Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
14 
 
 
 
 
Müqəddimə əvəzi 
 
“İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri 
zəminində  öz  üslubunu  yaradan  sənətkar  kimi 
xalqımızın  söz  sənəti  xəzinəsinə  dəyərli  töhfələr 
vermişdir.  Yazıçının  bədii  nailiyyətlərlə  zəngin  irsi 
ədəbiyyatımızda  yeni  mərhələnin  təşəkkülünə  səmərəli 
təsir  göstərmişdir.  Azərbaycan  teatr  səhnəsinin  müasir 
simasının 
formalaşmasında 
İlyas 
Əfəndiyev 
dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.” 
 İlham Əliyev  
 Azərbaycan Respublikasının Prezidenti. 
 
 
 Azərbaycanın  ictimai-mədəni  həyatı  və  ədəbi-estetik 
fikri  tarixində  bədii  nəsr  əhəmiyyətli  yer  tutmaqdadır. 
Klassik  bədii  ənənələri  sistemli  şəkildə  davam  etdirən 
sovet  dövrü  Azərbaycan  nəsri  bu  mənada  xüsusi  maraq 
doğurur,  müxtəlif  üslublu  yaradıcı  şəxsiyyətləri,  mövzu 
və sənətkarlıq məsələləri ilə diqqəti cəlb edir. 
 Azərbaycan  ədəbi-mədəni  həyatının  təkamülü  tari-
xində  mühüm  xidmətləri  olan,  görkəmli  nasir,  xalq 
yazıçısı, dramaturq İlyas Əfəndiyevin (İlyas Məhəmməd 
oğlu  Əfəndiyev)  əsərləri  və  bədii  sənət  uğurları  diq-
qətəlayiq  əhəmiyyət  daşımaqdadır.  İlyas  Əfəndiyev 
müxtəlif  mövzulu  və  dolğun  məzmunlu  hekayə,  oçerk, 
kinossenari, povest, roman və dramların, ədəbi-tənqidi və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
15 
publisistik  məqalələrin  müəllifidir.  Onun  yaradıcılığı 
Azərbaycan  mədəniyyətinin  çox  qiymətli  tərkib  hissəsi 
olmaqla  bərabər,  həm  də  milli  tariximizin  müəyyən 
dövrünün  mükəmməl  bədii  salnaməsi  səciyyəsini 
daşımaqdadır.  Tanınmış  ədəbiyyatşünas-tənqidçi  Yaşar 
Qarayev  həmin  məqama  aydınlıq  gətirərək  yazırdı: 
―Azərbaycan  tarixi  barədə  klassik  sənədlər  -  yeddi 
―Qarabağnamə‖  var.  Bütünlükdə,  İlyas  Əfəndiyevin 
yaradıcılığını  mən  səkkizinci  ―Qarabağnamə‖  hesab 
edirəm‖.  (Bax:  (Qarayev  Y.  Xarı  bülbülün  nağılı.  Bakı, 
1995, s.16.) 
 İlyas  Əfəndiyevin  yaradıcılığı  təkcə  ictimai  məz-
mununa  və  milli  ideyasma  görə  deyil,  həm  də  bədii 
sənətkarlıq  və  poetikasına  görə  də  ciddi  müasirlik 
əhəmiyyətinə malikdir. 
Sovet  dövründə  klassik  Azərbaycan  və  dünya 
ədəbiyyatının  yaradıcılıq  qanunlarına  arxalanan  İlyas 
Əfəndiyevin  müasirləri  Süleyman  Rəhimov,  Mirzə 
İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Əli Vəliyev, Əbül-
həsən, Ənvər Məmmədxanlı, Bayram Bayramov, İsmayıl 
Şıxlı,  İsa  Hüseynov,  Əlfi  Qasımov,  Hüseyn  İbrahimov, 
Sabir  Əhmodov  və  başqaları  kimi  həmvətənlərinin, 
Azərbaycan  insanının  taleyini,  psixoloji  yaşantılarını 
qələmə alır, ciddi ictimai-siyasi düşüncələrini bədii təsvir 
yolu ilə təqdim eləməyə çalışırdı. 
 Ümumiyyətlə, adı çəkilən və çəkilməyən müəlliflərin 
yaratdığı  zəngin  Azərbaycan  nəsri,  habelə  klassik  milli 
nəsrimiz  indiyə  qədər  müxtəlif  səviyyələrdə  araşdırılıb. 
(Bax:  Qulu  Xəlilov.  Azərbaycan  romanının  inkişaf 
tarixindən. 
Bakı:  Elm,  1973;  Akif  Hüseynov, 
Müxtəlifliyin  birliyi,  Bakı:  Yazıçı,  1983;  Yavuz 
Axundov.  Tarix  və  roman,  Bakı:  Yazıçı,  1983;  Vəli 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
16 
Nəbiyev. Azərbaycan bədii nəsrinin janr-üslub təkamülü: 
Fil.  elm.dok.dis.  Bakı,  1992;  Əflatun  Məmmədov. 
Azərbaycan  bədii  nəsri  (XIX  əsrin  sonu,  XX  ərsin 
əvvəlləri),  Bakı:  Elm,  1983;  Pənah  Xəlilov.  Nəsrimizin 
üfüqləri,  Bakı:  Yazıçı,  1982;  Yəhya  Seyidov.  Mehdi 
Hüseynin  yaradıcılıq  yolu.  Bakı:  Azərbaycan  EA-nm 
nəş.,  1966;  Yaqub  İsmayılov.  İlyas  Əfəndiyevin 
yaradıcılıq  yolu,  Bakı:  ―Elm‖  nəşriyyatı,  1991;  Мухтар 
Иманов.  Психологизм в современной Азербайджанс-
кой прозе: Автореф. дис.докт. фил. наук.  Баку, 1984; 
Вилаят Кулиев. Стилевое многообразие современной 
Азербайджанской прозы: Автореф. дис. ... канд. фил. 
наук.  Баку,  1982;  Şövkət  Hüseynova.  Salam 
Qədirzadənin  bədii  nəsri:  Fil.  elm.  nam.  ...  dis.  avtoref. 
Bakı  1995;  Məleykə  Hüseynova.  Ənvər  Məmmədxanlı 
və  Azərbaycan  nəsrində  lirik-romantik  üslub:  Fil.  elm. 
nam.  ...  dis.  Avtoref.  Bakı,  2001;  Гаджиев  A.M. 
Творческий путь М.Ибрагимова: Автореф. канд. фил. 
наук.  Баку,  1970;  Караев  З.  Повести  С.Рагимова. 
Автореф.  на  соискание  канд.  Фил.наук.  Баку,  1974; 
Султанова  С.  Художественная  проза  С.Рахмана: 
Автореф.  дис.  ...  канд.  фил.  наук.  Баку,  1984; 
Eynəddin  Məmmədov.  Yeni  insanın  bədii  inikası. 
(Bayram  Bayramovun  povestləri  əsasında):  Fil.  elm. 
nam.  ...  dis.  Bakı,  1972;  İldırım  Qasımov.  Əli  Vəliyevin 
romanları:  Fil.  elm.  nam.  ...  dis.  Bakı,  1978;  Vaqif 
Yusifov.  Müasir  Azərbaycan  nəsrində  konflikt  və 
xarakter:  Fil.  elm.  nam.  ...  dis.  Bakı,  1979;  Həsən 
Quliyev.  Azərbaycan  romanının  təşəkkülü  və  inkişafı 
problemləri:  Fil.  elm.  dok.  ...  dis.  Bakı,  1981;  Mətanət 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə