Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
487 
larının  tətbiqi  ilə  inteqrasiya  olunmuş  transfer  xətlərinin  yaradılmasına 
başlanır.  Burada  əsas  söhbət  bir-biri  ilə  yükləmə  tərtibatı  ilə 
əlaqələndirilmiş  ayrı-ayrı  dəzgahlardan  gedir.  İlk  belə  inteqrasiya 
olunmuş  sistem  səkkiz  emal  mərkəzi  və  iki  burğu  dəzgahından  ibarət 
idi.    
 
Buna  paralel  olaraq  avtomatik  alətdəyişmə  sisteminə,  pəstah  nəql 
edən  tərtibatlarla  işləyən  yükləmə  sisteminə    və  iri  işçi  sahəsinə  malik 
emal mərkəzlərinin yaranması prosesi baş verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.27. “System 24” çevik istehsal sistemi. 


Avtomatlaşdırmanın yayılması 
 
488 
70-ci illərin sonunda çevik istehsal sistemlərinin inkişafında yeni bir 
addım  atılır.  Tam  təcrid    olunmuş  və  texniki  təminat  sisteminə  malik 
emal  mərkəzləri  emal  hücrələrinə  daxil  edilir.  Emal  hücrələrində 
yerləşdirilmiş  dəyişmə  tərtibatı,  dəzgahları  ilkin  mövqelərdə  yığılmış 
materialla  avtonom  təmin  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
istehsalda  tətbiq 
olunan  avadanlığın 
çevikliyi  artdıqca  onun 
məhsuldarlığı  aşağı  düşürdü  (şəkil  3.28).  Çünki,  çevik  texnoloji 
sistemlərinin sazlanmasına daha çox vaxt lazım gəlir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.28. Çevik istehsal sistemləri arasında əlaqə.   
 
 
Çevik  istehsal  sistemlərinin  1975-ci  ildə  Yaponiyada  geniş  tətbiqi 
nəzərə  çarpır  [3.17].  Bu,  Yaponiyada  istehsalın  məhsuldarlığının 
artırılması üçün NC dəzgahlarının tətbiqi  ilə bağlı idi. Avropa və  ABŞ-
dan fərqli olaraq Yaponiyada tətbiq olunan çevik istehsal sistemləri çox 
hallarda  hazırlama  prosesi  ilə  bəarbər  yığmanı  da  əhatə  edirdi.  Şəkil 
3.29-da  avtomobil  vallarının  hazırlanması  üçün  Hitaşi  firmasının 
hazırladığı bir çevik sistem təsvir olunmuşdur.   


Avtomatlaşdırmanın yayılması 
 
489 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.29. Çevik istehsal sistemi, 1981. 
( 1-yükləmə məntəqəsi, 2 və 3- CNC torna dəzgahları AX-25N, 4-ötürücü mexanizm, 5-
üfiqi  çoxməqsədli  dəzgah  MN630,  6-ötürücü  mexanizm,  7-  pardaqlama  dəzgahı 
CGU100N, 8- boşaltma məntəqəsi, 9-avtomatik yükləmə, 10- CNC idarə qurğusu)   
 
 
1980-ci  illərin  əvvəlində  Avropada  da  çevik  istehsal  sistemlərinin 
tətbiqi  sürətlənir.  Çevik  istehsal  sistemlərinin  tətbiq  olunması 
tendensiyası  onların  köməyi  ilə  hazırlanan  hissələrin  sayından  asılı 
olaraq  qiymətləndirilir.  Bu  baxımdan  Avropa,  ABŞ  və  Yaponiyada 
tətbiq  olunan  sistemlər  müxtəlif  sayda  hissələrin  emalı  üçün  nəzərdə 
tutulmuşdur.  Bunların  arasında  Alman  sistemlərinin  çevikliyi  daha 
yüksək  idi.  Çevik  sistemlər,  adətən  gövdə  hissələrin  hazırlanmasında 
özünə  geniş  yer  tapmışdır.  Gövdə  hissələrin  payı  bu  istehsalda  60% 
təşkil  edirdi. Çevik  istehsal sistemlərinin tətbiqində  qapalı axın öz asan 
idarə olunması və texnolojiliyi ilə müəyyən üstünlüyə malik  idi. Qapalı 
axın  texnologiyasından  Yaponiyada  da  çox  istifadə  olunurdu.  Bu 
texnologiya  Yaponiya    çevik  istehsalında  60%  təşkil  etdiyi  halda, 
Avropada  və  ABŞ-da  45%  idi.  Ümumiyyətlə,  çevik  istehsal 


Avtomatlaşdırmanın yayılması 
 
490 
sistemlərinin  tətbiqi  emal  olunan  hissələrin  həndəsi  formasından, 
məhsuldarlıq 
kriteriyalarından 
və 
istehsalın 
idarə 
olunması 
tələblərindən,  hissələrin  sayından,  emal  dəqiqliyindən,  həmçinin 
avtomatlaşdırma dərəcəsindən asılı olaraq həyata keçirilir.  
 
Son  50  ildə  çevik  istehsal  sistemlərinin  inkişafına  nəzər  saldıqda 
görünür  ki,  burada  tətbiq  olunan  dəzgahlar  yüksək  səviyyə  və 
mürəkkəbliyə malikdirlər. Sistemlərin daimi inkişafı nəticəsində onlarda 
yüksək etibarlıq, aşağı maya dəyəri və yüksək səmərəlik əldə edilmişdir. 
Gələcəyin zavodu  modular şəklində işləyən  və  yüksək avtomatlaşdırma 
səviyyəsinə  malik çevik  istehsal sistemlərindən ibarət olacaqdır. Dünya 
üzrə 
Almaniya 
və 
Yaponiya 
çevik 
istehsal 
sistemlərinin 
hazırlanmasında aparıcı yer tuturlar.    
 
Mütərəqqi  texnologiyanın  inkişaf  etdirilb  istehsalda  tətbiq  olunması, 
istehsal  proseslərinə  informasiya  texnikasının  inteqrasiyası  şəraitində 
baş  verirdi.  Hazırlama  proseslərinin  layihələndirilməsi  və  praktikada 
reallaşdırılması  getdikcə  informasiya  texnikasının  güclü  iştirakı  ilə 
həyata keçirilirdi. 
 
İnkişaf etmiş  hazırlama sexləri üçün ümumi səciyyə  kompyüterlərin 
köməyi 
ilə 
avtomatlaşdırmanın 
tətbiqi 
idi. 
Burada 
söhbət 
avtomatlaşdırılmış  layihələndirmə  (CAD  -  Computer  Aided  Design), 
avtomatlaşdırılmış  planlaşdırma  (CAP  -  Computer  Aided  Planing), 
avtomatlaşdırılmış  hazırlama  (CAM  -  Computer  Aided  Manufacturing
və  avtomatlaşdırılmış  keyfiyyətə  nəzarət  (CAQ  -  Computer  Aided 
Quality  Assurance)  sistemlərindən  gedir.  Bu  sistemlərin  tətbiqi  ilə 
istehsalın  ənənəvi  təşkilində  də  EHM  inteqrasiyası  qaçılmaz  olmuşdur. 
Gələcəyin 
fabrikində 
məhsulun 
layihələndirilməsindən 
tutmuş, 
hazırlama  prosesi  və  sifarişçiyə  göndərilməsini  əhatə  edən  açıq 
informasiya  axınının  tətbiqi  ilə  yeni  bir  istehsal  prosesinin  həyata 
keçirilməsi mümkün olmuşdur.         
 
CAD  sistemləri  yeni  məhsulun  yaradılması  ilə  bağlı  olan 
layihələndirmə  və  konstruksiyaetmə  işlərinin  yerinə  yetirilməsində 
istifadə edilir. Mühəndis kompyüterdə qrafiki-interaktiv şəkildə verilmiş 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə