Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə143/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   140   141   142   143   144   145   146   147   148

________________Milli Kitabxana________________

Beytin  mənası:  Şeyxül-İslam, Nuh  peyğəmbər kimi  öz oğullarının (burada: əql və

hünər) köməyilə eşq tufanından qorxmur.

Səh. 379.

Kimdi Qəzali, ya ki Cüveyni, o idi tək,

Olmaz ona Nizam, Gündərini tay eyləmək.

Şeyxül-İslamın adları çəkilən məşhur alimlərdən daha üstün olduğu bildirilir.



Qəzali - Əbuhamid Məhəmməd - böyük müsəlman ilahiyyatçı alimi (XII əsr).

Nizam - Nizamülmülk-Həsən ibn Əli - dövlət xadimi (XI əsr).

Gündəri -Əbdülməlik - vəzir (XI əsr).  Cüveyni - Həsən  ibn Əli  Bağdadi - alim  (XII

əsr).


Səh. 379.

O namə bir duadı Ənidü Rəqib üçün.



Ənid  və Rəqib - dini  rəvayətə görə,  guya  insanların  xeyir  və şər  işlərini  hesaba  alan

(yazan) mələklərin adlarıdır.

Misranın  mənası:  Şeyxül-İslamın  şairə göndərdiyi  məktubu  mələklər  xeyir  iş  kimi

yazacaqlar.



Səh. 379.

Bu namə bir sənəddi mənə, ta ki, mən varam,

Namə deyil, o "ürveyi-vüsqa liənfisam".

Yəni: bu namə mənə həyatda daimi və möhkəm dayaqdır.



Səh. 380.

Bir "Qaziyəl-Qüzat, höccətül-islam, Zeyndin"...

Yəni: mədh olunan Şeyxül-İslam, qazilər qazisi, islamın müctəhidi (başçısı) və dinin

bəzəyidir.



Səh. 381.

Eyvani-Mədaini ayineyi-ibrət san.



Mədain - Bağdadın cənub-şərqində Dəclə çayı üzərində köhnə bir şəhər olmuş, qədim

İran padşahlarından Əşkanilər və Sasanilər zamanında qışlaq paytaxtı olmuşdur.



Səh. 382.

Nə Zali-Mədainin - Kufə qarısından kəm.



Zali-Mədain - Nuşirəvan  sarayında  evi  olmuş  bir  qadındır  ki,  bu  evini  heç  vəchlə

satmaq istəməmişdir.



Kufə qarısı - Nuh dövründə yaşamış bir qadın olmuşdur; guya tufan onun ocağından

başlamışdır.



Səh. 383.

Pərviz yox olmuşdur, ondan daha söz açma, Get,

"Kəmtərəku" söylə, zərdən tərə yox əlan.

Pərviz - Sasani padşahlarından Nuşirəvanın nəvəsi Xosrov Pərvizdir.

Zərdən tərə - Xosrov Pərviz guya hər gün zərgərlərə qızıldan tərə qayırtdırıb, yemək

vaxtı  süfrəyə düzdürər  və yeməkdən  sonra  bunu  onunla  nahar  edənlərə bağışlarmış.

"Kəmtərəku " - "Quran" ayəsidir; yəni: çox belələri dünyaya gəlib getmişlər.

Səh. 384.

Hər kəs aparan təsbeh çün Cəmrə gilindəndir,

Təsbeh al o yerdən ki, torpağa dönüb Səlman.



________________Milli Kitabxana________________

Cəmrə - Kəbə yaxınlığında  bir  yerdir,  torpağından  təsbeh  və möhür  kimi  şeylər

qayırırlar. Səlman  (və ya  Səlmani-fars) Məhəmməd  peyğəmbərə sədaqətli  olan  bir

fars.

Səh. 384.

Olmaz keçəsən ətşan bu Şətt kənarından.



Ətşan - susuz; Sətt - Fəratla Dəclənin birləşməsindən əmələ gələn böyük çaydır.

Səh. 388.

Tut əlimdən, sən Hənutiyyəyə vardır da məni,

Etmə Şuniziyyənin adını bir də təkrar.

Suniziyyə - Bağdadda  bir  qəbiristanlıq  adıdır.  Məşhur  alim  və sufi  şeyxi  Cüneyd

Bağdadinin  qəbri  orada  olduğu  üçün  Xaqani  bu  qəbiristanlığın  adını çəkir. Hənutiyyə -

ölülərin çürüməməsi və ya iylənməməsi üçün dərmanlandığı yer. Hənut - ölülərə sürtülən

ətirli maddə. İndi Şərqdə hənut əvəzinə kafur işlənir.



Səh. 390.

Minnətim var, qoyaraq nət kənarında məni,

Xoş gülüb öldürəsən, sanki çıraq, nazlı nigar!

Qədim  Şərqdə edam  cəzasına  məhkum  edilənləri  müəyyən  bir  gön - nət  üzərində

öldürərdilər.

Səh. 390.

Kəm atdıq biz, bu dünyanı uduzduq aləm əhlinə,

O dünyanı girov qoyduq ki, orda kəmdən azadıq.

Bu beytdə nərd oyunu nəzərdə tutulur. Kəm atdıq - ifadəsi zərin kiçik xal düşməsinə

işarədir ki, bu zaman oyun uduzulur.

Səh. 391.

Tapıbdır zinət ulduzdan, fələk bir tağü tarəmdir,

Xərabət əhliyik biz, taq ilə tarəmdən azadıq.

Bu beytdə istifadə edilən taq və tarəm istilahları göyün qübbəsi və üfüqlərə əyilməsi

deməkdir.

Xaqani səmanın ulduzlar aləmini nəzərdə tutur.



Səh. 396.

Günəşə şərəf deyil, açsın quzu süfrəsi,

Günəş üçün şərəfdir təkcə bir andın "və"si.

"Və ilə Xaqani  "Quran"ın  "Vəş-şəmsü  vəzzühaha"  ("And  olsun  Günəşə və onun

işığına") ayəsinə işarə edərək, Günəşi və onun işığını müqəddəsləşdirir.



Səh. 402.

Mustafa naməsini parçalayan Pərvizin,

Parçalanar köynəyi oğlu vuranda xəncər.

Xosrov Pərviz padşah ikən Məhəmməd peyğəmbər ona bir məktub yazmış, Pərviz isə

həmin  məktubu  cırıb  atmışdı. ikinci  misrada  Xosrov  Pərvizin  oğlu  Şiruyə tərəfindən

öldürülməsinə işarə edilir.



Səh. 409.

Məgər sən heç oxumadın "Yəknizunəz-zəhəbi?"

"Yomə Yəhma" ayəsində göstərilmiş səbəbi.

"Yəknizunəz-zəhəbi" - "Qızıl yığıb saxlayan"; "Yomə yəhma" - "Bir vaxt gələr, onunla

dağ basarlar" deməkdir.



Səh. 410.


________________Milli Kitabxana________________

Musanın əlləri palçığa batmaz,

Xızr xəzinəyə çəkməli divar.

Dini rəvayətə görə, Xızr ilə Musa səyahət edərkən, Xızr bir yoxsulun dağılmaqda olan

divarının altında xəzinə gizlədilmiş evini təmir etmiş, Musa isə durub baxmışdır.

Səh. 414.

Ey zülmü Yəzidilər mülkünü viran edən,

Sən ikinci Yəzidsən, dəm vurma çox Əlidən.

Yəzidilər - Şirvanşahların meydana gəldiyi tayfa; ikinci misrada Yəzid - imam Əlinin

övladına düşmən olmuş Yəzid ibn Muaviyədir.



Səh. 415.

Qumlu, kaşanlı, həm də dərgəzinli vəzirlər.



Qum. Kaşan, Dərgəzin - İranda yer adlarıdır.

Səh. 415.

O Barbüdün səsimi, sazın, mizmarın səsi?

Setarmı, ya çalınan kasəgər ilə arqan?

Barbüd - məşhur  fars  musiqiçisi; saz,  mizmar,  setar,  kasəgər,  arqan -musiqi

alətləridir.



Səh. 417.

Vardı söz kisəsində otuz bir cəvahiri.

Xaqani 24 yaşında ikən Atsız Xərəzmşaha bir qəsidə yazmış, bundan bir il sonra isə

onun  saray  şairi  Rəşidəddin  Vətvat  Xaqaninin  mədhinə 31  beytdən  ibarət  bir  cavab  şeri

yazıb göndərmişdi.

Səh. 418.

Anla ki, gəbrlərin kamanında yox hünər,

Xəlilin dörd quşunu havada alsın nişan.

Gəbrlər – atəşpərəstlər,  zərdüştilərdir; gəbrlər həm  də onların  elə bir  qismidir  ki,

ölümü cəmdək yeyən bir quş kimi təsəvvür edirlər.



Xəlilin dörd quşu - xoruz, qarğa, tavus və ördəkdir. Guya İbrahim Xəlil peyğəmbər bu

quşların başını əlində saxlamış, bədənlərini dörd parça edib, biri-birinə qarışdıraraq, dörd

dağın  təpəsinə qoymuş  və sonra  onları  uzaqdan  çağırdıqda,  quşların  parçaları uçaraq,

göydə hər biri öz hissələrilə birləşib, İbrahim Xəlilin yanına gəlmiş və onun əlində olan öz

başları ilə birləşmişlər.  Xaqani  burada  atəşpərəstliyi  tənqid edərək,  onların  dinlərinin

zəifliyini, bu dinin ilahi qüvvədən məhrum olduğunu göstərir.



Səh. 418.

Olsalar da "bilikli ağac" söz axtaranlar...



"Bilikli ağac " - yarpaqlarını daima Günəşə tərəf çevirən bir ağacdır.

Səh. 421.

Nə vaxtadək vurğunsan sən altun buzov surətinə?

Zəhər dolu bir keçiyə haçanadək sən qonaqsan?

Altun buzov - qızıl; acı südlü keçi - dünya deməkdir.

Səh. 421.

Göy bürcünün birincisi sıfırdır ki, fəqirlikdə...

Nücum təqvimində göyün birinci bürcü Həməl (Quzu) sıfırla işarə edilir. Bu isə şerdə

fəqirliyə nisbət verilir.



Səh. 421.


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə