314
Xaqan Balayev
Oktyabrın 8-də ÜİK(b)P MK Cənubi Azərbaycan məsələsini yenidən
müzakirə edərək, 6 iyul 1945-ci il tarixli qərarına əlavələr etdi. ADF-nin əsas
vəzifəsi kimi bir daha “İran dövlətinin tərkibində Azərbaycanın milli
muxtariyyətinə nail olmaq” müəyyənləşdirilmişdi. Bu qərarda “silahlı dəstələr
yaradılmasını sürətləndirmək” vəzifəsi qarşıya qoyulmuşdu və noyabrın
əvvəllərindən yerli əhalidən silahlı dəstələr – fədailər (sovet sənədlərində
“partizan” adlandırılırdılar, SSRİ - dən gələn vəsait hesabına aylıq haqq
alırdılar) təşkil olunmağa başlandı, onlar SSRİ tərəfindən İranda istifadədə olan
silahlarla silahlandırılırdı. Qərarda, həmçinin, “separatist” terminini işlətməmək
tapşırılırdı (Bağırov da Stalinə məktublarında “separatist hərəkat” terminindən
istifadə edirdi).
1945-ci ilin noyabr ayında Cənubi Azərbaycanın bütün əsas şəhərlərində
çoxminli mitinq və yığıncaqlarda Azərbaycan Xalq Konqresinə seçkilər
keçirildi. Xalqın hərəkata qoşulmuş hissəsi, ADF-nin on minlərlə üzvü, minlərlə
fədai hərəkatın nə dərəcədə Moskvadan idarə olunması haqqında məlumata
malik deyildi və ola da bilməzdi. Onların nəzərində hərəkatın ideya mənbəyi öz
mühitlərində idi, öz inamlarından doğmuşdu. Buna görə də, hərəkatda iştirakları
tam səmimi idi və milli istiqlal məqsədi güdürdü.
Noyabrın 20-də Təbrizdə işə başlayan konqresə nümayəndələrin təklifi ilə
təsis qurultayı statusu verildi. Qurultay “Təsis qurultayının qətnaməsi”, “İran
şahına, məclisinə və hökumətinə bəyannamə”, “Xalqa müraciət”, “Milli
Məclisə seçkilər haqqında əsasnamə” kimi mühüm sənədlər qəbul etdi. “Xalqa
müraciət”də deyilirdi: “Azərbaycan xalqı İranın müstəqilliyini və bütövlüyünü
pozmadan dünyanın başqa millətləri kimi Atlantika xartiyasının prinsipləri
əsasında öz taleyini həll etməkdə özünü azad və səlahiyyətli hesab edir” (6).
Milli Məclisə seçkilərin keçirilməsinədək və xalq hökumətinin təşkilinədək
rəhbər orqan kimi Hacı Mirzə Əli Şəbüstərinin sədrliyi ilə Milli Komitə
seçildi.Milli Komitənin qərarı ilə noyabrın 23-27-də Milli Məclisə seçkilər
keçirildi.
Dekabrın 12-də (21 Azər) Azərbaycan MM-in birinci sessiyası açıldı.
Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti (AMH) təşkil olundu.
Fədailərin ultimatumuna əsasən ordu, jandarmeriya, polis AMH-yə tabe oldu.
Milli hökumət siyasi, hüquqi (xüsusən məhkəmə), inzibati, ticarət, seçki,
torpaq islahatları apardı. 1946-cı il yanvarın 6 - da Azərbaycan dili rəsmi dövlət
dili elan olundu. Təhsil Azərbaycan dilində aparılmağa başlandı. Təbriz Dövlət
Universiteti yaradıldı. Milli ordunun formalaşdırılmasına başlandı. Yanvarın
15-də MM Konstitusiya layihəsinin hazırlanması haqqında qərar qəbul etdi və s.
Qeyd olunmalıdır ki, bütün mühüm sənədlər (ADF-nin nizamnaməsi və
proqramı, MM-in nizamnaməsi, qanunlar və qərarlar) Bakıda, həmçinin
Moskvada təshih edilərək təsdiqlənirdi.
ÜİK(b)P MK Siyasi Bürosunun 6 iyul 1945 - ci il tarixli qərarının İranda
icrası davam edirdi. 1946-cı il yanvarın 22-də Məhabadda İranın tərkibində
Kürdüstan muxtariyyəti elan olundu. Bundan ruhlanan Urmiya erməniləri də
Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti...
315
Şimali İranda öz muxtar vilayətlərini yaratmaq planlarını cızmağa başladılar.
İranın cənubunda üsyana qalxan tayfalar Azərbaycanda aparılmış islahatların
onlara da şamil olunmasını tələb edirdilər.
İran unitar dövlətdən federativ dövlətə çevrilmək təhlükəsi qarşısında
qalmışdı və əks tədbirlər görməyə başlamışdı. Fefralın 19-dan martın 8-dək
Moskvada İranın baş naziri Əhməd Qəvamın başçılıq etdiyi nümayəndə heyəti
ilə aparılan danışıqlar zamanı sovet tərəfinin ( İ. V.Stalin və V. M. Molotov)
ciddi səyinə baxmayaraq, İran tərəfi (Qəvam) İran konstitusiyasına əsaslanaraq,
Cənubi Azərbaycan muxtariyyətinin tanınmasının qeyri-mümkün olmasında
israr elədi. Moskvadan yola düşərkən Stalinə göndərdiyi məxfi məktubda
Qəvam bir daha yazırdı ki, “Azərbaycan problemi yalnız İranın suverenliyinə,
müstəqilliyinə, ərazi bütövlüyünə ən azacıq belə zərər vurmadan həll edilə
bilər” (10, 222). Mart-iyun aylarında Moskva-Tehran, Tehran-Təbriz arasında
aparılan danışıqlar (Bakı Moskva ilə Təbriz arasında vasitəçi rolunu oynayırdı)
nəticəsində iyunun 13-də Təbrizdə İranın baş nazirinin müavini Müzəffər Firuz
və Mir Cəfər Pişəvəri tərəfindən “Dövlət və Azərbaycan nümayəndələri
arasında müqavilə” imzalandı. İyunun 14-də Azərbaycan Məclisinin rəyasət
heyəti, 17 - də İran hökuməti müqaviləni təsdiq etdilər. Müqaviləyə əsasən
Cənubi Azərbaycanda demokratik hərəkatın əldə etdiyi nailiyyətlər əsas
etibarilə saxlanılır, idarəetmə forması dəyişirdi. Azərbaycan Milli Məclisi
Azərbaycan Əyalət Əncüməninə çevrildi, Azərbaycan Milli Hökuməti əvəzinə
Azərbaycan İdarə Şurası yaradıldı. Salamulla Cavid Azərbaycanın ostandarı
oldu. Pişəvəri dövlət vəzifələrindən istefa verərək, ADF-nin sədri kimi
fəaliyyətini davam etdirdi.
Sonrakı hadisələrdən 13 iyun müqaviləsinin İran hökuməti tərəfindən siyasi
bir manevr olduğu aydınlaşdı. Məlum oldu ki, müqavilə Qəvam başda olmaqla
İranın mürtəce dairələri üçün Azərbaycan üzərinə qəti hücuma keçməkdən ötrü
vaxt qazanmaq vasitəsi imiş. Müqavilə təsdiqlənəndən sonra onun yerinə
yetirilməsi üçün praktik addımlar atılacağını vəd edən İran hökuməti bu
istiqamətdə heç bir iş görmürdü. Azərbaycan ordusunun, jandarmeriyasının və
bankının məsələləri tənzimlənmirdi. Tehran Azərbaycan ordusunun saxlanması
üçün vəsait ayırmırdı, bu isə onun zəifləməsinə səbəb olurdu. Qəvam
Azərbaycanı iqtisadi blokadaya salmaq siyasətini yeridirdi. O, Təbrizdə milli
bankın bağlanmasına təkid edirdi. Azərbaycana hər cəhətdən təzyiq göstərilirdi.
Eyni zamanda, Qəzvindən Astarayadək Azərbaycanın bütün sərhədi boyu İran
qarnizonları möhkəmləndirilirdi.
Noyabrın 21-də Qəvam elan etdi ki, İran Milli Məclisinə dekabrın 7-ə təyin
olunmuş seçkilər zamanı qayda-qanunu təmin etmək məqsədilə istisnasız olaraq
ölkənin bütün vilayətlərində qoşun hissələri – “əmniyyət qüvvələri”
yerləşdiriləcəkdir və bu barədə Təbrizə teleqram göndərildi. Həmin gün
Pişəvəri başda olmaqla Azərbaycan rəhbərləri Qəvamın teleqramını müzakirə
edib, Azərbaycana qoşun yeridilməsinin qəti əleyhinə çıxdılar və Tehrana bu
məzmunda teleqram göndərdilər. Qoşun yeridiləcəyi təqdirdə müqavimət