Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
51 
kiçik  dastanlar  yaranmışdır.  Bu  aşıqlar  yalnız 
Azərbaycanda  deyil,  həmçinin,  bütün  Qafqazda 
tanınmışdılar.  Onların  əsərlərində  yalnız  Azərbaycanda 
yazılmış  cünglərə  deyil,  gürcü  və  erməni  əlifbasındakı 
əlyazmalara  da  rast  gəlinir.  Onların  arasında  Şikəstə 
Şirin özünün Qafqazda baş vermiş tarixi hadisələrə həsr 
etdiyi  əsərləri  ilə  seçilir.  Bu  əsərlərdən  biri  “Əhvali-
Tiflis” adlanır. Müəllif burada Qafqazın bəzi şəhərlərini 
viran edən o zamankı hökmdarların zorakılığına qarşı öz 
nifrətini bildirir:  
           
Ay ağalar, tarixlərdə görən var, 
           
Çoxalıbdır qalmaqalı Tiflisin. 
           
Neçə-neçə şahlar gəlib gedibdir, 
Heç olmamış belə halı Tiflisin (8, 69). 
Tədqiqatçı  göstərir  ki,  bu  poemada  aşıq  yadelli 
işğalçıların zorakılıq hərəkətlərindən şikayətlənir, onların 
törətdikləri  vəhşilikləri  təsvir  edərək  bildirir  ki,  Tiflisin 
tari
xində, bu kimi hadisələrin çox olmasına baxmayaraq 
he
ç vaxt belə amansız mühit olmamışdır. 
             
Ey Şikəstə Şirin, düşmən öyünü 
             
Dedi, Tiflis görməmişdi bu günü 
Heç kimsədən getməz dağı, düyünü, 
İntiqamın alır vali Tiflisin (8, 70-71). 
Bu  misralarda  isə  yadelli  işğalçıların  Qafqaz 
xalqlar
ının başına gətirdikləri müsibətlərdən bəhs olunur. 
Lakin şairin gələcəyə də böyük ümidlər bəslədiyinin şa-
hidi oluruq. 
Məhəbbət  mövzusunda  isə  Saili  təxəllüslü  şairin 
gəraylısı məşhurdur: 
                     
Səhər çağı ötən bülbül, 
Sən ağlama, mən ağlaram. 
 
Dərdin dərdə qatan bülbül
         
Sən ağlama, mən ağlaram (8, 70) 


 
52 
Bu  gəraylıda    xalqın  dərdi  və  məhəbbəti  şair 
tərəfindən səmimi, aydın və oynaq ifadələrlə göstərilir. 
Sailinin müasiri – 
Urfani  təxəllüsüylə  yazıb-
yaradan  söz  ustası  öz  dövrünün  məşhur  musiqişünası 
olmuşdur. Bu, onun hələ də müasir aşıqlar tərəfindən ifa 
olunan,  öz  adıyla  bağlı  aşıq  mahnılarını  yaradıb  ifa 
etməsiylə izah olunur. Bu əsərlərin arasında gözəl qoşma 
və gəraylılar da var. 
Həmid  Araslı  Azərbaycan  aşıq  sənətinin, 
ümumiyyətlə,  Qafqazda  geniş  yayıldığını,  bu  bölgədə 
yaşayan  digər  qonşu  xalqların  nümayəndələrinin  də 
görkəmli  aşıqlarımızın  yaradıcılığından  bəhrələnərək 
fərqli  sənət  nümunələri  yaratdıqlarını  qeyd  etmişdir. 
Tədqiqatçı  həmin  aşıqların  bu  sahədəki  yaradıcılığını 
izləmişdir.  Bu  baxımdan  gürcü  və  erməni  xalqları 
arasında  aşıq  yaradıcılığının  geniş  yayılması  alimin 
diqqətini cəlb etmişdir. Alim bu haqda danışarkən yazır 
ki,  hələ  XVI  əsrdən  başlayaraq  Azərbaycan  dilində 
yazıb-yaradan gürcü və erməni aşıqlarına rast gəlinir. Bu 
söz  ustaları  tərəfindən  yazılmış  şeirlər  Azərbaycan  aşıq 
poeziyasının misilsiz irsidir. 
Həmid  Araslının  tədqiqatlarından  görünür  ki, 
Matenadaranda  və  Gürcüstan  Dövlət  muzeyində  orta 
əsrlərdən  qalmış  bir  sıra  əlyazmalar  saxlanılır  ki,  bu 
əlyazmalarda  Azərbaycan  aşıqlarının  əsərləri  gürcü  və 
erməni  əlifbası  ilə  yazıya  alınmışdır.  Alim,  həmçinin 
Azərbaycan aşıqlarının özünəməxsus qayda-qanunları ol-
duğunu  da  qeyd  edir.  Həmid  Araslının  fikrincə,  ustad 
aşıqların  əsərləri  yüksək  ənənəvi qayda-qanun, ustalıq, 
bilik  və  ali  mənəvi  keyfiyyətləri  ilə  fərqlənir.  H.Araslı 
gürcü və erməni aşıqlarının həyatına Qafqazdakı coşqun 
siyasi  hadisələr,  yaradıcılığına  isə  Azərbaycan  aşıq 
yaradıçılığı fonundan baxır. Tədqiqatçı həmin aşıq-şair-
lərin yaşayıb-yaratdığı  mədəni  mühiti  nəzərdən  keçirir. 


 
53 
Bu baxımdan, alim, XVIII əsr Tiflisinin rolunu, gürcü və 
azərbaycanlılarla  yanaşı  ermənilərin  də  yaşadığı, 
müxtəlif  mədəniyyətlərin  daşıyıcılarının  rast  gəlindiyi 
mədəni  mərkəz  kimi  xüsusi  qeyd  edir.  Aşıq  poeziyası, 
aşıq  sənəti  isə  bu  üç  xalqın  mənəvi  ehtiyacını  təmin 
etmək üçün üç dildə yaradılırdı (8, 6). 
Həmid  Araslı  bu  şairlərin  öz  yaradıcılığında 
Azərbaycan  aşıq  poeziyasından  faydalandığını  və 
xalqımızın  aşıq  sənətinə  çox  yaxından  bələd  olduğunu 
qeyd etmişdir.  
  
Həmid  Araslı  Sayat  Novanın  ustad  aşıq  kimi 
formalaşmasından  danışarkən,  onun  Azərbaycan  dilində 
yazdığı “Vücudnamə” adlı poetik əsərinə müraciət edir. 
Tədqiqatçı göstərir ki, şairin yaradıcılığı Azərbaycan aşıq 
poeziyasının  sürətlə  çiçəkləndiyi  dövr  olan  XVIII  əsrə 
təsadüf  edir.  XVII-XVIII  əsrlər  Azərbaycanda  aşıq 
sənətinin  coşğun  inkişafı  dövrü  olmuşdur.  Aşıq 
yaradıcılığının  Abbas  Tufarqanlı  (XVII  əsr),  Sarı  Aşıq 
(XVIII əsr),  Xəstə Qasım (XVIII əsr), Saili (XVIII əsr), 
Urfani (XVIII əsr) kimi bir çox nümayəndələri öz bədii 
yaradıcılıqları  ilə  Qafqazda  Azərbaycan  aşıq  sənətinə 
şöhrət gətirmişlər. 
Alim  qeyd  edir  ki,  XIX  əsrdən  başlayaraq  aşıq 
poeziyası yeni bir istiqamətdə inkişaf etməyə başlamışdı 
və  bu  poeziyanın  yeni  klassik  sənət  ustaları  tanınmağa 
başlamışdı. Onlardan Aşıq Alı, Aşıq Musa, Məhəmməd 
Hüseyn,  Aşıq  Ələsgər,  Aşıq  Əziz,  Aşıq  Əhməd,  Aşıq 
Ay
dın, Aşıq Bəylər və başqalarının adlarına rast gəlinir. 
Həmid Araslı “Aşıq yaradıcılığı” monoqrafiyasında 
dastanlarımızın  üç  yolla  yaradıldığını  söyləmişdir. 
Alimin  fikrincə,  bu  yollardan  birincisi  budur  ki:  “bəzi 
dastanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətlərin adı 
ilə  bağlı  müasirlərinin  yaratdığı  şeirlər  həmin  dastanın 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə