Xavər Əlizadə, ADPU-nun doktorantı, Bakı şəhəri, 132-
134 №-li Təhsil Kompleksinin ibtidai sinif
“Həndəsi fiqurların üzləri, tilləri və təpələri” mövzusunda interaktiv
metodla tədrisi təcrübəsi
Açar sözlər: həndəsi fiqurlar, üzlər, tillər və təpələr
Ключевые слова: геометрические фигуры, граны, ребра и вершины
Key words: geometric figure, faces, edges and method
Standartlar:
3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını
aparır və nəticəni şərh edir.
Məqsədlər: Fəza fiqurlarından kub, düzbucaqlı prizma, kürə, silindr və konusu
tanıdığını nümayiş etdirir.
Fiqurlar çoxluğundan bu həndəsi fiqurları ayırır;
Həndəsi fiqurlarla oxşar olan əşyaları seçir;
Həndəsi fiqurların təpə, til və üzləri sayını bilir.
Bacarıqlar: -Həndəsi fiqurların üzlərini, tillərini, təpələrini göstərmə və sayma;
-Həndəsi fiqurların düz üzlərini kağız üzərinə qoymaqla şəklini
çəkmə;
-Şəkillərlə verilmiş əşyaları həndəsi formalarına görə qruplaşdırma.
Təchizat: Həndəsi fiqurlar dəsti, bu fiqurlarla eyni formada olan əşyalar, həndəsi
fiqurların şəkilləri.
İş formaları: Böyük və kiçik qruplarla iş cütlərlə və fərdi iş, əməkdaşlıq.
Üsullar:
Beyin həmləsi, BiBÖ cədvəli, müşahidə, araşdırma, təqdimat,
“Yalançı tapmaca”.
Dərsin gedişi
1.Sinfin təşkili – 2 dəq.
Sinfə daxil olub, salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb, dərsdə iştirak
etməyənləri qeyd edib, sinfi nəzərdən keçirir və lazım gələrsə tərbiyəvi təsir
göstərirəm, aşağıdakı üsulla şagirdləri 4 qrupa bölür. Bu məqsədlə şagirdlərə
üzərində (2-1; 3-1; 4-1; 5-1) misallar yazılmış kiçik kağızları paylayır. Stollar
2
(1,2,3,4) nömrələnir, onlar “kub”, “düzbucaqlı prizma”, “silindr” və “konus”
adlandırılırlar. İş vərəqləri, vatman kağızı, riyaziyyat 2 dərsliyi, həndəsi fiqurların
şəkilləri kiçik qruplara paylayır.
2.Motivasiyanın yaradılması və problemin qoyuluşu – 5 dəq.
Əvvəlcə, müstəvi həndəsi fiqurlar haqqında biliklər təkrar olunur:
M: Kvadrat, üçbucaq və dairə kimi fiqurlar hansı əlamətlərinə görə
fərqlənirlər?
Ş: Həmin həndəsi fiqurlar təpələrinə, tərəflərinə və bucaqlarına görə
fərqlənirlər.
M: Müstəvi fiqurlar neçə ölçülüdür?
Ş: Müstəvi fiqurlar ikiölçülüdür. Məslən düzbucaqlının, kvadratın yalnız eni
və uzunu var, qalınlığı (hündürlüyü) yoxdur.
Tədqiqat sualı: Fəza fiqurları neçə ölçülüdür?
Fəza fiqurları hansı əlamətlərə görə fərqlənirlər?
3.Tədqiqatın aparılması – 10 dəq.
Hər kiçik qrupun şagirdləri tədqiqat sualı ətrafında axtarış aparır, fikirləşir.
İş vərəqlərində göstərilən tapşırıqlar icra edilir və müvafiq qeydlər aparılır.
1
. “Kub” qrupu. a)Kubun təpələri, tilləri və
üzlərinin sayını təyin edin (şək.1).
b)şək.2-də verilmiş kubiklərin sayını təyin edin.
2. “Düzbucaqlı prizma” qrupu. a)Düzbucaqlı prizmanın
təpələri, tilləri və üzlərinin sayını təyin edin. (şək.3).
b) şək.2-də göstərilmiş kubiklərin sayını təyin edin.
3. “Silindr” qrupu. a) Silindr və kürənin təpələri,
tilləri və üzlərinin sayını təyin edin (şək.4; 5)
Şək.1
Şək.3
Şək.4
Şək.2
3
b) şək.6-da göstərilmiş kubiklərin sayını təyin edin.
4. “Konus” qrupu. a) Konusun təpə, üz və
tillərini təyin edin. (şək.7).
b) şək.8-də göstərilmiş kubiklərin sayını təyin edin.
4.İnformasiya mübadiləsi – 5 dəq.
Hər qrup öz işinin nəticəsini təqdim edir. Qrupların işi lövhədən asılır.
5. İnformasiya müzakirəsi – 5 dəq.
Əvvəlcə müəllim hər fiquru göstərdikcə şagirdlər də stollarında olan fiqurların
içindən həmin fiquru tapıb göstərirlər və adını söyləyirlər.
Sonra “Yalançı tapmaca” oyunu keçirirəm.
Kubu götürür və deyir:
-Mən kubun bir xüsusiyyətini fikirləşmişəm. Kim tapa bilər, bu hansı
xüsusiyyətdir?
-Kubun 6 üzü var.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Kubun 12 tili var.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Kubun 8 təpəsi var.
-Söylədiyin düzdür, mən bu xüsusiyyəti fikirləşmişəm.(şək.9).
Şək.5
Şək.7
Şək.6
Şək.8
Şək.9
6 üz
12 tili
8 təpə
4
Bir şagirdi çağırıb şəkli lövhədə çəkdirirəm.
Tapşırığın mənası ondan ibarətdir ki, mən, əslində, heç bir xüsusiyyət
fikirləşməmişəm. Məqsədim şagirdlərdən həndəsi fiqurların xüsusiyyətlərini
soruşmaq və lazım gələn cavabda oyunu dayandırmaqdır.
Sonra oyunu başqa şagirdə ötürür. Şagirdin də öz cavab variantı var və onun
sinif qarşısında “çox qalması” üçün iştirakçıları ən maraqlı xüsusiyyət fikirləşməyə
vadar edir. Bu da əsas məqsədə, yəni verilən məsələyə dair biliklərin
aktuallaşmasına çox kömək edir.
Şagird düzbucaqlı prizmanı götürüb deyir:
-Mən düzbucaqlının maraqlı xüsusiyyətini fikirləşmişəm, bu hansı
xüsusiyyətdir?
-Düzbücaqlının 6 üzü var.
-Fikirləşdiyim bu xüsusiyyət deyil.
- Düzbücaqlının 12 tili var.
-Bunu da fikirləşməmişəm. Şəkli cavab verən şagirdə lövhədə çəkdirirəm
-Düzbucaqlının 8 təpəsi var.
-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim.
Başqa bir şagird silindri götürüb, göstərərək deyir:
-Mən bu silindrin maraqlı xüsusiyyətini fikirləşmişən, bu hansı
xüsusiyyətdir?
-Silindrin 2 düz üzü var.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Silindrin tili yoxdur.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Silidrin təpəsi yoxdur.
-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim.
Daha başqa bir şagird konusu götürüb, göstərərək deyir:
Şək.10
Şək11
6 üz
12 tili
8 təpə
2 düz üz
5
-Mən bu konusun maraqlı xüsusiyyətini fikirləşmişəm, bu hansı
xüsusiyyətdir?
-Konusun 1 düz üzü var.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Konusun 1 təpəsi var.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Konusun tili yoxdur. (şək.12).
-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim (şək. 12). Həmin şagirdə lövhədə
şəkli çəkdirirəm.
-Başqa bir şagird kürəni əlinə götürüb, göstərərək deyir.
-Mən bu kürənin maraqlı xüsusiyyətini fikirləşmişəm, bu hansı xüsusiyyətdir?
-Kürənin üzü yoxdur.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Kürənin tili yoxdur.
-Xeyr, mən başqa xüsusiyyəti fikirləşmişəm.
-Kürənin təpəsi yoxdur (şək.13).
-Düz tapdın, mən bu xüsusiyyəti fikirləşmişdim. Həmin şagirdə şəkli lövhədə
çəkdirirəm.
-Bu həndəsi fiqurlar haqqında daha nə deyə bilərik?
Kubun, düzbucaqlı prizmanın, silindrin, konusun müxtəlif sayda düz üzləri var. Bu
üzlər kvadrat, düzbucaqlı, dairə formasında olur. Üzlərinin kəsişmə nöqtəsi təpə
nöqtəsidir. Üzlərinin kəsişmə xətti tili adlanır.
Oyunun sonunda deyirəm:
-Uşaqlar, bizim bugünkü dərsimizin mövzusu elə “kub”,düzbucaqlı prizma, konus,
silindr və kürədir.”
6. Ümumiləşdirmə və nəticə - 5 dəq.
Ümumiləşdirmək məqsədilə BiBÖ cədvəlindən istifadə edib, şagirdlərin iştirakı ilə
əvvəlcə birinci, sonra ikinci, daha sonra üçüncü sütun doldurulur
1 düz üz
1 təpə
Şək.12
Şək.13
6
BİBÖ cədvəli
Bilirik
İstəyirik bilək
Öyrəndik
Kub, düzbucaqlı
prizma, silindr,
konus və kürə fəza
fiqurlarıdır.
Kub, düzbucaqlı
prizma, konusun
müxtəlif sayda düz
üzləri var.
Üzlərin kəsişmə
xətti til adlanır.
Tellərin kəsişmə
nöqtələri təpə
noqtəsi adlanır.
Kub, düzbucaqlı
prizma, silindr,
konus və kürənin
neçə düz üzü və
neçə tili və təpələri
var?
Kub, düzbucaqlı
prizma, silindr,
konus və kürə necə
ölçülür?
Fəza
fiqurları
Tili
Düz üzü Təpəsi
Kub
12
6
8
Düzbucaqlı
prizma
12
6
8
Silindr
0
2
0
Konus
0
1
1
Kürə
0
0
0
Kub, düzbucaqlı prizma, silindr, konus və
kürə üçölçülüdür. Onların eni, uzunluğu və
hündürlüyü var.
7. Yaradıcı tətbiqetmə - 3 dəq
Bu məqsədlə aşağıdakı tapşırıqlar verilir:
Tapşırıq 1.
1.Tap görək, bu hansı fiqurdur?
Şagirdlər bir-birinə fəza fiqurları ilə bağlı suallar verirlər. O, birisi onu
cavablandırırsa sual verənə özü sual vermək hüququ qazanır. Bu qayda bütün
cütlər arasında aşağıdakı məzmunlu suallarla davam etdirilir:
1.Mənim bir fiqurum var. İki üzü var, tili və təpəsi yoxdur. Bu, hansı fiqurdur?
2.Mənim bir fiqurum var, Nə üzü var, nə tili, nə də təpəsi var. Bu, hansı fiqurdur?
3.Mənim bir fiqurum var, 6 üzü, 12 tili və 8 təpəsi var. Bu, hansı fiqurdur?
4.Mənim bir fiqurum var, 1 üzü, 1 təpəsi var, tili yoxdur. Bu, hansı fiqurdur?
Tapşırıq 2. Şagirdlərdə, öz ətrafında həndəsi fiqurları görmək bacarığını və
təfəkkürləri inkişaf etdirmək məqsədilə öyrətdiyiniz həndəsi fiqurlara
oxşarlığı olan əşyaların adlarını yazın:
1.Kub: zər, müxtəlif ərzaq qutuları, oyuncaq kublar və s.
2.Düzbucaqlı prizma: karandaş qutusu, kibrit qutusu, domino daşı, ətir qutusu,
kitablar və s.
3.Konus: bayram papaqları, konus formalı süzgəc, kosa papağı və s.
4. Silindr: müxtəlif dəmir və şüşə qablar, boya qutuları, su boruları, konserv
qutuları, stəkan, şam, karandaş və s.
7
5.Kürə: muncuqlar, portağal, qarpız, top, şar və s.
Tapşırıq 3: verilmiş şərti
ödəyən fiquru və
bu fiqurla formaca
eyni olan əşyaları
seç (şək.14).
8.Qiymətləndirmə və refleksiya – 2 dəq.
Qiymətləndirmək üçün əvvəlcədən meyar cədvəli hazırlayır və divarda görünən
yerdə asılır. Dərsin bütün mərhələlərində, habelə iş vərəqləri təhlil etməklə qruplar
aşağıdakı kimi qiymətləndirilir. Qiymətləndirmə “*” işarəsi ilə aparılır.
Meyarlar
Qruplar
Fəza həndəsi
fiqurları
tanıyır
Fiqurları seçə
bilir
Öz ətrafında
olan həndəsi
fiqurları
tanıyır
Fəza həndəsi
fiqurların
xüsusiyyətlərini
bilir
“Kub”
*****
*****
*****
*****
“Düzbucaqlı
prizma”
*****
*****
*****
*****
“Silindr”
*****
*****
****
*****
“Konus”
*****
*****
****
****
9. Evə tapşırıq – 2 dəq.
Hər şagird evdəki əşyaların içərisində həndəsi fiqurlara oxşar olan əşyaların
adlarını dəftərinə yazsın.
Ализаде Хавер
Опыт преподавания темы «Грани, ребра и вершины геометрических фигур»
интерактивным методом
РЕЗЮМЕ
В статье показана методика преподавания темы интерактивным методом
Khaver Alizadeh
Teaching practice of subjekt on “Geometric figures, edges, faces and vertices” with an
interactive metod
SUMMARY
The article de cribed teaching practice of subject with an interactive method.
Şək.14
Dostları ilə paylaş: |