Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

60 

 

SON DÖYÜġ VƏ ƏBƏDĠYYƏT QAPISI... 



 

Vidadi  Yusif  oğlu  Bağırov  1959-cu  il  noyabrın  8-ində  anadan  olub. 

Hadisələrin  ilk  çağlarında  ələ  silah  götürən  el  oğullarımızdan  olub.  O  Bağlıpəyə, 

Çərəkdar,  Ağdaban  kəndlərinin  strateji  əhəmiyyətini  yaxşı  başa  düşürdü.  Vidadi 

bir sıra döyüşlərin iştirakçısı olmuşdu. 

8  Aprel  1992-ci  il  Ağdaban  üzərinə  düşmən  hücumunun  qarşısının 

alınması  onun  son  döyüşü  oldu.  Səhər  tezdən  düşmən  ətraf  yüksəklikləri  ələ 

keçirərək  kəndi  mühasirəyə  almışdı.  Bağırov  Vidadi  Çayqovuşanla  Ağdaban 

arasında  hündür  təpəlikdən  qəbiristanlıq  istiqamətində  irəliləyən  ön  dəstənin 

tərkibində  mühasirəyə  düşür.  Qanlı  döyüşlər  başlanır.  Vidadi  bir  neçə  döyüş 

yoldaşı ilə birlikdə xüsusi şücaət göstərərək həlak olur. 

Məzarı Bağlıpəyə kənd qəbiristanlığındadır. 



 

Sən şəhid oğlu şəhid, 

İstəmə məndən məqbər, 

Sənə ağuşunu açmış və durur peyğəmbər 

M. Arif Ersoy 

 

KƏLBƏCƏR RAYONU, BAĞLIPƏYƏ KƏNDĠ 

 

Bağlıpəyə  kəndi  Kəlbəcər  rayonunun  tabeliyində  olan  qədim  kolanı 

obasıdır.  Coğrafi  mövqeyinə  görə  strateji  əhəmiyyəti  var  idi.  “Ağdərədə  nələr 

oldu?”  kitabına  həm  tayfa  birliyi  baxımından,  həm  də  döyüşlərin  gedişi 

baxımından  məqsədəuyğun  olduğundan  bu  fəsli  əlavə  etməli  olduq.  Çünki  istər 

Ağdərənin azad edilməsində, istərsə də müdafiə döyüşlərində ilk hücumlar yönələn 

kəndlərdən  biri  də  Bağlıpəyə  kəndi  olbu.  Kənd  35  evdən  və  təxminən  300  nəfər 

əhalidən ibarət idi. Üç nəfər övladı şəhid olub. 

P.S.  Bağlıpəyə  şəhidləri  haqqında  yazıların  və  şerlərin  müəllifi 

Məhyəddin İsmayılovdur. 



 

Əsir kəndim 

 

Ata qəbri, ruhun məni incidir, 

Həsrətindən bilsən necə solmuşam? 

Gündən-günə canım şam tək əriyir, 

Ah-vayımdan dəli kimi olmuşam. 

Nə gələn var,nə gedən var üstünə, 

Hər tərəfdə çəəmən-çiçək qan ağlar, 

Hiss etmirəm soyuq nədir,isti nə, 

Niyə belə ağlar qaldı bu dağlar, 



61 

 

Məcid dayı, qəzəblisən bilirəm, 



Bığlarını çeynəyirsən durmadan, 

Hakim Nofəl həsrətindən ölürəm, 

Mən nə deyim ağlar qalsın bu zaman. 

Qartal gözlü Əziz, sənin əlindən, 

Sızlamayan bircə düşmən qalmadı. 

Bilmirsən namərdlərin işini, 

Söz çevirən bir erməni olmadı. 

Sən olsaydın bu dərd bizi tapmazdı, 

Namərdlərin əzrayılı sən idin. 

Elim, obam öz yerindən qopmazdı, 

Çox heyf ki, bu günləri görmədin. 

Bağlıpəyə, nəslimizin gorgahı, 

Qaraqaya, Laçınqaya, Kəmər daş. 

Tərtər çayı, söylədikcə sən ağı, 

Burda mənim gözlərimdən yaş axır

 

ÖLMƏ QARDAġ DÜġMƏN YAMAN ÇOXALDI 

 

Qabilov Sədrəddin Qədir oğlu 1952-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə 

kəndində  dünyaya  göz  açıb.  Bağlıpəyə  rayonunun  füsunkar  gözəlliyi,  Tərtərin 

şaqraq səsi, əzəmətli Laçınqayanın heyranedici ucalığı sədrəddində vətənə sonsuz 

məhəbbət  yaratmışdı.  O,  Sovet  ordusu  sıralarında  xitmətini  başa  vurub  yenidən 

kəndinə  qayıtmışdı.  1986-cı  ildə  Ağdabanlı  Şəmşirin  qızı  Təranə  ilə  ailə  həyatı 

qurmuşdu.  Bir  neçə  ildən  sonra  atası  rəhmətə  getmiş  Sədrəddin  isə  ailəsi  ilə 

birlikdə Tərtər rayonuna köçüb orada yaşayırdı. 

1988-ci  ildə  Erməni-Azərbaycan  ziddiyyətləri  başladıqdan  sonra  öz 

doğma kəndi olan Bağlıpəyə kəndinə qayıdır. O, çox çevik və inadkar oğlan idi. 

O  təxminən  Ağdaban  faciəsindən  10  gün  qabaq  mənim  yanıma  gəldi  və 

Milli  orduya  keçmək  istədiyini  bildirdi.  Düzü  mən  razı  olmadım  və  dedim: 

“Sədrəddin,  sənin  iki  körpə  uşağın  var.  Sənin  körpələrini  kim  saxlayacaq?”  (M. 

İsmayılov  nəzərdə  tutulur  –red.)  Bir  neçə  gün  sonra  eşitdim  ki,  o  Milli  orduya 

keçmək üçün sənədlərini təqdim edib. 

1992-ci  il  aprelin  8-də  səhər  tezdən  erməni  hərbi  birləşmələri  Ağdaban 

kəndini  mühasirəyə  almışdı.  Sədrəddinin  silahı  yox  idi.  O  hadisəni  eşidən  kimi 

fikirləşmədən  özünü  bacısının  qaynatası,  kənd  ağsaqqalı  Əmiraslan  müəllimin 

evinə çatdırıb çox axtarandan sonra 28  № li quş tüfəngi ilə hadisə yerinə çatmağa 

çalışır.  Qarşısına çıxanlar nə qədər desələr də onu yolundan döndərə bilmirlər. O 

deyir:” Ağdaban çətin ayaqdadı, onlara kömək lazımdır, ölsəm də getməliyəm.” 

Həmin  vaxt  Sədrəddin  Qabilovun  bir  qızı  və  qaynatası  ilə  qaynatası 

Ağdabanda idilər. O dostları ilə birlikdə Ağdaban gedir. 



62 

 

Düşmənlər  qumabaraatanla  Ağdaban  kəndinə  gedən  maşın  yolunu 



kəsmişdi.  Sədrəddin  dostları  ilə  birlikdə  güclü  müqavimətə  rast  gəldilər.  Atışma 

zamanı  dostlarını  itirən  Sədrəddin  ölmüş  ermənilərdən  birini  silahını  götürüb 

ermənilərə atəş açır. Lakin o ağır yaralı idi. Düşmən gülləsi onun üstünə dolu kimi 

səpələnirdi.    Xeyli  atışmadan  sonra  o  döyüş  dostları  ilə  birlikdə  Turşsu  deyilən 

yerdə  şəhid  oldu.  O  şəhid  olarkən  avtomatı  öz  qucağına  sıxılı  qalmışdı. 

Sədrəddinin  o  vaxt iki  qızı  vardı.  Onun  ölümündən  sonra  dünyaya  bir  oğlu gəldi. 

Sədrəddin  və  onun  dostları  Bağlıpəyə  qəbiristanlığında  dəfn  edildi,  əbədiyyətə 

qovuşdular.  Həmin  gün  Bağlıpəyə  kənd  qəbiristanlığı  beş  nəfər  şəhidi  ğz  balası 

kimi qoynuna aldı. 

Sədrəddin Qabilovun həyat yoldaşı və üç uşağı hazırda Tərtər rayonunun 

Sarov kəndində yaşayır. 

 

QARALARIN QƏHRƏMAN OĞLU 

 

Qəzənfər  Surxay  oğlu  Məmmədov  1970-ci  il  fevralın  16-da  doğulub. 

1987-ci  ildə  qonşu  Sırxavənd  kəndində  orta  məktəbi  bitirmişdi.  Sonra 

Xnakəndində  sürücülük  peşəsinə  yiyələnmişdi.  1988-90-cı  illərdə  Voronej 

şəhərində  əsgərlik  borcunu  yerinə  yetirib.  Qəzənfər  hərbi  xidmətdən  tərxis 

olunandan  sonra  doğulub  boya-başa  çatdığı  Qaralar  kəndinə  yox,  Yeni  Qaralara 

qayıtmalı oldu.Həmin vaxt dədə-baba yurdu Qaralar kəndi düşmən tapdağı altında 

idi. Öz yuvasından məcburi köçgkün düşmüş Qaralar camaatı Xaçın çayı sahilində 

Yeni Qaralar adı ilə yeni kənd salmışdılar. Qəzənfər bu dərdə, ağrıya dözə bilmir, 

gecə-gündüz  ana  yurdunu  düşmən  tapdağından  qurtarmaq,  erməni  quldurlarına 

sarsıdıcı zərbələr vurmaq haqqında fikirləşirdi, yollar axtarırdı. Hər gün olmasa da 

günaşırı 25 km yol qət edərək Qaralar kəndinə gedir, saatlarla oturub havası, suyu, 

təbiəti  ilə  boya-başa  çatdığı  yurdun  yoluna  ,  izinə,  viranə  qoyulmuş  ev-eşiyinə 

baxır, dil açıb ağlayan bulaq və çayların naləsinə qulaq asırdı. 

1991-ci  ildə  Qan  çanağı  Qazançıdan  ermənilər  hücuma  keçirlər.  Dərhal 

beşatılanı əlinə alıb quldurların basqınının qarşısını alan Qəzənfər, onları bir addım 

olsun irəli buraxmır. Onun köməyinə çatana kimi bir neçə qulduru qanına bulayır. 

Günü-gündən  döyüşlərdə  püxtələşən  Qəzənfər  Xankəndi-Ağdərə  yolu  üzərində 

Palçıqlı dərə üzərində təkbaşına pusqu quraraq bir avtobus erməni quldurunu məhv 

edir, yük maşını dolu hərbi sürsatı qənimət götürür.  Qazançı kəndində daşnaqların 

komandiri  Montaj  öz dəstəsi  ilə  ətraf  kəndləri  dinc  yaşamağa qoymur, istədikləri 

vəhşilikləri  edirdi.  Qəzənfər  kəşfiyyata  gedərkən  Montajın  yataq  otağına  girir, 

başının  altından  silahını  götürür,  sonra  yazıb  göstərir  ki,  elə  evinizdəcə  hamınızı 

öldürəcəyik. 

Və  özünü igid  sayan  bir  quldur atını minib  geri  qayıdır.  Qaralar  oğlunun 

bu qeyrəti, şücaəti bütün kolanı elinə səs salır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə