Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
83 
olunduğunu da xüsusi qeyd edərək bildirir ki, “xüsusilə, 
bu  sənətkarların  xalq  ədəbiyyatından  öyrənməsi, 
Azərbaycan  folklorundan  faydalanma  nəticəsində  əldə 
etdikləri yaradıcılıq müvəffəqiyyətlərinə Araslı geniş yer 
vermişdir.  Azərbaycan  ədəbiyyatının  Nizami,  Füzuli, 
Vaqif kimi böyük şəxsiyyətlərinin həyat və yaradıcılığı, 
ayrı-ayrı  əsərlərinin  geniş  elmi  təhlili  ilə  yanaşı, 
H.Araslının bilavasitə Azərbaycan folklorunun tədqiqi və 
təhlilinə  həsr  etdiyi  əsərlər  folklorşünaslığımızda  şərəfli 
yer tutur. Bu əsərlərdən biri “Kitabi- Dədə Qorqud”dur” 
(162, 80-81). 
Nizami  əsərlərinin,  Həmid  Araslinin  fikrincə,  hər 
birində  “Dədə  Qorqud”da  olan  bütün  motivləri  görmək 
olar. Buna misal olaraq, al
im,  dastanın  “Beyrəklə 
Banıçiçək”  və  “Qanturalı”  ilə  bağlı  olan  boylarını  və 
Nizaminin “Həft peykər” əsərindəki “Rus şahzadəsi” və 
“Yeddi  gözəl”  əsərindəki  “Xeyir  və  Şər”  nağıllarını 
müqayisə  edərək  onların  hər  birində  qadınların 
evlənəcəyi  oğlanı  sınaqdan  keçirdiyini  göstərir.  Eyni 
motivlərə alim Azərbaycan xalqının digər dastanları olan 
“Şah İsmayıl”, “Valeh və Zərnigar” dastanında, eləcə də 
“Hazar  dastanı”  nağılında  da  rast  gəlindiyini  bildirir. 
Həmçinin alim digər xalq dastanı “Novruz”da Kəlləgöz 
qəhrəman  adlı  adama  rast  gəlindiyini  və  xalq  nağılı 
“Kəlləgöz  qəhrəman”ın  “Basatın  Təpəgözü  öldürməsi” 
boyunun  eyni olduğunu hesab edir (107, 11). 
Görkəmli  alim  Nizami  Gəncəvinin  “Xosrov  və 
Şirin”  poeması  ilə  “Kitabi-Dədə  Qorqud”  boyları 
arasında  da  bir  çox  oxşar  xüsusiyyətlər  olduğunu  öz 
araşdırmalarında  geniş  şəkildə  misallarla  izah  edir,  hər 
iki əsərdəki müxtəlif qadın obrazlarından və “Bəkil oğlu 
İmranın  boyu”ndakı  atın  qəhrəmanlığından  bəhs  edir 
(107, 11). 


 
84 
Ümumiyyətlə,  “Nizami  və  şifahi  xalq  ədəbiyyatı” 
mövzusunun  işlənməsində  H.  Araslının  mühüm 
xidmətləri  olmuşdur.  Görkəmli  alimin  bu  sahədəki  əsas 
xidmətlərindən  biri  bundan  ibarətdir  ki,  o,  həmin 
məsələni  ilk  dəfə  qaldıranlardan  olmuş,  Y.  E.  Bertelsin 
fikirlərini yeni faktlarla zənginləşdirmiş və Nizaminin bir 
şair kimi milli köklərə malik olduğunu aydınlaşdırmağa 
çalışmışdır.  Bu  hadisələr  elə  bir  dövrdə  baş  verirdi  ki, 
Nizamidən fars şairi kimi danışılır və o, Azərbaycan şairi 
hesab  edilmirdi.  Beləliklə,  alimin  həmin  dövrdə  bu 
məsələyə  xüsusi  diqqət  yetirməsi  yalnız  ədəbi,  elmi 
baxımdan  deyil,  həm  də  siyasi-ictimai  cəhətdən  çox 
böyük əhəmiyyətə malik idi.     
Azərbaycan klassiklərindən söz düşmüşkən onu da 
qeyd etməliyik ki, Həmid Araslı “Kitabi-Dədə Qorqud” 
dastanının  bir  hissəsində  Qazan  bəyin  oğlunun  atasına 
müraciətlə  Abxaziyaya  gedib,  altun  xaça  əl  basaraq 
Pilungen  keşişin  əlindən  öpüb,  kafir  qızla  evlənib  bir 
daha  onun  üzünə  gəlməyəcəyini  söylədiyi  fikrin  XII 
əsrin 
məşhur 
Azərbaycan 
şairi 
Xaqaninin 
Şirvanşahlardan Əhistan tərəfindən həbsə alındığı zaman 
yazdığı  “Həbsiyə”də  eynilə  bu  sözlərin  təkrar 
olunduğunu  görürük:  “O  da  dinindən  dönüb  abxazların 
yanına  getməsindən,  orada  hürmət  etməsələr,  rumların 
yanına gedəcəyindən danışır” (107, 11). 
Professor  Azadə  Rüstəmova  Həmid  Araslıya 
istinadən  yazır  ki, “Kitabi-Dədə  Qorqud”  dastanlarının 
Azərbaycan  epik  şeirinə,  xüsusən  Nizami  yaradıcılığına 
böyük  təsiri  olmuşdur:  “Şairin  ecazkar  qələminin 
yaratdığı qəhrəman qadın surətləri – Fitnə, Nüşabə, çinli 
türk  qızı,  at  çapıb  çovkan  oynadan  Şirin  sanki  “Dədə 
Qor
qud”  boylarındakı  igid  qadın  surətlərindən  ruhən 
qida alıb ucalmışlar. Sanki Dəli Domrulun öz sevimli əri 
yolunda  ölümü  belə  qəbul  etməyə  hazır  olan  vəfalı 


 
85 
qadını  sonradan  yeni,  daha  mükəmməl,  daha  dolğun 
mənəvi  keyfiyyətlər  əxz  edərək,  dünya  ədəbiyyatının 
əbədi  yaşayacaq  obrazları  silsiləsinə  daxil  olan  Şirinə, 
Leyliyə çevrilmişdir… Sanki şair öz ölməz daşyonanının 
obrazını  “Salur  Qazanın  evi  yağmalandığı  boyu”nda 
təsvir  edilən  hünərvər  Qaraca  Çobandan  təsirlənərək 
yaratmışdır. Bəhrama isə ovçuluq məharətini sanki Bəkil 
irs qoyub getmişdir” (139, 32). 
Alim daha sonra Böyük Nizaminin slavyan qızının 
(“Yeddi  gözəl”  də  Dördüncü  İqlim  şahzadəsinin 
söylədiyi  nağıl  qəhrəmanı)  sanki  Selcan  xatunun, 
Banuçiçəyin  doğma  bacısı  olması,  Banuçiçəyin  özünü 
tanıtmadan  Beyrəklə  at  çapıb,  ox  atıb,  güləşib,  onun 
hünər və şücaətini yoxladıqdan sonra üzük almasına işarə 
edərək  yazır:  “Selcan  xatunu  öz  rəfiqəsi  seçən  kəs  bir 
sıra şərtlərə əməl etməlidir...Lakin vaqiə yaxınlıqları bir 
kənarda  qalsın,  “Kitabi-Dədə  Qorqud”  dastanlarının 
Nizami yaradıcılığına birinci növbədə fikri-mənəvi təsiri 
böyük olmuş ki, bu məsələnin xüsusi tədqiqata ehtiyacı 
vardır” (139, 32). 
Eyni  yanaşmanı  Nizami  ilə  təqribən  eyni  dövrdə 
yazıb-yaratmış Məhsəti Gəncəvinin və Xaqani Şirvaninin 
yaradıcılığına  münasibətdə  də  göstərən  Həmid  Araslı 
Məhsəti  haqqında  yazır:  “Məhsətinin  həyatı  haqqında 
çox  az  məlumat  vardır.  Qədim  təzkirəçilər  bu  bacarıqlı 
şairənin  yoxsul  bir  ailədə  doğulub  böyüdüyünü,  yaxşı 
musiqiçi olduğunu, Gəncə xətibinın oğlu Əmir Əhmədlə 
müa
şiqəsini, hazırcavab olduğundan Gəncə hökmdarının 
sarayına  yaxın  olmasını,  sonra  Gəncədən  sürgün 
edilməsini  qeyd  etsələr  də,  şairənin  ümumi  yaşayışı 
haqqında geniş məlumat verə bilməmişlər. Təzkirəçilərin 
və  şairənin  əsərləri  əsasında  kiçik  bir  dastan  düzəldən 
sonrakı  yazıçıların  verdiyi  məlumat,  rəvayət  və 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə