www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
57
57
57
sənət nümunəsidir, ona baxmayanlar çox şeyi itirmiş olurlar.
Yuxarıdakı fikirlərim isə, yalnız "Dolu" filminə aid deyil,
bəlkə də bundan sonra çəkiləcək ekran əsərlərinə - bədii və
televiziya nümunələrinə, sseriallara, hətta yaranacaq ədəbiyyat
nümunələrinə daha çox aiddir.
Kiçik bir yazıda ―Dolu‖ filminin yaxşı tərəflərini
sadalasaydıq, yəqin bir neçə qəzet səhifəsi həcmində material
alınardı: tutalım, quruluşçu rejissorun estetik tapıntılarını, baş
operatorun əla işini, bəstəkarın yazdığı uğurlu kino-
musiqisini, aktyor oyununu xatırlaya bilərəm.
Bu barədə isə ayrıca bir yazımda qənatələrimi bölüşmək
fikrindəyəm...
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
58
58
Ədəbi tənqid, yoxsa “ədəbsiz” tərif?!.
Tarixini görkəmli mütəfəkkiriz M.F.Axundovun ədəbi təhlil
və məktublarıyla başlayan Avropatipli peşəkar milli ədəbi
tənqidimizin bugünkü acınacaqlı durumu göz qabağındadır:
vaxtilə
çağdaş
söz
sənətimizin
formalaşmasında,
istiqamətləndirilməsində, zənginləşdirilməsində - estetik-
kulturoloji dəyər qazanmasında xüsusi rolu, önəmli çəkisi
olan bu analitik-intellektual, yaradıcı-elmi düşüncə sahəsi, söz
yox ki, indi öz böhran mərhələsindədir. SSRİ dağılandan
sonra ədəbi tənqid deyil, onun hər zaman öz diqtəsi - basqısı
altında saxladığı ədəbiyyatçılar bədii düşüncəmizdə xüsusi
mövqe əldə etməyə çalışdılar. Bunun nəticəsi olaraq get-gedə
səviyyəsi aşırı dərəcədə enən poeziyamızın, bədii və sənədli
nəsrimizin, filoloji-poetik, elmi-sətri tərcümə sənətimizin
zəifləməsini gördük, milli dramaturgiya, kinossenaristika,
publisistika və nisbətən cavan söz sənəti istiqamətləri sayılan
digər janrlardan heç danışmağa dəyməz.
Çağdaş ədəbi-tənqidi yazılar altında oxuculara sırınan
materiallarda analitik təhlil, söz sənəti haqqında intellektual-
estetik fikirdən başqa hər şey oxumaq olar. Haqlı olaraq
oxucularımız ədəbi tənqidi daha çox ―ədəbsiz tərif‖ sayırlar:
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
59
59
59
əsl həqiqətdə də çoxsaylı yazılara belə ―qiymət‖ vermək
mümkündür. Ən maraqlı cəhət isə odur ki, tənqidçilər bir
ortabab yazıçı, ya da şair haqqında nəsə tənqidi bir fikir yazan
kimi bu müəlliflər, az qala, ədəbiyyat qəhrəmanına çevrilir,
bir qədər sonra elə o yazanlar tərəfindən günümüzün söz
sənətkarı səviyyəsinə qaldırılır.
XX əsrin sonu və müstəqilliyimizi ikinci dəfə bərpa edəndən
bu yana milli ədəbi tənqidimizdə çoxsaylı peşəkar, eləcə də
başqa filoloji sahələrdən ―gəlmiş‖ ədəbi tənqidçilərdən haqq
dünyasında olan Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir
Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynov,
Qulu Xəlilov, Şamil Qurbanov, Asif Əfəndiyev (Ata), eləcə
də Tofiq Hacıyev, Elçin, Nizami Cəfərov, Nizaməddin
Şəmsizadə, Kamal Abdulla, Vaqif Yusifli, Arif Əmrahoğlu,
Şirindil Alışanov, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Rahid
Ulusel, Cavanşir Yusifli, Aydın Talıbzadə, Azər Turan, Əsəd
Cahangir, Bəsti Əlibəyli, Elnarə Akimova, Nərgiz Cabbarova,
İradə Musayeva, Elnarə Tofiqqızı, Qan Turalı, daha başqa
məhsuldar imzaların böyük əksəriyyəti ədəbi həyatda sanki
unudulmağa başlanılıb və onların iti qələmi, cəsarətli
mülahizələri, estetik-elmi qənaətlərinə həm yazıçılarımız, həm
də oxucularımız darıxmağa başlayıb...
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
60
60
Bu sintetik filoloji-mədəni sahəyə aid bir yazımda
vurğulayırdıq ki, öhdəsinə çoxistiqamətli mürəkkəb vəzifə
düşən ədəbi tənqidin əhatə dairəsi çox genişdir: ədəbiyyat
hadisələrinə qiymət vermək, ədəbi mühiti izləməklə, onun
uğurlu və zəif tərəflərini işıqlandırmaq, yaranan bədii
nümunələrin vaxtında, özü də obyektiv təhlilini aparmaq, milli
söz sənətimizdə gedən mürəkkəb prosesləri dünya estetik-
intellektual fikir kontekstində dəyərləndirmək, klassik irslə
qələmə alınan yeni əsərlərin oxşar, eləcə də fərqli tərəflərini
müəyyənləşdirmək, kulturoloji duruma aydınlıq gətirmək,
kreativ mühitin elmi-filoloji çərçivələrini müəyyənləşdirmək,
ənənələri yaşatmaqdan ötrü müəlliflərlə oxucular arasında
ikitərəfli əlaqələri yaradıb möhkəmləndirmək, ədəbi-mədəni
ictimaiyyəti mədəniyyətin çağdaş durumu ilə müntəzəm,
sistemli tanış etmək, zamanın tələblərinə uyğun estetik
dəyərləri formalaşdırmaq və b.
Ədəbiyyat – hər hansı bir ictimai-mədəni məkan-zaman
daxilində çox mühüm bir hadisə kimi təsiredici vasitə, milli
şüuru formalaşdırmaqda xüsusi rolu olan, ümumi ictimai fikri
istiqamətləndirən intellektual-yaradıcı sahədir. Söz sənətinin
―hakim‖i rolunda isə, əlbəttə, ədəbi tənqid çıxış etməlidir.
Geridə qoyduğumuz son on beş – iyirmi ildə cəmiyyətimizdə
belə fikir formalaşmağa başladı: ədəbiyyat, yazılan əsərlər və
Dostları ilə paylaş: |