62
tərəfinə yayılıb, müxtəlif yollarla xalqa kələklər gələn,
xüsusən Azərbaycanın şəhər və kəndlərində bir çox
fırıldaqlar işlədib, var-dövlət qazanan İsfahan lotuları
haqqında o zaman bir çox rəvayətlər danışılırdı. Biz
“Aşıq Qərib” dastanında da bu xüsusiyyəti görürük” (8,
67).
Bu dastan məhəbbət mövzusu üzərində
qurulmuşdur. Yoxsul aşıq ilə varlı qızı Şahsənəmin
arasındakı məhəbbətə ictimai bərabərsizlik, yoxsulluq
mane olur. Söz qüdrətinə, sənətkarlığa böyük qiymət
verən xalq kütlələri yoxsul aşığı müdafiə edir, onun azad
məhəbbətini yüksək qiymətləndirirlər. Aşığın sevgilisini
əlindən almaq istəyən şahvələdlər ifşa edilir, aşıq xalqın
köməyi ilə öz arzusuna çatır.
“Beləliklə, biz bu dastanda qədim dastanlardan
fərqli olaraq qol qüvvətinin
söz qüdrəti,
mənəvi qüvvə ilə
əvəz olunduğunu görürük. Burada var-dövlət, pul ilə mə-
nəvi qüdrət, şeir, sənət qarşı-qarşıya qoyulur, sənətin
daha üstün olduğu göstərilir (8, 68).
Sevgilisindən ayrı düşmüş aşığın iztirabları
göstərilən qoşmalarla yanaşı ölkənin o zamankı
vəziyyətini aydınlaşdıran şeirlər də vardır ki, bu da tarixi
nöqteyi-
nəzərdən çox qiymətlidir (8, 67-68). Cənubi
Azərbaycanda
şəhərlərin
dağıldığını,
viranəyə
çevrildiyini göstərən ayrı-ayrı parçalarla bərabər, xalq
sənətkarları Təbriz şəhərinin qüdrətli günlərini də
xatırlayaraq, vaxtı ilə oranın böyük bir ticarət mərkəzi
olduğunu iftixarla tərənnüm edirdilər. Dastanda Təbriz
əhalisinin mərdliyini, bir çox ölkələrlə ticarət əlaqəsi
saxladığını göstərən misralar xüsusilə mənalıdır:
Pəhləvanlar kisvət geyir, yağlanır,
Cümlə bəzirganlar burda əylənir.
Üç yüz altmış yükü birdən bağlanır,
Əldən-ələ gəzir malı Təbrizin (8, 68).