Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Dünya dairəsi əyridir bir az, 

Əyridən heç düzlük gözləmək olmaz. 

Başına əhli-din papağı qoysan 

Papaq istəməzsən xaqandan, şahdan, 

Papaqsız qalsan da dərd çəkmə, yenə 

Papaqsızlıq özü papaqdır sənə. 

Papaqsız qalanın hər şeyi vardır. 

Hər iki dünyaya o hökmdardır. 

Başında şan-şövkət papağı olan 

Qoy fəxr eyləməsin onunla, bir an! 

Şöhrət papağına yoxdur etibar, 

Onu itirənlər olur zəlil, xar, 

De, nə vaxta qədər başqasının, sən 

Gedib, qapısında baş əyəcəksən? 

Gözlə öz nəfsini, öz izzətini, 

Tapdaq etməsinlər heysiyyətini. 

Torpaqdan yarandın, xatırla hər an, 

Bil ki, xəlifəyə, dinə bağlısan. 

Atəşpərəstə de, sən nə vaxtadək 

Salam verəcəksən, təzim edərək? 

Peyğəmbər yerində oturub onlar, 

Sonra peyğəmbərə asi olurlar. 

Xeyir iş oldumu pozurlar müdam, 

Yetimin payını yeyirlər tamam. 

Hərənin Dəccal tək bircə gözü var 

İlan kimi ikidillidir onlar. 

Baxırsan hər biri qanadlı quşdur, 

Lakin quş olsa da çirkin bayquşdur... 

Ey, ağlının Tuğan şahı olan kəs, 

Özgə çörəyinə eyləmə həvəs! 

Getdi o dövranlar, getdi o dəmlər 

Ki, Jəmşid şah idi, div isə nökər. 

Nə işlər, törədir, yaxşı bax cahan, 

Jəmşid qul olmuşdur, div sə hökmran. 

Hər kim alçaqlara eyləsə xidmət, 

Jəhənnəm suyudur, bil, ona qismət. 

Tamahın dalınca gedərsə hər kəs, 

Xalqın hörmətini qazana bilməz. 

Hər zaman dəyişir hökmü dövranın, 

Dünya tuluğudur su paylayanın, 

Quruyub yapışar boş qalsa, əgər, 

Doldumu, şişərək, dağılmaq istər. 

Bəlkə, ruzi tapdım, deyə, bir qarın, 

Sən nə vaxta qədər bu alçaqların 




Bərəkətsiz olan süfrələrindən 

Çörək qırıntısı düşürəcəksən? 

Gedib, hər qapıda olmasan köpək, 

Fikrin əyri olmaz it quyruğu tək, 

İş adamı deyil naəhl olanlar, 

Onlarda çox çirkin it xisləti var. 

Köpək xasiyyətli olduqlarından, 

Daşqalaq olunur onlar hər zaman. 

İtin boyunbağı, zənciri, inan, 

Üstündür onların zərli tacından. 

Bu allahsızların qulluğundan qaç! 

Haqqın qapısını ehtiramla aç! 

Şər dolu qapıdan, uzaqlaş, daha, 

Xaqani, get sığın o bir allaha! 

 

 

ƏRZİN FƏZİLƏTİ HAQQINDA 



 

Çox səfər eylədin, əl çək göylərdən, 

Bir az da gəz, dolan bu yerləri sən. 

Əgər öz meylini salsan yerlərə, 

Artar şərafətin birə min kərə. 

"Bir" gəlib "min" olar, əgər onu sən 

Yerindən üç xana sola köçürsən. 

Piyadən keçdimi yeddi xanəni, 

Udmaq çətin olar, çox güman, səni. 

Sədəfçin qətrələr göylərdən enir, 

Mirvari, gəzməklə şərafətlənir. 

Xüsusən, səyahət-dünyanı gəzmək, 

Böyük adamlara olmuşdur bəzək. 

Qəza pərgarını sancıb dərinə 

Qoydu ilk nöqtəni yer üzərinə. 

Kainat yer ilə belə yüksəlir, 

Hər xətt bir nöqtədən baş alıb gəlir. 

Torpaq cövhəridir bu kainatın, 

Torpaq xəznəsidir cəvahiratın. 

Dünyanın beşiyi olmuş bu torpaq, 

Torpaqdan doğulmuş mənalar, ancaq. 

Mustafa torpaqda yatdığı üçün, 

Yer göydən əzizdir, üstündür, üstün! 

Ürək ikiüzlü aynadır, ancaq 

Onu da hifz edir bizim bu torpaq. 

Bir üzü işığa meyl edir hər an; 

Digəri ayrılmır qara torpaqdan. 



Torpaqdır beşiyi bütün xilqətin, 

Hər bakir mənanın, sözün, sənətin. 

Daima dövr edən bu mavi göylər, 

Yerin, məxluqatın dalınca dönər. 

Torpağa hörmətlə ayaq bas ki, sən, 

Yerdə öz-özünə göyərməmişsən. 

Səfərdə uzağa tutub üzünü, 

Dördüncü iqlimə çatdır özünü. 

O dördüncü iqlim, yeddinci göydən, 

Yerin sayəsində üstündür, bil sən. 

Günəş, ölkələrə, qızardımı dan 

Yayır öz nurunu dördüncü qatdan. 

Dördüncü növbədə yarandı insan, 

Sırada dördüncü kitabdır Quran 

Dördüncü ölkəyə səfər et sən də, 

Çatarsan məqsədə bu səfərində. 

Göyün doqquzuncu atına atlan, 

İraqa yola düş, bir an durmadan! 

Dərdinə bir çarə axtarsan əgər, 

Ona yenə İraq bir çarə edər. 

Torpağı o dünya torpağındandır, 

Dirilik suyu tək suyu dərmandır. 

Yanağın qızarar İraqda olsan, 

Ağzın dada gələr onun suyundan. 

O yerdə çox gözəl abü hava var, 

Azca orda qalsan səni sağaldar. 

Abi-kövsər kimi şəffaf bulaqlar 

Ərzin mərkəzində ulduz tək parlar. 

Donmuş bir ruhdandır torpağı onun, 

Odur ki, əzizdir qucağı onun, 

Göyün üst qatıdır İraq torpağı, 

Göy isə o yerdən durur aşağı. 

Sən bu sözləri ki, məndən öyrəndin 

Oxu qulağına İraq əhlinin. 

O zaman yəqin ki, sənə mələklər, 

Hər addım başında min əhsən deyər. 

 

 

ŞAHIN LƏŞGƏRGAHINI 



TƏRİF 

 

Sonra da aləmin pənahi olan, 



Şah ləşgərgahına gedib çatarsan. 

Göylərə baş vurur onun dərbarı, 




Buraya baş əymiş İran şahları. 

Bura din mülkinə verməkdə rəvac, 

Qoyar çox şahların başlarına tac. 

Məhəmməd Mahmudun möhrilə yeksər, 

Damğalı qul oldu bütün ölkələr. 

Yazılmış tacının cəvahirinə: 

"Şənin artıq olsun dünyada yenə." 

Qazılmış taxtının ağacına da: 

"Taleyin əbədi olsun dünyada". 

Ayın səfhəsinə yazmışdır hətta, 

Qəzanın qələmi Müqtəfibillah 

O, hindi qılıncla əcəm yurdunu, 

Düz yola gətirmiş, yaxşı bil bunu. 

 

 



HƏMƏDANIN TƏRİFİ 

 

Çatarkən sən şahın ləşgərgahına, 



Oradan yol tutub, get Həmədana! 

Gözünlə yolları ölçüb bir anlıq, 

Söylə ki, bu yerdir əmin-amanlıq, 

Kəbə tək qiymət ver onun bağına, 

Bənzət Buqubeysi Əlvənd dağına. 

Onun dağı-daşı cəvahiratdır, 

O, yerə sütundur bir istinaddır. 

Yüksələn qəlbini ülkər fəth edir, 

Göyləri aşaraq, hələ, yol gedir, 

Onun ətəyinə Simurğ düşərək, 

Orada bir çox quş gördü özü tək. 

Hər biri yüz illik məsafə tutmuş, 

Sanki bir Qaf dağı tutmuşdur hər quş, 

Həmədan çox yüksək, ali məvadır, 

Əlvəndi Simurğə yurddur yuvadır. 

Dünya arxasıdır, bil, Həmədanın, 

Bu yersiz qüdrəti yoxdur dünyanın. 

Səkkiz sərhəd ilə bağlı hər yanı, 

Onu becərmişdir göylər bağbanı. 

Jənnətdən artıqdır onun neməti, 

Onun öküzündə var göy qüvvəti. 

Bal kimi şirindir burada sular, 

Elində zəfəran əlaməti var, 

Onun mətbəxinə girərək, Xızır. 

Edir nemətindən halvalar hazır. 

Bir az tamaşa et ulduzlara, gəl! 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə