Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə22/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
69 
izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni 
bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı 
bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli roman 
və povestlərlə bərabər oçerklər üzərində də işləyir, publi-
sistik məqalələr qələm almaqla yanaşı, konfrans və qurul-
taylarda  məruzələrlə  çıxış  edir.  Bir  sözlə,  İ.Əfəndiyevə 
hekayədən  faciəyə,  romandan  komediyaya,  məqalədən 
pyesə  keçmək  heç  də  çətinlik  törətmir,  bu,  yazıçı  üçün 
adi bir yaradıcılıq aktına çevrilir...  
İ.Əfəndiyev  yaradıcılığının sonrakı mərhələlərində də 
ədəbiyyatın  bütün  janrlarında  kamil  sənət  nümunələri 
yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif 
çalarlarından,  dünyagörüşünün  üfiqi  və  şaquli,  özü  də 
qlobal  genişliyindən  və  yaradıcılıq  intellektindən  xəbər 
verir. 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
70 
 
II FƏSIL 
 
İlyas Əfəndiyev yaradıcılığının 1960-1990-cı 
və müstəqillik illəri ədəbi tənqidində dərki 
 
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi 
fəxri  adını  almış  İ.Əfəndiyevin  yaradıcılığında  60-90-cı 
illər  ən  məhsuldar  dövr  hesab  olunur.  Bu  illərdə  onun 
yaradıcılığında  janr  rəngarəngliyi  özünü  göstərir,  bir-
birinin  ardınca  iri  nəsr  əsərləri,  ciddi  ictimai-siyasi 
problemlər  qaldıran,  gözəl  mənəvi  keyfiyyətlər  aşılayan, 
eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-
estetik  səviyyəli  nümunələri  kimi  şöhrət  qazanmış 
«Körpüsalanlar»  /1960/,  «Dağlar  arxasında  üç  dost» 
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə 
baxma,  qoca»  /1980/,  «Üçatılan»  /1981/  kimi  povest  və 
romanlarını  dərc  etdirir,  eyni  zamanda,  maraqlı  dram 
əsərlərini  qələmə  alır,  publisist  və  ədəbiyyatşünas  kimi 
məhsuldar yaradıcılıq yolu keçir.  
Bu  illərin  məhsulu  olan  «Sən  həmişə  mənimləsən» 
/1964/  pyesi  ilə  Azərbaycan  səhnəsində  lirik-psixoloji 
dramanın  əsasını  qoyur.  Bu  yolu  uğurla  davam  etdirən 
dramaturq «Mənim günahım» /1967/, «Unuda bilmirəm» 
/1968/,  «Məhv  olmuş  gündəliklər»  /1969/,  «Qəribə 
oğlan»  /1973/,  «Bağlardan  gələn  səs»  /1976/  və  s. 
pyeslərini 
yazır.  Ölməz  sənət  nümunələri  kimi 
Azərbaycan  dramaturgiyası  xəzinəsini  zənginləşdirən, 
yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji 
tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir 
mərhələ açır, «İlyas Əfəndiyev teatrı» yaranır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
71 
«İlyas  Əfəndiyev  teatrı»nın  uğurlarından  söhbət 
açarkən,  təkcə  onu  göstərmək  kifayətdir  ki,  ilk  tamaşası 
1968-ci  ildə  olmuş  «Unuda  bilmirəm»  pyesi  1981-ci  ilə 
qədər,  yalnız  Azərbaycan  Milli  Teatrı  səhnəsində  350 
dəfə oynanılmışdır. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı 
əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 
Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha 
çox  müraciət  edən  dramaturq,  1971-ci  ildə  mövzusu 
tarixi  keçmişimizdən,  Qarabağ  həyatından  götürülmüş, 
20-ci 
illər 
dramaturgiya 
ənənələrinə 
söykənən 
(S.S.Axundovun  ―Laçın  yuvası‖  pyesini  yada  sal) 
«Mahnı  dağlarda  qaldı»  pyesini  yazır.  Yeni  yaradıcılıq 
uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-
ci ildə Respublika Dövlət mükafatına layiq görülür. 
1974-cü  ildə  Respublikamızın  ədəbi  ictimaiyyəti 
yazıçının  anadan  olmasının  60  illiyini  təntənə  ilə  qeyd 
edir.  Yubileylə  əlaqədar  olaraq  ədib  ―Oktyabr  İnqilabı‖ 
ordeni  ilə  təltif  olunur.  Azərnəşr  onun  dörd  cildlik 
«Seçilmiş əsərləri»ni nəşr edir. 
 Görkəmli  ədəbiyyat  xadimi,  geniş  şöhrət  qazanmış 
İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət 
heyətinin  30  iyul  1979-cu  il  tarixli  fərmanı  ilə  xalq 
yazıçısı fəxri adına layiq görülür. 
Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda 
qeyd  olunarkən  «Yazıçı»  nəşriyyatı  1984-1985-ci  illərdə 
oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik 
«Seçilmiş  əsərləri»ni  nəfis  şəkildə  40  min  nüsxə  tirajla 
çap  etmişdir.  Ədəbiyyat  sahəsindəki  xidmətləri  nəzərə 
alınan 
ədib 
həmin 
il 
―Lenin 
ordeni‖ 
ilə 
mükafatlandırılmışdır.  
 Ümumiyyətlə,  İlyas  Əfəndiyevin  50  illik  yubileyin-
dən  başlayaraq  onun  hər  onillikdə  təntənəli  yubiley 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
72 
mərasimləri  keçirilmiş,  dövlət  təltifləri  olmuş,  haqqında 
bütün  mətbuat  orqanlarında  ən  məşhur  yazıçı  və 
tənqidçilərin  məqalələri  getmişdir.  Bunlardan  Süleyman 
Rəhimovun,  Mehdi  Hüseynin,  Əli  Vəliyevin,  Bayram 
Bayramovun, 
Bəxtiyar 
Vahabzadənin, 
Nurəddin 
Babayevin,  Məmməd  Arifin,  Məmməd  Cəfərin,  Cəfər 
Cəfərovun,  Qulu  Xəlilovun,  Əkbər  Ağayevin,  Yəhya 
Seyidovun,  Qasım  Qasımzadənin,  Yaşar  Qarayevin, 
Yaqub  İsmayılovun,  Şamil  Salmanovun  və  başqalarının 
maraqlı  məqalələrini,  yubiley  çıxışlarını  göstəmək  olar 
ki,  bütün  bunlarda  İlyas  Əfəndiyev  yaradıcılığı 
bütövlükdə  çox  yüksək  və  obyektiv  elmi  arqumentlərlə 
qiymətləndirilir  ki,  bunların  üzərində,  təəssüf  ki, 
dayanmaq imkanımız yoxdur. (Bax: Arif M. Kommunist 
əxlaqı  mövqeyindən.  (Anadan  olmasının  60  illiyi 
münasibətilə)  //Kommunist.  -  1974.  -  17  noyabr;  Əziz 
dostumuz  İlyas  Əfəndiyev!  (Anadan  olmasının  60  illiyi 
münasibətilə  Yazıçılar İttifaqının təbriki) //Ədəbiyyat və 
incəsənət.  -  1974.  -  23  noyabr;  Azərbaycan.  -  1974.  - 
№11. - s. 17.; Hörmətli İlyas Məhəmməd oğlu! (Anadan 
olmasının  60  illiyi  münasibətilə  SSRİ  Yazıçılar 
İttifaqının  idarə  heyətinin  təbriki)  //Ədəbiyyat  və 
incəsənət.  -  1974.  -  23  noyabr.;  Qarayev  Yaşar. 
Müasirliyin  sabitliyi.  (Anadan  olmasının  60  illiyi 
münasibətilə)  //Ulduz.  -  1974.  -  №11.  -  s.27-30;  Yazıçı 
haqqında  söz  //Anadan  olmasının  70  illiyi  münasibətilə 
məqalələr  //Azərbaycan.  -  1984.  -  №5.  -  s.112-114.; 
Babayev 
Nizaməddin. 
Xalq 
həyatı 
məcrasında. 
(İ.Əfəndiyev-70)  //Azərbaycan  müəllimi.  –  1984.  -  25 
may.; Əliyev Heydər. Səmimi təbrik. (Anadan olmasının 
80 illiyi) //Azərbaycan. – 1994. - 26 may.; Aydmoğlu T. 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə