Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə35/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   31   32   33   34   35   36   37   38   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Muyə döndərdi təni-zarimi zülfün həvəsi,

 

 



Qıldı xəm qəddimi əbruyi-xəmin, ay qaragöz

 

 



Paybənd etdi qədin, eylədi dilxun dəhənin,

 

 



Qönçəvü sərvini baği-Ġrəmin, ay qaragöz.

 

 



Var mənim həm neçə min xeyli-qəmü ənduhum

 

 



Gər sənin var isə min-min həĢəmin, ay qaragöz.

 

 



Zirveyi -ərĢə yetər payeyi-izzü Ģərəfim,

 

 



BaĢıma yetsə qubari-qədəmin, ay qaragöz.

 

 



Qurtatar rəncü qəmü dərdü bəladən Naci –

 

 



Vətəni olsa hərimi-hərəmin, ay qaragöz.

 

 



* * *

 

 



Bəlayi-eĢqdən dönməz mənim piranəsər könlüm

Əcəb biəqldir kim, hiç bilməz xeyrü Ģər könlüm.

 

 

Ġçib mey Ģövq camından, olubdur məsti-laəyqil –



 

 

Ki, gər aləm sərasər olsa qəm, tutmaz xəbər könlüm...



 

 

Sanır peykani-qəmzən müttəsil könlümdə sakindir,



 

 

O məcruhun həsəddən dəmbədəm qanın içər könlüm.



 

 

Əg ər daĢ olsa dözməz xublər zülminə, heyranəm 



Nə eylər kim, dözər ol zülmə bu xunincigər könlüm.

 

 



Gözəllər ruyi-zibasın görüb məsrur olan gözdür,

 

 



DüĢüb Ģövq atəĢi içrə əbəs zəhmət çəkər könlüm.

 

 



Mənə yüz versə gər dünyavü mafiha, yüzüm gülməz 

– Ki, daği-hicrdən xali deyil Ģamü səhər könlüm.

 

 

Yetən məhruyə can versəm, mənə eyb etmə, ey Naci,



 

 

Ki, öz canü tənimdən əhli-hüsnü çox sevər könlüm.



 

 

 



 

 

 



 

111


 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Saqiya, ver mey ki can ilə bərabərdir mənə. 

Bəlkə canımdan ziyadə xubü behtərdir, mənə.

 

 

Meydən özgə yox d əxi bir çarə mən dilxəstəyə, 



Çünki qəm çəkmək cahan içrə müqərrədir mənə.

 

 



ġadlıqdan qeyri fərzən yüz ələm qılsam tələb 

Bəxti-naməsuddən cümlə müyəssərdir mənə.

 

 

Olmasa mənzuri-çeĢmim ləli-nabın, bərgi-gül



 

 

Cismimi yandirmağa guya ki əxkərdir mənə.



 

 

Üz çevirsəm mənbərü mehrabd ən, eyb etmə kim, 



Həlqeyi-zülfün, qaĢın mehrabü mənbərdir mənə.

 

 



Üstümə qəm ləĢkərin çəkmiĢ, məni tənha sanıb, 

BilməmiĢ sən dilrübanın eĢqi yavərdir mənə.

 

 

Naciyəm, cürmü xətadan dəxi yoxdur bir qəmim –



 

 

Kim, səri-kuyin təvafi-Həcci-əkbərdir mənə.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



112

 



____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ İSMAYIL QASİR

 

 



XIX  əsrdə  "Qasir  "  təxəllüsü  ilə  tanınan  Mirzə  İsmayıl  Molla  Səlim  oğlu 

Axundov (1805-1900) Şamaxı qəzasının Ləki kəndində (indiki Ağdaş rayonuna 

daxildir) ruhani ailəsində doğulmuşdur. 7 yaşında olarkən atası vəfat etmiş, o, 

anasının və bacılarının himayəsində böyümüşdür.

 

 



İlk  təhsilini

 

Şamaxıda  mollaxanada  alan  Qasir  sonra  Təbrizə  gedərək,  orada

 

ərəb-fars dillərini və Yaxın

 

Şərq

 

ədəbiyyatını

 

öyrənmişdir.  O,  Təbrizdən  doğma

 

vətənə  qayıdaraq  bir  müdd  ət  Şamaxıda  yaşamış,  Qaradonlu  Sərhəd 

Məntəqəsində  işləmiş,  nəhayət,  XIX  əsrin  50-ci  illərində  Lənkərana  köçərək, 

orada məktəbdarlıqla məşğul olmuşdur. Qasir Lənkəranda "Üsuli-cədid" məktəbi 

açmış və ömrünü xalqın maariflənməsinə sərf etmişdir.

 

 



M.İ.Qasir  gənc  yaşlarından  şeir  yazmağa  başlamışdır,  O,  L  ənkəranda 

fəaliyyət göstərən ''Fövcül-füsəha " ədəbi məclisinin başçısı olmuşdur. Ə sərlərini 

həm  klassik  üslubda,  həm  də  xalq  şeri  tərzində  yazmışdır.  Lakin  şairin  əsərləri 

vaxtında toplanıb naşr olunmadığından uzun müddət oxuculara naməlum qalmışdır. 

Şairin nəvəsi İshaq Axundov onun pərakənda şeirlərini toplayıb səliqəyə salmış, 

AMEA  Əlyazmalar  İnstitutunun  əməkdaşları  T.Nurəliyeva  və  P.Kərimov  həmin 

əsərləri  tərtib  edərək  1988-ci  ildə  "Yazıçı"  nəşriyyatında  buraxdırmışlar.  Bu 

kitabdakı nümunələr həmin nəşrdən götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Gördüm yenə cananımı canan arasında,

 

 



Guya ki, durub huriyü qılman arasında,

 

 



Hər kim görə ol qaməti-mövzunu deyər kim,

 

 



Bir sərvü xuramandı gülüstan arasında.

 

 



Ox tək qədi-dilcuyi oiub canıma peyvənd,

 

 



Ney-ney bir əlifdir, yazılıb can arasında.

 

 



Gördüm gözünü zülfi-siyahilə dedim bəs,

 

 



Nərgiz açılıb sünbülü reyhan arasında.

 

 



 

 

 



 

 

 



 

113


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə