Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
66 
mündəricədə,  nə  kimi  siyasi-ideoloji  ―rəngdə‖  olma-
sından  asılı  olmayaraq  İlyas  Əfəndiyev  qəhrəmanları 
şəxsi,  subyektiv-fərdi  meyllərdən  çəkinmir,  başqa  sözlə, 
vətəndaşlıq pafosu ön planda olub müəllifin estetik idealı 
ilə  birbaşa  əlaqəli  olsa  da,  onlara  öz  həyatını  yaşamaq 
imkanı  verilir.  Bu,  onları  ―arzu  olunan‖  ictimai  ideala 
qovuşdurmasa  belə,  İlyas  Əfəndiyevin  aparıcı  roman 
qəhrəmanları  tale  yollarına  öncə  Nuriyyənin  (―Söyüdlü 
arx‖)  ömür  yolunun  təhkiyyəsi  ilə,  tərcümeyi-halının 
çözülməsi ilə başlayır. Lakin bu ilk uğurlu təkanın fiziki 
və  mənəvi  təsir  gücü  getdikcə  artır,  şiddətlənir  və 
ictimailəşir.‖ 
(Bax: 
Ənvəroğlu 
H. 
Azərbaycan 
ədəbiyyatının yaradıcılıq problemləri. Baki: Elm, 2004, s. 
365.)  
Ədəbi  tənqid  bunu  onunla  əsaslandırır  ki,  İlyas 
Əfəndiyevin povest və roman qəhrəmanlarının (həmçinin 
―Söyüdlü  arx‖  romanını)  kamil  insan  konsepsiyasına 
cavab  verə  bilməsi  müəyyən  mənada  yazıçının  bədii 
sənət  mövqeyi,  onun  ictimai  hadisə  və  həqiqətlərə 
münasibətilə  daha  çox  bağlıdır.  Sənətkar  istər  tarixi 
(―Geriyə  baxma,  qoca‖),  istərsə  də  müasir qəhrəmanlara 
(―Sarıköynəklə Valehin nağılı‖) müraciət edərkən klassik 
―xeyir  və  şər‖
 
qarşıdurmasını  diqqət  mərkəzinə  çəkir, 
insan  haqqında  sosial-fəlsəfi  düşüncələri  bu  məcrada 
təqdim  edirdi.  (Bax:  Babayeva  İ.  İlyas  Əfəndiyevin  nəsr 
sənətkarlığı. Avtoreferat, Bakı, 2008, s.20.) 
Ədəbi  tənqidin  də,  qeyd  etdiyi  kimi,  yazıçının 
―Söyüdlü  arx‖,  ―Körpüsalanlar‖,  ―Sarıköynəklə  Valehin 
nağılı‖, ―Üçatılan‖, ―Geriyə baxma, qoca!‖ əsərlərindəki 
xarakterlərin  bütövlüyü,  onların  yaşadığı  hisslərin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
67 
təlatümü  və  mənəvi-psixoloji  yaşantılarnın  dramatizmi, 
gərginliyi buradan qidalanır.  
İlyas  Əfəndiyevin  iri  həcımli  nəsr  əsərlərində  tip, 
xarakter  və  şəxsiyyətin  təqdimi  məhz  canlı  həyat 
lövhələrinə,  mövcud  vəziyyətin  analitik-bədii  təhlilinə 
əsaslanır.  Yazıçı  formalizm  əleyhinə  çıxaraq,  obrazların 
―müsbət‖  və  ―mənfı‖  qəhrəmanlara  ayrılmasnı  tənqid 
edir, yazır ki, ―baş qəhrəmanın hünərini daha artıq nəzərə 
çarpdırmaq  üçün,  onu  əhatə  edən  adi  adamlar  olduqca 
sadəlövh  göstərilir...  Nəticədə,  ümumiyyətlə  adamların 
səviyyəsi  aşağı  düşür,  baş  qəhrəmanın  özü  də  süni,  quru 
və  qeyri-inandırıcı  olur‖
 
.  (Bax:  Əfəndiyev  İ.  Müasirlik 
uğrunda.  «Ədəbiyyat  və  incəsənət»  qəz.,  7  sentyabr, 
1963.)  
Bu, İlyas Əfəndiyev yaradıcılığının sona qədər tənqid 
tərəfindən  də  təhlillər  yolu  ilə  təstiqini  tapmış  estetik 
kredosudur. 
Ədəbi  tənqidin  müəyyənləşdirdiyinə  görə,  ―İlyas 
Əfəndiyevin  nəsrindəki  şəxsiyyətlərin  hər  biriı  günün 
zəruri  məsələlərinə,  həm  də  ümumi  ictimai  problemlərə 
analitik-təhlil 
mövqeyindən 
yanaşır, 
yalnız 
baş 
qəhrəmanları  müşahidə  etmir,  əksinə  hadisələrin  ağırlıq 
mərkəzində  dayanır,  hadisələrin  qaynarlığından  yaranan 
daxili-psixoloji  gərginliyi  öz  şəxsiyyətində  ―əridirlər‖, 
hadisəlrin dramatizmi onların kimliyində ―yaşayır‖, ifadə 
olunur. İlyas Əfəndiyevin qəhrəmanları ona görə xarakter 
və  şəxsiyyət  səviyyəsinə  yüksəlirlər  ki,  onlar  yazıçının 
real  müşahidəsinin  və  romantik  arzularının  vəhdətindən 
doğur, ədibin cəmiyyət və insan haqqında düşüncələrinin 
daşıyıcısına  çevrilirlər.‖(Hüseynov  A.  ―Müxtəlifliyin 
birliyi‖, Bakı, Yazıçı, 1981, s.199.) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
68 
 İlyas  Əfəndiyev  deyirdi  ki,  ―...qəhrəmanlarının  hər 
birinin bir ayaqları bu gündə, biri sabahdadır. Yəni onlar 
eyni  zamanda  sabahla,  daha  işıqlı  gələcəklə  yaşayırlar. 
Bədii  sənət  ustaları  da  heç  şübhəsiz,  bu  cəhətə  xüsusi 
fikir  verməlidirlər.  Bax,  bu  nöqtədə  sənətkar  müəyyən 
mənada  romantik  olmalıdır.  Yazıçı  sabah  formalaşacaq 
xarakteri 
bu 
gün 
oxucuya 
təqdim 
etməkdən 
qorxmamalıdır‖.  (Bax:  Əfəndiyev  İ.  Müasirlik  uğrunda. 
«Ədəbiyyat  və  incəsənət»  qəz.,  7  sentyabr,  1963.) 
Beləliklə  də,  yazıçı  istəyi  ilə  ədəbi  tənqidin  müşahidəsi 
üst-üstə düşürdü...  
1953-1958-ci  illərdə  İ.Əfəndiyev  Azərbaycan  Yazı-
çılar  İttifaqında  nəsr  üzrə  məsləhətçi  vəzifəsində  çalı-
şarkən  ədəbiyyata  gələn  istedadlı  gənclərin  inkişafını 
qayğı ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin 
çapına, kitablarının buraxılmasına kömək göstərmişdi. 
 O,  1954-cü  ildən  etibarən  Yazıçılar  İttifaqı  Rəyasət 
heyətinin  üzvü  olmuş,  1958-ci  ilin  axırlarında  Yazıçılar 
İttifaqı  idarə  heyətinin  məsul  katibi  seçilmişdir.  İttifaqın 
işində  yaxından  iştirak  edən  ədib,  Respublika 
yazıçılarının  II  qurultayında  /1954/  «Azərbaycan  sovet 
dramaturgiyası», III qurultayında isə /1958/ «Azərbaycan 
dramaturgiyasının  inkişafı»  mövzularında  məruzələr 
etmiş,  o  dövrdə  yaranan  dram  əsərlərini  təhlil  edərək 
yaxşı və pis cəhətlərini aşkarlamış, bu sahədə yaradıcılıq 
perspektivlərini müəyyənləşdirmiş, özünü bir sənətşünas, 
teatr tənqidçisi kimi də göstərə bilmişdi... 
O dövrkü ədəbi tənqidin qeyd etdiyi kimi, İ.Əfəndiyev 
çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər 
biz onun həyat və  yaradıcılıq  yolunun hər hansı bir ilini, 
yaxud  qısa  bir  dövrünü  ciddi  xronoloji  ardıcıllıqla 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə