________________Milli Kitabxana________________
İnsanların adından elə qorxmuşam ki, ah,
Məndə dəhşət yaradır, hətta o mərdum-giyah.
Bu qeyddə İntibah humanizmi ehtiraslı bir şəkildə təsdiq edilir. Şair insan
adından ona görə qorxur ki, özünü insan adlandıran, orta əsr əxlaqı ilə yaşayan
adamlar nadanlığı, acgözlüyü, paxıllığı, xəbisliyi ilə hər cür vəhşidən daha vəhşi,
daha eybəcər işlər görürdülər. Xaqanini qorxudan öz canı deyil, hər şeydən
əvvəl, bu vəhşi, yırtıcı, qeyri-insanların əlində qalan, zəncirlənən, boğulan,
tapdanan gözəl dünyadır, insanlardır, sadə xalqdır, onların aqibətidir. Xaqani
dünyanı tamam inkar etmir. O, elə bir dunya arzulayır ki, orda insan rahat, azad
nəfəs ala bilsin, hər şey onun arzularına uyğun olsun:
Bir cahan arzular ki, Xaqani,
Ola rahət bir an, tapmayıram.
Onun bu arzusunda da məhz təsdiqlə bərabər, inkar vardır; köhnə dünyanın,
orta əsrlərin inkarı. İntibah dövrü orta əsrlərlə yeni İntibah ideallarının
vuruşduğu, ölüm-dirim döyüşünə çıxdığı bir dövrdür. Orta əsrlərin ordusu,
qanunları, məhkəmələri, dar ağacları var idi. İltibah isə kiçik bir ziyalı dəstəsi idi.
Əbül-Əla Məərri, Rudəki, Xəyyam, Firdovsi, Sənai, Ənvəri, Cəmaləddin
İsfahani, Xətib Təbrizi, Eynəl-qüzzat Həmədani, Mehsəti, Xaqani, Nizami kimi
zəkası, dühası ilə orta əsrlərin buludlu səmasında şimşək kimi çaxan, orta əsr
qaranlığını ani olaraq nura qərq edən kiçik bir ziyalı dəstəsi idi. Orta əsrlər öz
mövqeyini, qanunlarını və s. qorumaq üçün heç nədən çəkinmir, İntibah
ziyalılarını zindanlara atır, dara çəkir, diri-diri soyur, tonqalda yandırırdı. O,
İntibahın nə olduğunu, nə istədiyini, bəşəriyyətə necə yol göstərdiyini, özünün
axırının çatdığını yaxşı başa düşürdü, ona görə də Məcnunu dəli adlandırıb
çöllərə salır, Həllac Mənsuru çarxa bağlayıb xıncım-xıncım edir, Eynəlqüzzatı
öldürub həsrə bükür, neft töküb yandırir, Nəsiminin isə dərisini soyurdu. Lakin
İntibah da uzun müddət geri çəkilmədi, varlığını ən gözəl humanist ideallar
yolunda qurban verməkdən qorxmadı. Orta əsrləri zamanın ədəbi məhkəməsinə
çəkdi, ona güldü, meydan oxudu, ağlı, qüruru, insanlığı ilə inkar etdi. Bu İntibah
ziyalılarının ən böyüklərindən biri olan Xaqani də orta əsrlərə öz inkarı ilə
meydan oxumuşdur:
Məst bir filəm, başıma vururlar ki, hər zaman,
Dinc qalarsan yadıma bəlkə düşər Hindistan.
________________Milli Kitabxana________________
Mən ki, qəm Qanunuyam, məni rədd et saraydan,
Şer işlərdə fironam, vurmasan tənə Şirvan
Xaqani yox, o kişi demişkən Xəlqaniyəm,
Xoşdur ki, yoxsullarla olmuşaın sirdaş, məhrəm.
İnkarçı Xaqaninin böyüklüyü özünü xəlqani, yoxsullar sirdaşı və məhrəmi
saymasındadır. Qoy düşmən onun başına döysün, onun düşüncələrini başından çıxarmağa
çalışsın, məst filin yadından Hindistan - humanist ideallar, arzular dünyası çıxmaz, o, orta
əsrlərlə bağlanmaz. "Eşşəklərin belinə yun palan qoyan, itlərin boğazına qızıl xalta
bağlayan" zəmanəni şair Xaqani qəbul edə bilməz. Onun poeziya bayrağında yazılan şüar
budur: "Rədd olsun orta əsrlər! Onun qanunları, cahilliyi, sədaqətsizliyi, acgözlüyü!":
Əzəl gündən olmamışdır bu dünyada əhli-vəfa,
Görünməmiş öz əhdinə sadiq olan bir aşina.
Təkcə bizim ölkəmizdə vəfa yoxdyur zənn eyləmə,
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
Qanı qanla yu, qalmayıb rahatlıqdan heç bir nişan,
Öz-özünə həmdəm ol ki, tapılmayır dostda vəfa.
İnsanların məzacında insanlığı az axtar ki,
Çalağanın yuvasında qanadlanmaz heç vaxt hüma.
Mənə inan, Adəmin ilk toxumundan bu vaxtadək,
Hələ insan yetirməmiş insan toxmu düşən tarla.
Qorxursansa səhraya get, ünsiyyət et vəhşilərlə,
Könül açan həmdəm yoxdur bu insanlar arasında.
Bir parçasını nümunə göstərdiyimiz bu şeirdə ehtirasla inkar edilən də orta əsrlər və
onun dönük, xüsusiyyətçi əxlaqıdır. Xaqani bir çox hallarda bütün dünyadan, bütün
insanlardan şikayətlənsə də, onun şikayətləndiyi, inkar etdiyi dünya və insanlar düşmən
dünya və insanlardır, İntibahın əks qütbündə duran adamlardır, onların dünyasıdır:
İlk baharın buludu tək ağlar, gülər üzüm mənim
Deməli, hind baharını yamsılayir gozüm mənim
Söyləyirlər "sən gülürsən", deyirəm ki, "sizə, əlbət",
Cavabımdan düşmənlərin ürəyinə düşür dəhşət.
Söyləyirlər "ağlayırsan", "səbəb sizsiz", deyirəm mən,
"Dost idiniz mənə bir vaxt, ağlayıram dərdinizdən".
Xaqaninin həssas, odlu, ehtiraslı ruhu dostu düşməndən seçir, düşmənlərə gülüb
onların ürəyinə qorxu salırsa, dostlar üçün ağlayır,
________________Milli Kitabxana________________
onları həmişə dost, yəni insan görmək istəyir. Onun inkarı orta əsri,
şimşək kimi caxıb, ildırım kimi gurlayırsa, İntibah gülüstan üçün
mehriban bahar yağışına, ətirli səhər nəsiminə çevrilir, onu təsdiq edir.
Xaqaninin böyüklüyü məhz bundadır.
Azərbaycanda Xaqani irsinin öyrənilməsi ilə H.Araslı, M.Quluzadə,
M.Sultanov, Q.Kəndli məşğul olmuşlar. M.Sultanov Xaqani irsinin nəşri
və tərcüməsi sahəsində xeyli iş görməklə bərabər, onun haqqında ilk
monoqrafiyanı da qələmə almışdır.
Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş,
ölkəmizdə və xaricdə şair haqqında bir sıra samballı məqalələr dərc
etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini "Xaqani
Şirvani: həyatı, dövrü və mühiti" adı ilə nəşr etdirmişdir. Zəngin faktik
material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin
öyrənilməsində yeni hadisədir.
Xaqani poeziyası öz dövrundən başlayaraq bu günə qədər Şərqin, o
cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək, nümunə
olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Fizuli
kimi sənətkarlar bu dahi şairin "Şiniyyə"sinə cavab yazmış, Seyid Əzim
Şirvani özünü onun naibi saymış, Sabir bəzi mənaları ondan iqtibas
etmişdir. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli
hadisələrindən biridir.
Oxuculara təqdim olunan və qüdrətli şairin ölməz irsinin böyük bir
hissəsini əhatə edən bu kitab Məmmədağa Sultanov tərəfindən tərtib
edilən və 1985-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görən nəsri
əsasında hazırlanmış kitaba Əkrəm Cəfər və Məmmədağa Sultanovun
yazdığı şərhlər də eynilə saxlanmışdır.
Xəlil Yusifli
Dostları ilə paylaş: |