____________________Milli Kitabxana______________________
Bir zərrə camalından olub Leylidə zahir,
Məcnun, yeri var, qalsa biyaban arasında.
Mənada ona cilvə edib eĢqi-Züleyxa,
Qoydu neçə il Yusifi zindan arasında.
Hüsnilə sənə Yusif ola bəlkə bərabər,
Vəsf eyləyib, Allah, onu Quran arasında.
Hər dəm görünür həlqəyi-zülfində cəmalı,
Bir kuyi-bilurinidü çovkan arasında.
Hər laf vuran kimsənə aĢiq ola bilməz,
AĢiq odu kim can verə meydan arasında.
Ey kaĢ ola bu Qasiri-biçarə müqəssir,
Məhbus ola ol çahi-zənəxdan arasında
* * *
Əgər zəmanədə min mahruy dilbər, ola,
O kimdi hüsnündə, ey məh, sənə bərabər ola.
Tutubdu zülfi-siyahın tək aləmi-zülmət,
Götür niqabı yüzündən cahan münəvvər ola.
QaĢındır qovseyn, xalın həcər, qədin tuba,
Üzün behiĢt, ləbin səlsəbilü kovsər ola.
Xətadu gər verələr müĢki zülfünə nisbət.
Rəva deyil ki, cəhan sərbəsər müəttər ola.
Ölüncə, söylüyəcəkdir cəmalivün vəsfin,
Füzuli, Hafizü ġirazi, ya ki Qasir ola.
* * *
Bos ki, əhsəndir yüzün heç nəqĢi-digər istəməz,
Mən bu vəchilə dedim: bu vəch zivər istəməz.
114
____________________Milli Kitabxana______________________
ƏĢki-çeĢmim səfheyi-ruxsarı qıldı laləgun, Bir
də ol məh surətindən kəsbi-əhmər istəməz.
MiĢki-zülfündən sənin əxz eyləyib rütbə bunu,
Bu müĢəxxəsdir ki, müĢki-əzfər ənbər istəməz.
Natəvan canım düĢüb qətli-vüsalın əzminə,
QaĢların müĢtaqdır, bir ayrı xəncər istəməz.
Lələ baxmaz görsə hər kəs qönçeyi-xəndanını,
Bir də bil, məhĢər günündə abi-kövsər istəməz...
Naz ilə rəftar edən sərvini görsə, bağban,
Bağ ara ĢümĢad, azadü sənubər istəməz.
Var nə qədri bu fəna dünyada ömrü, dilbəra!
Qasiri-biçarə səndən qeyri dilbər istəməz.
* * *
HəmiĢə könlüm ol məhparənin vəslini yad eylər,
Budur bais, ona bu xəstə canını etimad eylər.
Edibdir parə-parə könlümü bir az nigahilə,
MüĢəxxətdir bu cadugər cahanda çox fəsad eylər.
Yüzün göstərcək o gülrux vücudimdən əsər qalmıb,
Gözümdən qayib olcaq dərdimi həddən ziyad eylər.
Bu yoldan dutmuĢam Ģövqilə möhkəm daməni-hicri,
Yəqinimdir məni vəslindən ol məh namurad eylər.
Nə tərsa məzhəbin ol yari-birəhm ixtiyar eylib,
Nə dini-paki-islama həqiqət etiqad eylər.
Nədir, yarəb, səbəb dilbər məni daim qılıb məhzun,
Rəqibin naz birlə xatirin peysətə Ģad eylər.
115
____________________Milli Kitabxana______________________
Biri yarsın qara bağrım, biri qanımı nuĢ etsin,
Gözü kirpikləri birlə bu qəsdə ittihad eylər.
Yəqin kilki-qəza bu dəftəri-aləmdə əzzəldən,
Mənim bədbəxtlər silkində ismimi səvad eylər.
Yazanda səfheyi-divanə hicran Ģərhini Qasir,
Qələm kirpiklərindən, göz qarasından medad eylər.
* * *
Dil meylini bir türreyi-Ģəbgirə salıbdır,
Divanəyə bax, kim özünü girə salıbdır.
Nahəq yerə saldı özünü dami-bəlaya
Bu qana bulaĢmıĢ məni təqsirə salıbdır.
Könlüm yüzünün Kəbəsinin tövfinə getcək,
ġam əhli tutubdur onu, zəncirə salıbdır.
Əfsunkəri-çeĢmin Hələbi-arizin içrə,
ÇəkmiĢ həbəĢi qulları təsxirə salıbdır.
Dün guĢimə bir nalə səsi yetdi çəməndən,
Bu nalə mənim könlümü təsirə salıbdır.
Dil verdi sənin zülfi-pəriĢanına dilbər,
Xali-siyəhin Qasiri təzvirə salıbdır.
116
____________________Milli Kitabxana______________________
MÜCRİM KƏRİM VARDANİ
Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə
imzalayan
Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur.
Mərhum yazıçı və ədəbiyyat araşdırıcısı Əzizə Cəfərzadə onun XIX əsrin
birinci yarısında yaşadığını və ömrünün çoxunu səyahətlərdə keçirdiyini
bildirir. Tədqiqatçı Mücrim Kərimin müxtəlif əlyazma cünglərindən topladığı
şeirlərini 1978-ci ildə "Sünbülüstan" adı ilə nəşr etdirmişdir. Buradakı
nümunələr həmin kitabçadan götürülmüşdur.
QƏZƏLLƏR
Çün eĢitdim, ey əzizim, sahibazar-olmusan,
GərdiĢi-dövran ilə dərdə giriftar olmusan.
Ġncinib nazik bədən ol bəstər içrə gah-gah,
Söylənən sözlərdən, aya, xeyli bimar olmusan?
Hadisati-ixtilafi-dövrdən zəhmət çəkib,
Möhnəti-amacgahi-çərxi-qəddar olmusan.
Paybənd etmiĢ səni ol həbsgahi-xanədə,
Neçə gündür ol səbəbdən tərki-bazar olmusan.
Dərdi-sər vermiĢ sənə asibi-dövri-qəza,
Gül kimi rəngin solub, aludeyi-xar olmusan.
Mümkün olseydi olurdum xidmətində müstədam,
Yüzümə çalma günahım, etmə, bizar olmusan.
Bilməzəm çərxi-fələk qılmıĢ səni aĢüftəhal,
Yoxsa biçarə Kərim tək sinəəfkar olmusan?!
117
Dostları ilə paylaş: |