Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə29/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   25   26   27   28   29   30   31   32   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Necə xun cuĢə gəlib, eyləməsin ahü fəğan?

 

 



Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

 

 



Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,

 

 



Zahirən lalə otağında qonaq-qarəsi var.

 

 



* * *

 

 



Bizə həmsöhbət olan özgə kitab almaz ələ,

 

 



Sən də zahidliyin ol dəftərini tulla selə.

 

 



Mən yarın xəstəsiyəm, eĢqdən özgə demə söz,

 

 



Məni dildarımın eĢqi beləcə saldı çölə.

 

 



O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,

 

 



Unuda bilməyirəm mən onu bir an da belə.

 

 



Bu fələk kim, sənə ulduzla bəzənmiĢ görünür,

 

 



Bəlkə aĢiqdir o da sirrini faĢ etməz hələ?

 

 



Ġndi gül fəslidi, çöllərdə tamaĢa dəmidir,

 

 



Çıx çəmən seyrinə, mey məclisi qur, Ģadlıq elə.

 

 



Yardan versə xəbər Vazehə o badı-səhər,

 

 



Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.

 

 



* * *

 

 



XoĢ olsun ol könül, eĢqə məkandır,

 

 



Var olsun ol fikir, eĢqə həyandır.

 

 



Susuz çeĢməyə bənzər ol ürək kim,

 

 



Nə eĢqin dərdini, nə qəm duyandır.

 

 



Bax, öyrən gör necə pərvanə, bülbül

 

 



Olublar eĢq Ģeydası zamandır.

 

 



Məhəbbət əhlinə bu kafidir kim

Öz eĢqiylə o, rüsvayi-cahandır.

 

 

 



90

 



____________________Milli Kitabxana______________________

 

 



 

Məhəbbət mürği cövlan etsə harda,

 

 

O eĢq ovlar, xəbərdar ol, amandır.



 

 

Ġki dünyanı verrəm sən baxanda



Mənə eĢqin bu sövdası əyandır.

 

 



Necə, Vazeh, əsiri olmayım mən

 

 



Bu eĢqin qarĢısında Qaf yalandır.

 

 



MƏKTUBUN İNTİZARINDA

 

 



Məsnəvi

 

 



Məhəbbət bağının sərvi-rəvanı,

 

 



Məlahət bağının tazə fidanı,

 

 



Ucaboylular içrə fəxri-dövran, 

ġikəstə qəlblərə munisü dərman,

 

 

Zamanın ən seçilmiĢ nocəvani,



 

 

Gözəllərin gözəli, mehribani,



 

 

ġəfəqdə, mehridə göylərdə bir ay, 



Vəfadə, əhdidə yoxdur sənə tay.

 

 



XoĢəndamsan, xoĢiqbal, xoĢəməlsən,

 

 



Zəmanə görməmiĢ nazlı gözəlsən.

 

 



Ġlahi, sən uzaq et bədnəzərdən, 

Yanında bədnəzər düĢsün kəsərdən,

 

 

Səni Allah görüm ki, hifz qılsın,



 

 

Könül aynan həmiĢə aydın olsun,



 

 

Kamınca gərdiĢə gəlsin bu dövran,



 

 

Sənə sağlıq dilər qəlb ol xudadan.



 

 

 



 

 

 



91

 



____________________Milli Kitabxana______________________

 

 



Deyirəm, dost ayağına dəyən daĢ,

 

 



Ona yox, sinəmə dəysin mənim kaĢ,

 

 



Əbədi ömür qıl sən bu cahanda, 

Həyatım olmasın sənsiz bir an da.

 

 

O tazə qönçətək ətrin var olsun.



 

 

BaĢında daima sövdalar olsun.



 

 

Məhəbbət Ģərtinin itmamı yetdi,



 

 

Bizim ərzi-halın əyyamı çatdı.



 

 

Bizə qafil olubsan, bu nədəndir?



 

 

Cövrə mayil olubsan, bu nədəndir?



 

 

Fərağında gözüm qanla dolubdur.



 

 

Biri Qülzüm, biri Ceyhun olubdur.



 

 

Bütün kirpiklərin xəncərsayağı,



 

 

Tökər qəlbim qanın üzüm aĢağı.



 

 

Dövrəm Dəclə olub gözüm yaĢından,



 

 

OturmuĢ qan içində min-min insan.



 

 

Ürək göylər kimi əfğana gəlcək, 



Gözümdən yaĢ axar gürĢad yağıĢtək.

 

 



Mənim göz yaĢlarım, himmət edin siz,

 

 



Yarın məskəninə axıb gedin siz.

 

 



Ayağına düĢüb nazlı nigarın

 

 



Yetirin ərzini bu biqərarın.

 

 



Ürəyim parçalanmıĢ qəm əlindən, 

Məgər zülfü əsir sübhün yelindən?

 

 

Hardan bir qafilə gəlsə, qərarsız



 

 

Sürünnəm mən, sürünnəm ixtiyarsız.



 

 

 



 

 

92



 


____________________Milli Kitabxana______________________

 

 



Bu xəstə qəlbimin ahi, nəvası

 

 



Olar ol qafilənin zəng sədası.

 

 



Arayar, varmı yarın bir niĢanı,

 

 



Arayar ol yeniyetmə cəvanı.

 

 



Nə ümmid, nə cavab tapmaz sualı,

 

 



Suallar dəf qılmaz bu məlalı.

 

 



Niyə didəm dolar həsrət yaĢıyla? 

Ġlahi, kimsəni salma bu hala!

 

 

Haray, ey çərx, əlindən, nə edərsən?!



 

 

Bu könlümü hər an dərdlə didərsən.



 

 

Mənə min dərdi verdin, yoxdu dərman;



 

 

Bir anlıq vəsl üçün bu qədri hicran?



 

 

Neçə min sinəyə dağlar çəkibsən,



 

 

Usanmazsan məgər bu cövridən sən?



 

 

Nə olardı, məhəbbət olmayaydı!



 

 

Olurdu kaĢ bu möhnət olmayaydı!



 

 

Üzünü görməyə yox əldə imkan,



 

 

Nə də gül dərmədim vəslin bağından.



 

 

Nə bir kəs var ki, həməsrarım olsun,



 

 

Nə bir kəs var mənim qəmxarım olsun.



 

 

Kimə deyim ilahi, vəsfi-halım?



 

 

Kimə deyim bu dərdim, bu məlalım?



 

 

Bu əsrara ilahi, kimdi mərhəm?



 

 

De kimdə var bu qədri dərdilə qəm



 

 

Ki, ona söyləyim dərdimi bir dəm?



 

 

Alım ondan bu dərdə bəlkə məlhəm.



 

 

 



 

 

93



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə