46
YERİN QİYMƏTİ
Bu yazı adi adamlar üçün nəzərdə tutulub.
Və mütəmadi olaraq adi adamlar tərəfindən kiçik və
böyük toy məclislərinə çağrılan adi adamlar haqqında-
dır. Daha doğrusu, adi adamın dəvətnamə aldıqdan son-
ra atdığı addımlar haqqında.
Beləliklə, növbəti toy məclisinə dəvətnamə alan adi
adam adətən şadyanalıq məclisinin baş tutacağı məkan-
da yerin qiyməti ilə maraqlanır. Öyrənmək istəyir ki,
toya çağıran bir adamlıq yer üçün restorana nə qədər
pul verəcək. Bu çox mühüm informasiya əldə edildik-
dən sonra toya çağrılan öz maddi durumunu ailə üzvləri
ilə müzakirə edir. Müzakirələrdə yaxın, bəzən də uzaq
keçmişə nəzər salınır. Və bu retrospektiv baxış çərçivə-
sində ailə arxivində səliqə ilə saxlanan “toy dəftəri”nə
müraciət olunur. Bu zaman ikinci rəqəm aşkarlanır və
həmçinin müzakirə edilir.
Məsələ burasındadır ki, toya çağrılan nə vaxtsa hök-
mən toya çağıran qismində də çıxış edib. Və ikinci rəqəm
indi toya çağıran şəxsin vaxtilə toya çağrılan qismində
saldığı (bəli, bəli, məhz saldığı) pulun məbləğıdir.
Şübhə doğurmayan iqtisadi uğurlarımız inflyasiya-
nı-filanı çoxdan tarixin arxivinə göndərib, odur ki, ailə
arxivindəki dəftərin hər hansı rəqəmi aktuallığını itirə
bilməz. Və bu rəqəm adi adamın çağrıldığı toyun düzən-
lənəcəyi məkandakı müasir qiymət qədər mühümdür.
Hökmən
misal çəkməliyəm ki, tam aydın olsun.
Deyək ki, A. müəllimi B. müəllim (bizdə hamı müəl-
limdir, bunu bilirsiniz) 2013-cü ildə toya çağırıb. Və