Xəbər bülleteni №21


Korrupsiya indeksi: Azərbaycan 168 ölkə arasında 119-cudur



Yüklə 0,58 Mb.
səhifə17/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Korrupsiya indeksi: Azərbaycan 168 ölkə arasında 119-cudur


27.01.2016

ti 1“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi 2015-ci ilin Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alır.

Transparency.az xəbər verir ki, 2015-ci il indeksinin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatından istifadə olunub.

100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilən indeksdə 2014-cü il Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada göstərilmişdi.

Hesabata əsasən, son illərdə Azərbaycanın reytinqində cüzi irəliləyiş bir pəncərə sistemi əsasında dövlət xidmətləri göstərən “ASAN xidmət” mərkəzlərinin idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilib: “Bütün bu dəyişikliklər dolayısı ilə ölkənin KQİ-dəki mövqeyində qeyd olunan artımla nəticələnib. Ancaq KQİ-nin istinad etdiyi mənbələrdən biri olan “Freedom House” insan hüquqları təşkilatının 2015-ci il üzrə keçid dövrü ölkələri hesabatında Azərbaycan geriləyib.

Dünyada neftin ucuzlaşması Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir edib, nəticədə iqtisadi bərabərsizliyi dərinləşdirib. Manatın devalvasiyasının düzgün idarə olunmaması və bank sektorunda şəffaflıqla bağlı problemlər iqtisadi rifaha xələl gətirib. Bütün bu hadisələr Azərbaycanın KQİ-dəki mövqeyinin dəyişməz qalmasına səbəb olub”.

“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir: “Amma korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biridir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilən qanunların icrasını yaxşılaşdırmalı, işlək vəziyyətdə olmasını təmin etməli, korrupsiya faktı ilə bağlı məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atmalı, eləcə də Dövlət Qulluğu Kodeksinin qəbul olunmasını tezləşdirməlidir.

Bütün bunlarla yanaşı büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi, mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydalara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidir. Eyni zamanda elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır.

Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu siyasi iradə gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu, islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir.

Korrupsiyaya qarşı mübarizənin digər mühüm elementi bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Mövcud iqtisadi çətinliklər hərtərəfli iqtisadi islahatlar və idarəçilik islahatları nəticəsində inkişaf üçün unikal imkana çevrilə bilər. Müsbət haldır ki, proses başlayıb, lakin bu proses vaxt və səy tələb edir və onun şəffaf, hesabatlı və ictimai iştirakçılıq imkanları şəraitində baş tutması vacibdir”.

Korrupsiya Qavrama İndeksi: ölkələr üzrə göstəricilər


27.01.2016

indexs 1Transparency.az 2015-ci ilin Korrupsiya Qavrama İndeksinin (KQİ) ölkələr üzrə göstəricilərini təqdim edir. Hesabatı yanvarın 27-də “Transparency İnternational” təşkilatı açıqlayıb.

Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur.

KQİ “Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. KQİ-ni təşkilatın Berlində yerləşən katibliyi hazırlayır. 2015-ci ildə hesabata 168 ölkə daxil edilib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb.

Qonşu ölkələrin KQİ-də göstəricilərinə gəlincə, Gürcüstan 52 balla 49-cu, Türkiyə 42 balla 66-cı, Ermənistan 35 balla 95-cidir. Rusiya 29 balla Azərbaycan kimi 119-cu sırada dayanır.

MDB ölkələrindən Moldova 33 balla 103-cü, Belarus 32 balla 107-ci, Qazaxıstan və Qırğızıstan 28 balla 123-cü, Ukrayna 27 balla 130-cu, Tacikistan 26 balla 136-cı, Özbəkistan 19 balla 153-cü, Türkmənistan 18 balla 154-cü yerdədir.

2015-ci ilin Korrupsiya Qavrama İndeksində ilk sıranı 91 balla Danimarka tutur. Finlandiya 2-ci (90 bal), İsveç 3-cüdür (89 bal).

Sonrakı yerləri Yeni Zelandiya (88 bal), Niderland, Norveç (hər ikisi 87 bal), İsveçrə (86 bal), Sinqapur (85 bal), Kanada (83 bal) tutur.

Almaniya, Böyük Britaniya və Lüksemburq 81 balla 10-cu pilləni bölüşürlər.

ABŞ 76 balla 16-cı, Yaponiya 75 balla 18-cidir.

Keçmiş SSRİ məkanından Estoniya 70 balla 23-cü sırada qərarlaşıb. Litva 61 balla 32-ci, Latviya 55 balla 40-cıdır.

Siyahıda son üç pilləni Əfqanıstan (11 bal), Şimali Koreya və Somali (hər ikisi 8 bal) tutur.

Avro bahalaşıb


27.01.2016

avro 1Yanvarın 27-də Mərkəzi Bank manatın dollara yeni məzənnəsini müəyyən edib. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 160 manat 50 qəpiyə satılır. Bu, dünənki kursdan 2 qəpik ucuzdur.

100 avronun rəsmi qiyməti isə ötən günlə müqayisədə 174 manat 18 qəpikdən 174 manat 32 qəpiyə qalxıb (Tam siyahı).



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə