Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
36 
Məşhur  “Dədə-Qorqud”  dastanları  da  bu  ozanların 
yaradıcılığı idi” (50, 50).    
Həmid  Araslı  bəzi  nüsxələr  üzərində  yenidən 
işləyərək,  müasir  oxuculara  çatdırmaq,  elmi  dövriyyədə 
onu  daha  da  samballı  şəkildə  təqdim  etmək  məqsədilə 
das
tanı yenidən nəşr etdirmişdir. 
Alimin  fikrincə,  bu  abidə  Azərbaycan  xalqının  X 
və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında 
ən  gözəl  təsəvvür  yaradan  bir  sənət  əsəridir:  “Eposda 
əsas  xalq  dili  ilə  X-XI  əsrin  həyatı  əks  olunur.  Burada 
xalqın  qəhrəmanlığı,  istək  və  arzuları  öz  ifadəsini 
tapmışdır.  Əsərdə  igidlikləri  ilə  təsvir  edilən 
qəhrəmanlar,  mərd,  namuslu,  xalqı  sevən,  düşməndən 
qorunmağı  bacaran,  qorxmaz  insanlardır.  Onlar 
yarımköçəri həyat keçirirlər. Bədöy atların belində ölkəni 
xarici düşmənlərdən qoruyurlar” (106, 5).   
Belə bir faktı qeyd etmək lazımdır ki, ən yaxın XV-
XVI  əsrlərdən  etibarən  “aşıq”  adının  çox  yayılmasına 
baxmayaraq, “Dədə-Qorqud” dastanlarında əsas yaradıcı 
və ifaçı kimi iştirak edən “ozan” Nizami, Nəsimi, Fizuli 
kimi klassiklərimizin əsərlərində işlənilməklə bərabər, bu 
gün  də  yer  adlarında  və  şifahi  ədəbiyyat 
nümunələrimizdə yaşamaqdadır. 
Həmid  Araslı  yaradıcılığında  “Kitabi-Dədə 
Qorqud”  dastanının  nəşri  və  şərhləri  mövzusuna 
Monoqrafiyanın III fəslində geniş yer verildiyi üçün biz 
burada dastanın  tədqiqindən qısa bəhs edirik. 
Tədqiqatlarında  aşıq  şeiri  ənənələrindən  geniş 
şəkildə  bəhs  edən  H.Araslı  XVII  əsrdə  xalq  şeirindən 
bəhrələnib əsər yazan şairlərin bəzilərinin bayatı şəklinə 
daha çox üstünlük verd
iyini  qeyd  etmişdir.  Onlar  aşıq 
şeirinin  həm  qoşma,  gəraylı  şəkilləriylə,  həm  də  bayatı 
şəklində əsərlər yaradırdılar. 


 
37 
Bayatı  şifahi  xalq  ədəbiyyatında  geniş  yayılmış 
aşıq şeiri növlərindəndir. XVII əsrdə baş vermiş bir sıra 
tarixi hadisələr, nəinki həmin dövrdə yaranmış xalq ədə-
biyyatı  nümunələrində,  həmçinin,  xalq  bayatılarında  da 
özünü göstərir. Aşıqlar bayatı janrından istifadə etməklə, 
məhəbbət,  qəhrəmanlıq  və  məişət  mövzusuna  dair 
bayatılar yaradırdılar. Belə ki, şifahi xalq şeiri üslubunda 
yazan şairlərin hamısı bayatı şəklində yazmışdır. 
Bayatı  şəklində  yazan  şairlər  arasında  Aşıq 
təxəllüslü Sarı Aşıq adlı sənətkar daha məşhur olmuşdur. 
Həmid  Araslı  Sarı  Aşığı  lirik  şair  hesab  edir  və 
qeyd edirdi ki, o, yaratdığı kiçik və məzmunlu məhəbbət 
təranələrində həsrət, hicran, fədakarlıq və vüsaldan bəhs 
edir. 
Məlum  olduğu  kimi,  Sarı  Aşıq  Azərbaycan 
xalqının  yaddaşında  bayatı  ustası  kimi  tanınıb.  Onun 
şeirləri  uzun  illər  xalqın  yaddaşında  qorunub 
saxlanmışdır. Görkəmli folklorşünas Salman Mümtaz bu 
ustadın  yaradıcılığını  toplayıb  yazıya  gətirmiş  və  kitab 
kimi  nəşrinə  nail  olmuşdur.  Həmin  kitab  (121;  122) 
zamanında  mübahisələrə  səbəb  olmuş,  müxtəlif  fikir 
ayrılıqları  ilə  bütünlükdə  elmi-mədəni  mühitin 
marağında  dayanmışdır.  Kitabda  maraqlı  bir  qeyd  var: 
“Məmməd  Rəşti  adlı  bir  tələbə  1923-cü  ildə  Şuşada 
Haqq  Aşığı  adı  ilə  Sarı  Aşığın  bayatılarını  kitabça 
şəklində çap etdirmişdir” (78,  60).  S. Mümtaz ustadın 
bir neçə mürəbbe və təcnisini, 430-dan çox bayatısını çap 
etdirir.  S.  Mümtaz  xalq  ədəbiyyatının  toplanması,  nəşri 
və tədqiqi sahəsində ardıcıl iş görən tədqiqatçılardandır. 
O  təkcə  xalq  ədəbiyyatı  deyil,  həm  də  klassik 
ədəbiyyatın  öyrənilməsi  sahəsində    də    mühüm 
tədqiqatlar müəllifidir. “Aşıq Abdulla” (121) kitabı onun 
folklorşünaslıq  sahəsində  gördüyü  işlərdəndir.  Kitabda 
Aşıq Abdullanın kimliyi,  anadan olduğu yer və yaşadığı 


 
38 
dövr  haqqında  məlumat  verilmişdir.  Daha  sonrakı 
araşdırmalarında Salman Mümtaz həmin sənətkarın Sarı 
Aşıq olması qənaətinə gəlmiş,  “Sarı Aşıq və bayatıları” 
(122)  kitabını  buraxmışdır.  123  səhifədən  ibarət  olan 
kitabın  sonunda  yazılır:  “Muradxanlı  kəndinin  yanında 
və Həkəri çayının sağ tərəfində “Aşıq qəbristanı adı ilə 
məlum  qəbristanda  vaqedir”  (122).  Sonra  xüsusi  olaraq 
vurğulanır 
ki, 
bu 
məlumat 
1933-cü ilin 
ekspedisiyasındandır.  Bu  iki  nəşr  ədəbi  mühitdə  böyük 
mübahisələrə səbəb olmuşdur.  
İlk olaraq bu kitablara Bəhlul Behcət “Ədəbiyyat” 
qəzetində  “Sarı  Aşıq”  (60)  və  “Aşıq  təxəllüslü  bayatı 
şairinin 
tərcümeyi-halı 
və 
yaradıcılığı” 
(61) 
məqalələrində  öz  münasibətini  bildirmiş  və  kitabların 
geniş təhlilini vermişdir. 
Folklorşünaslıqda  Sarı  Aşıq  müxtəlif  adlarla 
tanınır: Sarı Aşıq, Qurbanəli, Abdulla, Qərib, Nəbi, Aşiq 
və b.  Folklorşünas Q. Umudov yazır: “Elə bu illərdə ki-
tabda  getmiş  bəzi  nümunələr,  aşığın  adının 
dəyişdirilməsi, şəxsiyyətinin şübhəli olması ilə əlaqədar 
ədəbi  ictimaiyyət  arasında  geniş  mübahisə  yaranır... 
1935-
ci ildə, “Sarı Aşıq” kitabının nəşrindən sonra onun 
əvvəlki nəşri ilə olan ad fərqi, “Aşıq Abdulla” kitabının 
müqəddiməsində  tədqiqatçının  “bayatı”  sözünün 
etimologiyası və Aşığın şəxsiyyəti barədəki mülahizələri 
şübhə altına alınaraq mübahisəyə səbəb oldu” (156, 92). 
Onu  da  əlavə  edək  ki,  bu  mübahisələrin  başlanğıcı  B. 
Behcət  tərəfindən  qoyuldu.  Burada  əsas  səbəb  ikinci 
nəşrdə ad dəyişikliyinin səbəbləri idi. Belə ki, bu, tərtibçi 
tərəfindən  şərh  olunmalıydı.  Məqalədə  deyilir:  “Salman 
Mümtazın  “Sarı  Aşıq”  adı  altında  nəşr  etdiyi  kitabı 
əslində  1927-ci  ildə  buraxılan  “Aşıq  Abdulla”  adlı 
kitabın yeni nəşridir. Yəqin ki, oxucular Aşıq Abdullanın 
başqa,  Sarı  Aşığın  da  başqa  bir  sima  olduğunu  zənn 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə