99
Yüksək gəlirli ölkəyə çevrilmək üçün Azərbaycanın
üstünlükləri
Elman Eminov, Namiq Nağdəliyev
100
Xülasə
Məqalənin məqsədi sistemləĢdirilmiĢ göstəricilər əsasında Azərbaycanın yuxarı
orta gəlirli ölkələr arasındakı mövqeyinin müqayisəli təhlilini aparmaq və bununla da
yüksək gəlirli ölkəyə çevrilmə imkanlarını müəyyən etməkdir.
Əsas gəlinən nəticə odur ki, Azərbaycanın qrup daxilində ən gənc ölkələrdən biri
olmasına baxmayaraq, göstəricilərin bir çoxu üzrə digər ölkələrlə müqayisədə
əhəmiyyətli üstünlüklərə malikdir. Növbəti gəlir qrupuna keçid üçün ölkənin əlveriĢli
imkanları mövcuddur.
Abstract
The main purpose of the paper is to conduct analysis of Azerbaijan‟s comparative
ranking among upper middle-income countries on the basis of systemitized indicators.
Another purpose is to determine Azerbaijan‟s advantages in transforming into high
income country.
The essential finding is that Azerbaijan has significant advantages on many
indicators in spite of the fact that the country is one of the youngest within upper middle
income group. To move into the next income group the country has favorable
opportunities.
Açar sözlər: Gəlir qrupları, iqtisadi artımın sönməsi, orta gəlir tələsi, inkiĢaf fazaları
Key words: income groups, economic growth slowdown, middle income trap,
development stages
Müəlliflərin e-mail ünvanı:
elman_eminov@cbar.az
namig_nagdaliyev@cbar.az
101
MÜNDƏRİCAT
GiriĢ .................................................................................................................................. 102
1. Gəlir qrupları və orta gəlir tələsi .................................................................................. 102
2.Yuxarı orta gəlir qrupu və Azərbaycanın gəlir qruplarında hərəkəti ............................ 106
3. Yuxarı orta gəlirli ölkələr arasında Azərbaycanın üstünlükləri ................................... 107
Nəticə..............................................................................................................................111
Ədəbiyyat .......................................................................................................................114
102
GİRİŞ
Ölkələrin gəlir səviyyəsi arasındakı fərqlər uzun illərdir ki, həm akademik
dairələr, həm də siyasət qurucuları arasında maraq doğurmaqdadır. Bəzən ölkələrin bir
gəlir qrupundan digərinə keçidi qısa müddət ərzində baĢ verir. Lakin, ölkələr də vardır
ki, uzun illər eyni gəlir qrupunda (“tələsində”) qalır. Tədqiqatlar göstərir ki, ölkəmiz
üçün artıq aĢılmalı olan bir hədd qalıb ki, o da yüksək gəlirli ölkəyə çevrilməkdir. Bu
baxımdan ölkənin malik olduğu üstünlüklərin qiymətləndirilməsi “Azərbaycan-2020:
Gələcəyə BaxıĢ” ĠnkiĢaf Konsepsiyasında qoyulan hədəflərin realizasiyası kontekstində
aktualdır.
Məqalənin birinci hissəsində gəlir qrupları və orta gəlir tələsi haqqında məlumat
və təhlil nəticələri verilir. Ġkinci hissədə Azərbaycanın da yer aldığı yuxarı orta gəlirli
ölkələr haqqında iqtisadi, coğrafi, tarixi məlumat öz əksini tapır, eyni zamanda təqribən
ötən yarım əsrdə Azərbaycanın gəlir qruplarında hərəkəti göstərilir. Sonuncu bölmədə
isə Azərabycanın 54 yuxarı orta gəlirli ölkə arasında üstünlükləri və tədqiqatın əsas
nəticələri təqdim olunur.
1.
Gəlir qrupları və “orta gəlir tələsi”
1.1.
Gəlir qrupları və inkiĢaf fazaları.
Yüksək gəlirli ölkəyə çevrilməklə əhalinin yüksək maddi rifahını təmin etmək,
dayanıqlı və yüksək keyfiyyətli iqtisadi inkiĢaf xəttini təqib etmək yəqin ki, bütün
ölkələr qarĢısında dayanan ən mühüm vəzifələrdən biridir. Lakin, qeyd edilən hədəflərə
nail olmaq heç də asan deyildir. Son qlobal böhrandan sonra iqtisadi artım paradiqmaları
və makroiqtisadi siyasət çərçivəsi haqqında yenidən düĢünmək, üstünlükləri adekvat
qiymətləndirmək mühüm vəzifəyə çevrilmiĢdir.
