Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   10   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
23 
Sabit  Rəhman,  Ənvər  Məmmədxanlı,  İsmayıl  Şəxlı, 
Bayram  Bayramov,  İsa  Hüseynov  və  b.),  poeziyası 
(Mikayıl  Müşfiq,  Səməd  Vurğun,  Süleyman  Rüstəm, 
Rəsul  Rza,  Osman  Sarıvəlli,  Məmməd  Rahim,  Mirvarid 
Dilbazi,  Nigar  Rəfibəyli,  Əhməd  Cəmil,  Mədinə  Gülgün 
və  b.)  bu  gün  açıq,  ya  da  üstüörtülü  tənələrə,  yuxarıdan 
aşağı  baxmaq  təkəbbürünə,  bəzən  isə  aşkar  hörmətsiz 
münasibətlərə  məruz  qalırlar.  Bu  gün,  sovet  zamanı 
ədəbiyyata gəlmiş və artıq haqq dünyasına köçmüş yazıçı 
və  şairlərin  biri  az,  o  biri  çox,  o  biri  isə  tamam  unudul-
maq  üzrədir,  onların  adı  istehza  və  təkəbbür  hədəfinə 
çevrilir, bir qisminin əsərləri bir kənarda qalır, özləri isə 
sovet  ideologiyasının  tələbləri  və  təltifləri  çərçivəsində 
yazdıqları üçün kin-küdurət obyekti olurlar. 
 Əlbəttə, istedadsız yazıçı unudulacaq, bu, sənətin sərt, 
amansız və mütləq qanunudur və heç kim heç kimi uzun 
müddət  süni  surətdə,  zorla  ədəbiyyatda,  sənətdə  saxlaya 
bilməz,  amma  bu  o  demək  deyil  ki,  əsərlərini  təhlil 
etmədən,  fəaliyyətlərini  öyrənmədən  sovet  zamanı 
yaşayıb,  sosializm-realizm  çərçivəsində  yaradıblarsa,  bir 
küll  halında  onların  hamısının  üzərindən  xətt 
çəkilməlidir.  Onlar  arasında  elə  böyük  yazıçı  və  şairlər 
var  ki,  XX  əsr  Azərbaycan  ədəbiyyatının  və  ictimai 
fikrinin  inkişafında  böyük  rol  oynamışlar  və  sovet 
dövründə  yazıb-yaratmış  qələm  sahiblərinə  küll  halında 
yox,  təbii  ki,  diferensial  yanaşmaq  lazımdır.  Ancaq  eyni 
zamanda, onların bir küll halında gördükləri iş də böyük 
əhəmiyyətə  malikdir  və  böyük  də  hörmətə  layiqdir. 
Azərbaycan ədəbi dilinin təşəkkül tapması, formalaşması 
və  inkişafı,  yaxud  yeni  ədəbi  janrların  yaranması, 
sabitləşməsi  və  ən  əsası  isə,  Azərbaycan  bədiiyyatının 
milli faktoruna çevrilməsi – XX-XXI əsrdə milli-mənəvi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
24 
varlığımızı  ifadə  edən  digər  böyük  uğurlarımız  məhz 
həmin  küllün  xidmətlərinin  nəticəsidir.‖  (Bax:  Elçin. 
―Seçilmiş  əsərləri‖,  10  cilddə,  8-ci  cild,  Bakı,―Çinar-
Çap‖, 2005, səh. 124-125.)  
 Elə  buna  görə  də,  İlyas  Əfəndiyevin  yaradıcılığının 
ədəbi  tənqiddə  dərki  məsələsinin  öyrənilməsi  bu 
baxımdan da, mühüm əhəmiyyət kəsb edir. 
 Bu  prosesi  öyrənərkən  ədəbi  tənqidin  özünün  də 
mahiyyəti,  nələri  aşkarladığı  ortaya  çıxır.  Bu  cəhətdən, 
filologiya  elmlər  doktoru,  görkəmli  tənqidçi,  professor 
Şamil  Salmanovun  fikri  məsələyə  tam  aydınlıq  gətirir: 
―Bütün  ədəbiyyatımızda,  ədəbi  fikrimizdə  olduğu  kimi, 
tənqidimizdə də böyük, mürəkkəb bir əsr başa çatmışdır; 
elə  bir  yüz  illik  ki,  tənqid  onun  bütün  mərhələ  və 
dövrlərində  ədəbi  prosesin,  ədəbi  hərəkatın  inkişafının 
ayrılmaz,  üzvi  hissəsi  olmuşdur,  tənqid  ədəbiyyatın 
ideyasını,  fəlsəfəsini,  yaradıcılıq  prinsiplərini  işləyib 
hazırlamış,  öz  konsepsiyalarında  və  dəyərlərində  bunu 
ifadə  etmişdir.  Ədəbiyyatın  böyük  sənət  uğrunda 
mübarizəsinin  fəal  iştirakçısı  olaraq  tənqid  milli  ədəbi 
prosesin  fundamental  vəzifələrini  həyata  keçirmiş,  sənət 
və  yaradıcılıq  problemlərini  həll  edə  bilmişdir.‖  (Bax: 
―Ədəbiyyat qəzeti‖, 03 may 2002.) 
 Lakin  burada  bir  cəhətə  də  diqqəti  cəlb  etmək  istər-
dik.  Bu  işimizdə,  biz  İlyas  Əfəndiyev  yaradıcılığının 
ədəbi  tənqiddə  dərkini  öyrənərkən  bütün  tənqidi 
materialları  əhatə  emək  imkanından  məhrum  olduğu-
muzu  boynumuza  almalıyıq.  Çünki,  bu  materiallar  o 
qədər  çoxdur  ki,  bunu  əhatə  etmək  imkan  xaricindədir. 
Görkəmli  ədəbiyyatşünas-tənqidçi,  professor  Elçin 
Əfəndiyev  bu  barədə  yazır:  ―Ədəbiyyat  aləminə  ilk 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
25 
addımını  atan  25  yaşlı  coğrafiya  müəllimi  İlyas 
Əfəndiyevin  ilk  kitabı  –  həmin  «Kənddən  məktublar»  – 
1939-cu  ildə  Azərbaycan  Dövlət  Nəşriyyatında  çapdan 
çıxdığı  vaxtdan  etibarən,  o  –  İlyas  Əfəndiyev  həmişə 
ədəbi  tənqidin  diqqət  mərkəzində  olub  və  bu  uzun  dövr 
ərzində  onun  yaradıcılığı  haqqında  yazılanlar  həcm 
etibarilə,  bəlkə  də,  onun  özünün  yazdıqlarından  da 
çoxdur.‖  (Elçin.  Seçilmiş  əsərləri,  10  cilddə,  5-ci  cild, 
Bakı, ―Çinar-Çap‖ nəşriyyaı, 2005, s.275 – 494 səh.)  
 İlyas  Əfəndiyev  ədəbiyyata  1939-cu  ildə  «Kənddən 
məktublar»  kitabındakı  hekayələrlə  gəldi  və  vəfatından 
sonra nəşr olunmuş «Sən ey böyük Yaradan» kitabındakı 
hekayə və kiçik povestlər isə onun son əsərləri oldu. 
 Bu  57  yaradıcılıq  ili  ərzində  İlyas  Əfəndiyev  altı  ro-
man  («Söyüdlü  arx»  –  1958;  «Körpüsalanlar»  –  1960; 
«Dağlar  arxasında  üç  dost»  –  1963;  «Sarıköynəklə 
Valehin  nağılı»  –  1976;  «Geriyə  baxma,  qoca»  –  1980; 
«Üçatılan»  –  1981(bu  romanların  bəzisi  povest  kimi  də 
təqdim  olunub),  beş  povest  («Kənddən  məktublar»  – 
1939;  «Aydınlıq  gecələr»  –  1941;  «Torpağın  sahibi»  – 
1952;  «Qaçaq  Süleymanın  ölümü»  –  1993;  «Xan  qızı 
Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklü-
kiçikli  qırx  yeddi  hekayə,  bir  çox  oçerklər  və  xatirələr 
yazmışdır... Nəsr onun yaradıcı fəaliyyətinin daimi tərkib 
hissəsi olsa da, İlyas Əfəndiyev nəsri və İlyas Əfəndiyev 
dramaturgiyası həmişə bir-birini əvəz və davam etmişdir. 
Buna  görə  də,  biz  tədqiqat  apararkən,  əvvəlcədən 
nəzərdə  tutduğumuz  kimi,  təkcə  yazıçının  nəsrini  yox, 
dramaturgiyasının da ədəbi tənqiddə  dərki  problemlərinə 
toxunmalı  olduq.  Həmçinin,  biz  gördük  ki,  ulu  öndər 
Heydər  Əliyev  İlyas  Əfəndiyev  yaradıcılığına  xüsusi 
rəğbət  bəsləyib,  olduqca  dəyərli  fikir  və  mülahizələr 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə