27
mərdliklə sinə gərir, heç bir hay-küy salmadan yalnız
inildəməklə öz dərdinə dözür və beləliklə, obrazın xarici
gözəlliyi itmir. Vinkelmana görə, antik obrazların bu
“gözəl natura” pərdəsi arxasında onların “böyük qəlbi”
dururdu.
1766-cı ildə Q.E. Lessinqin Almaniyada Maarifçilik
dövrü estetik fikir tarixinin ən məşhur əsərlərindən biri
olan (1729-1781) “Laokon, yaxud təsviri sənət və
poeziyanın sərhədləri haqqında” traktatı işıq üzü gördu.
Lessinq bu əsəri ilə sanki qiyabi şəkildə Vinkelmanla
polemikaya girir və onun idealizminə bir qədər “realizm”
ünsürləri qataraq qeyd edirdi ki, yunan incəsənətinin
əsas obrazları “qəhrəmanlıq” keyfiyyəti daşımaqla ya-
naşı, həm də “canlı insanlar”dır
5
. Onlara da insanlar kimi
bütün ehtiraslar, mənfi və müsbət emosiyalar məxsus-
dur. Bu məqamda Lessinq Vinkelmanın gətirdiyi nümu-
nəni başqa cür, öz mövqeyinə uyğun təhlil edirdi: doğ-
rudur, Laokon obrazını canlandıran heykəltaraş onun
cizgilərini nəcibləşdirməyə çalışımış, heykəlin tamaşa-
çıya estetik zövq verməsi qayğısına qalmışdır. Lakin
yunan sənətkarı üçün gözəllik qanunları yalnız təsviri
sənətdə ən başlıca pozulmaz qanunlar sayılırdı. Poeziya-
da, ümumiyyətlə, bədii ədəbiyyatda isə antik müəllifin
daim əməl etdiyi əsas qanun – həqiqət idi. Epos və ya
faciə yazan şair ilk növbədə estetik prinsipləri deyil,
5
Г.Е. Лессинг. Лаокон или о границах живописи и поезии., М., 1957, səh. 30
28
obrazlarının real, həyati hisslərini, duyğu və ehtiraslarını
canlandırmağı düşünürdü. Ona görə də biz antik ədəbiy-
yatda qışqıran, hay-küy salan bir çox obrazlara (Homerin
Axillesi elə çığırır ki, troyalılar qorxuya düşüb Patroklun
cənazəsindən uzaqlaşırlar, yaxud Sofoklun Filokteti
dəhşətli ağrılardan daim əzab çəkir) rast gəlirik. Lessinq
“təsviri sənət və poeziyanın sərhədləri”ni məhz burada
görürdü. Təsviri sənətdə başlıca qanun estetik prin-
siplərdirsə, poeziyada həqiqətdir. Vinkelmanın estetik
idealı “nəcib qəhrəman” obrazıdırsa, Lessinqin idealı
“qəhrəman, canlı insan” obrazıdır.
Lessinqin “Laokon”da ifadə etdiyi estetik fikirləri
digər tanınmış alman mütəfəkkiri, dünya estetik fikir
tarixində xüsusi yeri olan İ.H. Herder (1744-1803) da-
vam və inkişaf etdirmişdir. Herderin filosof-mütəfəkkir,
estetik-alim kimi klassik filologiyaya gətirdiyi yenilik
tarixi yanaşma metodu olmuşdur. Tarixilik onun ümumi
fəlsəfi konsepsiyasının təməl sütunu idi və Lessinqi də
məhz bu prizmadan tənqid edirdi. Herderə görə, Lessinq
yunan incəsənəti nümunələrinə tarixi aspektdə yanaş-
mır, onları həmin dövrün tarixi özünəməxsusluğundan
əlahiddə şəkildə nəzərdən keçirirdi. Antik ədəbiyyatın
obrazlarını təhlil edərkən, Lessinq onları müasir dövrün
mənəvi-psixoloji tələbləri əsasında qiymətləndirirdi ki,
bu da Herderin fikrincə başlıca nöqsandır. Herderə görə,
antik mədəniyyətin və incəsənətin spesifik keyfiyyətləri
heç də yunan xalqının milli xüsusiyyətləri olmayıb, bəşər
tarixinin müəyyən inkişaf pilləsində meydana gəlmişdir
29
və məhz bu tarixi mərhələnin spesifikası ilə şərtlən-
mişdir. Həmin dövrü yalnız yunanlılar deyil, dünyanın
bütün xalqları bu və ya digər şəkildə keçmişlər. İnsan
hələ ki özünü kollektivdən ayrı hiss etmir, özünü ailə,
tayfa və dövlətlə vəhdətdə görürdü. Buna görə onun
üçün hələ ki, ümumi mənafenin ziddinə olan şəxsi məna-
felər kompleksi formalaşmamışdı. Məhz burada Herder
antik obrazlara xas qəhrəmanlığın səciyyəvi xüsusiy-
yətini görürdü. Bununla yanaşı, Lessinq və Herder antik
dünyanı ideallaşdırmaq ənənəsini, antik gözəlliyə sırf
idealist baxış tərzini redaktə etmiş, onlara realizm
ünsürləri əlavə etmişlər. Lakin XVIII əsrdə və XIX əsrin
birinci yarısında antik gözəlliyə romantik-idealist baxış
tərzi hələ də üstün mövqeyini saxlayırdı. XVIII əsrin
sonlarından bu tendensiya alman romantik ədəbiyya-
tının görkəmli nümayəndələrindən F. Şillerin və klassik
alman fəlsəfəsinin nümayəndəsi İ. Kantın yaradıcılığında,
XIX əsrin birinci yarısında isə alman fəlsəfəsinin digər
böyük nümayəndəsi L. Feyerbaxın əsərlərində əksini
tapmışdır.
***
Bəşər mədəniyyətinin inkişafında müstəsna rola
malik klassik alman fəlsəfəsi nümayəndələri antik
incəsənət və ədəbiyyat problemləri haqqında düşün-
cələrini qədim yunan filosofları kimi fəlsəfə və estetikaya
dair əsərlərində təqdim edirdilər. Məhz bu yoldaşlıq
30
nəticəsində antik ədəbiyyata tarixi yanaşma metodu
daha da inkişaf edərək, dialektik metodla əvəzlənmişdi.
Yaradıcılığı XVIII əsrin ikinci yarısına təsadüf edən İ.
Kantın estetikaya dair fikirlərində dialektik metodun ilk
işartılarını müşahidə etmək mümkündür. Kant sənəti
“formal gözəllik, kamillik dünyası” kimi nəzərdən keçirir
və bu metafizik, dəyişməz gözəllik dünyasını ziddiyyətli,
dəyişkən real gerçəkliyə, insanın yüksək ideallarına və
təlabatlarına cavab verməyən müasir dünyaya qarşı
qoyurdu. Deməli, dəyişməz qanunlara malik olan sənət
əslində ziddiyyətlərlə dolu olan müasir dünyanın yalnız
gözəl və parlaq illüziyasını yaradır. Bu fikir eynilə antik
incəsənətə də aid edilirdi.
Klassik alman fəlsəfəsinin ən yüksək zirvəsi olan G.V.
Hegelin obyektiv idealizm fəlsəfi sistemi onun estetika-
sında da öz əksini tapırdı. Hegel ilk növbədə özündən
əvvəlki estetikanın abstrakt xarakterinə qarşı çıxırdı. O,
Kantın “insan təbiətinin xüsusiyyətləri dialektik, gözəllik
qanunları isə metafizik, dəyişməzdir” fikrinə tənqidi
yanaşaraq, ilk dəfə incəsənətin inkişafını ictimai müna-
sibətlərin real xarakteri ilə əlaqələndirmiş, bununla
estetik ideala da dialektik yanaşmışdı. Hegelin gözəllik
idealı mənəvi və fiziki qüvvələri daxilində ümumi vəhdət,
harmoniya təşkil edən azad insandır. Lakin öz daxilində
sülh yaratmış belə insan hər hansı şəraitdə yarana
bilməz. Bunun üçün müvafiq ictimai münasibətlər
lazımdır. Hegel fikrini təsdiq etmək üçün iki dövrün
ictimai münasibətlərini qarşı-qarşıya qoyurdu: Homerin
Dostları ilə paylaş: |