XANƏLİ KƏRİMLİ
BİR ÖMRÜN
İŞIĞI
Məqalələr,
məktublar,
tədbirlər
Bakı – 2016
Tərtibçi:
Aypara Behbudova,
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Rəyçi:
Sabir Bəşirov,
fəlsəfə doktoru
Nəşrə hazırlayan
və redaktor:
Nəriman Əbdülrəhmanlı
Xanəli Kərimli: Bir ömrün işığı (Məqalələr, məktublar, tədbirlər)
Bakı, Qanun Nəşriyyatı, 2016, 384 səh. (8 səh. rəngli şəkil)
Bu toplu tanınmış şair, araşdırıcı-alim, gözəl pedaqoq Xanəli
Kə rimlinin yaradıcılığı haqqında “Şairə məktub” (2007), ”Sözün
Əlincə qalası” (2011) (məqalələr toplusu) və fəlsəfə doktoru Sa-
bir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) kitabla-
rından sonra 4-cü kitabdır.
Kitabda X.Kərimlinin yaradıcılığı ilə bağlı son illərdə yazılmış
mə qalələr, məktublar və digər materiallar yer alıb.
0450070004
AB022051
© Xanəli Kərimli, 2016
© Qanun Nəşriyyatı, 2016
Q
3
ÖN SÖZ YERİNƏ
İSA HƏBİBBƏYLİ,
akademik
XANƏLİ KƏRİMLİ ŞEİRİNİN İMKANLARI
Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış nüma-
yəndəsi Xanəli Kərimli çoxcəhətli yaradıcılıq fəaliyyətinə
malikdir. O, ədəbiyyatşünaslıq işi ilə də, bədii yaradıcılıqla
da məşğul olur. Bununla belə, Xanəli Kərimli üçün şairlik bi-
rincidir. O, hər şeydən əvvəl, sözün gerçək mənasında iste-
dadlı şairdir. Xanəli Kərimlinin şeir yaradıcılığında həssaslıq
və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Hə yat a, insanlara
həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm
gə ti rir. Belə məqamlarda Xanəlinin şeirlərində təbiət dil açıb
danışır, ürək nəğmə oxu yur. Xanəli Kərimli həssas, nəcib, ülvi
duyğuları şeirin dili ilə havalan dır mağı bacarır. Şeirlərindən
baxanda şairin özü də mənəvi saflığı, halallığı, pak duyğula-
rı ilə əsərlərində ifadə etdiyi həssas düşüncələrin məcmusu,
vəhdəti kimi görünür. Bütün məqamlarda Xanəli Kərimlinin
şeirlərilə şəxsiyyəti, daha çox da zəngin mənəvi aləmi bir-bi-
rini tamamlayır. Hətta yaradıcılığında qabarıq nəzərə çarpan
vətəndaşlıq mövqeyinin ifadəsi də Xanəli Kərimlinin şeirlərində
ön mövqedə özünə yer tapdığı kimi, şairin xarakterində, ictimai
həyata münasibətində də öndə dayanır.
Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq
lirikasının əsas yaradıcılarından biridir. Yaxşı cəhət ondan
ibarətdir ki, Xanəli Kərimlinin vətəndaşlıq lirikası sadəcə
qələmə aldığı aktual mövzuları ilə deyil, daha çox bu bədii
nümunələrdəki fikrin ifadə vasitəsi ilə yadda qalır. Daha doğ-
rusu, Xanəli Kərimli bir qayda olaraq vətəndaşlıq lirikasını
bədii biçimdə təqdim etməyi bacarır. Bu cəhət Xanəlinin mü-
hüm yaradıcılıq nailiyyəti kimi səciyyələnir. Aşkar görünür
ki, Xanəli Kərimli mövzunun aktuallığı, yaxud müasirliyi
4
arxa sın da gizlənmir. Əksinə, şair dostumuz imkan daxilində,
daha çox müasir dövrün cid di problemləri haqqında şair kimi
danışır. Belə məqamlar şairin heca vəznli şeir lə rində olduğu
kimi, sərbəst vəzndə yazılmış poetik nümunələrində də üs-
tünlük təşkil edir:
Kimi yorğanını ayağına,
Kimi ayağını yorğanına
görə uzatdı.
Kimi də
minillik ölü kimi
üzü qibləyə
yorğansız-filansız
qıvrılıb yatdı.
Burnundan uzağı
görməyən yazıq,
elə bildi ki,
bu, ən gözəl yaşayış,
ən gözəl də həyatdır.
Xanəli Kərimlinin poemaları əsasən lirik poemalardır.
Bu poemalar bəzən böyük, genişhəcmli şeir təsiri bağışla-
yır. Xanəlinin poemalarında hadisədən qat-qat çox ovqat,
düşüncə qanad çalır. «İnam» poeması Azərbaycanın müstəqil-
li yinə dair dəyərli və ibrətamiz poetik dərsdir. «Təbil» poema-
sı yurdun, do ğ ma torpağın qorunub möhkəmləndirilməsinə
çağırışdır.
Bütün bunlarla bərabər, Xanəli Kərimlinin şeirlərində və
poema larında publisist notlar da nəzərə çarpmaqdadır. Fik-
rimizcə, bu məqamda təbii bir pros es yaşanmaqdadır. Çünki
Xanəli Kərimlinin tərcümeyi-halında mətbuatla bağlı illərin
və hadisələrin mövcudluğu onun bədii yaradıcılığına publi-
sist notların yol tapmasına imkan yaratmışdır. Şairin 1991-
1995-ci illərdə Naxçıvan Dövlət Uni ver sitetinin orqanı olan
«Fikir» tələbə qəzetinə beş il redaktorluq etməsi onun pub-
lisistika sahəsində özünəməxsus təcrübə toplamasına səbəb
5
olmuşdur. Ona görə də Xanəli Kərimli şeirlərində və poe-
malarında yeri gəldikcə publisistikanın imkanlarından yara-
dıcı şəkildə faydalanmağa da meyl edir. Əksər məqamlarda
bədiilik, şeiriyyət öz aparıcı mövqeyini qoruyub saxlaya bilir.
Publisist notlar Xa nəli Kərimlinin şeirlərinə və poemalarına
aktuallıq, müasirlik və həyatilik gəti rir. Xüsusən şairin poe-
malarında onun vətəndaşlıq düşüncələrinin poetik ifadəsi
mə qam larında publisist yanaşma daha cəsarətli fikirlərin
dilləndirilməsinə meydan aça bilir.
Hansı torpağın ki, vuran əli var,
Orada dağların başı ucadır.
Hansı torpağın ki, yıxan əli var,
O yurdun axırı bir tapmacadır.
İstəyirik Vətən basılmaz olsun,
Qoruyaq kəndi də gözbəbəyi tək.
Kəndlər bu Vətənin əsgərləridir,
Əsgərsiz bir Vətən, de, nəyə gərək?!
Poemalarında Xanəli Kərimli daha çox şair-vətəndaş kimi
çıxış edir. Onun vətəndaşlıq qayəsinin poetik ifadəsi şeirlə
ifadə olunmuş şüarçılıqdan yox, can yanğısından doğan şair
narahatlığından ibarətdir. Mövzusunun aktuallığına və bədii
dəyərinə görə Xanəli Kərimlinin «İnam» və «Təbil» poemala-
rı müstəqillik dövrü Azərbaycan poeziyasında meydana çıx-
mış dəyərli lirik poemalar kimi qiymətləndirilməyə layiqdir.
Son vaxtlar Xanəli Kərimli yaradıcılığında meydana çıxan
didaktik ədəbiyyat onun yaş etibarı ilə kamillik mərhələsinə
qədəm qoymasından başqa, artıq sənət adamı olaraq müdrik
çağını yaşaması ilə bağlıdır. Bu mənada “Mənə elə gəlir ki...”
kitabı ilə şairin yaradıcılığına açılan yeni mərhələ həm də
onun yüksək mənada müəllimliyindən də irəli gəlir. Xanəli
Kərimlinin didaktik sənət nümunələri ali məktəb auditori-
yasından fərqli olaraq müəyyən mənada xalqa, geniş oxucu
mühitinə ünvanlanmışdır. Bu baxımdan cəmiyyətin indiki
Dostları ilə paylaş: |