Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
477 
rının sənayedə uğurla tətbiq olunması üçün zəmin yaratmışdır. 
 
Kompyüter  texnikasının  tətbiqi  ilə  əlaqədar  olaraq  idarəetmə 
sistemlərinin  proqramlaşdırılmasında  daimi  inkişaf  mövcud  idi. 
Mürəkkəb  həndəsəyə  malik  olan  səthlərin  emalından  məlum  olan 
praktiki 
təcrübələr 
göstərmişdir 
ki, 
belə 
hissələrin 
emalının 
proqramlaşdırılması həddindən çox əmək və vaxt tələb edirdi. Ona görə 
də,  mütəxəssislər  bu  istiqamətdə  əsas  rasionallaşdırma  potensialını, 
əsasən  yeni  və  məhsuldar  proqramlaşdırma  üsullarının  yaradılmasında 
görürdülər.  Çətin  emal  olunan  deşiklərin  açılmasında  və  mürəkkəb 
frezləmə 
işlərinin 
aparılmasında, 
bir 
çox 
torna 
işlərinin 
proqramlaşdırılmasında  böyük  hesablama  maşınları  tətbiq  olunurdu. 
İnsanlar üçün sadə başa düşülən dildə, qısa şəkildə tərtib olunmuş emal 
proqramlarına ehtiyac getdikcə artırdı.        
 
Proqramların tərtib edilməsi problemyönlü dillərin köməyi ilə yerinə 
yetirilirdi.  Belə  hazırlanmış  informasiya  NC  postprosessorlarda  
dəzgahın idarəetmə sisteminə uyğun şəkildə dəyişdirilirdi. Bu məqsədlə 
tətbiq  olunan,  ABŞ-da  1950-ci  ildə  işlənmiş  APT  proqramlaşdırma  dili 
mürəkkəb,  üçölçülü  frezləmə  əməliyyatının  layihələndirilməsi  üçün 
nəzərdə  tutulmuşdu.  Fortran  proqramlaşdırma  dilinə  əsaslanan  bu  dilin 
köməyi  ilə  istənilən  dəzgah  üçün  idarəetmə  proqramının  işlənməsi 
mümkün idi. Çatışmayan cəhəti ondan ibarət idi ki, o alətin kinematikası 
və  kəsmə  parametrləri  kimi  texnoloji  informasiyanı  özündə  əks 
etdirmirdi. Bu parametrləri əl ilə daxil etmək lazım idi. 
 
Bu  problemi  aradan  qaldırmaq  üçün  Pittler  firması  1963-cü  ildə 
AUTOPİT  -  dəzgaha  uyğunlaşdırılmış  proqram  dilini  işləyir. 
Perfolentlərin maşınların köməyi ilə avtomatik hazırlanması və texnoloji 
problemlərin  hesablama  texnikasının  köməyi  ilə  həll  olunması  Autopit 
dilinin  tətbiqi  ilə  nisbətən  aradan  götürülür.  Sistemdə  NC  dəzgahı 
texnoloji  prosesin  layihələndirilməsi  və  aparılmasında  işlədilən 
informasiya axınının tərkib hissəsi kimi göstərilirdi.  
 
Proqramlaşdırma  sistemlərinin  getdikcə  inkişafı  texnoloji  prosesləri 
optimallaşdırmaq imkanı verdiyindən iki istiqamətdə – həndəsiyönümlü  


Avtomatlaşdırmanın yayılması 
 
478 
və texnolojiyönümlü sistemlər yaranmışdır.        
 
1965-ci ildə aparılmış araşdırma nəticəsində məlum olur ki, o dövrdə 
bütün  əməliyyatları  əhatə  edə  biləcək  ümumi  proqramlaşdırma  dili 
yoxdur.  Bu  məsələ  ilə    alman  alimləri  məşğul  olurlar  və  hər  bir 
əməliyyat  üçün  ayrıca  proqramlaşdırma  dili  yaradırlar.  Bu  dil  EXAPT 
(Extendet Subset of APT) adlanaraq aşağıdakı tərkibdə nümayiş etdirilir 
[3.7]: 
-
 
EXAPT  1

  burğulama  və  sadə  frezləmə  əməliyyatları  üçün 
(1966-cı il), 
-
 
EXAPT 2

  xətti və kontur üzrə torna əməliyyatı üçün (1967-ci 
il), 
-
 
EXAPT  3

  dəzgahın  hər  hansı  bir  oxuna  perpendikulyar 
müstəvidə  xətti  və  kontur  üzrə  burğulama  və  frezləmə 
əməliyyatı üçün. 
Belə  sinifləşdirmə,  proqramlaşdırma  dilinin  verilmiş  əməliyyatın 
qoyduğu  texnoloji  tapşırığa  uyğunlaşdırılmasını  asanlaşdırmışdır. 
Proqramlaşdırmada  işlədilən  sözlər  və  göstərişlərin  tətbiqi  bütün 
dillərdə eyni idi.   
Perfokartlarda  yaddaşa  verilmiş  informasiyalar  hissə  proqramları 
adlanırdı.  Kompyüterin  işi,  sadə  şəkildə  hazırlanmış  hissə  proqramları 
əsasında  NC  dəzgahının  idarə  olunması  üçün  tam  perfolenti 
hazırlamaqdan  ibarətdir.  Bu  işi  kompyüterdə  görmək  üçün,  idarə 
proqramının emal edilməsi və uyğunlaşdırılması üçün iki proqram lazım 
idi.  Nəticədə,  dəzgahın  idarə  perfolenti,  istehsalın  hazırlığı  və  təşkili 
üçün sənədlər hazırlanırdı (şəkil 3.22). 
60-cı  illərdə  EXAPT  proqramlaşdırma  dilinin  inkişafı  və  geniş 
yayılması  məqsədi  ilə  Almaniyada  EXAPT  cəmiyyəti  yaranır.  Bu 
cəmiyyət,  9  ölkədən  90-a  yaxın  mütəxəssisin  iştirak  etdiyi  bir  mərkəzi 
təşkilata  çevrilərək  geniş  tədqiqat  işləri  görür.  NC  texnologiyasının 
ümumi  şəkildə  yayılmasında  bu  cəmiyyətin  gördüyü  işlər  əhəmiyyətli 
rol oynamışdır.     


Avtomatlaşdırmanın yayılması 
 
479 
 
Mikroprosessorların  getdikcə  inkişaf  etməsi  idarəetmə  sistemlərinin 
də  təkmilləşdirilməsi  və  proqramlaşdırmanın  asanlaşması  üçün  şərait 
yaratmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.22. EXAPT sisteminin quruluşu. 
 
70-ci  illərin  sonunda  birbaşa  sexlərdə  proqramlaşdırma  ideyası 
güclənərək  sonrakı  inkişafın  istiqamətini  müəyyənləşdirir.  Bununla 
bərabər  hazırlanmış  NC  proqramlarının  birbaşa  dəzgaha  verilməsi 
məsələsi də gündəmə gəlir. Bu dəzgahlarda eyni idarəetmə strukturunun 
yaranması  məsələsini  qoyur  ki,  bütün  dəzgahlar  eyni  prinsiplə 
proqramlaşdırıla bilsin.  
 
80-cı  illərdə  də rəqəmli  idarəetmədə əsas inkişaf dəzgah və  operator 
arasında  interaktiv  dialoqa  əsaslanan  proqramlaşdırma  sistemlərinin 
yaranması  ilə  səciyyələnir.  Dəzgahlarda  elektron  ekranlarının  tətbiqi 
prosesin  qrafiki  olaraq  simulyasiya  edilməsini  və  beləliklə,  dəzgahı 
tətbiq etmədən prosesin gedişini real zamanda görmək olurdu.  


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə