79
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Beləliklə, investisiyalar və yığım arasındakı fərq cari hesablar balansı kəsirinə
bərabər olur. Bu kəsirlərin örtülməsi üçün isə ya mövcud ehtiyatlardan istifadə
edilməli, ya da ki, xaricdən borc alınmalıdır. Beləliklə də, ölkələr hədəflədiyi iqtisadi
artımın əldə edilməsi üçün ehtiyac olan vəsaitləri daxili imkanlar əldə edilənə qədər,
xaricdən sərmayə idxalını həyata keçirəcəklər [1, s. 8].
İnkişaf etməkdə olan ölkələrin bir çoxunda xarici borcların
idarə olunmaz
səviyyəyə gəlib çatması, 1982-ci ildə Meksikanın xarici borclarını ödəməyəcəyini
bildirməsi xarici borcların məhdudlaşdırmağı dəstəkləyən tədqiqatçıların sayını ço-
xaltmışdır.
Bunun nəticəsi olaraq, xüsusilə, 1990-cı illərdə bir çox ölkələrdə tədiyyə balan-
sında kəsirlər və böyük məbləğdə borclanmaların qarşısının alınması üçün xarici
borcların azaldılması siyasəti həyata keçirilib. Məsələn, ABŞ-da
büdcə qanunu
qüvvəyə mindikdən sonra ABŞ-ın borc qalığının ÜDM-ə nisbəti 1995-ci ildəki 50
faizdən 2000-ci ildə 35 faizə düşmüşdür. 1992-ci ildə Avropa Birliyinə üzv olmaq
üçün tələbləri müəyyən edən Maastrixt sazişinə görə birliyə üzv olmaq istəyən
ölkələrdə bütün dövlət xərclərinin məbləğinin ÜDM-də xüsusi çəkisi 60 faizi
keçməməlidir. İngiltərənin aldığı qərara görə xarici borclanma ancaq iri layihələrin
həyata keçirilməsi üçün cəlb edilə bilər və xarici borc qalığı/ÜDM nisbəti 40 faizdən
çox olmamalıdır [2. s. 13-18].
Dostları ilə paylaş: