162
adlanan bu məntəqələrin 14-ü fəaliyyətə baĢlamıĢdır. Standart iki səhifəlik məlumat vəsaiti
proseslə bağlı sahibkarları istiqamətləndirməyə kömək edir. Bu prosedurlara bir səhifəlik
formanın doldurulması daxildir ki, o da yeni qurumun qeydiyyata alınması, ya da mövcud
məlumatların yeniləĢdirilməsi ilə bağlı bütün müvafiq məlumatları özündə ehtiva edir. Nəticədə,
qeydiyyatdan keçmiĢ qurumların sayı 2008-ci ilin ilk yarısında 45 faiz artmıĢdır. Təkcə Bakıda
2000-dən çox müəssisə qeydiyyatdan keçmiĢdir. Bütün ölkədə isə 3465 məhdud məsuliyyətli
cəmiyyət yaradılmıĢdır. Təsadüfi deyildir ki, 2009-cu il üzrə Doing Business hesabatında
biznesə baĢlamaq kateqoriyası üzrə Azərbaycanın reytinqi 97-dən 33-ə yüksələrək, Bolqarıstan,
Rusiya və Türkiyə kimi ölkələrlə müqayisə olunan səviyyəyə çatmıĢdır.
5.18.
Azərbaycanın tənzimləyici mühitdəki növbəti islahat prioritetləri lisenziyaların və
icazələrin verilməsi ilə bağlı olmalıdır... Lisenziyaların, icazələrin və razılıqların
verilməsi üzrə
vahid sistem olmadığına görə bu sistemlər arasında uyğunsuzluqdan irəli gələn ciddi problemlər
yaranır. Lisenziya Qaydalarında lisenziyaların rəsmiləĢdirilməsi və verilməsi üçün meyarlar
müəyyənləĢdirilsə də, icazə və razılıqlarla bağlı heç bir hüquqi sənəd aydın açıqlama vermir.
Ġcazə, təsdiq və ya sertifikatlaĢdırmanın nədən ibarət olması ilə bağlı nə aydın tərif var, nə də
onların hüquqi bazasını, tənzimləyici məqsədlərini, yaxud da səmərəliliyini təhlil etmək üçün
təhlil mexanizmi mövcuddur. Nəticədə, demək olar ki, bütün hökumət qurumları, icra orqanları
və bələdiyyələr razılıq, icazə və ya sertifikatlaĢdırma ilə məĢğul olurlar. StandartlaĢdırılmıĢ
lisenziya və icazə vermə sisteminin olmaması dövlət qurumlarının aĢağıdakı iĢlərlə məĢğul
olmaq riskini artırır: (i) öz büdcələrinə əlavə vəsait qazandırmaq üçün fürsətdən istifadə etmə,
(ii) korrupsiya niyyətini güdən və əsassız (subyektiv) qərar qəbuletmə.
105
5.19.
Bu priorietlər özündə appelyasiya, ləğv, nəzarət və dayandırma mexanizmlərini
ehtiva etməlidir. Cari qanunlarda qurumlar tərəfindən lisenziyaların verilməsi üçün ərizələrə
baxmaqla bağlı tələb olunan vaxt üzrə hüdudlar müəyyənləĢdirilsə də, qanunlarda lisenziya verən
qurumların müddət tələblərinə riayət etməmələrinə görə hər hansı sanksiya nəzərdə tutulmur.
Bundan əlavə, lisenziyaların verilməsi ilə məĢğul olan qurumlar lisenziyanı alanın Ģərtlərə riayət
etməsinə nəzarət etməlidir, çünki bu sahədə standart yanaĢma mövcud deyil. Lisenziyaların
dayandırılması və ləğvi üçün Ģərtlər də çox geniĢdir ki, bunlar da lisenziyanı verən qurumlara
əhəmiyyətli dərəcədə subyektivlik imkanı verir və lisenziyanı alanın proqzonlaĢdırma
imkanlarını məhdudlaĢdırır. Nəhayət, Azərbaycanın lisenziya qanun və qaydaları imtina
olunmuĢ və ya ləğv edilmiĢ ərizə üçün inzibati appelyasiya imkanını təmin etmir.
5.20.
Azərbaycanda lisenziya və icazə vermə rejimi standartlaĢdırılmalıdır. Lisenziyaların
və icazələrin verilməsi ilə bağlı yuxarıda qeyd olunan inzibati subyektivlik hallarını minimuma
endirmək məqsədilə aĢağıdakıları etmək olar: (i) qanuni icazələri bəyan etmək, (ii) hansı
nazirliklərin hansı icazələri verə biləcəyini açıq Ģəkildə müəyyənləĢdirən qaydaları bildirmək
(yeni icazələrin verilməsi mövcud qaydalara düzəliĢləri tələb edəcək), (iii) hər hansı lisenziya və
ya icazə üçün rüsumların ―məntiqi inzibati xərclər‖dən çox olmamasını təmin etmək məqsədilə
hüquqi təminatlar vermək (əlavə maliyyələĢdirmə cəhdlərini azaltmaq); (iv) ödəniĢlərin
səviyyəsini dərc etmək, (v) bütün Ģirkətlərin (dövlət və özəl) rəqabət aparmaları üçün bərabər
105
Ġdarəçiliklə bağlı növbəti fundamental problem ondan ibarətdir ki, lisenziyaların verilməsi prosesində dövlət və
özəl Ģirkətlər arasında ayrı-seçkiliyə yol verilir. Azərbaycanda Prezidentin sərəncamı ilə yaradılmıĢ, yaxud dövlət
büdcəsi hesabına maliyyələĢdirilən müəssisə və ya təĢkilatlar lisenziya tələb olunan fəaliyyətlə lisenziyasız məĢğul
ola bilərlər. Bu sərəncamdan dövlət və özəl sektorlar arasında rəqabəti məhdudlaĢdırmaq məqsədilə istifadə oluna
bilər və istifadə olunur.
163
imkanları təmin etmək, (vi) ərizəçilərə hər hansı qərarla (imtina və ya ərizənin rədd edilməsi)
bağlı izahata baxmaq hüququnu tanımaq. Bakı Ģəhərinin mərkəzində binanın uçmasından sonra
Azərbaycanda inĢaat üçün icazələrin verilməsi ilə bağlı vahid pəncərə sisteminin yaradılması
üzrə iĢ gedir.
5.21.
Torpaq məsələləri. Azərbaycanda Ģəhər torpaqlarına mülkiyyət hüququ ilə bağlı hər
hansı hüquqi maneə yoxdur. Lakin torpaq hüquqları qeyri-kafi təsbit olunub. Bu ikimənalılıq
özəlləĢdirmə-kompensasiya mübahisələrinə, zəif torpaq bazarına və özəlləĢdirilmiĢ binalar və
yaĢayıĢ yerlərinə verilməmiĢ çox ailəli torpaqlara gətirib çıxarmıĢdır. Azərbaycanda, həmçinin,
Ģəhər torpaqlarından istifadənin planlaĢdırılması, zonalaĢdırma və tikinti üçün icazə və
razılıqların verilməsi ilə əlaqədar problemlər də mövcuddur. 2004-cü ilin iyununda DaĢınmaz
Əmlakın Dövlət Reyestri haqqında Qanun qəbul olunduqdan sonra DaĢınmaz Əmlakın
Qeydiyyatı üzrə Dövlət Reyestri bütün torpaq və bina hüquqlarının qeydiyyatı üçün məsuliyyət
daĢıyır. Burada özünü doğruldan qeydiyyat sisteminin yaradılması üzrə yaxĢı irəliləyiĢ nəzərə
çarpır.
5.22.
Yeni ipoteka qanununun qəbul olunmuĢ ilə torpaq bazarının inkiĢafına olan hüquqi
maneələrin sayı azalmıĢdır. Beləliklə, əqdlərin sayı artmaqdadır. Bununla belə, ümumi əqd
əmsalı aĢağı olaraq qalır. Burdan belə nəticəyə gəlmək olar ki, hələ də insanların bir çoxu əmlak
hüquqlarını qeydiyyata almaq üçün rəsmi sistemdən istifadə etmirlər. Yuxarıda qeyd olunduğu
kimi, Azərbaycanda Doing Business 2009 hesabatına əsasən, tənzimləyici mühitdə sistem üzrə
əhəmiyyətli dərəcədə irəliləyiĢ qeydə alınmıĢdır. 2007/08-ci illərdə həyata keçirilmiĢ
islahatlardan biri də biznesin qeydiyyata alınması üçün tələb olunan prosedurların sayının
yeddidən dördə endirilməsidir. Bundan əlavə, əmlakı qeydiyyata almaq üçün tələb olunan
müddət 61 gündən 11-ə endirilmiĢdir ki, bunun da nəticəsində Azərbaycan AMA ölkələri
arasında təxminən ən yuxarı yerləri tutan 20 faiz arasına düĢmüĢdür. Azərbaycanın əmlakın
qeydiyyata alınması xərcləri üzrə regional yeri isə ən aĢağı 20 faiz arasındadır və əmlakın
dəyərinin 0,3 faizi həcmindədir. Ölkədəki islahatlar 2006/07-ci illərdəki 61-ci yerdən 2007/08-
dəki 9-cu yerə yüksəlməyə imkan vermiĢdir. Əcnəbilərin torpaq mülkiyyəti, dövlətə məxsus
torpaqlardan yararlanma (almaq və ya icarəyə götürmək) və korrupsiya ilə bağlı problemlər hələ
də qalmaqdadır. Ümumiyyətlə, Azərbaycanın göstəriciləri region üzrə orta göstəricidən pis
olmasa da, o, Dünya Bankı ilə islahat proqramını həyata keçirir. Bankın prioritetləri daĢınar və
daĢınmaz əmlakla bağlı vahid kadastr yaratmaq, ölkədə əmlak hüquqlarının ötürülməsi ilə
məĢğul olan iki qurumu birləĢdirməkdir.
Qeyri-neft iqtisadiyyatı üçün vergi sistemi
Vergi siyasəti: Dərəcələr
5.23.
Azərbaycan müstəqillik əldə etdikdən tezliklə sonra 1990-cı illərin sonunda məqbul,
bazara uyğunlaĢdırılmıĢ vergi sistemlərini qəbul etmiĢ, keçid dövrünü yaĢayan ölkələrdən
biri idi.
106
Son 5 ildə Azərbaycanın vergi sistemi əhəmiyyətli dərəcədə dəyiĢikliyə məruz
106
Azərbaycanda neft və qeyri-neft sektorları arasında differensiasiya olunmuĢ vergi sistemindən istifadə olunur.
Azərbaycanın neft sektorunda iĢtirak edən xarici Ģirkətlərin vergiləri HPBS əsasında hesablanır. Eyni qayda HPBS
üçün idxal, xarici iĢçilərin və kontraktorların cəlbi üçün xüsusi vergi rejimi tətbiq olunur. Bu bölmədəki təhlil qeyri-
neft iqtisadiyyatının, yəni əcnəbilər tərəfindən idarə olunan neft və qazın hasilatından baĢqa bütün sektorların
vergiyə cəlb olunması ilə bağlıdır.