Bəzi xalqların rifahının yüksək, digərlərinin isə aĢağı olması barədə hipotezaları
əsaslandırarkən ingilis iqtisadçısı Lionell Robbins-in (1935) yanaĢması maraq doğurur:
“Ġqtisadiyyat müəyyən baĢlanğıc və son fazalar arasında çoxlu sayda alternativlər
üzərində insanların davranıĢlarını öyrənən elmdir”. ĠnkiĢaf fazaları haqqında hazırda ən
müasir yanaĢmalardan biri Rostow (1960) tərəfindən irəli sürülmüĢ və Harvard
universitetinin professoru Micheal M Porter-in (2002) modifikasiya etdiyi yanaĢmadır.
20
Qeyd edək ki, bu yanaĢma
2002-ci ildən etibarən Dünya Ġqtisadi Forumu tərəfindən
ölkələrin rəqabət qabiliyyətinin müəyyən edilməsində istifadə olunur.
20
The Global Entrepreneurship and Development Index: A Brief Explanation,
103
Dünya Ġqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətini institutların keyfiyyəti,
iqtisadi siyasət və ölkə iqtisadiyyatının məhsuldarlığını müəyyənləĢdirən digər amillərin
toplusu kimi təyin edir. Məntiqi nəticə odur ki, qeyd edilən 3 istiqamət üzrə keyfiyyət
meyarlarını yüksəltmədən rəqabət qabiliyyətini artırmaq, bununla da daha yüksək gəlir
qrupuna keçid mümkün deyil.
Hazırda ölkələrin gəlir qrupları üzrə sərhədlərini müəyyən edərkən Dünya Bankı
(DB) və Asiya ĠnkiĢaf Bankının (AĠB) təsnifatına istinad olunur. Asiya ĠnkiĢaf Bankı
1990-cı ilin qiymətləri ilə adambaĢına gəliri 2000$-dan aĢağı olan ölkələri aĢağı gəlirli
ölkə, 2000-7250 $ olan ölkələri aĢağı orta gəlirli ölkə, 7250-11750 $ olan ölkələri yuxarı
orta gəlirli ölkə, 11750 $-dan yuxarı olanları isə yuxarı gəlirli ölkə hesab edir.
Dünya Bankının təsnifatına görə isə cari qiymətlərlə bu sərhədlər müvafiq olaraq
1025$-dək, 1026-4035$, 4036-12475 $ və 12476 $-dan yuxarı təĢkil edir. Qeyd etmək
lazımdır ki, gəlir qruplarının hər iki bölgüsü DB-nın borc əməliyyatı kateqoriyaları
(operational lending categories) əsasında müəyyən edilmiĢdir
21
. Eyni zamanda Bank hər
hansı bir ölkə üzrə adambaĢına gəliri hesablayarkən məzənnə və tsiklik dəyiĢmələri
hamarlamaq üçün üç ilin ortasını götürür (Atlas metodu).
1.2.
Orta gəlir tələsi
Əslində ölkələrin gəlir qrupları üzrə hərəkəti nəzəri və empirik baxımdan iqtisadi
artımın sönməsi və ya artım templərinin qorunması
məsələsidir. Ġqtisadi nəzəriyyə və
dünya ölkələrinin iqtisadi tarixi göstərir ki, ölkələr gəlir pillələrində irəlilədikcə iqtisadi
artım templəri aĢağı düĢür.
Eichengreen (2011) sürətli böyüyən iqtisadiyyatların artım tempinin nə vaxt aĢağı
düĢməyə baĢladığını araĢdırmıĢdır. Müəllifin araĢdırması göstərir ki, adambaĢına gəliri
10000$-dan yüksək olan ölkədə adambaĢına orta ÜDM-in 7 illik artımı əvvəlki dövrlə
müqayisədə 2% bəndindən aĢağı olarsa, bu, iqtisadi artımın aĢağı düĢməyə baĢlaması
deməkdir. Empirik hesablamalar isə göstərir ki, 2005-ci il qiymətləri ilə adambaĢına
gəlir səviyyəsi 16740$-a çatdıqda, adambaĢına artım 3.5% bəndi və daha çox aĢağı
düĢməyə baĢlayır.
Emal sənayesində məĢğulluq ümumi məĢğulluğun 23%-nə və adambaĢına gəlir
bençmark ölkənin (texnoloji sərhəddəki ölkə - technological frontier) 58%-ə çatdıqda
artım templəri sönməyə baĢlayır.
Cheng və Zhangın tədqiqatları da (2013) Çin və Hindistan üçün oxĢar nəticələrə
21
http://data.worldbank.org/about/country-classifications/a-short-history
104
gəlməyə əsas verir. Belə ki, proqnozlara görə Çin və Hindistanda yaxın illərdə orta
iqtisadi artım tempi 2% bəndi aĢağı düĢərək 8% və 6% təĢkil edəcəkdir. Göründüyü
kimi, iqtisadi artımın gəlirlərin artımına paralel olaraq aĢağı enməsi qaçılmazdır. Bu
mənada əsas məsələ artımın aĢağı düĢmə tempinin qarĢısının alınması yox, onun tsiklik
trayektoriyadan çox kənarlaĢmasının qarĢısının alınmasıdır. Əks halda ölkələrin orta
gəlir tələsinə (OGT) düĢməsi baĢ verir.
“Orta gəlir tələsi” ifadəsi ilk dəfə Gill və Kharas tərəfindən 2007-ci ildə istifadə
edilmiĢdir
22
. Müəlliflərə görə aĢağı əmək haqqına malik kasıb ölkələr ilə sürətli texnoloji
dəyiĢikliyə məruz qalan varlı ölkələr arasında mövqe tutan ölkələr OGT-ə düĢmüĢ
ölkələrdir. Asiya ĠnkiĢaf Bankına görə isə OGT-ə düĢmüĢ ölkə o ölkədir ki, emal
sənayesi ixracında ĠnkiĢaf EtmiĢ Ölkələrlə istehsal faktoru üstünlüyü zəminində rəqabət
apara bilmir. Nəticədə belə ölkələr resurs əsaslı artım modelindən məhsuldarlıq əsaslı
artım modelinə vaxtında keçid edə bilmirlər.
Ohno-ya görə (2009) birbaĢa xarici investisiya qəbul edən az sayda ölkələr 1-ci
pillədə dayanırlar. Digər qrup ölkələr insan kapitalını inkiĢaf etdirə bilmədiklərindən
ikinci pillədə qalırlar. Ġqtisadi tarix göstərir ki, ölkələrin bir çoxu görünməz “ĢüĢə
tavanları”nı qırıb ikinci pillədən üçüncü pilləyə keçid edə bilməmiĢlər.Bu fenomen məhz
OGT adlandırılır.
Agenor-a (2012) görə ölkələr inkiĢafın ilkin fazasında aĢağı gəlirli ölkələr
texnologiya idxal etməklə əmək tutumlu, aĢağı dəyərə malik məhsullar istehsal edirlər.
Bu yolla ilkin mərhələdə iĢçi qüvvəsinin aĢağı məhsuldarlığına malik kənd
təsərrüfatından nisbətən yüksək məhsuldarlığa malik sənayeyə keçidi baĢ verir. Ölkə orta
gəlir səviyyəsinə keçdikdən sonra, iqtisadiyyatın qeyri-məhsuldar və qeyri-ticari
sektorlarında iĢçi qüvvəsi bahalaĢır, nəticədə iqtisadiyyat malik olduğu yeganə rəqabət
üstünlüyünü itirir. Bu mərhələdən sonra adambaĢına düĢən gəliri artırmaq mümkün
olmur, ölkə OGT-ə düĢmüĢ olur. Bu məsələ haqqında danıĢarkən, iqtisadiyyatın
strukturu, iĢçi qüvvəsinin bahalığı kimi amillərlə yanaĢı, institusional mühitin diqqətə
alınması xüsusi əhəmiyyət kəsb edir. OGT-ə düĢməmək üçün institutların
“inklüzivliyi”nin
23
təmin olunmasına məhz inkiĢafın ilk mərhələsində baĢlanılmalıdır.
22
Gill, I., and H. Kharas. 2007. An East Asian Renaissance. The World Bank, Washington, DC. Gerschenkron,
A. 1962. Economic Backwardness in Historical Perspective: A Book of Essays.
23
Mülkiyyət hüquqlarının qorunması, azad bazar və dövlət tənzimlənməsi, əhalinin böyük hissəsinin təhsil və səhiyyəyə
çıxışı
105
Qrafik 1. Artım fazaları və tələ
Mənbə: Dünya İqtisadi Forumunun məlumatları əsasında müəlliflər tərəfindən tərtib olunmuşdur
AĠB 124 ölkə arasında 1950-2010-ci illəri əhatə edən tədqiqat aparmıĢdır.
Tədqiqat əsasında ölkələr üzrə aĢağı gəlir qrupundan aĢağı orta gəlir qrupuna, aĢağı orta
gəlir qrupundan yuxarı orta gəlir qrupuna keçidin median göstəricisinin 28 və 14 il
olduğu müəyyən edilmiĢdir. Bunun əsasında müəyyən edilmiĢdir ki, əgər ölkə aĢağı gəlir
qrupu və aĢağı orta gəlir qrupu arasında 28 ildən çox qalarsa aşağı orta gəlir tələsinə
düĢür. Əgər ölkə aĢağı orta gəlir qrupu ilə yuxarı orta gəlir qrupu arasında 14 ildən çox
qalarsa, yuxarı orta gəlir tələsinə düĢmüĢ hesab edilir. BaĢqa ifadə ilə müvafiq gəlir
qruplarında tələyə düĢməmək üçün adambaĢına real iqisadi artım tempi orta illik hesabla
4.7% və 3.5% təĢkil etməlidir.
Hazırda 54 yuxarı orta gəlirli ölkənin (YOGÖ) hər 2-dən 1-i yuxarı orta gəlir
tələsindədir. Tələdə olan ölkələrin ən çoxu və ya 12-i Amerika qitəsindədir. Cəmi 5 ölkə
Avropa və Okeaniyanın payına düĢür, yerdə qalan 10 ölkə isə Afrika və Asiyadadır (bax.
Əlavə 1).
106
2. Orta gəlir qrupu
Dünya Bankının ölkələrin gəlir qrupları üzrə təsnifatına əsasən hazırda dünyada
54 aĢağı orta gəlirli və 54 yuxarı orta gəlirli ölkə mövcuddur. YOGÖ-in 19-u və ya hər 3
ölkədən biri Amerika qitəsində, 12-i (22%) Afrikada, 10-u Asiyada, 10-u Avropada, 3-ü
isə Okeaniyada yerləĢir. Sözügedən gəlir qrupunun ən “qoca” üzvü 1955-ci ildə qrupa
düĢən Venesuela, ən “gənci” isə 2010-cu ildə qrupa daxil olan Ekvador, Tunis,
Türkmənistan, Maldiv, Çin, Tayland və Ġordaniyadır. Azərbaycan bu gəlir qrupuna
2009-cu ildə daxil olmuĢdur. Azərbaycan 5-ci ildir ki, YOGÖ qrupundadır. Bu müddət
Amerika qitəsi ölkələrində ortalama 22 il, Afrikada 18, Asiyada 12, Avropada 12,
Okeaniyada isə ortalama 16 ilə bərabərdir (bax: Əlavə 1).
Ölkənin iqtisadi inkiĢaf tarixinə nəzər salsaq görərik ki, Azərbaycan ilk dəfədir ki,
YOGÖ liqasındadır. Belə ki, 1975-ci ildə Azərbaycan aĢağı gəlirli ölkə statusundan
qurtulmuĢ və aĢağı orta gəlirli ölkə statusunu qazanmıĢdır. Ölkə müstəqilliyin ilk
illərində baĢ vermiĢ iqtisadi tənəzzüllə əlaqədar aĢağı gəlirli ölkəyə çevrilmiĢ, sonradan
sürətlə orta gəlirli ölkələr cərgəsinə daxil olmuĢdur.
Dünya Bankının hesablamalarına görə hazırda yüksək gəlirli ölkə sərhəddi
(threshold) 1989-2009-cu illər ərzində orta illik hesabla 3.46% artmıĢdır
.
Belə bir orta
illik artım tempinin yaxın dövrdə də davam edəcəyini fərz etsək, o zaman Azərbaycan
adambaĢına gəlirin 10-12% artımı halında 2020-ci ilədək yüksək gəlirli ölkəyə çevrilə
bilər.
Qrafik 2. Azərbaycanda AQP məzənnə üzrə ÜDM, ABġ dolları
Mənbə: DSK (Xalqa həsr olunan illər nəşri) və Conference Board məlumatları əsasında hesablama
0
2000
4000
6000
8000
10000
12000
14000
16000
18000
20000
22000
24000
26000
AdambaĢına Milli Gəlirin 7% artımı ssenarisi
AdambaĢına Milli Gəlirin 12% artımı ssenarisi
AĢağı
gəlirli
ölkə
Orta (aĢağı)
gəlirli ölkə
AĢağı
gəlirli
ölkə
Orta (aĢağı)
gəlirli ölkə
Orta (yuxarı)
gəlirli ölkə
107
3. Yuxarı orta gəlirli ölkələr arasında Azərbaycanın üstünlükləri
Ġqtisadi tarix göstərir ki, iqtisadi artımın davamlılığının təmin edilməsi mürəkkəb
bir vəzifədir. Ölkələrin gəlir qruplarında irəliləməsi də məhz iqtisadi artımın
davamlılığına istinad edir. Ölkələr gəlir qruplarına xas “tələ”lərə o halda düĢürlər ki,
iqtisadi artım səviyyələri və müddəti bir gəlir qrupundan digərinə keçidi təmin etmir. Bu
mənada tələdən qaçmağın yolu iqtisadi artımın aĢağı düĢməsinin qarĢısının alınması və
onun davamlılığına, fasiləsizliyinə nail olmaqdır. Bəs onda iqtisadi artım tempinin
azalmasının (growth slowdown) determinantları nədir? Ölkə hansı Ģərtləri yerinə
yetirməlidir ki, iqtisadi artım və onun fasiləsizliyi təmin edilsin?
Aiyar, Duval, Puy, Wu və Zhang
24
tərəfindən iqtisadi artımın azalmasının
determinantları sistemləĢdirilərək müəyyənləĢdirilmiĢdir. Müəlliflər tərəfindən bu
sahədə mövcud ədəbiyyat təhlil edilmiĢ, xüsusilə probit
25
spesifikasiyasından istifadə
edilməklə 7 kateqoriya üzrə 42 göstəricilər sistemi formalaĢdırılmıĢdır. Sonra müəlliflər
tərəfindən 54 YOGÖ üzrə məlumatların əlyetərliyi nəzərə alınaraq, təklif olunan amillər
modifikasiya olunmuĢ, 6 kateqoriya və 21 alt göstərici üzrə yenidən qruplaĢdırılmıĢdır
(bax: Əlavə 2). Ümumilikdə, üstünlüklərin qiymətləndirilməsi zamanı bu göstəricilər
sistemindən istifadə olunmuĢdur. Bu zaman hər bir kateqoriyanın müvafiq göstəricisi
üzrə Azərbaycanın 54 YOGÖ arasında mövqeyinin müqayisəsi aparılır və sonda bu
müqayisə əsasında ölkə üçün üstünlük matrisi qurulur.
3.1. Demoqrafiya
BMT-nin məlumatlarına əsasən 2005-2010-cu illərdə 54 YOGÖ-nin 30-da
qadınların nəsilvermə əmsalı 2-dən yüksək, digərlərində isə 2-dən aĢağıdır.
Azərbaycanda bu nisbət pozitiv zonada olmaqla, 2-yə bərabərdir. Bu göstərici ən yüksək
Anqola (6.5) və Qabonda (4.3), ən aĢağı isə Bosniya (1.3) və Rumıniyada (1.2) qeydə
alınmıĢdır.
Nəsilvermə üzrə dinamika özünü paralel olaraq əhali artımı proqnozlarında da
göstərir. Proqnozlara əsasən gələcək 10 il ərzində Azərbaycan əhalisi orta illik 1% artım
nümayiĢ etdirəcəkdir. Bir sıra yuxarı orta gəlirli ölkələrdə orta illik əhali artımı 2%-dən
yüksəkdir ki, bu da adambaĢına iqtisadi artımın sürətini məhdudlaĢdırır. 9 ölkədə isə
(Kuba, Serbiya, Rusiya, Bosniya, Rumıniya, Belarusiya, Litva, Latviya, Bolqarıstan)
əhali artımı mənfidir ki, bu da əmək ehtiyatları qıtlığı yaratmaqla ümumi iqtisadi artıma
mənfi təsir edir.
24 BVF WP 13/71, Growth Slowdowns and the Middle-Income Trap
25 İndikatorun standart normal paylanmasını göstərir
108
Eyni zamanda “demoqrafik dividend” adlandırılan asılılıq nisbəti (dependency
ratio – 15-64 yaĢlı əhalinin 65+ yaĢlı əhaliyə nisbəti) və “çatıĢmayan qadınlar” kimi də
tələffüz edilən cins nisbəti (kiĢi qadın nisbəti) üzrə də Azərbaycan qrup daxilində
əlveriĢli hesab oluna biləcək mövqedədir. Belə ki, asılılıq nisbəti üzrə Azərbaycan qrup
daxilində ən yaxĢı mövqeyə sahib 11-ci ölkədir. Azərbaycanın göstəricisi ən pis
mövqeyə malik Latviyadan 3.3 dəfə yaxĢıdır. Azərbaycan kiĢi qadın nisbətinin isə 100-ə
ən yaxın olduğu ilk 10 ölkə arasındadır. Əgər bu nisbət Azərbaycanda 98.4%-ə
bərabərdirsə, kiĢilərin ən çox olduğu Çində 107.4%, qadınların ən çox olduğu Latviyada
isə 84.1% təĢkil edir
26
.
3.2. İqtisadi mühit və institutlar
Azərbaycan Dünya Bankının Doing Business hesabatına əsasən YOGÖ arasında
islahat bençmarkı ilə (distance to frontier) məsafəsi
27
ən minimal olan ölkələr
arasındadır. Belə ki, ümumi indeks üzrə ölkə YOGÖ arasında 30 ölkədən bençmark
səviyyəyə daha yaxındır.
Qlobal Rəqabətlik Ġndeksinin institutlar alt göstəricisinə görə isə Azərbaycan qrup
daxilində 14-cü yerdədir
28
. Azərbaycanın mövqeyi ilə institutlar göstəricisi üzrə qrup
daxilində ən yaxĢı mövqeyə malik Çili və Malayziyanın mövqeyi arasında məsafə cəmi
35 pillə təĢkil edir. Ən pis mövqeyə malik Venesuela və Əlcəzairdən isə Azərbaycan 81
pillə irəlidədir. Ölkənin mövqeyi hətta Türkiyə, Braziliya, Qazaxıstan, Rumıniya və
Rusiyadan yaxĢıdır.
3.3. İnfrastruktur
Ölkəmizdə infrastrukturun müasirləĢdirilməsi və yenidən qurulması məqsədilə
qoyulan iri həcmli investisiyalar sayəsində qlobal Rəqabətlik Ġndeksinin infrastruktur alt
göstəricisinə görə Azərbaycan qrup daxilində bençmark ölkələrinə sürətlə
yaxınlaĢmıĢdır
29
. Hazırda, ölkəmiz orta sıralarda, yəni 20-ci yerdə qərarlaĢmıĢdır.
Azərbaycanın bu göstərici üzrə aldığı qiymət (3.94, maksimum 7) bençmark ölkə olan
Malayziyanın mövqeyinə (5.09) 29% yaxın, autsayder olan Livanın göstəricisindən
(2.46) isə 60% yüksəkdir.
26
http://esa.un.org/unpd/wpp/Excel-Data/population.htm
27
Hər bir göstərici üzrə ən yaxşı ölkə təcrübəsi bençmark kimi götürülür və bunun əsasında ölkələrin bençmarka
olan yaxınlığı hesablanır. Rəqəmin 100-ə yaxınlaşması bençmarkla aradakı fərqin kiçildiyini göstərir.
28
54 YOGÖ-dən ölkədən 38-i siyahıda var. Amma əsas aparıcı ölkələr siyahıda yer alır
29
54 YOGÖ-dən ölkədən 39-u siyahıda var. Amma əsas aparıcı ölkələr siyahıda yer alır
109
3.4. Makroiqtisadi və maliyyə sabitliyi
Qlobal Rəqabətlik Ġndeksinin makroiqtisadi mühit alt göstəricisi və eyni zamanda
xarici borcun Milli Gəlirə aĢağı nisbəti göstəriciləri üzrə Azərbaycan YOGÖ arasında 5-
ci yerdə qərarlaĢmıĢdır. Ölkə üzrə xarici borcun Milli Gəlirə nisbəti YOGÖ-in eyni adlı
göstəricisindən 2 dəfəyə yaxın əlveriĢlidir.
Azərbaycan böhran öncəsi (fakt) və böhran sonrası (proqnoz) dövr üzrə orta
inflyasiyanın aĢağı səviyyəsinə görə YOGÖ arasında orta mövqelərdədir. Qeyd olunan
dövrdə 5.2%-lik inflyasiyanın (qrup ölkələri üzrə orta 5.5%) iqtisadi artım baxımından
məqbul hesab edilməsi ölkəyə ciddi üstünlük qazandırır. Belə ki, bir sıra tədqiqatlar
Azərbaycanda iqtisadi artım üçün təhlükəsiz inflyasiya səviyyəsinin məhz 5-7%
olduğunu göstərir. Qrup daxilində cəmi 5 ölkədə (Anqola, Argentina, Ġran, Venesuela,
Belarusiya) inflyasiya ikirəqəmlidir, 4 ölkədə isə 7%-dən yuxarıdır.
1995-ci ildən sonrakı mərhələdə ölkənin bank sektorunda maliyyə sabitiliyi
yüksək səviyyədə qorunmuĢdur. Lakin, YOGÖ-in bir neçəsində, hətta bəzi qabaqcıl
ölkələrində belə bir sıra bank böhranları baĢ vermiĢ, bəzilərində həm böhranın müddəti,
həm də iqtisadiyyata vurduğu zərər əhəmiyyətli olmuĢdur. Bank kapitalının bank
aktivlərinə görə də Azərbaycan qrup daxilində ilk 5-likdədir. Azərbaycanda bank
kapitalı bank aktivləri nisbəti dünya və YOGÖ üzrə orta göstəricidən 1.5 dəfə yüksəkdir.
Azərbaycanda yüksək inklüziv iqtisadi artımın qeydə alınması gələcək artım
prosesinə daha çox məhsuldar qüvvələrin cəlbi üçün əlveriĢli zəmin formalaĢdırır.
Məlum olduğu kimi, inklüziv artım bir iqtisadi inkiĢaf strategiyası olaraq iqtisadi
artımdan hər kəsin bərabər faydalanmasını nəzərdə tutur. Ġnklüziv artım yoxsul əhali
təbəqəsinin də iqtisadi artımdan yararlanmasını, həm də əhalinin yoxsulluqdan çıxaraq
iqtisadi artıma töhvə verə biləcək səviyyəyə çatmasını hədəfləyir.
BVF-un mütəxəsisləri ölkələrin inklüziv artımının ölçülməsi ilə əlaqədar yeni bir
metodologiya təklif edirlər. Həmin metodologiyaya uyğun olaraq, ölkələrin inklüziv
artımı konsentrasiya əyrisinə əsasən hesablanmıĢdır
30
. Ümumilikdə, metodologiya bir
tərəfdən adambaĢına ÜDM-in artımını, digər tərəfdən isə gəlir bərabərsizliyinin
dəyiĢməsini nəzərə alır. Əsas ideya ondan ibarətdir ki, ölkə gəlir bərabərsizliyini
azaltmaqla daha çox insanı artım prosesinə cəlb edir və nəticədə iqtisadi artımın
inklüzivlik səviyyəsi yüksəlir.
Hesablamalara görə Azərbaycan 1995-2008-ci illərdəki inklüziv artıma görə qrup
daxilində Maldiv adaları ilə yanaĢı lider mövqedədir. Ġnklüziv artımın birinci elementi
30
İnklüzivliyin digər ölçülməsi metodu AİB ekspertləri tərəfindən ideya kimi təklif olunan, BVF ekspertləri
tərəfindən isə hesablanan imkan funksiyasıdır (opportunity function).
110
olan adambaĢına artıma görə isə Azərbaycan mütləq liderdir, ikinci element üzrə isə ölkə
YOGÖ arasında 12-cidir.
YOGÖ arasında digər 18 ölkədə ikinci element ya sıfıra bərabərdir, ya da sıfırdan
kiçikdir ki, bu da gəlir bərabərsizliyinin pisləĢməsi hesabına iqtisadi artıma nail
olunduğunu göstərir.
31
3.5. Ticarət və kapital açıqlığı
Azərbaycan de-jure maliyyə açıqlığını ölçən Chinn-Ġto indeksinə görə YOGÖ
arasında ilk 30-luqdadır. Ölkənin indeks üzrə aldığı qiymət neytrala yaxındır ki, bu da
qrup daxilində bençmark olan Kosta Rikadan (+2.44) və autsayder olan Anqoladan (-
1.86) təqribən bərabər məsafədədir
32
. BVF-nun hesablamaları göstərir ki, dünyada ən
yüksək qlobal inteqrasiya səviyyəsinə malik regionlar Avropa və Asiyadır. Bu region
ölkələrində həm idxal-ixrac əməliyyatlarının ÜDM-də payı, həm də qlobal ticarət
dövriyyəsində region ölkələrinin payı yüksəkdir.
Üstünlük matrisi (bax: Əlavə 2)
Müəyyən olunmuĢ göstəricilər əsasında aparılmıĢ müqayisələr üstünlük matrisinin
tərtib olunmasına imkan verir. Üstünlüyün dəqiq identifikasiyası bir neçə parametr
əsasında aparılır və göstərici üzrə aĢağıdakı Ģərtlərin təmin olunması nəzərdən keçirilir:
i)
Hər bir göstərici üzrə ölkə YOGÖ arasında hansı səbətə düĢür – ilk səbət,
axırıncı, yoxsa orta?
ii)
Ölkənin hər bir göstərici üzrə aldığı qiymət qrup daxilində bençmarka nə qədər
yaxındır, autsayderdən nə qədər uzaqdır?
iii)
Ölkənin hər bir göstərici üzrə aldığı qiymət sıranın median və ya ortasına nə
qədər yaxındır?
iv)
Ölkənin mövqeyi əsas rəqib ölkələr (qonĢu ölkələr, MDB və ġ.Avropa ölkələri)
ilə müqayisədə nə qədər yaxĢı və ya pisdir?
Bunun əsasında müəyyən edilmiĢdir ki, 21 göstəricidən 19-da və ya 90%-i üzrə
Azərbaycan 54 YOGÖ arasında üstünlüyə malikdir. Üstünlüyə malik 19 göstəricinin 7-si
və ya 37%-i üzrə üstünlük yüksək, 8-i (42%-i) üzrə orta, 4-ü (21%-i) üzrə aĢağı kimi
qiymətləndirilir. BaĢqa ifadə ilə, hər 3 göstəricinin 2-də üstünlük ya yüksəkdir, ya da
orta səviyyədədir.
31
Yalnız 54 YOGÖ-dən 38-i haqda məlumat var
32
Mənbə:
http://web.pdx.edu/~ito/Chinn-Ito_website.htm
, indeksin müsbət qiyməti açıqlığın artmasını göstərir
111
NƏTİCƏ
Müəyyən edilmiĢ və sistemləĢdirilmiĢ göstəricilər əsasında Azərbaycanın yuxarı
orta gəlirli ölkələr arasındakı mövqeyinin müqayisəli təhlili aparılmıĢ, mümkün
üstünlüklər tapılmıĢ və aĢağıdakı nəticələr əldə edilmiĢdir:
1.
Azərbaycan 54 yuxarı orta gəlirli ölkə arasında qrupda olan ən gənc
ölkələrdəndir. Bu isə baĢqaları ilə müqayisədə ölkənin növbəti gəlir qrupuna
keçid imkanlarını əhəmiyyətli artırır;
2.
Üstünlüyün müəyyən edilməsi üçün istifadə olunan 21 göstəricidən 19-da və
ya 90%-də Azərbaycan qrup daxilində üstünlüyə malikdir. Üstünlüyə malik
19 göstəricinin 7-si və ya 37%-i üzrə üstünlük yüksək, 8-i (42%-i) üzrə orta
kimi qiymətləndirilir;
3.
Mütləq üstünlüyün olmadığı göstəricilərin heç biri üzrə ölkə autsayder
mövqeyə malik deyil.
112
Əlavə 1: 54 Yuxarı Orta Gəlirli Ölkə
Region
Qrupa
daxil
olduğu il
Region
Qrupa
daxil
olduğu il
Region
Qrupa
daxil
olduğu il
Region
Qrupa
daxil
olduğu il
Region
Qrupa
daxil
olduğu il
Amerika
Afrika
Asiya
Avropa
Okeaniya
Venesuela*
1955
Anqola
-
Ġordaniya
2010
Çernoqoriya
2005
Amerikan
Samoası
1990
Panama
-
Qabon
1974
Malayziya
1979
Makedoniya
2008
Palau
1996
Ekvador
2010
Namibiya
2008
Türkmənistan
2010
Serbiya
2006
Tuvalu
2004
Kolumbiya
2008
Əlcəzair
2008
Azərbaycan
2009
Rusiya*
2004
Peru
2008
Bostsvana
1991
Ġran
1984
Bosniya
2007
Dominikan R.
2008
Tunis
2010
Qazaxıstan
2006
Rumıniya
1985
Kosta Rika
1986
Cənubi Afrika
1973
Türkiyə*
1997
Belarusiya
2007
Meksika
1974
Surinam
2005
Tayland
2010
Litva*
1991
Seynt Lusia
1986
Maldiv
2010
Çin
2010
Latviya*
1991
Antiqua və Barbuda*
1980
SeyĢel*
1979
Livan
1997
Bolqarıstan
2006
Seynt Vinsent və
Qrenada
1996
MavriĢis
1992
Dominika
1999
Liviya
1985
Argentina
1964
Braziliya*
1984
Çili*
1993
Uruqvay*
1986
Yamayka
2007
Kuba
2007
Qrenada
1997
Cəmi: 19
12
10
10
3
54
Mənbə: Dünya Bankı məlumatları əsasında müəllif hesablamaları
Qeyd: Qırmızı rəngdə olan ölkələr yuxarı orta gəlir tələsinə düşmüş ölkələrdir
*Bu ölkələr üzrə adambaşına Milli Gəlir 10 mindən yuxarıdır və Yüksək Gəlirli Ölkəyə çevrilmə astanasındadırlar
113
Ədəbiyyat
1.
B. Eichengreen, D. Park, K. Shin (2011), „When fast growing economies slow down:
International evidence and implications for China‟, NBER Working Paper 16919.
2.
S. Aiyar, R. Duval, D.Puy, Y. Wu, L.Zhang (2013), „Growth Slowdowns and the Middle-
Income Trap‟, BVF Working Paper 13/71.
3.
J. Felipe (2012), „Tracking the Middle-Income Trap: What is It, Who is in It, and Why? Part
1‟, ADB Working Paper 306.
4.
Gill, I., and H. Kharas (2007), „An East Asian Renaissance‟, The World Bank, Washington,
DC. Gerschenkron, A. 1962. Economic Backwardness in Historical Perspective: A Book of
Essays.
5.
P. Agénor, O. Canuto, „Middle-Income Growth Traps‟, World Bank policy research Working
Paper 6210.
6.
K. Cheng, L. Zhang (2013), „Is Emerging Asia Shifting to Lower Trend Growth?‟, Regional
Economic Outlook: Asia and Pacific, Box 1.9.
7.
J. Bluedorn, R. Duttagupta, J. Guajardo, N. Mwase (2013), „The Growth Comeback in
developing economies: A New Hope or Back to the Future?‟, BVF Working Paper 13/132.
8.
R. Anand, S. Mishra, S. Peiris (2013), „Inclusive Growth: Measurement and determinants‟,
BVF Working Paper 13/135.
Dostları ilə paylaş: |