Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə145/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   140   141   142   143   144   145   146   147   148

________________Milli Kitabxana________________

Sürahi quşu da ruhumu oxşar.

Orta əsrlərdə çox zaman şərab sürahilərini müxtəlif quş şəklində hazırlardılar. Xaqani

çəməndə şorab içdiyini bildirir.



Səh. 540.

Gözünə bir qulun gözü tərs baxdı...

Bu  rübaidə Xaqan  göz  (çeşm)  sözünü  9  dəfə işlətmişdir.  Tərcümədə də bu  say

saxlanmışdır.



Səh. 540.

Üzündə o xalı hər görən dedi:

Hindlidir, oturub bu odda yanan.

Burada  şair  sevgilinin  yanağım  oda,  qara  xalını hindliyə oxşatmışdir.  İnduizm  dini

etiqada  görə hindlilər  odda  yanıb,  kül  olmaqla  guya  behiştə gedərmiş.  Xaqani eyni

zamanda bu dini əfsanəyə işarə edir.



Səh. 540.

Hicrində qönçətək ürəyim qandır,

Barı nərgizinlə məni yada sal.

Şair ürəyini qızıl gül qönçəsinə oxşadaraq, sevgilini görüşə çağırır.



Nərgiz - gözə işarədir.

Səh. 543.

Hər həftə o, iki həftəlik qəmər...



İki  həftəlik  qəmər – bədirlənmiş  Ay  deməkdir.  Burada  gözəlin  parlaq  simasına  işarə

edilir.


Səh. 545.

Ey Dimnə, düzümü yaman əyirsən,

Əhməd Nəsr aslandır, Şətrəbə də mən.

Məşhur  hind əfsanəsi  olan  "Kəlilə və Dimnə" - alleqorik  abidə yad  edilir  ki,  burada



Dimnə hiyləgər, şöhrətpərəst surət olub, şirlə Şətrəbə (öküzün adıdır) arasında nifaq salıb,

yalan sözlərlə şirin öküzü parçalamasına səbəb olur.

Xaqani  burada  öz  bədxahını  fitnəkar  Dimnəyə,  hiyləyə qurban  getmiş  Şətrabəni  isə

özünə bənzədir.



Səh. 545.

Xumar gözlərini görəntək, çıxdı,

Bayazid Bəstami ibadətgahdan.

Bayazid  Bəstami  (Teymur  ibn  İsa) məşhur  sufilərdən  olub,  daima  ibadətlə məşğul

olaraq, bu dünyanı fani hesab etmişdir.  O,  Xorasanın Bəstam vilayətində hicri 160-cı il

tarixində (VII əsr miladi) anadan olub, uzun ömür sürmüşdür.

Beytin  mənası:  Gözəlin  xumar  gözlərini  görən  Bayazid  Bəstami  də öz  sönməsindən

(ibadətgahdan) çıxıb, ona aşiq olar.

Səh. 551.

Sitəmin tük kimi incəltdi məni,

Lap tükə dönmüşəm "moyi" demekden.

"Moyi" - farsca tük və ağlamaq məfhumu verir.

"Modi" isə gürcücə "gəl" deməkdir.

Xaqani bu sözün bənzər şəkil və mənasından bədii vasitə kimi istifadə etmişdir (Şair

bu sözü bir neçə rübaidə işlətmişdir).

Səh. 551.



________________Milli Kitabxana________________

Xaqani, sən adi piyadasan, bil,

Yeddi ev keçməyin cox asan deyil...

Şahmat  oyununda  piyadanın yeddi  xanə keçib,  səkkizinci  xanədə vəzirə çevrilə

bilməsini xatırladır. Bu rübaidə demək istəyir ki, sən piyadasan, bir qoşun yolunu kəsib,

(düşmənlər,  bədxahlar),  inanma  ki,  sən  səkkizinci  xanəyə keçə biləcəksən  (vəziyyətin

yaxşı olacaqdır).

Xaqani  şahmat oyununu yaxşı  bildiyi  üçün fiqurların hərəkət və dəyərindən bir neçə

dəfə istifadə etmişdir.

Səh. 559.

Görürəm, üzünü hərarət alır,

Əqrəbin içində ayın saralır...

Burada əqrəb - saça, ay - gözəlin üzünə işarədir.

Digər tərəfdən, "qəmər əqrəbdədir" ifadəsi astrologiyada Ayın Əqrəb bürcünə girməsi

ilə xoşagəlməz hadisə baş verəcəyi güman edilmişdir.



Səh. 560.

Qəribə hal vardır onunla məndə:

Yel mənim əlimdə, yel əlində yar.

Bu rübai sevgilinin yelkən gəmi ilə dənizə çıxdığı zaman deyildiyindən Xaqani qəribə

ibarə yaradır.

Yel mənim əlimdə - yəni: əlim boşdadır.

Yel(in) əlində yar - yəni: yar yelkəndədir.

Səh. 561.

O xumar gözlərin necədir, canan?

Varmı badamında püstə kimi qan?

Bu  rübaini  şair  sevgilinin  gözləri  ağrıyan  zaman  yazmışdır.  Burada badam - gözə

işarədir.



________________Milli Kitabxana________________

LÜĞƏT

A

Ahəngər – dəmirçi

Ahənrüba - miqnatis

Aliməqam – rütbəsi yüksək adam

Asitan - saray, böyük ev

Aşiyan - yuva

Azər - od

B

Bak – qorxu

2) bəndə düşən

Balü pər - qol-qanad

Behcət - sevinc, hüsn

Bəqa - daimilik, əbədi

Bərg - yarpaq

Bərq - ildırım

Bərr - çöl, biyaban

Bəzm –məclis, qonaqlıq

Bünyan — əsas, bünövrə

Bürhan - dəlil, sübut

Bürran – kəsiçi, iti

C

Cami-Cəm - Əfsanəvi Cəmşid

padşahın qədəhi

Cədəl - bəhs, mübahisə

Çinan - behişt, cənnət

Cuybar'- axar su, çay kənarı

Cürm - günah

Ç

Çah - quyu



Çahi-zənəxdan - çənə oyuğu

Çeşmeyi-heyvan - abi-həyat

abi-heyvan, dirilik suyu çeşməsi



Çəngi - çənk çalan, musiqiçi


________________Milli Kitabxana________________

D

Damən (daman) - ətək



Darüzzina - zina evi, əxlaqsızlıq

Deyr - kilsə, meyxana

yeri


Dəbir - katib, münşi

Dəm - nəfəs, an

Dəstar - əmmamə, sarıq

Dəstgir - 1) yardımçı,

Diba - zərxara, zərli parça

Dilkəş - cazibəli, gözəl

Dirəxşan - parlaq

Dirhəm - gümüş pul, çəki vahidi

Duzaq - tələ

Duzəx - cəhənnəm

E

Ecaz - əcaib, qəribə

Ə

Ədəm - yoxluq, boşluq

Ənbiya - peyğəmbərlər

Ənküştər - üzük

Ərəq - tər

Ərğəvan - qırmızı, al

Ərkan - əsaslar

Ərzan - ucuz

Əxtər - ulduz

Əsəs - darğa, gecə gözətçisi

Əyyar – hiyləgər, aldadıcı

F

Fəsih - fəsahətli, səlis danışan



Fəttan – fitnə qaldıran

Fəzl – fəzilət

Fiqh - İslam hüquqşünaslığı

Fitrət - təbiət, yaradılış

Füls - xırda mis pul


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə