107
Məhbubi-müntəxəb, bir ali nəsib,
Qəmzəsində qəzəb, sən saxla, yarəb!
Güli-
rux, qünçə-ləb, turunci ğəb-ğəb,
Lisanında əcəb hekayəti var! (116, 15).
Alim yazır ki, xalq ədəbiyyatının bu şəkli qədim
şeirimizdən,
qəzəldə
daxili
qafiyə
yaratmaq
xüsusiyyətindən istifadə edilərək yaranmışdırsa da, Vaqif
bu xüsusiyyəti müxəmməslərə də tətbiq edir. Ancaq
müxəmməsdə hər misranın içərisində həmqafiyə sözlər
işlətməyə çalışmışdır:
Gül nəfəs, bir xarü kəs, məhbubi növrəs, eyş baz,
Xoş liqa, bürqə güşa, əbrünüma, xatirənəvaz,
Aşinadil, dosta mail, nazi istiğnası az... (116, 15).
Vaqif, bəzən, bütün bir şeiri bir cümlə kimi yaradır:
“Əyibdir qəddimi, dəlib bağrımı” misrası ilə başlanan
qoşmanı nəzərdən keçirsək belə çıxar: “Bir kirpiyi oxlu,
q
aşı kamanlı, gözləri can alan, cəmali-sərməst, baxışı
hərami, qəmzəsi qanlı, nazik kəmallı, nazik işli, şirin
kəlməli, şəkər gülüşlü, mərcan dodaqlı, dürdanə dişli,
cavahir sözlü, sədəf dəhanlı, sərxoş gəzişli, gizli imali,
Kəbə ziyarətli, qiblə nümali, mələk şəkilli, huri simalı,
cənnət eşikli, əla məkanlı, durna avazlı, bülbül nəvali, İsa
nəfsli, Loğman davalı, bənövşə iyli, ənbər havalı, təzə
çəmənli, tər gülüstanlı qəddimi əyib, bağrımı dəlibdir”
(116, 14-15).
Vaqifin təcnislərinin aşıq şeirimizdə olan təcnislər
qədər müvəffəqiyytətli olmadığını vurğulayan Həmid
Araslı bunun əsl səbəbini şairin işlətdiyi cinasların,
bəzən, səs tərkibini, ahəngini deyil, yazılışını əsas
götürməsində görmüş və yazmışdır: “Aşıq təcnis
yaradanda cinas kəlmələrin tələffüzünə fikir verir, qulaq
qafiyələri yaradır, düzələn cinaslar qulağı oxşayır. Lakin
Vaqif göz cinasları yaradır. Yazı şəkli oxşar kəlmələri
108
seçir, odur ki, onları bugünkü əlifbamıza keçirəndə çox
zaman cinaslığını itirir. Məsələ:
Qəmzən qılınc çəkib budar da məni,
Başın üçün qoyma bu darda məni,
Yetir mətləbimə bu dərdə məni (116, 15).
H. Araslı xüsusilə vurğulayır ki, Vaqif qəzəl,
xüsusən müxəmməs, qədim şeirin bütün şəkillərində
əsərlər yaratmışdır. Əruz vəzninin tələbinə görə şairin
dili qoşmalarından fərqlənir. O ərəb, fars tərkiblərini tez-
tez işlətməyə məcbur olur. Bəzən də, “şeyxlər şəyyad
abidlər əbusən qəmtərir,” - kimi misralar yaradır. Ancaq
Vaqif şeiirdə aydınlığa artıq diqqət verdiyindən, əruz ilə
yazdığı şeirlərin çoxu özündən əvvəl yazan şairlərdən
daha tez anlaşılır. Belə əsərlərində şair təsvirdən daha
çox mənaya diqqət verir. Məhəbbətin ümumi fəlsəfi
mahiyyətindən bəhs edir, müəyyən hissləri ümumiləş-
dirən beytlər yaradır:
Dili roşən gərək nadan içində sərf edə ömrün,
Çırağın səltənətgahı savadi-şami-eldadır (116,
17).
Onun “Olmaya”, “İgidlərdə”, “Düşər”, “Düşmə”
və “Bax” rədifli qəzəllərində bu xüsusiyyəti görə bilərik.
Həmid Araslı bildirir ki, “Vaqifin şeirləri əsasında
bir məhəbbət dastanı da yaranmışdır. “Vaqif nağılı”
adlanan bu dastanda Vaqifin Qarabağa köçməsi, İbrahim
xanın bacısı Sənəm xanımla müaşiqəsi və Gürcüstan
hökmdarı Vali xanla görüşü təsvir edilir” (116, 17).
Həmid Araslının Vidadi ilə bağlı fikirləri də çox
maraqlıdır. Alim yazır ki, XVIII əsrdə ardı-arası
kəsilmədən aparılan müharibələr insanlarda gələcəyə
inam və arzu ümidlərin öldürür, xalqın çox az bir hissəsi
bu vuruşmalarda iştirak edərək gələcək qalibiyyətə
inanırdı: “Xalqın bu əhval-ruhiyyəsi, pessimizmi xalq ilə
bağlı olan böyük sənətkar Vidadinin əsərlərində əks
109
olunmuşdur. Dövrün tarixi ümidsizliyi ilə əlaqədar
olaraq şair:
“Kimsəyə qılmaz vəfa bu dəhri-bipayana bax
Olma məmurinə rəqib axırı viranə bax” demişdir
(116, 17).
Lakin bu dövrdə Vidadinin müasiri və vətəndaşı
böyük sənətkar Vaqif bu pessimizmin tərsinə optimist bir
əhvali-ruhiyyədə idi. O, xalq yaradıcılığına məxsus olan
şən əhvali-ruhiyyəni öz yaradıcılığında əks etdirirdi.
Vaqif aşıq poeziyasından, onun formasından istifadə
edən şairlərin işini son yüksəkliyə qaldırıb müasirlərinə
özündən sonra gələn sənətkarlara və aşıq poeziyasına
böyük təsir etdi” (120, 6-7).
Həmid Araslının fikrincə, Vidadinin istər klassik
ədəbiyyatımızla bağlı olan qəzəl və müxəmməslərində,
istərsə xalq yaradıcılığı üslubunda yazdığı qoşmalarda bu
pes
simizm, bu kədər və iztirab əks olunmuşdur: “Onun
qəzəllərində böyük Fizulinin şikayətləri, kədərləri hiss
olunur. Bu şeirlər içərisində onun məlum müsəddəsi bu
ruhu daha aydın ifadə edir. Bu şeirdə hər şeyin
müvəqqəti olduğunu söyləyən şair saqiyə müraciətən:
“
Bir qam yetir, saqi, bu dövran belə qalmaz!
Tən bir gün olur xakilə yeksan, belə qalmaz!”
deyib dərdlərini ifadəyə çalışır” (120, 8).
Həmid Araslı şairin şeirlərinin 1939-cu il nəşrinə
yazdığı müqəddimədə Vidadinin xalq poeziyası təsiri ilə
yazılmış qoşmalarında da eyni ruhun ifadə olunduğunu
qeyd edir:
Heç bilmədim dövran necə dolandı,
Yandı cismim atəşlərə qalandı,
Könül şəhri gündən günə talandı
İndi oldu bir xaraba çöllər hey” (120, 9).
Həmid Araslı daha sonra yazır ki, bu misralarda o
şəxsi dərdlərini belə ifadə edərkən, könlünü feodal
Dostları ilə paylaş: |