Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
1   2   3   4   5   6   7   8   9

2. ABŞ tarixində 1979-cu ildə “Tri-Mayl Aylend” AES-də baş verən qəza ən

böyük nüvə qəzası hesab olunur. Bu hadisə Çernobıl AES-də baş verən qəzaya qədər

dünya nüvə energetikasında ən böyük qəza hesab olunurdu. Texniki qüsurlar, istismar

və təmir prosedurlarında buraxılmış səhvlər nəticəsində elektrik gücü 900 MVt olan

PWR  tipli  reaktorda  aktiv  zona  ciddi  zədələnmiş,  nüvə  yanacağının  bir  hissəsi

əriyərək reaktorun dibinə çökmüşdür. Qəza nəticəsində atmosferə atılan təsirsiz qaz -

ların radioaktivliyi təqribən 2-13 milyon küri olsa da, yod 131 kimi təhlükəli izo-

topun atmosferə sızması çox cüzi olmuşdur. Stansiyanın ərazisi isə birinci konturdan

axan radioaktiv su ilə çirklənmişdir. Stansiya ətrafından əhalinin köçürülməsinə

ehtiyac olmasa da, 8 kilometrlik ərazidən azyaşlı uşaqların və hamilə qadınların

müvəqqəti çıxarılması  tövsiyə edilmişdir. Qəzanın nəticələrinin aradan qaldırılması

1993-cü ildə başa çatdırılmış və  təqribən 1 milyard dollar vəsait sərf edilmişdir.

3. Atom energetikası erasında 1986-cı ildə keçmiş SSRİ-də (Ukrayna SSR) Çer-

nobıl AES-in 4-cü enerji blokunda baş verən qəza ətraf mühitə dəyən zərərə, insan

itkisinə və iqtisadi təsirinə görə nüvə energetikası tarixində ən böyüyüdür. Qəzaya

qədər Çernobl AES-də РБМК 1000 tipli hər birinin elektrik gücü 1000 MVt, istilik

gücü 3200 MVt olan 4 reaktor fəaliyyət göstərirdi və əlavə olaraq 2 analoji reaktorun

tikintisi həyata keçirilirdi. Stansiya keçmiş SSRİ-də ən böyük AES idi. Qəza zamanı

4-cü enerji blokunun reaktorunda 200 tona qədər nüvə yanacağı (UO

2

) olmuşdur ki,

bu yanacaqdan 5-30%-ə qədəri ətraf mühitə yayılmışdır. Partlayış şəklində baş verən

qəzada reaktor tamamilə dağılmış ətraf mühitə böyük miqdarda radioaktiv maddələr

yayılmışdır. Qəza nəticəsində ilk 3 ay müddətində 31 nəfər həyatını itirmiş, 134

nəfər ağır şüa xəstəliyinə tutulmuş bunların böyük əksəriyyəti sonradan vəfat et-

mişdir. Stansiyanın ətrafında 30 kilometrlik ərazidən 115 min nəfər köçürülmüş, 600

min nəfər qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir ki, bu da on-

ların sağlamlığına ciddi zərər vurmuşdur. Tamamilə dağılmış reaktordan qalxan ra-

dioaktiv bulud Avropanın böyük ərazilərinə külli miqdarda radioaktiv maddələr, o

cümlədən uran, plutonium-239, yod-131, sezium-134, sezium- 137, stronsium-90

və s. radioaktiv izotopları yaymışdır. Ən çox zərər çəkən ərazilər isə Belarusiya,

Ukrayna  və  Rusiyanın  Çernobıl  AES-ə  yaxın  əraziləri  olmuşdur.  Bu  ərazilərə

yayılmış yarımparçalanma müddəti 8 gündən 24 min ilə qədər olan radioaktiv mad-

dələr adı çəkilən ölkələrdə xeyli ərazini uzun müddət insanların yaşaması üçün

tamamilə yararsız etmişdir.

4. Yaponiyanın Tokaymura nüvə müəssisəsində (JCO kompaniyası) 1999-cu ildə

baş verən qəza o vaxta qədər Yaponiya nüvə energetika sənayesində baş verən ən

ciddi insident hesab edilməkdə idi. Qəza baş verən müəssisə AES-lər üçün nüvə

yanacağı hazırlamaq məqsədi ilə zənginləşdirilmiş heksafülorid urandan (UF



6

) diok-


sid uranın (UO

2

) emalı sahəsində fəaliyyət göstərirdi. Personalın səhvi nəticəsində

durulducu çənə nəzərdə tutulandan 7 dəfə artıq 18% zənginləşdirilmiş uranilnitrat

UO

2



(NO

3

)

2



yüklənmiş, nəticədə çəndəki maddədə böhran kütləsi alınaraq zəncirvari

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

119



nüvə reaksiyası başlamışdır. Partlayış baş verməsə də, ətraf mühitə müəyyən qədər

radioaktiv təsirsiz qazlar və yod 131 izotopu yayılmışdır. Məhlulla işləyən iki nəfər

yüksək miqdarda şüalanmaya məruz qalmış və həyatlarını itirmişdir. Ümumilikdə

667 nəfər (xilasedicilər və yanğınsöndürənlər də daxil olmaqla) müəyyən qədər

şüalanmaya məruz qalmışdır.

5. Yaponiyada Fukusima-1 AES-də baş verən qəza nüvə energetikası tarixində

son böyük ciddi qəza hesab olunur. Qəzaya qədər ümumi gücü 4,7 HVt olan 6 reak-

torlu Fukusima-1 stansiyası dünyanın ən güclü 25 AES-lərindən biri idi və əlavə 2

reaktorun tikintisi planlaşdırılırdı. 2011-ci il 11 mart tarixində Sakit okeanda 9 ballıq

zəlzələnin təsirindən yaranan sunami Yaponiyanın şərq sahillərində böyük dağıntılar

törətməklə yanaşı, Fukusima-1 AES-in kənar enerji təminatını və ehtiyat dizel elek-

trik stansiyasını sıradan çıxarmışdır. Zəlzələ zamanı qəza-mühafizə sisteminin av-

tomatik  işə  düşməsi  nəticəsində  AES-də  fəaliyyətdə  olan  reaktorlarda  nüvə

reaksiyası dayansa da elektrik enerjisi təchizatı kəsildiyindən 1-ci, 2-ci və 3-cü reak-

torlarda qəza-soyutma sistemlərinin normal iş rejimi pozulmuşdur. Lakin nüvə reak-

siyası  dayandıqdan  sonra  belə,  reaktorda  müəyyən  müddət  istilik  ayrıldığından

istilikayırıcı elementlərin əriməsinin, aktiv zonada yüksək temperatur nəticəsində

su  molekullarının  parçalanması  nəticəsində  hidrogen  qazının  əmələ  gəlməsinin

qarşısının alınması üçün onun soyudulması sisteminin çalışması vacibdir (hidrogen

qazı partlayış törədərək reaktoru tamamilə dağıda bilər). Nəticədə reaktorlarda qəza

baş vermiş və ətraf mühitə xeyli miqdarda radioaktiv maddələr yayılmışdır. Ümu-

miyyətlə, Fukusima-1 AES-də baş verən qəza bir neçə reaktorun eyni zamanda

qəzaya uğradığı ilk hadisədir və ətraf mühitə vurduğu zərərə görə Çernobıl AES

qəzasından sonra ən böyük qəzadır. Belə ki, qəza külli miqdarda iqtisadi zərərə səbəb

olmuş, stansiya ətrafındakı radioaktiv maddələrlə çirklənmiş 30 kilometrlik məsafədə

bütün  əhali  köçürülmüşdür.  Eyni  zamanda,  qəzanın  ilkin  nəticələrinin  aradan

qaldırılması  zamanı  radioaktiv  maddələrlə  çirklənmiş  min  tonlarla  suyun  Sakit

okeana axıdılması zərurəti yaranmışdır ki, bu da onun bioloji aləmi üçün ciddi təh-

lükə yaratmışdır.



6. AES-lərin fərqləndirici cəhətləri: ekoloji-iqtisadi aspekt

AES-lərin üzvi yanacaqla işləyən elektrik stansiyalarından əsas üstünlüyü onun

yanacaq istehsal edən müəssisədən asılı olmadan uzun müddət müstəqil işləyə bilmə-

sidir. Ümumi çəkisi 41 ton olan 54 istilikayırıcı elementdən ibarət nüvə yanacağı ilə

yüklənmiş 1000 MVt gücündə su-sulu energetik reaktoru 1-1,5 il ərzində heç bir

yanacaq yükləmədən davamlı enerji istehsal edə bilir. Üzvi yanacaqla işləyən stan-

siyalara isə daim böyük miqdarda yanacaq daşınması zərurəti var. Nüvə yanacağının

enerji ekvivalenti üzvi yanacaqlara nisbətən müqayisə edilməyəcək dərəcədə çoxdur.

Bir sıra ölkələrdə AES-lərdə enerji istehsalı üzvi yanacaqla işləyən stansiyalara nis-

E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  

120



Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə