Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   49   50   51   52   53   54   55   56   57

 
166 
dastanlar v
ə  s.  xalqın  arzusuna,  zövqünə, istək və 
t
ələbinə  cavab verə  biləcək forma və  məzmunda 
yaradılmışdır.  Elə  bu səbəbdəndir ki, istər orta əsrlərdə 
yaşamış  ədiblərimiz, istərsə  də  çağdaş  dövrdə  yazıb-
yaradan  yazıçı  və  şairlər  şifahi  xalq  ədəbiyyatından  hər 
zaman bol-bol b
əhrələnməyə  səy  etmişlər.  Ən  istedadlı 
v
ə  ən qüdrətli  qələm sahibi belə  folklor kimi dərin 
ümmana baş vurmadan keçinə bilməz. Heç şübhəsiz ki, 
Xaqani  Şirvani,  Nizami  Gəncəvi,  İmadəddin Nəsimi, 
M
əhəmməd Füzuli, Molla Pənah Vaqif və  digər 
klassikl
ərimizin bu qədər böyük uğur qazanmasının əsas 
s
əbəblərindən biri, bəlkə  də  birincisi mənsub  olduqları 
xalqın  zəngin  folklor  yaradıcılığından  məqsədəuyğun 
şəkildə  bəhrələnə  bilmələri ilə  əlaqədardır.  Həmid 
Araslının  yaradıcılıqlarına  sıx-sıx  müraciət  etdiyi  bu 
böyük s
ənətkarların əsərlərinin tarixin bütün sınaqlarına 
sin
ə gərərək, bütün dövrlərdə aktuallığını qoruya bilməsi 
v
ə  daim  müasir  olması  önəmli ölçüdə  bu faktorla 
bağlıdır.  Həmid  Araslının  qeyd  etdiyi  kimi,  bu  tip  fikir 
v
ə  qələm sahibləri öz  əsərlərində  bütün dövrlərin 
daimiyaşar problemlərini yüksək sənətkarlıqla əks etdirə 
bilirl
ər. Bu fikirlər müəyyən mənada folklorumuzu, eləcə 
d
ə  folklorla  yazılı  ədəbiyyatın  əlaqələrini  araşdırmaqla 
eyni d
ərəcədə böyük əsərlərə imza atan alimlərə də şamil 
edil
ə  bilər və  edilməlidir. Belələri də  eynən 
klassikl
ərimiz kimi klassikləşir  və  elm  adamlarının 
yaddaşında, 
sonrakı 
dövrlərin tədqiqatçılarının 
əsərlərində  əbədi  yaşamaq  hüququ  qazanır.  Belə 
s
ənətkarlardan biri də  şübhəsiz ki, Həmid  Araslıdır. 
Onun elmi fikirl
əri indiyə  qədər  bir  sıra  qiymətli 
t
ədqiqatların  qida  və  istinad mənbəyi  olmuş,  əsərləri, 
yaradıcılığı  gənc tədqiqatçıların  müxtəlif istiqamətlərdə 
apardıqları  araşdırmalara  yön  və  istiqamət  vermişdir  və 
verm
əkdə davam edir. 


 
167 
G
əldiyimiz digər nəticələrdən  danışarkən xüsusilə 
qeyd etm
ək istəyirik ki, Həmid  Araslının  elmi  fikirləri 
özünd
ən sonrakı dövrlərin tədqiqatçılarına  əsaslı surətdə 
t
əsir  etmiş,  Mirəli Seyidov, Məhəmməd Hatəmi 
Tant
əkin,  Tofik  Hacıyev,  İsrafil  Abbasov, Bəhlul 
Abdulla, Azad N
əbiyev, Sədnik  Paşa  Pirsultanlı  və 
başqaları onun yaradıcılığından bu və ya digər dərəcədə 
faydalanmış, eyni zamanda onun əsərlərinin elmi nəzəri 
istiqam
ətləri və  xüsusiyyətləri  haqqında  dəyərli fikirlər 
söyl
əmiş,  alimin  yaradıcılığının  müxtəlif  tərəflərinə  və 
probleml
ərinə  diqqət  ayırmışlar.  Yəni alimin fikirləri 
özünd
ən sonrakı tədqiqatçılar üçün mayak rolunu oyna-
mışdır. 
H
əmid  Araslı  xalqın  “Ana  kitabı”  kimi 
dəyərləndirilən,  böyük  tarixi-mədəni  dəyəri  olan  “Dədə 
Qorqud” boylarını 30-cu illərin əvvəllərində öyrənməyə 
başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap 
etdirmişdir. Almaniya, Türkiyə,  Rusiya  kimi  ölkələrdə 
tədqiq olunan eposa bir “Azərbaycan ədəbi abidəsi” kimi 
yanaşmış, onun dilinin məhz Azərbaycan dilinin qanun-
qaydalarına  daha  çox  uyğun  gəldiyini  elmi  əsaslarla 
göstərmişdir.  Milli  dastanlarımıza,  xalqımızın  çoxəsrlik 
aşıq  yaradıcılığına  xüsusi  yer  ayıran  akademik  Həmid 
Araslı  “Şah  İsmayıl”,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”, 
“Şəhriyar”  və  “Koroğlu”  dastanlarını  hərtərəfli  tədqiq 
etmiş,  beşcildlik  “Azərbaycan  nağılları”nın  çapında 
yaxından iştirak etmiş, onun redaktoru olmuşdur.  Həmid 
Araslının Azərbaycan dastanlarına həsr olunmuş çoxsaylı 
araşdırmaları  “Kitabi-Dədə  Qorqud”un  tədqiq  tarixi, 
eposun poetik xüsusiyyətləri, mifoloji kökləri, yarandığı 
və  indiki  şəklini  aldığı  tarixlər,  dastanla  bağlı 
mətnşünaslıq  məsələləri  və  dil  xüsusiyyətləri, 
qəhrəmanlıq  və  məhəbbət  dastanlarının  tədqiqi  tarixi, 
poetik  xüsusiyyətləri,  mifoloji  kökləri,  yarandığı  və 


 
168 
hazırkı  şəklini  aldığı  tarixlər,  bu  dastanlarla  bağlı 
mətnşünaslıq  məsələləri  və  dastanın  dil  xüsusiyyətləri, 
aşıq  yaradıcılığının  nəzəri-poetik  məsələləri  və 
Azərbaycan 
dastanlarının 
gürcü 
və 
erməni 
mənbələrindəki yeri və əksi, dastanlarımızdakı termin və 
anlayışlar kimi istiqamətləri əhatə edir.  
Həmid  Araslının  elmi  yaradıcılığının  önəmli  bir 
dövrü  repressiyanın  baş  alıb  getdiyi  ağır  illərə  təsadüf 
edir.  Belə  bir  şəraitdə  sinəsini  qabağa  vermək  və 
xalqımızın  ana  kitabının  müdafiəsinə  qalxmaq  insandan 
böyük fədakarlıq və can bahası tələb edirdi. Lakin Həmid 
Araslı  çoxsaylı  təzyiq  və  təhdidlərdən  çəkinməyərək, 
rəhbər orqanların son dərəcə ədalətsiz və heç bir ölçüyə 
sığmayan qərəzli mövqeyinə qarşı daim öz etiraz səsini 
yüksəltmişdir.  Həmid  Araslı  “Kitabi-Dədə  Qorqud”u 
1939-
cu  ildə,  yəni  repressiyaların  ən  şiddətli  illərindən 
birində  nəşr  etdirməklə  təkcə  Azərbaycan  ədəbiyyatına 
deyil,  ümumilikdə  bütün  türkologiya  elminə  ölçüyəgəl-
məz dərəcədə xidmət göstərmişdir. 
Xalqımızın  tarixi,  elmi  yüksəlişi,  eləcə  də  gənc 
nəslin  ali  məqsədlərlə,  elm-biliklə  əhatə  olunması 
istiqamətində yorulmaz müəllim, əsl ziyalı qiyafəsini heç 
zaman  tərk  etməyən  Həmid  Araslının  yeri  və  mövqeyi 
ölkəmizin  ədəbiyyatşünaslıq  və  folklorşünaslıq  elmi 
tarixində  hər  zaman  yüksək  ehtiram  və  təqdirlə  yad 
olunacaqdır.   
 
 
 
 
 
 
 
 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə