Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə140/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   136   137   138   139   140   141   142   143   ...   148

________________Milli Kitabxana________________

"Şahnamə"qəhrəmanı  Rüstəm-Zal  divləri  məğlub  etdiyi  kimi  Xaqani  də qara

qüvvələri  məhv  etməyə qadirdir,  lakin  o, əfsanəvi  Simurğ  kimi  insanların  gözünə

görünməməyi daha üstün tutur.



Səh. 274.

Xalq atan yoxsulluğu mən qaldırıb etdim qəbul,

Sam Zalı atdı, mən aldım, bəslədim, bildim oğul.

Xaqani  xalqın  kənar  etdikləri  yoxsulluğu  qəbul  edərək,  Simurğ  Zalı  bəslədiyi  kimi

onu qəbul etmişdir.

Burada Zal - yoxsulluq timsalı kimi qələmə alınır.



Səh. 275.

Mən Əsəd bürcü ikən, Cövzaya yoxdur nisbətim.



Əsəd bürcü dedikdə dördüncü - Şir bürcü nəzərə alınır. Buna görə də o üçüncü bürc

bitişik  Uşaq  (Oğlaq)  bürcünə meyl  etmir.  Şair  bununla fəxriyyə üslubu  ilə öz  vüqarını

yüksək tutur.

Səh. 275.

Mən doğulduqda ağıl təlqin qıldı Adəmə:

"Leysə min əhlik" - buna səhvən sən övladım demə!

"Leysa  min əhlik"- Bu  sənin əhlindən  deyil  deməkdir.  Yəni:  Xaqani  adi  insan  deyil,

onda mələk xasiyyəti var.



Səh. 275.

Olmadım Əshabi-kəhfə it, Məsihayə ulaq.



Əshabi-kəhf- mağara  adamları.  Dini  rəvayətə görə İslamdan  qabaq II əsrdə zalım

Dəqyanusun şahlığı zamanı altı nəfər bütpərəst xristianlardan qaçıb, mağarada gizlənmək

istərkən,  yolda  onlara  bir  çoban  da itilə qoşulub,  guya  mağarada  300  il  yatmış  halda

qalmışlar. İsa peyğəmbər (Məsiha) da çox zaman eşşəklə gəzmişdir.

Xaqani deyir: mən nə Əshabi-kəhf iti, nə də İsanın eşşəyi olmaram.

Səh. 376.

Həmdəməm Haruta, həm bərbət calan o arvada,

Zöhhak əfisi, dəmirçi zindanı üstə qada.

Harut (və Marut) behiştdən qovulmuş iki sehrkar mələk. Guya bir quyuda başı aşağı

asdırılmışlar. Zöhhak - qaniçən  hökmdar.  Çiyinlərində baş  qaldıran  ilanlara  insan  beyni

yedirdərdi. Dəmirçi Gaveyi-ahəngərə işarədir. Bərbət çalan arvad - mifologiyada Zöhrə

ulduzu nəzərdə tutulur. Bərbət - musiqi aləti. Qada – dəmirçi zindanı üstündə tumcu alət.

Beytin  mənası:  Mən  sözlə sehr  yaradıram,  Zöhrə kimi  məhəbbəti  tərənnüm  edirəm.

Dəmirçi Gavə kimi zalım Zöhhaka qaniməm.



Səh. 376.

Mən ki, 'ia mövla ləhüm"ü dəftərimə salmışam,

Küfr təlimin "nəsüllah" məktəbində almışam.

Beytin  mənası:  Onların  ağası  yoxdur  (nadandırlar).  Küfr  təlimini əsil  Allah

məktəbindən almışam.

Səh. 376.

Hecə Zühəl rəngli dəmirtək od mənim bətnimdədir,

Həm "nəayim"tək hərisəm, çeynərəm odlu dəmir.

Zühəl - Satum  səyyarəsi.  Nəayim - dəvəquşu. Əfsanəyə görə o,  od  yeyən  quş  hesab

edilir.



________________Milli Kitabxana________________

Xaqani deyir: mənim qəlbim od püskürən Zühəl kimi olduğundan, dəvəquşu kimi od

yeməkdən çəkinmərəm.

Səh. 376.

Zahidəm, amma, nə Yəhyatək, brəhmən seyrətəm,

Şairəm, amma, nə Həssantək, Ləbidi tiynətəm.

Yəhya  peyğəmbər Allaha  həddən  artıq  ibadətlə məşğul  olmuşdur.  Brəhmən  dini  oda

sitayiş etmiş olan hind dinlərindəndir. Həssan Məhəmməd peyğəmbəri məhd edən məşhur

Həssan ibn Sibit, Ləbid isə şeri Məkkədə divardan asılan cahiliyyət dövrünün şairlərindən

olub, Həssanın əleyhinə olmuşdur.

Xaqani təvazökarlıqla özünü Brəhmən və Ləbidə oxşadır.

Səh. 377.

Atdı xaqan, basdıran torpaqda, qəm Qarunuyam,

Qərq edin, Şirvanlılar, çayda ki, şər Fironuyam.

Qarun - Musa peyğəmbər zamanı ən dövlətli və xəsis bir şəxs olmuşdur.

Firon - Musanı  məhv  etmək  istəyən  hökmdardır  ki,  çayda  qərq  edilmişdir. Xaqani

qəm Qarunuyam dedikdə "heç kimdə mən qədər qəm olmaz" demək istəyir.



Səh. 280.

Məlumdur hər bir kəsə, görsə əsa, qorxar ilan,

Söylər: əsa şəklindəyəm, amma qənimimdir əsa.

Burada  Musa  peyğəmbərin əsasına  işarə edilir  ki,  o, əlindəki əsanı  yerə atdıqda, əsa

əjdaha olub ilanları udur.

Səh. 283.

Bir quru barsız ağacdırlar o Nuhun qovmutək,

Bir qarının təndirinə bağlanıb ümmidləri.

Nuh  peyğəmbər  dünyanı  su  basacağını  xəbər  verərkən  onun  qovmu  (Əhl  adamları)

ona  inanmayıb,  kömək  etməmişdilər. Əfsanəyə görə tufan  qarının təndirindən

başlanmışdır.

Xaqani  müasir  paxıl  adamları  Nuhun  qovmuna  oxşadaraq,  onları  quru  barsız  ağac

adlandırır.



Səh. 284.

Qoysalar da şerimə qarşı çürük hədyanları,

Bu - Türabın qarşısında Bu - Ləhəbin yox yeri.

Bu-Türab - Dördüncü xəlifə imam Əliyə işarədir. Bu-Ləhəb Məhəmməd peyğəmbərin

əksinə gedən əmisidir.

Xaqani  uz  şerlərini  imam Əli  ləyaqətinə,  ona  qarşı  yazılan  şerləri  isə ləyaqətsiz bu-

Ləhəbə, çürük laqqırtıya bənzədir.



Səh. 285.

Cəbrayıl könlüm xədənginə özü vermiş qanad,

Ehtiyacım yox, hərifdən istəyəm quzğun pəri.

Oxun düz istiqamətdə uçması üçün onun arxa hissəsinə quş qanadı geydirərdilər.

Şair deyir: mənim könül oxumda (şerimdə) Cəbrayıl mələyin qanad lələyi var. Mənə

qartal lələyi lazım deyil. Yəni: mənim şeirlərim hədəfə sərrast dəyir.



Səh. 286.

Mən məgər Əbrəhənin mindiyi divanə filəm,

Getməyə Kəbəyi-dəyyanə məni qoymurlar.



________________Milli Kitabxana________________

Əbrəhə ibn Səbbah - VII əsrdə Yəməndə hakimiyyət  sürmüş bir padşahdır; Ərəbləri

Kəbədən ayırıb, öz kilsəsinə ibadətə çağırmışsa da, xalq ona qulaq asmamış və buna görə

də Kəbəni dağıtmaq üçün qoşun və fillərlə hücuma keçmişdir. Kəbəyi-dəyyan - doğruluq

və düzlük yeri mənasındadır.



Səh. 287.

Bir öküztək bu dəyirmanda salıb boynuma ip,

Atmağa ağzıma yağdanə məni qoymurlar.

O zaman böyük dəyirmanları öküz və başqa bu kimi heyvanlarla işlədirdilər; yağdanə

- bitki adıdır.

Səh. 287.

Müştəritək yerim olmuş ikiüzlü Cövza,

Qaldım avərə, Sərətanə məni qoymurlar.

Müştəri ulduzu - Cövza bürcü dairəsindədir. Cövza iki əkiz uşaq şəklində olduğu üçün

Xaqani  onu  ikiüzlü  adlandırır  və bununla  da  öz  mühitinin  ikiüzlülər  yeri  olduğunu

göstərir. Sərətan - Cövza ilə qonşu bürc olub, eyni zamanda xərçəng deməkdir. Məlumdur

ki,  xərçəng  geri  yeriyir.  Xaqani  bununla  saraydan  geriyə qayıtmaq  arzusunda  olduğunu,

lakin, onu buraxmadıqlarını bildirir.

Səh. 288.

Yoxsa, Bəstamə gedənlər hamısı yurdsuz olur?



Bəstam - Xorasanın cənub-şərqində yerləşir, vaxtı ilə məşhur şəhər olmuşdur.

Səh. 288.

Əql ilə rəy mənim qəlbimə Mizan olmuş,

Peyk olam Əqrəbi-üsyanə, məni qoymurlar.

Mizan  və Əqrəb - iki  qonşu  bürcdür; peyk - xəbərçi,  həmçinin  böyük  bir  ulduzun

etrafında dolanan kiçik ulduz deməkdir. Xaqani deyir: əqlim də, qəlbim də mənə deyir ki,

Üsyan əqrəbinin dalınca düşmə, ona xidmət etmə.

Səh.288.

Düşməyə vadiyi-xəzlanə məni qoymurlar.



Vadiyi-xəzlan - özbaşına, köməksiz qalmaq.

Səh. 290.

İlahiyyat ərşinə səni üzlət çatdırar.

Yəni ancaq saraydan çıxıb getməklə həqiqət yoluna düşərsən.

Səh. 294.

Namərd süfrə açsa, desə "əssəla" çörək!



Əssəla  (səla) - çağırışdır.  Burada  Xaqani  demək  istəyir  ki,  ac  qalaram,  alçaqların  cörəyini

yemərəm.


Səh. 298.

Məhəmməd Əbu-Cəhli xəcil etdiyi kimi...



Əbu-cəhl (əsl  adı Əbu-Həkəm) ərəblərin  qüreyş  rəislərindəndir. Məhəmmədin və

İslam  dininin  düşməni  olmuşdur. Əbu-Cəhl  öldürüləndə Məhəmməd:  "Ərəb  xalqının

Fironu öldürüldü" demişdir.

Səh. 300.

Bərcis ulduzutək Hutdan gəlmişəm,

Sərətan bürcüdür duracağım yer.

Bərcis – Müştəri  ulduzu,  Günəş ətrafında  dolanan  ulduzların ən  böyüyü,  Günəş

aləminin  beşinci  planetidir. Hut - Balıq  bürcü  deməkdir.  Bu  şer  Xaqaninin  dünyaya




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə