Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 
87 
yerlərdə  sahənin  paylanmasının  qanunauyğunluğu  aydın  görünmür. 
3.  Açıq  (sahəli)  ərazilərdə  işlər  aparıldıqda  əlavə  olaraq  izoxət 
xəritəsi düzəldilir (şəkil 5). Bu xəritədə bütün müşahidə məntəqələri 
planalmanın  miqyasında  qeyd  edilir.  Hər  nöqtənin  yanında  ölçülən 
fiziki  sahənin  qiyməti  yazılır.  Sonra  eyni  qiymətli  nöqtələri  qapalı 
xətlərlə birləşdirirlər. İzoxətlər arasındakı məsafə xətadan asılı olaraq 
seçilir.  Birinci  interval  xətadan  üç  dəfə  çox  olmalıdır.  Ölçmələrin 
qiyməti  böyudukcə intervalın qiyməti  də böyuməyə başlayır. Xəritə 
qurma  5-ci  şəkildə  verilib.  İşin  dəqiqliyi  7-yə  bərabərdir.  İzoxətti 
Zx7-dən az olmamaq dəqiqliyi ilə qurulmalıdır. 
      Maqnit sahəsinin xəritəsində müsbət qiymətli ərazini göy rəngdə, 
mənfi  qiymətli  ərazini  qırmızı  rəngdə  boyayırlar.  Qiymətlərin 
böyuməsi  ilə  rənglər  tündləşir.  İzoxət  xəritəsi  açıq  sahələrdə 
geofiziki  sahənin  paylanmasını  təsvir  edir.  Qrafik  xəritəsindən  və 
izoxət  xəritəsindən  istifadə  edərək  geofiziki  təhlil  işi  aparılır  və 
sənaye  əhəmiyyətli  olan  anomaliyaları  ayırır  və  həmin  rayonda  dağ 
mədən işləri aparılmasının vacibliyini təsdiq edir. 
4.Geoloji-geofiziki  kəsiliş  ayrı-ayrı  profillər  üçün  qu-
rulur. Kəsiliş boyunca nivelirləmə vasitəsi ilə yer səthinin 
relyefi  çəkilir  və  xəritənin  miqyasında  müşahidə 
məntəqələri qeyd olunur. 
Kəsilişdə relyefin xəttindən aşağıda  quyu şəkli çəkilir və quyu-
da  rast  gələn  süxurların  litoloji  tərkibi  göstərilir  və  geoloji  kəsiliş 
qurulur.  Relyefin  xəttindən  yuxarıda  müxtəlif  fiziki  sahələrin 
ölçülməsindən  alınan  qiymətlərə  əsasən  geofiziki  qrafiklər  qurulur. 
Geofiziki  qrafiklə  geoloji  kəsilişi  müqayisə  edərək  fiziki 
parametrlərin  anomal  qiymətlərinin  geoloji  hədəfdən  asılıığı  dəqiq 
təyin  edilir.  Yuxarıda  adları  çəkilən  üsullar  geofiziki  nəticələri  qra-
fiki təsvir etmək üçün geofiziki axtarış işlərində geniş istifadə olunur. 
 
 
 
 
 


 
88 
VI Fəsil 
BİRİNCİ HİSSƏ MAQNİT KƏŞFİYYATI 
MAQNİT AXTARIŞLARININ NƏZƏRİ ƏSASLARI 
§ 21. Əsas anlayış 
     Maqnit kəşfiyyatı üsulu Yerin maqnit sahəsinin və süxurların filiz 
yataqlarının  maqnit  xassəsinin  öyrənilməsinə  əsaslanmışdır.  Maqnit 
sahəsi  yüklü  hissəciklərin  qarşılıqlı  təsiri  zamanı,  yaxud  naqildən 
keçən cərəyanın kompasın əqrəbinə təsiri ilə aşkar olunur. 
     Maqnit  sahəsini  təsvir  edən  əsas  vektorial  kəmiyyət 


maqnit 
induksiya  vektorudur.  Maqnit  induksiya  vektorunun  istiqaməti 
sahəyə  gətirilmiş  kompas  əqrəbinin  şimal  qütbünə  təsir  edən 
qüvvənin istiqamətində yönəlir.   
        Maqnit  induksiyasının  ölçü  vahidi  beynəlxalq  vahidlər 
sistemində  BS  tesladır  (Tl),  çöl  ölçmələrində  daha  kiçik  vahiddən 
nanotesla,  (nTl  )  1  nTl  =  10
-9 
Tl  istifadə  olunur,  çünki  maqnit 
induksyası mühitin xassələrindən asılıdır. 
       İkinci  geniş  yayılmış,  bir  çox  mühitdə  müşahidə  olunan  maqnit 
sahəsini  təsvir  edən  kəmiyyət


maqnit  gərginliyidir.  Bu  kəmiyyət 
mühiti dəyişdirmədən (pozmadan) təsirini təsvir edir.                              
          Beynəlxalq  ölçü  vahidlər  sistemi  BS  –də  maqiit  gərginliyi 
vahidi  Amper  bölünsün  metr  (A/m),  təcrübədə  isə  Ersted  (E)  milli 
ersted  (mE)  və  daha  kiçik  ölçü  vahidi  qamma  istifadə  olunur:  1E= 
1000  mE=10
5
=10
3
(4

)  bu  vektorlar 


  və 


vektorları  aşağıdakı 
asılılıqla bir-biri ilə bağlıdırlar 


=

 


;  

  mühitin nisbi maqnit nü-
fuzluğudur.  Bu  ölçü  vahidi  olmayan  kəmiyyət  mühitin  tərkib  və 
vəziyyətindən asılıdır, 

 -nün qiyməti hava və su üçün vahiddir. ünki 
çöl  işləri  həmin  mühitlərdə    aparılır.  BS  vahidlər  sistemində  1nTl 
maqnit  induksiyası  1  qamm  maqnit  sahəsinin  gərginliyinə  uyğun 
gəlir. 
    
§22. Yerin maqnit sahəsi 


 
89 
      Süxurların  maqnit  sahəsinə  malik  olmasından  hələ  çox  qədim 
zamanlarda Çində insanlar öz məqsədləri üçün istifadə edirdilər. Bu, 
bizim  eradan  əvvəl  VII—X  əsrə  təsadüf  edir.  Avropada  isə 
maqnitlənmiş dəmir çubuğun şimal və cənub qütbə malik olması XII 
əsrdə  aşkar  olmuşdur.  1558-ci  ildə  Q.Pereqrin  Almaniyada  maqnit 
haqda məktub kitabını çapdan buraxdırdı. Birinci olaraq təklif etdi ki
maqnitlənmiş  çubuğun şimal  qütbə tərəf  yönələn ucunu Yerin şimal 
qütbü,  cənub  tərəfə  yönələn  ucunu  isə  Yerin  cənub  qütbü 
adlandırsınlar. Eyni zamanda kompası təkmilləşdirdi, bu isə əsrin ən 
vacib ixtiralarından biri oldu. 
Əvvəllər  belə  hesab  edirdilər  ki,  kompasın  əqrəbini  şimala 
yönəldən  Qütb  ulduzunun  cazibə  qüvvəsidir.  Sonralar  məlum  oldu 
ki, Yer kürəsinin bir çox hissəsində kompasın əqrəbi bu istiqamətdən 
ya şərqə,  ya da qərbə doğru yerini dəyişir. Bundan başqa Avropada 
ikinci  bir  vacib  kəşf  olundu.  Cavanlıqda  mexanik  işləmiş  Qartman 
1544-cu  ildə  Nyurinberqdə  məlumat  verdi  ki,  kompasın  əqrəbinin 
şimal qütbü aşağı basılır. Bundan asılı olmayaraq 1576-cı ildə ingilis 
dənizçisi  kompas  ustası  Norman  eyni  hadisəni  müşahidə  edərək 
Yerin cənub qütbündə kompasın əqrəbinin cənub  qütbünun aşağıya 
basılmasını  aşkar  etmişdir.  Bununla  əlaqədar  olaraq  aşkar  edildi  ki, 
kompasın  əqrəbinə  maqnit  sahəsi  təsir  edir,  bu  isə  Yerin  daxilində 
gizlənir. 
Bu kəşflərdən sovra  İngilis Krallığının  həkimi  Qilbert  1600-
cu ildə  «maqnit, maqnit  cisimi»,  «Yer böyük maqnit kimi»  kitabını 
çapdan buraxdı. Qilbert təcrübi olaraq göstərdi ki, formasından asılı 
olmayaraq süni yaxud təbii maqnit həm şimal, həm də cənub qütbünə 
malikdir. Bu qütblər təklikdə mövcud ola bilməz. Qilbert bela hesab 
edirdi ki, Yerin maqnit qütbü coğrafi qütblə üst-üstə düşür, lakin bu 
təsdiq  edilmədi.  Maqnit  qütbü  coğrafi  qütbdən  fərqlənir.  Sonralar 
aşkar  oldu  ki,  maqnit  qütbü  coğrafi  qütb  ətrafında  yerini  dəyişir. 
Məlum  oldu  ki,  maqnit  sahəsinin  çevrəsinin  sərhədi  mürəkkəb 
formaya  malikdir.  Nəhəng  meduzanı  xatırladır,  başı  maqnit  qüvvə 
xətlərinin  sıxlaşdığı  hissəsinə  uyğun  gəlir  və  Günəşə  tərəf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə