Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə36/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   32   33   34   35   36   37   38   39   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Bir zərrə camalından olub Leylidə zahir,

 

 



Məcnun, yeri var, qalsa biyaban arasında.

 

 



Mənada ona cilvə edib eĢqi-Züleyxa,

 

 



Qoydu neçə il Yusifi zindan arasında.

 

 



Hüsnilə sənə Yusif ola bəlkə bərabər,

 

 



Vəsf eyləyib, Allah, onu Quran arasında.

 

 



Hər dəm görünür həlqəyi-zülfində cəmalı,

 

 



Bir kuyi-bilurinidü çovkan arasında.

 

 



Hər laf vuran kimsənə aĢiq ola bilməz,

 

 



AĢiq odu kim can verə meydan arasında.

 

 



Ey kaĢ ola bu Qasiri-biçarə müqəssir,

 

 



Məhbus ola ol çahi-zənəxdan arasında

 

 



* * *

 

 



Əgər zəmanədə min mahruy dilbər, ola,

 

 



O kimdi hüsnündə, ey məh, sənə bərabər ola.

 

 



Tutubdu zülfi-siyahın tək aləmi-zülmət,

 

 



Götür niqabı yüzündən cahan münəvvər ola.

 

 



QaĢındır qovseyn, xalın həcər, qədin tuba, 

Üzün behiĢt, ləbin səlsəbilü kovsər ola.

 

 

Xətadu gər verələr müĢki zülfünə nisbət.



 

 

Rəva deyil ki, cəhan sərbəsər müəttər ola.



 

 

Ölüncə, söylüyəcəkdir cəmalivün vəsfin, 



Füzuli, Hafizü ġirazi, ya ki Qasir ola.

 

 



* * *

 

 



Bos ki, əhsəndir yüzün heç nəqĢi-digər istəməz,

 

 



Mən bu vəchilə dedim: bu vəch zivər istəməz.

 

 



 

 

114



 


____________________Milli Kitabxana______________________

 

 



ƏĢki-çeĢmim səfheyi-ruxsarı qıldı laləgun, Bir 

də ol məh surətindən kəsbi-əhmər istəməz.

 

 

MiĢki-zülfündən sənin əxz eyləyib rütbə bunu,



 

 

Bu müĢəxxəsdir ki, müĢki-əzfər ənbər istəməz.



 

 

Natəvan canım düĢüb qətli-vüsalın əzminə,



 

 

QaĢların müĢtaqdır, bir ayrı xəncər istəməz.



 

 

Lələ baxmaz görsə hər kəs qönçeyi-xəndanını,



 

 

Bir də bil, məhĢər günündə abi-kövsər istəməz...



 

 

Naz ilə rəftar edən sərvini görsə, bağban,



 

 

Bağ ara ĢümĢad, azadü sənubər istəməz.



 

 

Var nə qədri bu fəna dünyada ömrü, dilbəra!



 

 

Qasiri-biçarə səndən qeyri dilbər istəməz.



 

 

* * *



 

 

HəmiĢə könlüm ol məhparənin vəslini yad eylər,



 

 

Budur bais, ona bu xəstə canını etimad eylər.



 

 

Edibdir parə-parə könlümü bir az nigahilə,



 

 

MüĢəxxətdir bu cadugər cahanda çox fəsad eylər.



 

 

Yüzün göstərcək o gülrux vücudimdən əsər qalmıb,



 

 

Gözümdən qayib olcaq dərdimi həddən ziyad eylər.



 

 

Bu yoldan dutmuĢam Ģövqilə möhkəm daməni-hicri,



 

 

Yəqinimdir məni vəslindən ol məh namurad eylər.



 

 

Nə tərsa məzhəbin ol yari-birəhm ixtiyar eylib,



 

 

Nə dini-paki-islama həqiqət etiqad eylər.



 

 

Nədir, yarəb, səbəb dilbər məni daim qılıb məhzun,



 

 

Rəqibin naz birlə xatirin peysətə Ģad eylər.



 

 

 



 

 

 



115

 



____________________Milli Kitabxana______________________

 

 



Biri yarsın qara bağrım, biri qanımı nuĢ etsin,

 

 



Gözü kirpikləri birlə bu qəsdə ittihad eylər.

 

 



Yəqin kilki-qəza bu dəftəri-aləmdə əzzəldən,

 

 



Mənim bədbəxtlər silkində ismimi səvad eylər.

 

 



Yazanda səfheyi-divanə hicran Ģərhini Qasir,

 

 



Qələm kirpiklərindən, göz qarasından medad eylər.

 

 



* * *

 

 



Dil meylini bir türreyi-Ģəbgirə salıbdır, 

Divanəyə bax, kim özünü girə salıbdır.

 

 

Nahəq yerə saldı özünü dami-bəlaya



 

 

Bu qana bulaĢmıĢ məni təqsirə salıbdır.



 

 

Könlüm yüzünün Kəbəsinin tövfinə getcək, 



ġam əhli tutubdur onu, zəncirə salıbdır.

 

 



Əfsunkəri-çeĢmin Hələbi-arizin içrə, 

ÇəkmiĢ həbəĢi qulları təsxirə salıbdır.

 

 

Dün guĢimə bir nalə səsi yetdi çəməndən,



 

 

Bu nalə mənim könlümü təsirə salıbdır.



 

 

Dil verdi sənin zülfi-pəriĢanına dilbər,



 

 

Xali-siyəhin Qasiri təzvirə salıbdır.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

116



 


____________________Milli Kitabxana______________________

 

 



MÜCRİM KƏRİM VARDANİ

 

 



Şeirlərini  "Mücrim",  "Kərim"  və  "Mücrim  Kərim"  təxəllüsləri  ilə 

imzalayan

 

Mücrim  Kərimin  şəxsiyyətinə  dair  bizdə  heç  bir  məlumat  yoxdur. 

Mərhum  yazıçı  və  ədəbiyyat  araşdırıcısı  Əzizə  Cəfərzadə  onun  XIX  əsrin 

birinci  yarısında  yaşadığını  və  ömrünün  çoxunu  səyahətlərdə  keçirdiyini 

bildirir.  Tədqiqatçı  Mücrim  Kərimin  müxtəlif  əlyazma  cünglərindən  topladığı 

şeirlərini  1978-ci  ildə  "Sünbülüstan"  adı  ilə  nəşr  etdirmişdir.  Buradakı 

nümunələr həmin kitabçadan götürülmüşdur.

 

 



QƏZƏLLƏR

 

 



Çün eĢitdim, ey əzizim, sahibazar-olmusan, 

GərdiĢi-dövran ilə dərdə giriftar olmusan.

 

 

Ġncinib nazik bədən ol bəstər içrə gah-gah



Söylənən sözlərdən, aya, xeyli bimar olmusan?

 

 



Hadisati-ixtilafi-dövrdən zəhmət çəkib,

 

 



Möhnəti-amacgahi-çərxi-qəddar olmusan.

 

 



Paybənd etmiĢ səni ol həbsgahi-xanədə,

 

 



Neçə gündür ol səbəbdən tərki-bazar olmusan.

 

 



Dərdi-sər vermiĢ sənə asibi-dövri-qəza,

 

 



Gül kimi rəngin solub, aludeyi-xar olmusan.

 

 



Mümkün olseydi olurdum xidmətində müstədam,

 

 



Yüzümə çalma günahım, etmə, bizar olmusan.

 

 



Bilməzəm çərxi-fələk qılmıĢ səni aĢüftəhal,

 

 



Yoxsa biçarə Kərim tək sinəəfkar olmusan?!

 

 



 

 

 



 

 

 



 

 

 



 

117


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə