11
Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat
2002-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı
(BMT) tərəfindən müntəzəm olaraq ölkələr üzrə
birbaşa xarici investisiyaların (BXİ) Cəlbetmə,
Potensial və Töhfə indeksləri hesablanır və illik
Dünya İnvestisiya Hesabatlarında (World Investment
Report) ölkə reytinqləri dərc edilir.
Cəlbetmə indeksi (attraction index) əsasında
iqtisadiyyatın həcmindən asılı olaraq müəyyən dövr
ərzində daxil olan birbaşa xarici investisiyalara görə
ölkələrə reytinq verilir. Bu indeks ölkəyə birbaşa
xarici investisiya axınlarının həcmi və ÜDM-də
payı əsasında hesablanan orta göstəricidir. Cəlbetmə
indeksi həmçinin uzunmüddətli dövrdə birbaşa xarici
investisiyalar üzrə orta göstəricidən istifadə edilməklə
hesablana bilər. Siyasətçilər üçün uzunmüddətli dövrü
müşahidə etmək daha məqsədəuyğundur, cünki:
•
Birbaşa xarici investisiya axınları ildən ildə
kəskin dəyişə bilər;
•
Birbaşa investisiya qərarları bir ildən artıq
dövrü əhatə edə bilər və uzunmüddətli öhdəlikləri
nəzərdə tuta bilər;
•
Birbaşa xarici investisiyaların cəlb edilməsi-
ni artırmaq məqsədilə edilən siyasi təşəbbüslərin və
alətlərin səmərə verməsi uzun müddət tələb edə bilər.
Bu indeks üzrə ölkələrə verilən reytinqlərə görə ilk
onluğa Çin, Belçika, Sinqapur, Lüksemburq, İrlandiya,
Çili, Qazaxıstan, Monqolustan, Türkmənistan daxildir.
BXİ üzrə Potensial indeksi iqtisadiyyatın birbaşa
xarici investisiyalara cəlbedici olmasının dörd əsas
iqtisadi amilini özündə birləşdirir. Bunlar a) bazarın
cəlbediciliyi; b) ucuz işçi qüvvəsi və bacarıqlar
(səmərənin əldə edilməsi üçün); c) təbii resursların
olması; və d) BXİ üçün infrastrukturun olması. BXİ
üzrə ümumi potensial indeks bərabər çəkilərdən
istifadə edilməklə hər dörd determinant üzrə balların
cəmlənməsindən alınır.
BMT tərəfindən 2011-ci il üçün BXİ-ın potensial
indeksi hesablanmışdır. Yuxarıda qeyd edildiyi
kimi bu indeks üzrə reytinq 4 determinant (bazarın
cəlbediciliyi, ucuz işçi qüvvəsi, mövcud infrastruktur,
təbii resursların mövcudluğu) əsasında ayrı-ayrılıqda
müəyyənləşir və ümumi orta reytinq verilir. 144 ölkə
arasında ilk onluqda Çin, ABŞ, Rusiya, Türkiyə,
Almaniya, İndoneziya kimi ölkələr yer tutur.
Töhfə indeksi. BXİ üzrə Töhfə indeksi BXİ-ın ölkə
iqtisadiyyatının inkişafında rolunu ölçməyə imkan
verir. Bu, xarici investisiyaların ÜDM-ə, məşğulluğa,
əmək haqqına, ixraca, xərclərə, vergi ödənişlərinə
təsiri kimi hesablanır.
Ölkələr yuxarıda qeyd edilən göstəricilərin hər
birinə təsir effektinə görə iri qrupda birləşdirilir.
Hər bir göstəriciyə təsirə görə bərabər çəkilərdən
istifadə etməklə sadə ortalama metodu ilə BXİ üzrə
töhfə indeksi hesablanır və bu əsasda ölkələrə reytinq
verilir. Əgər ölkə üzrə ən azı dörd göstərici varsa,
o zaman həmin ölkə sıralamaya daxil edilir. Bütün
ölkələrdən yeddi dəyişənin hər biri üzrə göstəriciləri
əldə etmək imkanları məhdud olduğundan hal –
hazırda 79 ölkəyə reytinq verilmişdir.
World Investment Report-da 2011-ci il üçün bir
çox ölkələr üzrə bu indeks hesablanmış və reytinq
verilmişdir. İlk onluqda Macarıstan, Belçika, Çexiya,
Rumıniya, Çin, Polşa, Malayziya kimi ölkələr yer
tutur. Deməli BXİ-ın bu ölkələrin iqtisadiyyatlarının
inkişafına təsiri yüksəkdir.
İndekslərin siyasət aləti kimi istifadəsi. BXİ
üzrə siyasətin əsas məqsədi BXİ-ın cəlb edilməsi
üçün əlverişli şərait yaratmaq və BXİ-ın maksimal
səviyyəsinə nail olmaqdır. İndekslər iqtisadi siyasətin
nə qədər effektiv olduğunu ölçməyə imkan verir. Bu
qiymətləndirmə ölkənin real nəticələrinin potensial
imkanlarla qarşılaşdırılması və BXİ-ın töhfəsinin
ölçülməsi, ayrı-ayrı ölkələr və ya ölkə qrupları
arasında müqayisələrin aparılması, müəyyən vaxt
çərçivəsində davranışlardakı dəyişmələrin izlənməsi
yolu ilə aparıla bilər. Bu indekslərin hesablanmasında
ölkə xüsusiyyətləri nəzərə alınmadığından onlar
yalnız ilkin yol göstərə bilər. Lakin, hər bir halda bu
indekslər siyasətin səmərəliliyinin ölçülməsi üçün
faydalı başlanğıc nöqtə ola bilər.
Haşiyə 2. Birbaşa xarici investisiyaların cəlbetmə, potensial və töhfə indeksləri
Mənbə :
World Investment Report -2012, www.unctad.org
12
Pul siyasəti icmalı 2013/ II rüb
1.6 mlrd. $ və ya 3.5% artaraq 47.7 mlrd. $
bərabər olmuşdur ki, bu da təqribən 3 illik
mal və xidmətlərin idxalına kifayət edir. Eyni
zamanda strateji valyuta ehtiyatları xarici dövlət
borcundan təqribən 8 dəfə çoxdur.
AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən
8.8% artaraq 12.7 mlrd. $ çatmışdır ki, bu da 9 aylıq
mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə
nisbəti 70%-ə yaxındır. Ümumilikdə, strateji
valyuta ehtiyatlarının yüksək templə artımı
ölkə iqtisadiyyatının mümkün xarici böhran
təsirlərinə qarşı həssaslığını azaldan və güclü
“makroiqtisadi bufer” formalaşdıran amildir.
Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq
İnvestisiya Mövqeyi əlverişlidir.
1.2.2. Məcmu tələb
2013-cü ilin 6 ayında iqtisadi artıma məcmu
tələbin bütün komponentlərinin, o cümlədən,
son istehlak xərclərinin, investisiyaların, dövlət
xərclərinin artımının töhfəsi müsbət olmuşdur.
Son istehlak xərcləri. Hesabat dövrü ərzində
əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə
müqayisədə 7.1%, real olaraq isə 5.1% artmışdır.
Adambaşına düşən pul gəlirləri nominal olaraq
5.7%, real olaraq isə 3.7% artmışdır.
Cari ilin 6 ayında orta aylıq əmək haqqının,
iqtisadiyyatda məşğul əhalinin sayının və
əhalinin istehlak kreditlərinin həcminin artması
nəticəsində ümumi istehlakçı aktivliyi yüksək
olmuşdur. Əhalinin pul gəlirlərinin strukturunda
son istehlak xərclərinin payı yüksək olaraq
qalmışdır (Qrafik 16). İstehlak xərcləri ötən ilin
müvafiq dövrünə nəzərən 14.6% (2012 6 ay
4.8%) artmışdır.
Əhalinin sərəncamda qalan gəlirləri ötən ilin
müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 14.4
mlrd. manat təşkil etmişdir. Əhali gəlirlərinin
xərcləri örtmə əmsalı ötən ilin müvafiq dövrü
ilə müqayisədə sabit olmuşdur. Gəlirlərin artımı
pərakəndə ticarət dövriyyəsinin də artmaqda
davam etməsinə şərait yaratmışdır. Ötən
ilin müvafiq dövrünə nəzərən ümumi ticarət
dövriyyəsinin həcmi 9.1% artmışdır (Qrafik 17).
Cari ilin yanvar-iyun aylarında pərakəndə
ticarət dövriyyəsi ərzaq malları üzrə 0.4% (2012
6 ay 0.4%), qeyri-ərzaq malları üzrə 21.2%
(2012 6 ay 23.2%) artmışdır. Əhaliyə göstərilən
pullu xidmətlərdə isə artım 7.5% təşkil etmişdir.
Mənbə: AMB
Mənbə: AMB
Mənbə: DSK