
bəşəriyyəti bir amal uğrunda – tolerant birgəyaşarlıq
mədəniyyətinin inkişafına xüsusi təkan vermiş olur...
Respublikamızda son illər kitabxana, teatr, kino, ədəbiyyat,
muzeylər, tarixi yerlər və abidələr, təbiət qoruqları, ekoloji
mühafizə, elektron dövlət, virtual kitabxanalar, təhsil, elm və
incəsənətin inkişafı ilə bağlı yeni-yeni dövlət proqramları
həyata keçirilir. Dövlətin bu qayğı və diqqət isə
cəmiyyətimizin kulturoloji inkişafına yönəlib. Əlbəttə hər bir
sahədə işlərimizin yüksək səviyyədə getdiyini söyləmək
olmaz. Milli kino, elitar musiqi sahələrimiz, eləcə də
kulturoloji təhsil, elmin bu istiqamətinə diqqət, maraq hələ də
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
12
12
arzuolunan səviyyədə deyil. Təəssüflər olsun ki, bizdə hələ də
kulturologiyanı nəhəng bir elm – intellektual-kreativ düşüncə
sahəsi olduğunu anlayan insanların sayı yetərincə deyil.
Qonşu Rusiya və dünyanın aparcı ölkələrində hələ orta
məktəb – liseylərdə ―Kulturologiya‖, ―Kulturologiynın tarixi‖,
―Kulturologiyanın əsaslarə və nəzəriyyəsi‖ kimi məcburi
fənlər ayrıca dərs sahəsi kimi keçirildiyi halda, Azərbaycanda
heç ali təhsil ocaqlarının rəhbərləri bu elmin mahiyyətini
anlamırlar. Bu da öz növbəsində cəmiyyətin bütün sahələrinə
nüfuzetmə imkanına malik bir düşüncə texnologiyası, elm
sahəsi olan milli kulturologiya səhəsinin inkişafını ləngidir,
bəzi hallarda isə onun bağlı olduğu digər elmi-praktiki
istiqamətləri zəiflədir.
Ölkəmizdə hələ də kulturologiya aid kitablar – nəşr olunan
dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, elmi məqalələr,
analitik yazıların sayı o qədər azdır ki, onlar hətta beynəlxalq
katoloqlara
düşmür.
Milli
kulturoloji
ədəbiyyatın
keyfiyyətindən danışmağa belə dəyməz: problem o qədər
aktualdır ki, bəzən ciddi fəsadlara aparıb çıxarır. Bu günlərə
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ali
məktəblərin birində kafedra müdiri işləyən bir alimin
kulturologiyaya aid dərsliyinin pirat olduğunu, başqa alimlərin
uyğun kitablarından köçürmələrin baş verdiyini elan etdi.
Dostları ilə paylaş: |