Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
71
VaĢinqton Tayms, 3 Mart 1992
VƏHġĠLĠKLƏR AZƏRBAYCANI DƏHġƏTƏ GƏTĠRĠR Brayn KĠLLEN, Ağdam, Azərbaycan
Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmiĢdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri
döyüĢlərdə törədilmiĢ ən dəhĢətli soyqırımın sübutudur.
Bu Ģəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uĢaq meyiti gətiriblər və onların baĢlarının
arxa hissəsi tamamilə dağıdılıb.
Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuĢ, üzləri isə soyuqdan qaralmıĢdı.
Qadınlardan biri öldürülmüĢ atasının sinəsinə qəzəblə vuraraq "Telman!" deyə qıĢqırırdı. Cənazə arxası
üstə uzanmıĢ və sağ əli havada donmuĢdu.
Ötən həftə ermənilərin iĢğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxĢar
mənzərənin Ģahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik
sahədə 30 meyit saymıĢdır.
Dağlıq Qarabağın ikinci böyük Azərbaycan Ģəhəri olan Xocalının təpədən dırnağadək silahlanmıĢ erməni
hərbçiləri tərəfindən ötən çərĢənbə axĢamı iĢğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını
inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uĢaqların baĢlarının
dərisi soyulmuĢdu.
Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin niĢanladığı yerə enən və MĠ-24
vertolyotlarının müĢayiət etdiyi vertolyot erməni hərbçiləri gülləborana baĢlamazdan əvvəl yalnız 3 uĢaq
meyitini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa baĢlayanda onlar bizi atəĢə tutdular.
Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya iĢarə
edərək dedi: "Hərbi vertolyotlar qırmızı fiĢənglər buraxaraq ermənilərin yaxınlaĢdığını xəbər verdilər. Biz artıq
çıxmalı idik. Əsir götürüləcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim".
Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük
maĢını görmüĢdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maĢında da bir o qədər meyit var idi. Onların
bəzilərinin baĢı kəsilmiĢ, çoxları yandırılmıĢdı. Onların hamısı kiĢi idi və bir neçəsi hərbi rəngdə forma
geymiĢdi".
Ağdam məscidi insan meyitlərilə dolu idi. Ġnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmıĢ
təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər
çalıĢmamıĢdır.
Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huĢlarını itirərək öldürülmüĢ
qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmiĢdi) yanına yıxılırdılar.
Qarlı təpələrə səpələnmiĢ onlarla insan meyitini əks etdirən dəhĢətli film sağ qalmıĢ qaçqınların, qadın və
uĢaqlara qarĢı törədilmiĢ soyqırım haqqında söylədiklərini təsdiq edir.
Azərbaycan televiziyası Azərbaycan Ģəhəri olan Ağdama bir yük maĢını ilə meyit gətirildiyini göstərmiĢdir.
Onların çoxlarının üzləri bıçaqla doğranmıĢ, gözləri çıxarılmıĢdı. Balaca bir qızın qolları havaya açılı
vəziyyətdə qalmıĢdır. O, sanki kömək diləyirdi.
Ağdam hərbi komandiri RəĢid Məmmədov Ġkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini
xatırlayaraq dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmıĢdır. Heç faĢistlər də bunu etməmiĢdir"
Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük Ģəhəri olan Gəncədəki Sovet hərbi bazasına
zəng edərək kömək diləyirdi: "Meyitləri gətirmək və insanlara nə baĢ verdiyini göstərmək üçün bizə kömək
edin".
Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran
dərəsində onlarla meyit görüb.
Nyu York Tayms, 3 Mart 1992
ERMƏNĠLƏR TƏRƏFĠNDƏN TÖRƏDĠLƏN SOYQIRIM
Ağdam, Azərbaycan, 2 Mart (Röyters)
Bu gün sonuncu sovet qoĢunları Dağlıq Qarabağı tərk edir.
Ġtar-Tass Ġnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmağa, əslində isə
müharibə edən iki etnik qrup - ermənilər və azərbaycanlılar arasındakı buferi aradan götürməyə baĢlamıĢdır.
Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər
təĢkil edir.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
72
ġəhərin bombardman edilməsi
Azərbaycanın informasiya agentliyi AZERĠNFORM xəbər vermiĢdir ki, Bazar günü gecə Dağlıq Qarabağın
azərbaycanlılar məskunlaĢan ġuĢa Ģəhəri ermənilər tərəfindən raket atəĢinə tutulub. Vəncəli qəsəbəsinə edilmiĢ
digər bir hücum zamanı isə bir neçə adam yaralanmıĢdır.
Ermənistan respublikası keçən həftə azərbaycanlıların yaĢadığı Xocalı Ģəhərində 1000 nəfərin onun
hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüĢ dağlardan qaçan kiĢi, qadın və
uĢaqların soyqırımını inkar edir.
Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.
Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə baĢlarının arxa
hissəsi tamamilə dağıdılmıĢ 3 uĢaq meyiti gətirmiĢlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin
hamısını yığmağa onlara mane olub.
Dağlıq Qarabağın Azərbaycan rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uĢaqların baĢlarının
dərisi soyulmuĢdu, biz meyitləri yığmağa baĢlayanda onlar bizi atəĢə tutdular.
Azərbaycanlı hərbi komandir RəĢid Məmmədov dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmıĢdır. Heç
faĢistlər də bunu etməmiĢdir".
Ġki yük maĢını meyitlə dolduruldu
Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük
maĢını görmüĢdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maĢında da bir o qədər meyit var idi. Onların
bəzilərinin baĢı kəsilmiĢ, çoxları yandırılmıĢdı. Onların hamısı kiĢi idi və bir neçəsi hərbi rəngdə forma
geymiĢdi".
Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiĢ Sovet respublikası tərəfindən yaradılmıĢ Müstəqil
Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman
azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarĢısında aciz qaldı.
Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baĢ verən döyüĢ
xüsusilə dəhĢətli idi.
Dağlıq Qarabağın mərkəzi Stepanakert Ģəhərində yerləĢən 366-cı alay döyüĢlərin mərkəzində idi və bu
döyüĢ nəticəsində onun 3 əsgəri həlak olmuĢdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxıĢ edən
prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoĢunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi
əməliyyatlarda iĢtirak etmədiyini, onun yalnız vəziyyəti stabilləĢdirdiyini bildirmiĢdir.
Boston Qlob, 3 Mart 1992 Pol Kuin - Cac, Bakı, Azərbaycan
Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kiĢi, qadın və uĢaqları Dağlıq Qarabağdakı bir Ģəhərdən
çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.
Azərbaycan rəsmiləri Xocalı Ģəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüĢ dağlardan
qaçan kiĢi, qadın və uĢaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.
Erməni rəsmiləri bunları inkar edir.
Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiĢ insanların dəqiq sayını söyləməklə çətinlik çəkir. Ancaq
Röytersin fotoqrafı iki yük maĢının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə
rayonun hər yerində qırğınlar törətdiyi barədə xəbər verir.
Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər baĢlarından
vurulmuĢ 3 uĢaq meyiti tapıblar. Ermənilərin atəĢ açmağı isə onlara digər meyitləri yığmağa mane olub.
ĠĢğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.
Azərbaycan televiziyası bazar günü Ağdam meyitxanasından qadın və uĢaqlar da daxil olmaqla 10 meyit
göstərmiĢdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmiĢdir ki, indiyə qədər 180 meyit aĢkar
olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüĢdür. BBS xəbər vermiĢdir ki, Fransız
fotoqraf 31 cənazə saymıĢdır. O bildirmiĢdir ki, içərisində qadın və uĢaqlar olan meyitlərin çoxu yaxın
məsafədən baĢlarından güllə ilə vurulmuĢdur.
Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmiĢdir ki, hücum
zamanı 1000 adam öldürülmüĢ, 200-dən artıq itkin düĢmüĢ, 300 əsir götürülmüĢ, 200 nəfər yaralanmıĢdır.
Məmmədov 366-cı alayı hücuma baĢçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.
Eyc, Melburn, 6 Mart 1992 Elen VOMAK, Ağdam, Azərbaycan, ÇərĢənbə axĢamı
ġəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı
dağlarında dinc azərbaycanlılara qarĢı soyqırım törətdiyi ehtimal olunur.
Dostları ilə paylaş: |