Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
30 
olanda mütləq Həmid müəllim xatırlanır, onun ünvanına 
xoş sözlər deyilir” (137).      
Həmid  Araslının,  xüsusilə  ədəbiyyatımızın  qədim 
və orta əsrlər dövrünün işıqlandırılması istiqamətində ali 
məktəb  tələbələrinin  ədəbi  biliklərinin  lazımi  səviyyədə 
təqdim  olunması  üçün  yazdığı  ali  məktəb  dərslikləri 
“XVII-
XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 
Azərbaycan  Universiteti,  1956),  üç  cildlik  “Azərbaycan 
ədəbiyyatı 
tarixi” 
(Bakı, 
Azərbaycan 
Elmlər 
Akademiyası  Nəşriyyatı,  1960)  də  bilavasitə  onun 
pedaqoji  fəaliyyətində  yetərli,  sanballı  mənbələr  kimi 
mühüm rol oynamış, bu dəyərli fəaliyyətin ayrılmaz bir 
hissəsini təşkil etmişdir. 
Ədəbiyyatşünaslıq  və  folklorşünaslıq  sahəsində 
dolğun,  çoxşaxəli  yaradıcılığa  malik  olan  Həmid 
Araslının  həyatı  və  elmi  fəaliyyəti  bu  gün  də  aktual 
olması  ilə  diqqət  çəkməkdədir.  Akademikin  elmi  irsi 
yeni-
yeni  istiqamətlərdə  elmi  axtarışlar  aparılması  üçün 
sanballı mənbə olaraq qalır.    
   
Həmid  Araslının  araşdırmalarında  aşıq  şeiri  və 
dastanların  tədqiqi  məsələləri.  Ədəbiyyatşünaslıq 
elmimizin, demək olar ki, bütün sahələrində, o cümlədən 
ədəbiyyat  tarixi,  ədəbi  tənqid  və  ədəbiyyat  nəzəriyyəsi 
kimi sahələrdə məhsuldar fəaliyyət göstərən və olduqca 
önəmli  uğurlara  imza  atan,  Azərbaycan  ədəbi-elmi dü-
şüncə tarixində təkrarsız yeri və rolu olan Həmid Araslı 
folklorşünaslığımızın  spesifik  sahələrindən  hesab  edilən 
ənənəvi  aşıq  yaradıcılığı  sahəsinə  də  xüsusi  diqqət 
ayırmış, bu istiqamət onun elmi fəaliyyətinin başlıca isti-
qa
mətlərindən olmuşdur.  
Alim “XVII – 
XVIII əsrlər Azərbaycan ədəbiyyatı 
tarixi”  (38),  üç  cildlik  “Azərbaycan  ədəbiyyatı  tarixi” 
(50)  kimi  tədqiqatlarında  aşıq  sənətinin  müxtəlif 


 
31 
sahələrinə  toxunmuş,  bundan  başqa,  Azərbaycan 
ədəbiyyatının  tarixi  və  problemlərinə,  Azərbaycan  aşıq 
şeirinin  tədqiqinə  aid  əsərlərində  bu  əbədi  söz 
xəzinəsinin  sirlərindən  bəhs  etmişdir.  Həmçinin  alim 
“Aşıqlar”  (10)  və  b.  bu  kimi  dəyərli  tədqiqat  əsərlərinə 
ön söz yazmış, “Aşıq poeziyası və klassiklər” (9), eləcə 
də  Azərbaycan  aşıq  sənətinin  görkəmli  nümayəndələri 
olan  məşhur  aşıqlar  haqqında  onlarla  məqalələr  nəşr 
etdirmişdir. 
Alim  öz  tədqiqatlarında  qeyd  edir  ki,  aşıq  hələ 
qədim dövrlərdə ozan, bəlkə də daha əvvəllər daha ayrı 
adlarl
a  adlandırılmışdır.  O,  aşıq  yaradıcılığını 
Azərbaycan  ədəbiyyatının  mühüm  bir  sahəsi  hesab  edir 
və  aşığı  sənətin  üç  növünü:  musiqi,  rəqs  və  şeiri 
birləşdirən  bir  sənətkar  adlandırır.  Alimin  fikrincə, 
aşıqlıq  sənəti  şairlikdən  fərqli  olaraq saz çalmaq,  rəqs 
etmək,  oxumaq,  şifahi  xalq  ədəbiyyatının  nağıl,  dastan 
və  başqa  növlərini  toylarda,  məclislərdə  ifa  edərək 
yaymaq deməkdir (8). 
Aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm 
bir  sahəsini  təşkil  edir.  Tarixin  çox  qədim  dövrlərindən 
başlayaraq  inkişaf  edib  gələn  bu  zəngin  yaradıcılıq  bu 
gün  də  davam  və  inkişaf  etməkdədir.  Aşıq  xalqın 
sevimlisi,  onun  qəlbinə,  ürəyinə  daha  yaxın  bir 
sənətkardır.  Geniş  xalq  kütlələrinin  içərisində  böyük 
hörmət  və  məhəbbətlə  qarşılanır,  xalqın  şad  və  qəmgin 
günlərində  onlarla  birlikdə  sevinir,  onlarla  birlikdə 
kədərlənir. Məhz buna görə də aşıq ədəbiyyatı və aşıqlıq 
sənəti  xalq  içərisində  hörmətlə  qarşılanaraq  yaşamış  və 
bu gün də yaşamaqdadır.  
Azərbaycan  aşıqlarının  özlərinin  xüsusi  adət-
ənənələri,  qayda  və  qanunları  vardır.  Ustad  aşıqlar 
əsərlərində  öz  sələflərinin  yüksək  ənənəvi  qanun-
qaydalarından  danışaraq  gənc  aşıqlara,  aşıqlıq  sənətinə 


 
32 
maraq göstərən həvəskar aşıqlara bu peşənin heç də asan 
olmadığını, el atası olmuş bu sənətkarların yüksək əxlaq, 
intellekt, bi
lik sahibi olduqlarını, zəngin mənəvi aləmləri 
ilə başqalarından çox fərqləndiklərini bildirmişlər.  
Azərbaycan  aşıq  sənətinin  inkişafında  öz  zəngin 
yaradıcılıqları  ilə  əvəzsiz  sənət  yaratmış  Aşıq  Abbas 
Tufarqanlı,  Aşıq  Ələsgər  Göyçəli,  Növrəs  İman,  Aşıq 
Hüseyn Bo
zalqanlı  və  b.  öz  əsərlərində  yüksək  ruhi-
mənəvi  keyfiyyətlərdən  bəhs  etmiş,  insanların  mənəvi 
zənginliyinə  çalışmışlar.  Görkəmli  tədqiqatçı  aşıq 
sənətindən  bəhs  edərkən  qeyd  edir  ki,  öz  dərin  biliyi, 
ağlı,  kamalı,  doğru  məsləhətləri  ilə  xalqa  kömək  edən, 
onun dərdlərini yüngülləşdirməyə çalışan bu sənətkarlar 
öz  şəxsi  rəftar  və  davranışları  ilə  də  xalqa  nümunə 
olmalıdırlar.  Heç  təsadüfi  deyildir  ki,  aşıq  sənətinin 
insanların  mənəvi  yüksəlişinə,  daxili  paklığına  xidmət 
etdiyini 
Aşıq Ələsgər də yüksək  dəyərləndirmişdir: 
                
Aşıq olub tərki-vətən olanın, 
 
Əzəl  başdan pürkəmalı gərəkdir. 
                
Oturub durmaqda ədəbin bilə, 
                 
Mərifət elmində dolu gərəkdir. 
 
Xalqa həqiqətdən mətləb qandıra, 
               
Şeytanı öldürə, nəfsin yandıra, 
               
El içində pak otura, pak dura
    
Dalısınca xoş sədalı gərəkdir (49, 5). 
Aşıq  sənətinin  çox  qədim  tarixə  malik  olduğunu 
bütün  türk  xalqlarının  möhtəşəm  abidəsi  olan  “Kitabi-
Dədə Qorqud” dastanında da görmək mümkündür. Aka-
de
mik H. Araslı bu barədə yazır: “Çox qədim və zəngin 
olan  aşıq  yaradıcılığımızın  dünyaca  məşhur  qiymətli 
abidələri vardır. “Dədə Qorqud”, “Koroğlu” kimi qəhrə-
manlıq,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib”  və  “Əsli-Kərəm” 
kimi  məhəbbət  dastanları  yaradan  çox  qədim  bir  aşıq 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə