168
rini insan biliyinə və bəşəriyyətin gələcəyinə skertikliyin
bədbin baxışları ilə polemika şəraitində yaradırdılar.
Bizim eranın əvvəllərində yaranan antik fəlsəfə mək-
təblərinin spesifik keyfiyyəti kimi ilk növbədə onların
mistikliyini göstərmək lazımdır ki, bunun özü də təsadüfi
sayılmamalıdır. Qədim Roma imperiyası Şərq vilayətlə-
rində möhkəmləndikcə, mədəniyyətin bütün sahələrində
- ictimai-siyasi, iqtisadi-sosial həyatda, elmdə, ədəbiyyat-
da və o cümlədən fəlsəfi düşüncədə Şərqin təsirini get-
dikcə daha artıq hiss edilməyə başlayırdı. Bu təsirin
konkret nəticələrindən biri kimi I əsrdə meydana gəlmiş
qnostisizm məktəbləri antik fəlsəfənin yeni yaranmaqda
olan monoteist xristian dini təlimi, o cümlədən Şərqin
qədim dinlərindən iudaizmin, zərduştiliyin, Babil miste-
riya kultlarının özünəməxsus əlaqə, eklektik birləşmə
forması kimi üzə çıxırdılar. Bu məktəblər skeptiklik antik
fəlsəfi düşüncə tərzinə qarşı reaksiya formasında meyda-
na gəlsələr də, sonralar şərq mifologiyasından və bir sıra
erkən xristian bidət təlimlərinin ehkamlarından geniş is-
tifadə etmişlər. Qnostisizmin əsasında insanın maddi və
qeyri-maddi varlıq kimi öyrənilməsi, ətraf aləmin, vahid
substansiyanın bilik, zəka vasitəsilə dərk olunması prob-
lemləri dururdu (yunanca “gnostikos” – dərk edən).
Qnostiklərin dualist mistisizminə görə, vahid yaradanın
olduğu qeyri-maddi
dünyadan fərqli olaraq, maddi dünya
və materiya günahkar, şər başlanğıcdır və onu aşıb keç-
mək lazımdır. Ətrafdakı dünyamızda o dünyanın “işartı-
ları” mövcuddur və onlar aşkarlanaq bir yerə toplanmalı,