Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
78 
78 
erkəyində  bir  köküm  var,  Ortac  qırda  sizin  keyikləriniz 
durğurmaya (səh. 147). 
Bu parçada iĢlənmiĢ "Ortac" sözünü də tərcüməçilər toponim 
kimi anlamamıĢlar. 
1972-ci il nəĢrində parça aĢağıdakı kimi tərcümə olunmuĢdur: 
On root of mine is growing from the tiger of white rock
May he never leave eour deer in peace (səh. 161). 
Burada "Ortac" yer adından söhbət açılmır. 
Mlrebllenin nəĢrində isə parça belə verilmiĢdir; 
I have my roots in the virility of the tiger of the white rock. 
He  does  not  let  your  deer  remain  in  the  South  Country  (88. 
217). 
Bu  tərcümədə  də  "Ortac"  adı  xatırlanmamıĢ,  "ortac"  "cənub 
ölkəsı" kımi tərcümə edilmiĢdir. 
Bütün bu müqayisəli təhlillərdən sonra bu qənaətə gəlmək olar 
kı, "Kitabi-Dədə Qorqud"dakı toponimlərin böyük əksəriyyəti 
transliterasiya  edilmiĢ  və  dastanın  ruhuna  uyğun  Ģəkildə 
çatdırılmıĢdır.  Lakin  bəzi  hallarda  yer  adlarının  izahlarında 
yalnıĢlığa  yol  verilmiĢ,  bəzi  toponimlərin  isə  mənası 
anlaĢılmamıĢdır. 
Fikrimizcə,  bu  anlaĢılmazlıqları  dastanın  ingilis  dilində 
gələcək nəĢrlərində aradan qaldırmaq çətin olmayacaqdır. 
  
X X X 
  
Azərbaycan  xalqının  qədim  mədəniyyət  və  ədəbiyyat  abidəsi 
olan  "Kitabi-Dədə  Qorqud"  dastanının  bir  boyu  1815-ci  ildə 
ilk  dəfə  alman  dilinə  tərcümə  olunmaqla  elm  aləminə 
çatdırılmıĢdir.  Bundan  sonra  epos  üzərində  geniĢ  elmi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
79 
tədqiqatlar  baĢlanmıĢ,  dastanın  dili,  hadisələrin  baĢ  verdiyi 
coğrafi məkan və zaman 
haqqında,  onun  qəhrəmanları  və  yaranma  tarixi  barədə 
müxtəlif  əsərlər  yaranmıĢdır.  Ötən  əsrin  ikinci  yarısından 
baĢlayaraq dastan müxtəlif dillərə tərcümə edilmiĢdir. 
"Kitabi-Dədə  Qorqud"  ingilis  dilinə  nisbətən  gec  tərcümə 
edilsə  də,  ingilisdilli  ĢərqĢünaslar  bu  əsərə  xüsusi  diqqət 
yetirmiĢ  və  nəticədə  dastanın  ingilis  dilində  üç  tam  tərcümə 
variantı  meydana  gəlmiĢdir.  Bundan  baĢqa  ayrı-ayrı  illərdə 
eposun  müxtəlif  hissələri  ingilis  diiində  nəĢr  olunmuĢ, 
dastanın  məziyyətiəri  barədə  ingilis  dilində  çoxlu  məqalələr 
dərc edilmiĢdir. 
"Kitabi-Dədə  Qorqud"  dastanındakı  xüsusi  adların  ingilis 
dilində verilmə yollarını tədqiq edərkən biz eposun bu dilə iki 
tam  tərcümə  variantı  və  "Müqəddimə"  və  "Qanlı  Qoca  oğlu 
Qanturalı boyunu bəyan edər" adlanan altıncı boyunun ingilis 
dilinə  tərcüməsi  üzərində  təhlil  aparmıĢıq.  Muqayisəli  təhlil 
zamanı məlum olmuĢdur ki, hər üç tərcümə variantında xüsusi 
adların  verilməsinə  tərcüməçilər  diqqətlə  yanaĢmıĢ,  adları 
dastanın ruhuna uyğun əks etdirməyə səy göstərmiĢlər. Xüsusi 
adların  çatdırılması  üçün  transliterasiyaya  üstünlük  verilmiĢ, 
xüsusi adların  ingilis  dilində transkripsiyası  əks etdirilmiĢdir. 
Belə  adların  ingilisdilli  oxucuya  aydın  olması  üçün  bütün 
tərcümə variantlarında geniĢ izah və Ģərhlər verilmiĢdir. Bəzi 
xüsusi adlar isə tərcümə olunmuĢdur.Tədqiqat zamanı məlum 
olmuĢdur  ki,  "Kitabi-Dədə  Qorqud"dakı  xüsusi  adların 
transliterasiyasında 
ortaya 
çıxan 
baĢlıca 
çətinlik 
qəhrəmanların  adındakı  titul,  epitet  və  təĢbehlərlə  bağlıdır. 
ġəxs  adlarına  əlavə  edilən  belə  elementlər  bəzi  hallarda 
tərcümədə  unudulmuĢ,  yaxud  yanlıĢ  çevrilmiĢdir.  Bu  da 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
80 
80 
dastandakı  adın  daĢıdığı  nominativ  və  tarixi-psixoloji  məna 
yükünün təhrif edilməsinə gətirib çıxarmıĢdır. 
Tərcümələrdə  vahid  prinsipə  əməl  olunmadığı  da  müĢahidə 
edilir. Məsələn, eyni tərcümədə Dirsə xan "Dirse khan" kimi, 
Qazan xan isə "Prince Kazan" kimi verilmiĢdir. Yəni bir yerdə 
xan sözü saxlanmıĢ, digər yerdə xan sözü prins-Ģahzadə kimi 
təqdim  olunmuĢdur.  Yaxud  "Boyu  uzun  Burla  xatun"  bir 
tərcümə  variantında  həm  "the  tall  Lady  Burla  Hatun"  kimi, 
həm  "Burla  Hatun,  the  tall  lady"  kimi,  həm  də  "the  tall  and 
slim-waisted  Burla  Hatun"  kimi  təqdim  olunmuĢur.  Ġkinci 
tərcümə variantında da bu ad müxtəlif formalarda verilmiĢdir: 
"Lady Burla the Tall" və "Lady Burla the Long". Fikrimizcə, 
eyni adın bir tərcümədə müxtəlif cür verilməsi doğru deyil. 
Eyni  tərcümədə  Qaracıq  Çobanın  adındakı  "çoban"  sözünü 
tərcümə edib ("Karacik the Shepherd"), məsələn, Qonur Qoca 
Sarı  Çoban  adındakı  "çoban"  sözünü  saxlamaq  ("...Saru 
Choban") da anlaĢılmazlıq yaradır. 
Tərcümələrdəki  daha  bir  qüsur  isə  adların  türk  əlifbasına 
məxsus hərflərlə verilməsidir. Türkcə (həm azəri türkcəsində) 
iĢlənən  ü,  ğ,  ç,  c,  ı,  Ģ  kimi  hərflər  ingilis  dilində  baĢa 
düĢülmür. Məsələn, "Kara Göne", "ġökli Melik", "Aruz Koca" 
və  s.  yazılıĢlardakı  hərflər  ingilisdilli  oxucuya  aydın  olmur. 
Tərcüməçilər  bu  məqamı  da  unutmamalı  və  adları  ingilis 
əlifbasının hərfləri ilə verməli idilər. 
Tədqiqatda  "Kitabi-Dədə  Qorqud"da  iĢlənən  yer  adlarının 
(toponimlərin)  verilməsi  məsələləri  də  araĢdırılmıĢdır. 
Dastandakı  yer  adlarının  da  əksəriyyətinin  transkripsiyası 
verilmiĢ,  bu  adlar  barəsində  müvafıq  qeydlər  göstərilmiĢdir. 
Ayrı-ayrı adlar isə tərcümə olunmuĢdur. Yer adlarının ingilis 
dilində əsasən düzgün çatdırıldığını qeyd etməklə yanaĢı, bəzi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə