________________Milli Kitabxana________________
Nə Raziüddövlə razı qalmış behişt həyatından,
Nə Səfiülmülk simasında şadlıqdan var zərrə nişan.
Raziüddövlə, Səfiülmülk - dünyadan bərk yapışmış hökmdarlar olmuşlar.
Səh. 422.
Şöhrətpərəst zahidlərlə ünsiyyəti sən vur yerə,
Müştəritək görünərlər, Mərrix kimi içərlər qan.
Müştəri - (Yupiter) Günəş sistemində astrologiyaya görə səadət ulduzu hesab edilir.
Mərrix - (Mars) müharibə ulduzu hesab edilir.
Səh. 423.
Fikr eyləmə, Nəcməddini mədh etməkdir ona dərman.
Nəcməddin - ruhani başçısı Əhməd Nəcməddin Simgərə işarədir.
Səh. 423.
Ey Adəmə varis olan, natamamdır işim mənim,
Ey dünyaya İsa olan, cana gəldim bu dünyadan.
Adəm və İsa - peyğəmbərlərdir. Xitab Nəcməddinədir.
Səh. 423.
Oğlun, qızın yoxdursa da, haqq yanında hörmətin var,
Bilmirsənmi "Quran"dakı "Ləmyəlid"də var şərəf, şan.
"Quran'Ma "Qul-hüvəllah" surəsində Allaha verilən sifətlərdən biri də "Ləmyəlid"dir;
yeni Allahın övladı olmaz.
Səh. 423.
Mən bəstamlı oldum sanki, onlar isə əhli-Damğan,
Bəstam -Xorasanın cənubunda bir qəsəbədir.
Damğan - İranda Təbəristan vilayətində vaxtı ilə abad bir şəhər olmuşdur. Burada
Xaqani Bəstamla Damğanın biri-birindən çox uzaq olduğunu, bununla da özü ilə dostları
arasında heç bir yaxınlıq və birlik ola bilmədiyini göstərir.
Səh. 423.
Haqq bu xərrat balasına vermiş elə bir istedad,
Ki, Nəmrudtək yadlar onun üzərinə çəkir kaman.
Xarrat balası - Xaqaninin özü. Nəmrud - Allahlıq iddiası edən hökmdar (Burda
Nəccar Azərin oğlu İbrahim peyğəmbərə də işarə var).
Səh. 423.
...Ancaq fələk birisini edər dirəfşi-Gaviyan.
Dirəfşi-Gaviyan – Dəmirçi Gavənin bayraq etdiyi döşlüyə işarədir.
Səh. 424.
Fərruxi bir mədhinə bir kənd aldısa əgər...
Fərruxi - Sultan Mahmud Qəzvininin saray şairlərindəndir; sarayın yüzlərcə şairi
arasında yeddi seçmə şairdən biri olmuşdur.
Səh. 430.
İki nərgiz, iki sünbül, iki qızıl gülünə,
Sərv boyun, şümşad qolun - budağına and olsun.
Xaqani burada gözəlin gözlərini nərgizə, saçlarını sünbülə, yanaqlarını qızıl gülə,
qəddini sərvə, qolunu şümşada bənzədərək, onlara and içir.
Səh. 430.
________________Milli Kitabxana________________
Sənin o gül üzünə ki, Zöhrə kimi nur saçır,
Harut kimi qəlb aldadıb, qaçmağına and olsun.
Zöhrə - astrologiyada məhəbbət ulduzu Veneradır. Harut (və Marut) behiştdən
qovulmuş sehrkar mələyə işarədir.
Səh. 430.
Yəmən gölü gərdəyində xumarlanıb uyuyan,
İki həbəş gəlininin yatağına and olsun.
Yəmən gözü - göz yatağı. Həbəş gəlini - qara göz bəbəyi. Xaqani sevgilisinin xumar
gözlərinə and içir.
Səh. 446.
Tap Təbəristan, tərəbistan dilə!
Təbaristan - İranda bir vilayət adı; tərəbistan - kef və zövq məclisi deməkdir.
Səh. 446.
Məqsədü amalını Amüldə gör,
Görgana get, Yusifi ordan dilə!
Amal - əməllər, istəkler; Amül - İranda Mazandaran vilayətində bir şəhərdir.
Görgan - İranın şimal-şərqində həm vilayət adı, həm şəhər olmuşdur. Görgan - eyni
zamanda farsca qurdlar deməkdir.
Xaqani bu misrada hər iki mənaru nəzərdə tutmuşdur. Yusifin qardaşları öz ataları
Yəquba demişdilər ki, Yusifı qurdlar yemişdir.
Səh. 462.
Zülfün "lam"ı olmasa, "nun"a dönər qamətim.
Zülf sözündə "lam" şəklində sevgilinin qıvrım saçı, "nun" hərfilə isə aşiqin bükük
qaməti (beli) nəzərdə tutulur.
Səh. 463.
Meydani-məlamətdə bir kəs ola bilsən də,
Eyvani-səlamətdə bünyad ola bilməzsən?
Məlamət-təna, məzəmmət; yeni: tənə meydanında bir top kimi nə qədər vurulsan,
əziyyətlərə qatlansan da, yenə də salamatlıq, rahatlıq tapa bilməyəcəksən.
Səh. 484.
Xaqani, ilanla bağban məsəli,
Burada yerində dastana düşdü.
Köhnə nağıllardan birində deyilir: bir bağban donmuş bir ilan tapmış, onu götürüb
Günəş altına qoymuş və ilan dirilərək, bağbanı çalıb öldürmək istəmişdir. Xaqani burada
özünü bağbana, düşmənlərini isə həmin nankor ilana bənzədir.
Səh. 489.
Ayağına qızıl rəngli surətimi bağlaram ki,
Qumrov bilib, dəyməyələr, qayıdasan sən birtəhər.
Şərqdə bir qayda olaraq, yaxşı, hünərli göyərçinlərin ayağına incə bir qızıl halqa
asardılar ki, onu tutanlar hünərli olduğunu bilib öldürməsinlər, qızılı götürüb, göyərçini
buraxsınlar. Burada Xaqani eşqdən solan üzünü həmin qızıl halqaya bənzədir.
Səh. 495.
Qaqim, Qunduz camallı yar gözəl Bolğar türküdür.
Qəqim, Qunduz gözəllərilə şöhrət tapmış tayfa adlarıdır.
Səh. 500.
________________Milli Kitabxana________________
Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,
Tapdın təbin dəryasından daha qiymətli gövhər.
Bu şeri Xaqani Nizamiyə müraciətlə yazmışdır. Qiymətli gövhər Nizami, onun
böyük şairliyi; qəvvas - dalğıc, burada ilham dənizinə dalıb, üzən Nizami nəzərdə tutulur.
Daha qiymətli gövhər Nizaminin əsərlərinə işarədir.
Səh. 500.
Heyrətdəyəm ki, ilhamın zərlərini atarkən
Necə oldu öz beşinlə beş atdın, ey füsunkar?
Yəni beş barmağın üzərində tutduğun bu beş poemanı ("Xəmsə"ni) necə ustalıqla
yazmış olduğuna heyran qalmışam.
Səh. 501.
Layiq olmamışdır div Süleymana.
Rəvayətə görə, Bilqeys Süleyman peyğəmbərin sarayına gələndə Süleyman ona
mail olmuş, ancaq təsadüfən Bilqeysin qıçlarında keçi tükü kimi tük gördüyündən, onu
çin (div) bilib, ikrah etmişdir.
Səh. 505.
Çünki, göydə qara üzlü, pis əməlli Zühəl də,
Xoş sifətin Müştərinin üstündə tutmuş qərar.
Zühəl - yeddinci fələkdə, Müştəri onun altında, altıncı fələkdə olur.
Zühəl böyük uğursuzluq (Nəhs-əkbər), Müştəri isə böyük uğurluluq (Səd-əkbər)
ulduzu sayılır.
Səh. 509.
Əgər sən bilməsən, Ütarid bilir yəqin,
Mən kiməm, qələmimdə nə kimi bir qüvvət var.
Ütarid (Merkuri) ulduzu astrologiyada fələyin katibi hesab edildiyi üçün, Xaqani
özünün qələmdəki qüdrətini onun təsdiqi ilə izah edir.
Səh. 527.
Ayağına kölgə salmış yoxsa Simurğ qanadı,
Şərəf olub dünya üçün Cəlil bin-Rafe adı.
Əfsanəvi Simurğ quşu daima xeyirxah işlər gördüyü üçün onun kölgəsi də kimin
üzərinə düşərsə onun şöhrəti artarmış. Mədh edilən Cəlil bin-Rafe də Simurğa bənzədilir.
Səh. 528.
Qiyamətdə haqq yanında peyğəmbərdən savayı,
İkinci bir şəfaətçi varsa, odur Şafei.
Bu qitədə adları çəkilən Safei və Rafei qiyamət günündə günahkarları bağışlamaq
üçün Məhəmməd peyğəmbər kimi Allah dərgahında şəfaətçi olmağa layiq hesab edilib
təriflənir.
Səh. 530.
Oxşatmısan qaralıqda pozduğun inkar "nun"a.
Fars dilində "nun" hərfi felin inkarını yaradır. Bu hərf qaralandıqda (pozulduqda)
müsbət məna alınır.
Səh. 533.
Yolu əyri gedən vəzirdən başdır,
Yolunu düz gedən mərd piyadələr.
Burada şair şahmat fiqurlarının hərəkəti vasitəsilə düzlüyü təbliğ edir.
Səh. 539.
Dostları ilə paylaş: |