73
çıxır.
Bəli, əziz dostlar, zəmanəmizin Staxanovu ucqar
kəndin xeyir-şər məclislərinin moderatorluğunu inhisa-
ra ala bilib. O həm hüzr mərasimlərini molla qismində
yola verməyi, həm də toyları aparmağı bacarır. İşi də
çoxdur. Təcrübə göstərir ki, yaşlı nəslin nümayəndələri
dünyalarını dəyişməyə, cavanlar da toy çaldırmağa me-
yilli olurlar...
Fitri istedad bax belə olur. Həm molla, həm də xanən-
də olmaq hər adamın işi deyil.
Yeri gəlməsə də, istəyirəm biləsiniz ki, Staxanovun
əsl adı Andrey olub. Onun normadan artıq kömür çıxar-
ması haqqında “Pravda” qəzetinin məqaləsində şaxta-
dan gəlmiş teleqrama istinad edilibmiş. Teleqramda isə
şaxtaçının adı və soyadı “A.Staxanov” olaraq göstərili-
bmiş. Jurnalistlər qərara alıblar ki, yoldaş Staxanovun
adı olsa-olsa Aleksey ola bilər. Məqalədə elə bu formada
da yazıblar. Staxanovun əsl adının Andrey olduğu bilin-
dikdə, yoldaş Stalin deyib: ““Pravda” qəzeti səhv edə
bilməz. “ Beləliklə də, Staxanovun adı olub Aleksey. O
da gedib tələm-tələsik təzə pasport almalı olub.
“Vsyo”!
www.avciya.az
28 mart 2013-cü il
74
SKANER BOLLUĞU
Sovet İttifaqı paytaxtının göz yaşlarına inanma-
masına və bunun kimi başqa maraqlı, həm də təsirli
məsələlərə həsr olunmuş gözəl bir filmdə kişi qəhrəman
qadın qəhrəmana deyir ki, onun, yəni qadın qəhrəma-
nın baxışları ərdə olmayan zənən xeylağının baxışlarına
bənzəyir. Qadın qəhrəman da soruşur ki, bəyəm ərdə ol-
mayan qadınlar xüsusi formada baxırlar? Kişi qəhrəman
bildirir ki, bəs necə, ərdə olmayan qadınlar insanlara
qiymət vermək məqsədi ilə baxırlar. Özü də tək onlar
belə baxmır insanlara. Milisionerlər və rəhbər işçilər də
belə baxırlar.
Mərc gəlməyə hazıram ki, bizim ölkəmizdə insanlara
qiymət vermək məqsədi ilə baxanlar az deyil. Hər halda
mənə belə gəlir.
Deyək ki, günlərin bir günü cibinizdə siçanların qay-
tağı oynamağına əhəmiyyət vermədən şəhərimizin ya-
raşıqlı küçələrindəki qəşəng mağazalardan birinə daxil
olursunuz. Məqsədiniz qiyməti yaxın 3 il ərzində alaca-
ğınız bütün maaşların cəminə bərabər olan ayaqqabı al-
maq deyil. Sadəcə olaraq uğur qazana bilmiş insanların
geyindikləri pal-paltarı yaxından görmək istəyirsiniz.
Necə bilirsiniz, aylıq məvacibi sizin donluğunuzdan az
fərqlənən satıcının sizə münasibəti necə olacaq?
Və yaxud başqa bir halı gözünüzün önünə gətirin.
Taksi saxlayırsınız və sürücüdən sizi hansısa ünva-
na neçəyə apara biləcəyini soruşursunuz. Həmin anda
sürücünün məsafə barədə deyil, sizin hansı məbləği
problemsiz ödəyə biləcəyiniz barədə düşünmədiyinə zə-
75
manət vermək olarmı?
Buna bənzər misalların sayını artırmaq hüququndan
imtina edərək bildirirəm ki, bu hallar bütün dünyada da
yayılıb.
Məsələn, Dubayın Polis klubunda mütəmadi olaraq
maşın nömrələrinin hərracı keçirilir. Bu yaxınlarda 78-ci
hərrac keçirilib. Və bu hərracda 25 milyon dirhəm əldə
edilib və 3 dirhəm də təxminən 1 manat eləyir. L 16 nöm-
rə nişanı 1,19 milyon dirhəmə satılıb. Bu olub hərracın
rekordu. Ucuz nömrələr də olub hərracda. Nəcib L 1111
nömrəsinə 890 000 dirhəm veriblər.
İndi bildiniz ki, tək biz deyilik maşın, ya da telefon
nömrəsinə görə adamlara qiymət verən?
Vaxt vardı adamı geyiminə görə qarşılayıb, ağlına
görə yola salırdılar. İndi geyim adam elə yola salınanda
da işə yarayır. Deyəsən.
www.avciya.az
29 mart 2013-cü il
76
UQO VƏ BƏŞƏR
Venesuelada balaca bir cizgi filmi çəkilib. Filmdə
Uqo Çavesin cənnətə düşmə səhnəsi göstərilir.
Bəli, göstərilir ki, Çaves cənnətə düşür və onu öz
nənəsi ilə birlikdə Kuba inqilabçısı Ernesto Çe Gevara,
Çilinin keçmiş prezidenti Salvador Alyende, Argentina-
nın keçmiş birinci xanımı Yeva Peron, Nikaraqua inqila-
bının lideri Auqusto Sandino və əlbəttə ki, Venesuelanın
milli qəhrəmanı general Simon Bolivar qarşılayırlar...
Çox maraqlı filmdir. Baxmağa dəyər. Cəmi bir dəqiqə
vaxtınız gedəcək. Əvəzində isə biləcəksiniz ki, cənnət-
də, hər halda bu cizgi filminin müəllifləri belə düşünür-
lər, əsasən solçular yerləşdiriliblər.
Diqqət yetirin, Çe Gevara – 1959-cu il Kuba inqila-
bının komandantesi olub. Fidel Kastro və Kamilo Syen-
fueqos kimi.
Salvador Alyende Çili Sosialist Partiyasının yaradıcı-
sı idi. 1970-ci ildə prezident seçkilərində qalib gəlmişdi.
Yeva Peron Argentina prezidenti Xuan Peronun həyat
yoldaşı və çoxları üçün sosial ədalət simvolu idi.
Auqusto Sandino 1927-1934-cü illərdə Nikaraqua
milli azadlıq hərəkatının (əslində müharibəsinin) lideri
olub.
Simon Bolivarın adı Cənubi Amerikadakı ispan kolo-
niyalarının azadlığı uğrunda mübariz kimi tarixdə qalıb.
Uqo Çavesin nənəsi nə işlə məşğul olub deyə bil-
mərəm. Amma, Uqo Çavesin nənəsi olmaq da cənnətə
düşmək üçün yetərli sayıla bilər. Hər halda Venesuelada
belə düşünən multiplikatorlar var...
77
Bəs Suriyada necə, cizgi filmləri çəkilirmi? Və əgər
Bəşər Əsədin son vaxtlar tez-tez yayılan ölüm xəbərlə-
rindən hansısa düz çıxsa, onun haqqında da cizgi filmi
çəkilə bilərmi? Elə Venesuela ssenarisi üzrə. Yəni, Bəşər
Əsəd cənnətə düşür və orada deyək ki, Səddam Hüseyn
və Müəmmər Qəzzafi tərəfindən qarşılanır.
Bəşər Əsəd BƏƏS-in, ərəb sosialist partiyasının
təmsilçisidir. Və onun vaxtilə elə həmin partiyanın İraq
qanadının lideri olmuş Səddam Hüseyn tərəfindən qar-
şılana biləcəyini istisna etməməliyik. Mərhum Qəzzafi-
nin də inqilab lideri olduğunu nəzərə alsaq, o da görüşə
qatıla bilər. Həm də bu adamlar sağlıqlarında da Bəşər
Əsədi tanıyıblar axı.
Amma Bəşər Əsəd sağdır və üstəlik onun nə vaxtsa
cənnətə düşmək şansları elə də yüksək olmamalıdır. Hü-
seyn və Qəzzafi soyadlı məşhur şəxslərin də həmçinin.
www.avciya.az
1 aprel 2013-cü il
Dostları ilə paylaş: |