Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
23
ArayıĢ
25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Xocalı Ģəhərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın
silahlı quldur dəstələri ilə MDB qoĢunlarının Xankəndində yerləĢən 366-cı motoatıcı alayının Ģəxsi heyəti və
hərbi texnikasının birgə hücumu baĢlamıĢdır. Xocalı Ģəhərinə hücumda 366-cı alayın mayor Ohanyanın
komandası altında 2-ci batalyonun, mayor Nabokixin komandası altında 3-cü batalyonun və baĢqa bölgələrin
çoxsaylı ağır tankları, PDM-ləri, D-30 qaubitsası və sair iĢtirak etmiĢdir.
Hücum nəticəsində Xocalı Ģəhəri yandırılmıĢ, dinc əhalinin bir hissəsi qırılmıĢ, bir hissəsi girov
götürülmüĢdür. Mühasirədən çıxıb qaçan əhalini isə yollarda, meĢələrdə pusqu quran ermənilər vəhĢicəsinə,
xüsusi amansızlıqla qətlə yetirmiĢlər. Ən çox kütləvi qırğın erməni kəndi Naxçıvanik yanından Ağdam rayonu
ərazisinə keçən yolda olmuĢdur.
Bu hadisələrlə əlaqədar 27.02.92-ci il tarixdə Qarabağ üzrə rayonlararası prokurorluq tərəfindən Azərb.
Respublikası CM-nin 70-ci mad., 4,6-cı bəndləri, 255-ci mad. "3" bəndi ilə cinayət iĢi qaldırılmıĢdır.
366-cı motoatıcı alayın komandiri Y. Y. Zarviqorov, digər zabitlər Nabokix, Krauelə, Lixodey və s.
haqqında, onların azərbaycanlılara qarĢı Beynəlxalq Hərbi Tribunal Nizamnaməsi, 1949-cu il Cenevrə
Konvensiyaları və bir sıra baĢqa beynəlxalq müqavilələri pozan, insanlığa uyğun gəlməyən hərbi cinayətlər
etməsi barədə sübutlar toplanmıĢdır.
Zaqafqaziya hərbi dairəsi prokurorluğu tərəfindən də 366-cı alayın komanda heyəti haqqında cinayət iĢi
qaldırılmıĢdır. Xocalı hadisələrindən sonra alayın Xankəndindən köçürülməsi adı altında içərisində ağır tanklar,
PDM və sair olan 100-dən çox hərbi texnika Dağlıq Qarabağın erməni icmasından olan silahlı quldur dəstələrə
verilmiĢ, alayın Ģəxsi heyətinin erməni milliyyətindən olan hissəsi Dağlıq Qarabağda qalıb azərbaycanlılara
qarĢı cinayətlərini davam etdirir. Alayın Ģəxsi heyətinin qalan hissəsi isə, alay Gürcüstan Respublikası Zaziani
stansiyasına "köçürüb" sonra da ləğv edildiyinə görə hazırda əsasən Rusiya Federasiyası ərazisində yaĢayırlar.
366-cı alayın komanda heyətinin cinayətləri barədə iĢi tamamlamaq üçün Rusiya Federasiyasının BaĢ
prokuroru V. Q. Stepankova 14.12.92-ci il və 28.06.93-cü ildə iki dəfə məktubla müraciət etmiĢik. Müraciətdə
hətta onlara alayın zabitlərinin etdikləri cinayətləri birgə istintaq etmək barədə təklif də irəli sürülmüĢdür.
Ancaq indiyədək bizim bu təkliflər Rusiya Federasiyası BaĢ Prokuroru tərəfindən cavabsız saxlanılmıĢdır.
Ġstintaq qrupunun müstəntiqləri öz təĢəbbüsləri ilə Tbilisi Ģəhərinin Vaziani stansiyasına gedib orada alayın
komandiri Y. Y. Zarviqorovu və baĢqa zabitləri dindirməyə cəhd göstərmiĢlər. Ancaq Xankəndi hərbi
qarnizonunun keçmiĢ prokuroru Lazutkin, Zaqafqaziya hərbi dairəsi qoĢunları komandanının müavini k-n
Ohanyan (milliyyətcə ermənidir) müstəntiqlərə maneçilik törədib, dindirmələrə imkan verməmiĢlər.
Eləcə də Gəncədə yerləĢən, RF yurisdiksiyasında olan hava-desant diviziyasının 366-cı alayın
Xankəndindən çıxarılmasında iĢtirak etdiyinə görə hərbi texnikanın ermənilərə verilməsinin Ģahidi olmuĢ zabit -
əsgərləri dindirməyə təĢəbbüs göstərilmiĢ, ancaq diviziya komandanlığı Moskva ilə məsləhətləĢdikdən sonra
dindirmələrə icazə verməmiĢdir.
Ġstintaqın ən ağır və çox vaxt aparan bu istiqaməti olmuĢdur. Bu istiqamət üzrə respublikanın 53 rayonunda
məskunlaĢmıĢ, tez-tez yerlərini dəyiĢən 3 mindən artıq Xocalı qaçqını müəyyənləĢdirilib. AzyaĢlı uĢaqlar istisna
olmaqla Xocalı əhalisinin əksəriyyəti dindirilmiĢdir. Bu sahədə istintaqın çətinliklərindən biri də o, olmuĢdur ki,
Xocalı Ģəhərinə 1988-91-ci illərdə Ermənistandakı öz dədə-baba yurdlarından qovulan, Xankəndi Ģəhəri və
Qarabağın digər kəndlərindən ermənilər tərəfindən qovulmuĢ azərbaycanlılar, Özbəkistandan respublikamıza
pənah gətirmiĢ mesheti türkləri məskunlaĢmıĢdılar. Onların çoxunun pasport qeydiyyatı, ünvanlar bürosunda
qeydiyyatı olmamıĢdır. Ona görə də həmin Ģəxslər demək olar ki, çox böyük çətinliklə müəyyən edilmiĢlər, din-
dirilib iĢ üzrə zərər çəkmiĢ Ģəxs kimi tanınmıĢ, əmlakları barədə məlumat toplanıb, mülki iddiaçı kimi tanınmaq
barədə qərarlar çıxarılmıĢ, ölənlər, yaralananlar haqqında məhkəmə - tibb ekspertizaları təĢkil edilib, rəylər
alınmıĢdır.
Məhkəmə - tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuĢ Xocalı sakinlərinin
ifadələri ilə ermənilərin azərbaycanlılara qarĢı törətdikləri ağlasığmaz vəhĢiliklər faktları müəyyən edilmiĢdir.
BaĢ dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlı
baĢının qurbanlıq kimi kəsilməsi və sair vəhĢilik faktları sübuta yetirilmiĢdir. Erməni caniləri qadına, qocaya və
uĢağa da fərq qoymadan hamıya iĢgəncə verirdilər. Qadınların döĢlərinin kəsilməsi, cinsiyyət orqanına atəĢ
açılması adi hal olmuĢdur.
Xocalı Ģəhərində yerləĢən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilmiĢdir.
Respublikanın 35 nazirlik və idarəsinin Xocalı Ģəhərində inĢa etdikləri, balanslarında olan tikililər, qurğular,
dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmıĢ, mütəxəssislərdən ibarət komissiya təĢkil
edilmiĢdir. Komissiyanın gəldiyi nəticəyə görə Xocalı Ģəhərinin iĢğalı nəticəsində dövlət idarə, müəssisə və
Dostları ilə paylaş: |