Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

İş görsün, hər zaman, quru söz deyil. 

Şamaxı, bu gözəl bu geniş diyar, 

Nə üçün bəs gəlir ürəyimə dar? 

Ah, mənə Şamaxı bir zindan oldu, 

Hər tüküm canıma nigəhban oldu. 

Yanıma, nəinki növi-bəşəri, 

Hətta, küləyi də qoymazlar bəri. 

Yolda mən bir addım atarsam, hərgah, 

Ya da ki, ürəkdən çəksəm odlu ah, 

Bir düyün vurub, tez, düşmən o aha, 

Durmadan aparıb çuğullar şaha. 

 

 



ATASININ TƏRİFİ 

 

Atam, aləm bilir nəccar Əlidir, 



Onun səxavəti elə bəllidir. 

O məni böyüdüb, vermişdir çörək, 

Mədh edəm mən onu qələmlə, gərək. 

Sənətdə Azərdi, söhbətdə İsa, 

Tabut qayırardı o, Xəlilasa, 

Onun qayırdığı tabutlar, yəqin, 

Qoyulur qəbrinə musəvilərin. 

O da bir Əliydi adda, ehsanda, 

Mən isə Qənbərdim hazır fərmanda, 

Azad bəsləyirdi dünyada məni, 

Jan-başla sevərdim bu ailəni. 

Girərdi qəlbimə o şəfqətilə, 

Qəlbim qızınardı məhəbbətilə. 

Dünyada səhv edib, dadsaydım əgər, 

Janları məhv edən acı bir zəhər. 

Sataraq, ən əziz hər nəyi vardı, 

O, zəhri məhv edən dərman alardı. 

O, can sərf edərdi hər istəyimə. 

Quş südü düşsəydi gər ürəyimə, 

Hansı yolla olsa tapardı, inan! 

O mənə canını edərdi qurban, 

Bəslədi, can quşum pərvaza gəldi, 

Atamın dənini yeyib yüksəldi. 

O, bir sultan kimi fərman verərkən, 

Quş kimi hazırdım qulluğunda mən. 

 

 



ANASININ TƏRİFİ 


 

Anamın zəhməti olmasaydı, bil, 

Dünyada bir işə olmazdım nail. 

Mənalar kişisi o qoca anam, 

İkinci Rabiə kimiydi tamam. 

Rabiə söyləmək səhv olar ona, 

O, bir Rabiəydi göy qızlarına. 

O, hikmət evində bir baş hərəmdi, 

İsmət aləmində çox möhtərəmdi. 

Ona da Məryəm tək atdılar böhtan, 

O da Zəhra kimi paylardı ehsan, 

Beş günlük dünyanı tamam unutdu, 

Məryəm tək dörd aylıq bir oruc tutdu. 

Nəsturi qızıydı, nəsli məbədi. 

O, sonra islama məhəbbət etdi. 

Onunla bu torpaq gələrdi cana, 

O, bir Filiqusdu bizim dövrana. 

Myastu yolunda əyləşərdi şad, 

Siyruni dilini bilirdi azad. 

Belə qət etmişdi ağlı, ilHamı, 

Ki, qəbul eyləsin dini-islamı. 

İncildən bir gün üz döndərən zaman, 

Onu cəzb etmişdi özünə Quran; 

Züleyxa kimi o, bir xanım ikən, 

Sonra Yusif kimi qul oldu birdən. 

Hüsndə olmuşdu bir Rum gözəli, 

Onu bəsləmişdi Nəccasın əli. 

Əzəl bağçasına vermişdi ürək, 

Hüda pərdəsində o bəslənərək, 

Quranı görəndə demiş "la illah" 

Xaçdan və İncildən eyləmiş ikrah. 

Xaça kəsildikdə amansız düşmən, 

Xaç kimi o çarpaz, olmuşdur həmən. 

Daima İsaya dualar etdi, 

Xəlilin yolunca sidqilə getdi. 

Oyaqdır, yatmayır əsla gecələr, 

Dindən nəfəs alır doğarkən səhər. 

O qəlbin imanı, dinilə haman, 

Pərvini bir təsbeh edər asiman. 

Sufilər kimi o çıxarmışdı ad, 

O saf ürəklidə vardı etiqad. 

Zamanın eşqiylə yaşamaq üçün, 

Əzəl möhrü ilə kəsmişdi kəbin, 

Yandırmaq istərkən qəlbində çıraq, 




Qəlbini mum etdi, sözlərini yağ, 

Zəfər çalmaq üçün, bunu da deyim. 

Mənə sübh oxundan tikmişdi geyim. 

O razı qalarsa, xoş olar halım, 

Onun duasilə gülər iqbalım. 

Onun hər sözündən alıram qüvvət, 

Qaladır verdiyi hər bir nəsihət. 

Kəsilsə düşmənlə qarşıda yolum, 

O qoca qarıdan güc alar qolum. 

Onun duaları olmasaydı, ah, 

Ömrüm puç olardı, yəqin, bir sabah. 

Onunla fəxr edir bu doğma vətən, 

Üveys kimi bəndəm o arvada mən. 

Burada onunçun mən düşüb qaldım, 

Özümü min dərdə, bəlayə saldım. 

Onun haqqı çoxdur boynumda, bişək, 

Sevimli əmimin haqqı olan tək. 

 

 



ƏMİSİNİN TƏRİFİ 

 

Öz əmim Ömərin sayəsində mən, 



Yetimlik divinin qaçdım əlindən. 

Bil, mənim böyüyüm, yol göstərənim 

Tərbiyə verənim, əmimdir mənim. 

Sözləri hər zaman qətiydi onun, 

Şagirdi-Ərəstu, bir də Əflatun. 

Hürməsə üçbucaq elmini, zaman - 

Onun idrakilə öyrətmiş inan! 

Əmimdən almışam o şərəfi mən, 

Ki, torpaq, su alır onu günəşdən. 

Günəşdir rəng verən torpağa, daşa, 

O, suyu qaldırar göyə birbaşa. 

Günəş dol salmayıb ipiylə bil, sən, 

Su çəkir fələyin dənizlərindən. 

Günəş qızıl əlli nəqqaşa bənzər, 

Torpağı durmadan min rənglə bəzər. 

Günəşin işığı altında ancaq, 

İncini - su verər, qızılı - torpaq. 

Gördü ki, otağı dardır qəlbimin, 

Açdı əmim ora pəncərə yüz min. 

Girdi günəş kimi pəncərələrdən, 

Kəmalı günəş tək tel düzdü ki, mən 

Tutaraq bu teldən hər axşam, səhər, 




MöHnət quyusundan çıxım bir təhər. 

Əmimin evində başım oldu dik, 

Bu tək ədədimi o etdi minlik. 

Mən kiçik "dəqiqə" mislində ikən, 

Böyük "dərəcəyə" çatdırdı həmən 

O məni apardı bürclərə sarı, 

Tanıtdı səyyarə və ulduzları. 

Əvvəlcə birlikdən altmışa atdı, 

Sonra da altmışdan otuz yaratdı. 

İki on beş etdi otuzu da həm, 

Onlardan yaratdı yeddi baş aləm. 

Atam dözməyərək dərdə cahanda, 

Sam, Zalı atan tək məni atanda 

Əmim simurğ kimi uçub gələrək, 

Qanadı altına alaraq Zal tək - 

Qaldırdı biliyin qafına, həmən, 

Bəsləndim onun öz yuvasında mən. 

Əhmədə əmisi necə oldu yar, 

Oldu əmim mənə o cür pərəstar. 

O məni öyrətdi hər elmə, fənnə 

Oxudu o "ələm yəcidkə" mənə. 

Atam mənə verdi ağır bir cəza, 

Ərəblər o zülmü edərdi qıza. 

Bu sözü quranda axtar, tap öyrən, 

Get oxu "və izəl-müvəddə"ni sən. 

Mən qaldım atılmış uşaq tək xəstə, 

Nəfəsi tutulmuş, qəlbi şikəstə. 

Əmim görüb bunu gəldi həycana, 

Yenidən məni o gətirdi cana. 

Sanki oldu mənim mehriban dayəm. 

Yaralı könlümə o qoydu məlhəm. 

Səkkiz behişt ilə ətrafımda şad, 

Yeddi heykəl qurdu o böyük ustad. 

Aldı kainatdan yeddi dəmir mil, 

Bir halqa boynuma etdi, həmail. 

Sudan və alovdan çıxıb, boy atdım, 

Yəni yeddi yaşa mən gəlib çatdım. 

Baxaraq açılmış şirin dilimə, 

Ağıl lövhəsini verdi əlimə, 

Əvvəlcə o mənə öyrətdi "əbcəd", 

Mənə "Həqayiqi" dedi, nəhayət. 

Dərs verdi xeyirli səvab işlərdən, 

Ondan hər sorğuma cavab aldım mən. 

O, bir müəllimdi, hikmətdi sözü, 




Dərsdə xəlifəm də olmuşdur özü. 

Mənə xətt öyrətdi hər səhər-axşam, 

Gəldi arxasınca surə və əhkam. 

Öyrətdi lütf ilə hər məsələni, 

Çatdırdı, nəhayət, "vənnasə" məni. 

Gördü ki, bələdəm hər nişanəyə, 

Apardı bir böyük kitabxanayə. 

Gördükdə olmuşam, doğrudan, heyran, 

Oxutdu əvvəlcə "xələqəl-insan". 

Bunlarla bərabər qoydu bir sabah, 

Ovcuma gözəl bir kitabi-islah, 

Əmr etdi oxuyum mən onu təkrar, 

Ta gözüm önündə açılsın əsrar. 

O mənə ustaddı, mən ona şagird, 

O, İbn Vəriddi, mən də Mübərrid. 

Mənə dil qanunu öyrətdi əmim, 

Qoymadı səhv edəm, oldu həmdəmim. 

Məni üç elmdən etdi xəbərdar, 

Ağıl, fəhm, hiss oldu onlardan izhar. 

Qoymadı şübhəli qalsın bir məfhum, 

Sonra da öyrətdi əsrari-nücum. 

Yarımca sübutla eylədi bir-bir, 

Quranın, düz on dörd sirrini təbir, 

Çox asan yol ilə o mahir insan, 

Etdi "bir", "iki", "üç", "dörd", "beş"i bəyan 

Sonra dörd kitaba saldıqda nəzər, 

Verdi dörd əsasdan ətraflı xəbər, 

O dörd sütun oldu danılmaz sənəd, 

Quranı onlara eylədi məsnəd. 

O mənə doğru yol göstərib bu dəm, 

Dedi: "Gör nə sirlə yaranmış aləm!" 

Hər iki dünyanın sirrini açdı, 

Adəm tək hər sözdə bir işıq saçdı. 

O mənim dayəmdi, müəllimimdi, 

Həm böyük ustadım, həm də əmimdi. 

Çatıb boya-başa mən şad olanda, 

Məktəbdən, dərslərdən azad olanda. 

Meyvəli ağac tək açdıqda çiçək - 

Həyatım bir bahar fəslinə gircək, 

Min təsir alaraq sudan, günəşdən, 

Rəngdə su, istidə bir od oldum mən. 

Sonra dünya baxdı taleyimə kəm, 

Dörd əllə yapışdı yaxamdan möhkəm. 

Kəsdi salxımımı qara oraqla, 




Qəzavü qədərdən dərs alan Jovza. 

Çox bəlalər gördüm mən ruzigardan. 

Sanki baş qaldırdı bənövşə qardan. 

Ağ lövhdə bəxtimi qara yazdılar. 

Qəddimi "nun" kimi əydi ruzigar, 

Baxdıqca bu "nun"a bu "vəlqələm"ə, 

Bir "Yasin" pilərdi dərdə, ələmə. 

Gördü söz mülkünə mən bir hakiməm, 

O mənə ad qoydu həssani-əcəm, 

Qəlbimin ayağı xəznəyə batdı, 

Ömrüm də iyirmi beş ilə çatdı. 

Bildi söz mülkünə mənəm hökmran, 

Qarşımda fərəhdən əmim verdi can. 

Bu fani dünyanı gülər tərk etdi, 

Hardan gəlmişdisə, ora da getdi. 

Bir dəfə asqırıb eylədi rəhlət, 

Mələklər oxudu ona min rəhmət. 

Qırx il bu dünyada o, subay qaldı, 

NəHayət, cənnətdə bir huri aldı. 

Kim belə bir yara olarsa məftun, 

Haqqı var subaylıq çəkməyə onun. 

Ayrılıb getdikdə məndən o sərvər, 

Mənim ətrafımı aldı düşmənlər. 

İntiqam almaqçın fani dünyadan, 

Adəm köçüb getdi, yaşadı şeytan. 

 

 



İZZƏDDİNİ TƏRİF 

 

Bir nəzər saldıqda ali məclisə, 



İzzəddin yadigar qalmışdır bizə. 

Var ikən sinəmdə qəmlərdən qubar, 

İzzəddin olmuşdur mənə qəmküsar. 

O məni oxşayar, əzizləyərdi, 

Alardı könlümdən hər qəmi, dərdi. 

İzzəddin Məhəmməd mənə verdi can, 

İzzətlə yüksələr hər kiçik insan. 

Əlimdə izzətdən bir sənəd vardır. 

İzzətlə yaşayan nə bəxtiyardır. 

Həqiqət əhlinin dəftərlərindən, 

Almışdır məhəbbət dərsini, bil sən. 

Həqiqət əhlinə günəşdir üzü, 

Hər oruc tutana bayramdır sözü. 

Söhbətə başlarkən o böyük ustad, 




Zəmanə Söhbanı susub, qalar mat. 

Düzlük aləmində qəlbi təmizdir, 

Dinin havasında safdır, əzizdir. 

Yumuşdur sədaqət bulağında o, 

Könül paltarından təmə tozunu. 

Düşməndir o, zülmə, nəfsə, zülmətə, 

Könül verməmişdir bir xəyanətə. 

Ürək paklığını etmişdir şüar, 

Onunçun adını qoymuşdur Qəssar. 

Gördüyü rəngləri yumuşdur haman, 

Könül güzgüsündən və göz yaşından 

Möcüzə diqqət et, göstərib hünər, 

Gör necə su ilə güzgü təmizlər. 

Onunla hər görüş bir səadətdir, 

Hər sözü, söhbəti bir nəsihətdir. 

 

 



DÜŞMƏNLƏRİ TƏNQİD 

 

Bir neçə eşşəkdən deyim sizə mən, 



Dad qılır onların yer-göy əlindən. 

O murdar uşağı qaşqabaqlıdır, 

Həm də yeddibaşlı, dördayaqlıdır. 

Hər zaman, o murdar uşağı, murdar, 

Sözümdən gözəllik oğurlayırlar, 

Çirkin sözlərinə qatırlar onu, 

Şer bazarında satırlar onu. 

Jəfəng sözlərini oxuyan kimi, 

Joşuram qəzəbli bir ümman kimi. 

Murdar ağızında onların, zinhar, 

Baxmayın, yüz hovuz heyz qanı var. 

O divbaş adamlar heybətlidirlər, 

Div kimi onlar yüzsifətlidirlər. 

Uzaq olsalar da iş hünərindən 

Od yağır qəhərli nəfəslərindən. 

Bu mülhüd eşşəklər düşməni-dindir. 

Din satıb deyirlər - meydan bizimdir. 

Hər zaman "Ələmovt" deyib dururlar, 

Heyf ki "əlmovtdan" uzaqdır onlar. 

Mənim sözlərimi, yaxşı dinlə bir, 

Əlmovtun özü də ölüm deməkdir. 

Əmr tək düzlükdən dəm vursalar da 

Əyrilik görərsən, yalnız, onlarda. 

Onlar alçaqlara çox alçalıblar - 




"Dal" kimi, "nun" kimi əyri qalıblar. 

Onlar etibarda Kufə əhlidir, 

Bağdad əhli kimi haça dillidir. 

Onlar gözü qırıq iynəyə bənzər, 

Gözsüz iynə işə yararmı məgər? 

Nə zaman qırılsa gözü iynənin, 

Bir işə yaramaz, atılar, yəqin. 

Əbləh adamların nə faydası var, 

De, nəyə gərəkdir, xudaya, onlar? 

Alçaq adamların bizə xeyri yox, 

Lakin peysərləri yoğun olur çox, 

Mənimsə, dünyaya gələndən bəri, 

Nur saçır tacımın dəndənələri; 

Lakin bu siyasət xadimlərinin 

Çürük dəndənəsi qoxur qan, irin. 

Onların, görəndə yağlı tikəmi 

Ağzı tez açılır əjdaha kimi. 

Qalıq içə-içə gülgun camımdan, 

Salırlar hörmətdən məni hər zaman. 

Əvvəl, qarət edib, barlı bağımı, 

Sonra söndürürlər bağ çırağımı. 

Düşürüb süfrəmin töküntüsündən, 

Tez, qarət edirlər evimi, birdən. 

Əvvəlcə əxz edib bildiklərimi, 

Sonra da hürürlər mənə it kimi. 

Fənndə qəribəm, demək, təkəm, tək! 

İtlər də qəribə hürərlər, bişək. 

Dilimi öyrənib tez dil açınca 

Söyüş yağdırırlar mənim dalımca. 

Günəş sayəsində bulud olurlar, 

Tuturlar günəşin üzünü onlar; 

Bir mələk eşqilə yüksəlsələr də, 

Ona kin bəsləyib, düşürlər dərdə. 

Hər kim bu girdaba düşərsə, əgər, 

Başı günəş kimi bəlalar çəkər. 

Özünü mənimlə qiyas edən kəs 

Utanar dünyada o gəzə bilməz. 

Ariflər tanırlar saxta sözləri, 

Seçirlər samandan müşkü ənbəri. 

Göydə süzən aya göz qoysa əgər, 

Onu çarqatdakı aydan tez seçər. 

Çünki həqiqi ay hərəkətdədir, 

Süni aysa donuq vəziyyətdədir. 

Birinin günəşlə əlaqəsi var, 




Digəri civədən rəng alıb, parlar. 

 

 



YENƏ DƏ ŞAM VƏ İRAQ  

BAŞÇISINI TƏRİF 

 

Son qoyub tərifə və şikayətə, 



Çatdırım sözümü mən nəhayətə. 

Sözümü düzərək incilər kimi, 

Çıxarım zahirə öz hünərimi. 

İslamın sədridir o böyük insan, 

Şamın sahibidir, hər hökmü rəvan. 

Dünən qulağıma asimandan bir - 

Səs gəldi, dedi ey qüdrətli şair! 

Nə üçün dünyaya, dinə pasiban 

Jəmalı mədh etdin sonra hamıdan. 

Yəqin ki, burada sir var, söylədim, 

Yəqin ki, bu işi qəsdən eylədim. 

O da Məhəmməddir, çünki, xilqətdə, 

Elmdə, səxada, adda, hörmətdə 

Məhəmməd sonuncu peyğəmbər gəldi, 

O, peyğəmbərlərdən uca yüksəldi. 

Ruh sonra gəlmişdir, təbiətdə, bax, 

Əvvəl nüftə oldu, sonra da uşaq. 

Üç varlıq yarandı, sonra da insan, 

Üç kitab yarandı sonra da quran. 

Gecənin sonunda üç açar səhər, 

Əvvəl ot yarandı sonrasa güllər. 

Əvvəl daş yaranar sonra da mədən, 

Zülmətdə dirilik suyu görərsən. 

Əvvəl papaq olar sonrasa bəzək, 

Hər bir şey tamlanar, axırda, gerçək. 

Əvvəl ulduz olar göydə nümayan, 

Axırda görünər xurşidi-rəxşan. 

Bu üzrüm qəbulə keçərsə, yenə 

Başlaram o böyük sədrin mədhinə: 

Ey səxa sultanı həqiqət səsi! 

Ey kəmal günəşi haqqın kölgəsi! 

Dinin cəmalısan, ey Jəmaləddin, 

Dünyaya yayılan kölgəndir sənin. 

Fələk qulamındır, mən də nökərəm, 

Qulundur dünyanın fazilləri həm. 

Şirvanın darısqal mənzilində mən, 

Mədhini düzürəm öz can şirəmdən. 



Mən səni mədh edib gələrkən dilə, 

Bakirə ilhamım olar hamilə. 

Qulağım gövhərlə tamam bəzənər, 

Təbimdən yaranar bal ilə şəkər. 

İdrakım söz açar şərafətindən, 

Qəlbimin qulağı dinləyər, həmən. 

Qəlbimin qulağı bəzəndi tamam, 

Zər sırğa taxaraq oldu bir qulam. 

Nə üçün mədh etdim onu, bilirsən? 

Nə üçün bu yolun yolçusuyam mən? 

Günəş məclisindən təbim budur, bax, 

Nurlu bir cəvahir oğurlayaraq, 

Dedi: - qiymətlidir, al bunu, hökmən, 

Gizlət öz xatirat xəzinəndə sən. 

Bərcis bu söhbəti eşidən kimi, 

Günəşin dibindən kəsdi əlini. 

Dan yeri qızardı, açıldı səhər, 

Al qana boyandı yanan üfüqlər. 

Sonra günəş məndən aman istədi, 

Dayanıb qarşımda təzimlə dedi: - 

Ey Xaqani, haman gövhəri yenə 

Qaytar öz yerinə, allah eşqinə. 

Xacədən xəcalət çəkdimsə hər gün, 

İraqə getməyim olmadı mümkün. 

Qırx günə bu qədər cəvahiri mən 

Qələmin ucuyla yona bilmişəm... 

Jəvahirlər sapa taxılan zaman, 

Onları günəşin asdım boynundan. 

O boyunbağını mən asdım, bəli, 

Çünki kəsilmişdi günəşin əli. 

Ləli sahibinə qaytarsam əgər, 

O məndən, əlbəttə, qəbul edilər. 

Oğurlanan şeylər necə var yenə, 

Tezcə qaytarılsın öz sahibinə. 

O məni salmadı bir an nəzərdən, 

Mən də onun üçün dürdən, gövhərdən, 

Boyunbağı düzdüm, xoşdur əməyim; 

Bahasını ondan necə istəyim?! 

Kim, belə yazaram, desə əbəsdir. 

Bu hədiyyəm Şama, İraqa bəsdir. 

Haqqım var fəxr edəm, qoy bilsin əyyam, 

Mən söz dünyasının padişahıyam. 

Nə vaxt söz qılıncım qalxdı yuxarı. 

Qolu kəsik qaçdı söz oğruları. 




And olsun Əhmədə, dünyada heç kəs, 

Bu inci sözləri yarada bilməz. 

Ağlım məni dünya pənahı sandı, 

Ruhum ülviyyətin məddahı sandı. 

Rəbbim bəlalərdən, qoy versin nəcat, 

Onun sayəsində düzəlsin həyat! 

Bu din aləmində çoxlu hikmət var, 

Lakin, bil, ədalət əbədi yaşar. 

Bir an əksilməsin onun başından, 

Allahın kölgəsi, durduqca cahan. 

Mələklər söylərkən mənim duamı, 

Cəbrayıl qoy, desin onlara amin. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə