Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə141/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   137   138   139   140   141   142   143   144   ...   148

________________Milli Kitabxana________________

iltifatsızlığını  və eyni  zamanda  öz  mühitindən  və dövründən  narazı  olduğunu  ifadə edir.



Səh. 302.

Qalmışıq Tai, Yəminindən geri,

Onların bizdə səxasın görmürəm.

Tai - (Hatəmi-Tai) öz sərvətilə məşhur olan ərəbdir (VII əsr).

Yəmini – Qəznəvi Bəhramşah zamanı yaşayan (X əsr) məşhur alim Əmid ibn Osmana

işarədir.



Səh. 303.

İndi ünsürlər məhəbbət doğmayır,

Dörd ananın mərd balasın görmürəm.

Dörd ana - dörd ünsür (od, su, hava, torpaq).

Beytin mənası: indi analar mərd oğul doğmayır.



Səh. 315.

Bu fələyin xonçasında var ancaq,

İki fətir - biri sarı, biri ağ.

Xaqani bədii ifadələrlə səmanı fələyin  süfrəsinə, Günəşi - ağ  (isti),  Ayı  sarı (soyuq)

fətirə bənzədir.

Səh. 315.

Hümmətim var yenilməz Rüstəm kimi,

Məhv edərəm mən tamahın divini.

Şair hümmətini, "Şahnamə" qəhrəmanı Rüstəmə bənzədərək, tamahkarlıq evini onun

əlilə viran edir. Yəni, özünün tamahkar olmadığını bildirir.

Səh. 318.

Söylə, Ey Xorasan, Şəhabın hanı?

Söylə, ey İsfahan, ne oldu Camal?

Şəhab - şair  Şəhabəddin,    Xaqani    ilə müasirdir

Camal - isfahanlı Cəmaləddin

Əbdürrəzaqdır; Xaqanilə müşairəsi olmuşdur.



Səh. 329.

Necə vəfa ayəsi unudular "Quran"da,

"Ufu biəhdi" sözü var surə qurtaranda.

"Ufu biəhdi" - əhdinə vəfa elə, verdiyin sözə əməl et!

Səh. 330.

Bu oyunbaz fələyi yeddi şirindil uşaq,

Al diliylə edibdir öz əlində oyuncaq.

Yeddi  uşaq - yeddi  səyyarəyə işarədir.  Orta əsr  geosentrik  (yerin  mərkəz  olması)

təfəkkür  və ya  qədim  astrologiyaya  görə bu  səyyarələr  belə adlanır:  Ütarid,  Zöhrə,  Ay,

Günəş, Mərrix, Müştəri, Zühəl.

Səh. 333.

"Səfər" o nöqtə ilə çevrilib oldu "səqər".

Ərəb əlifbasında səfər sozünün üstünə bir nöqtə də qoyulsa səqər əmələ gələr. Səfər –

səyahət, səqər - cəhənnəm.

Xaqani deyir: Mənim səfərim cəhənnəm əzabına çevrildi.

Səh. 334.

Eyib tutma Şirvana, Xaqaniyə gülmə sən,

Demə "şər"lə başlayan şəhərin oğluyam mən.



________________Milli Kitabxana________________

Xaqani  bu  və bundan sonra  gələn  beytlərdə sözlərin  yazılışı  ilə əlaqədar  məna

çalarları göstərir.  O,  deyir:  Şirvan  şər  sözüylə başlayırsa,  o  şər  yeri  deyil,  xeyir  yeridir.

Bədəxşan  bəd  sözüylə başlayırsa,  o  xoş  bir  məkandır.  Təbrizin əvvəli  təb  (qızdırma)  ilə

başlayırsa, ora sağlamlıq məkanıdır və s.

Səh. 338.

Bir ovucdur onlar - İsmayililər,

Bunlar bir dəstədir - israyililər.

İsmayililər - yeddinci imamın oğlu İsmayili axırıncı imam hesab edib, fırqə yaratmış

və terror  vasitəsilə Yaxın  Şərqdə hökmranlıq  etmək  iddiasında  olmuşlar.  Onların ən

görkəmli başçısı Həsən Səbbah olmuşdur (XIII əsr). İsrayililər yəhudilərə işarədir. Xaqani

onları pisləyir.



Səh. 3639.

Biri "haşa"ru "haşa"dan ayırmaz,

Biri "Bəhmən" nədir, "bəhmən"nə, qanmaz.

Haşa  və Bəhmən sözlərinin  iki  mənası  var. Haşa - həm  inkar  odatı,  həm  də dərman

otudur. Bəhmən həm şəxsi qələndərdə ay adı, həm də qar topası deməkdir.

Xaqani yuxanda adları çəkilənlərin nadan olduqlarını nəzərə çarpdırmaq istəyir.

Səh. 339.

Giv, Bəhmən axmaqla çıxmaz cidala.

Giv  və Bəhmən  "Şahnamə"  qəhrəmanlarındandır.  Xaqani  özünü  onlara  nisbət  verib,

axmaqlarla vuruşmaq istəmədiyini bildirir.



Səh. 339.

Fil elə qorxmaz ki, sapand daşından,

Qorxar Əbablin kiçik quşundan.

Əbabil - qaranquş  fəsiləsindən  quşlardır.  Dini  rəvayətə görə onlar  Məkkədə filin

başına daş yağdırıb, onu xəsarət verməkdən çəkindirmişlər.



Səh. 340.

"Kaf" ilə "nun", "yasin" murad və rəhmət,

Onun kərəminə bağlıdır fəqət.

"Kaf" - "Quran"ın  "Kaf  ha  ya  eyn  sad"  adlı  surəsi. Nun - "Nuni-vəl-qələmsurəsi.

"Yasin"- çox oxunan "Yasin" surəsidir.

Xaqani  deyir:  bu surələrin oxunuşundan məqsəd Allahdan kömək ummaqdır.

Səh. 340.

Onun əlindədir kilidi, bilin,

Yeddi göy günbəzin, səkkiz behiştin.

Mənası:    Yeddi  səma  və

səkkiz  behişt  qapısının  açan  Məhəmməd  peyğəmbərin

əlindədir. Ondan kömək ummaq lazımdır.



Səh. 342.

Bələmdə kəhf itini yüz aslanə satmaram.



Bələm  (ibn  Baur) - Musa  ilə müasir  bir  abid  olmuş,  vaxtı  ilə ruhani  bir  adam  kimi

tanınmış, sonra arvadının fitnəsinə uyaraq, dünya malına tamah etmiş, haqq yoldan azmış

və nəticədə guya  it  kimi  ləhləmək  bəlasına  mübtəla  olaraq,  dili  ağzından  sallanmışdır.

Səh. 350.

Torpaq altında yatırsan bu gün ey mehr-giya!



Mehr-giya - sevgi otudur; guya bu ot kimdə olsa, onu hamı sevər.

Səh. 353.


________________Milli Kitabxana________________

Davudun göz yaşı, Nuhun novhəsi,

Sənin Yusifinə etmədi təsir.

Nuh - novhe  (mərsiyə)  sözündəndir.  Guya  Nuh  peyğəmbər  yüz  illərlə novhə

oxuyaraq, öz tayfasını haqq yola çağırmışsa da, nəticəsi olmamışdır. İkinci misra Yusifın

məhv olduğunu eşidən atası Yəqubun hədsiz-hesabsız ağlamasına işarədir.

Xaqani burada Yusif deyərkən, öz oğlu Rəşidəddini nəzərdə tutur.



Səh. 358.

Təfəkkür yaxşıdır Mərva, Səfa dağına qaçmaqdan.



Mərva və Səfa – Məkkədə iki dağın adıdır.

Səh. 359.

Kədərli hər gecəmdir hamilə bəhcətli bir sübhə,

Çıxar lağmım o gəncə kim qalıbdır Ali-Samandan.

Bəhcətli - sevincli; gənc – xəzinə; Ali-Saman - 900-cü  ildən 999-cu  ilə qədər  İranda

hökm sürmüş Səmanilər sülaləsidir.



Səh. 359.

Olanda bayram, ustadı bağışlar lövheyi-əlvan.



Lövheyi-əlvan – qədimdə məktəbdə müəllimin  uşaqları  sevindirmək  üçün  onların

oturduqları taxta müşk və zəfəranla çəkdiyi naxışlardır.



Səh. 359.

Üzümdə göz yaşın görcək "əlif 'lə nöqtə şəklində,

Oxu qəm rəmzini, öyrən bu Məddü Həmzədən asan.

Mədd və Həmzə ərəb əlifbasında uzun və dəyirmi işarələrdir. Xaqani üzünə axan göz

yaşını onlara oxşadır.

Səh. 359.

Gözünü bağladım hirsin, tamahın dişini qırdım,

Necə katib yazar "mim"i, necə "sin"i yazar divan.

Ərəb əlifbasında "mim " şəklində gözsüz bir kiçik dairə kimi "sin" isə şəklində diş-diş

bir fiqur kimi yazılır.

Səh. 360.

Mənə vəhdət bağında bir şərikdir həzrəti-İsa,

Verib canı, ucuz aldım ikinci səhmi İsadan.

Burada  Xaqani  deyir: vəhdət  (birlik,  təklik) bağçası  İsa  peyğəmbərlə mənim aramda

müştərək idi, mən canımı verdim, onun payını ucuzca aldım. Burada şair tamamilə üzlətə

(yalqızlığa) çəkildiyini bildirir.



Səh. 360.

Hələ İsfəndiyarım keçməmişdir yeddi tilsimdən.



İsfəndiyar - İranın qədim Kəyan  sülaləsi padşahlarından Kəştasbın oğludur; müxtəlif

iftiralara  düşmüş,  atası  tərəfındən  həbsxanaya  atılmış,  nəhayət,  Rüstəmin  haça  oxu  ilə

öldürülmüşdür. Firdovsinin "Şahnamə" əsərində bu böyük bir epizoddur.

Səh. 360.

Hələ Ruyindəj olmuşdur gözəl dilbərlərə zindan.



Gözəl  dilbərlər - İsfəndiyarın  bacılarıdır.  Möhkəm  bir  qala  olan  Ruyindəjin  yeddi

tilsimli yolu olmuş, Turan padşahı Ərcasb İsfəndiyarın bacılarını Ruyindəj qalasında həbs

etmişdi.  İsfəndiyar  'bütün  tilsimli  yolları  keçib,  Ruyindəjə çatmış, Ərcasbı  öldürüb,

bacılarını xilas etmişdi.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə